Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə106/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   102   103   104   105   106   107   108   109   ...   164

Antielm elmə qarşı düşmən münasibət bəsləməkdir. Antielm 

nəinki  elmdən,  hətta  mədəniyyətdən  uzaq  olan  adamlann 

uydurmasıdır. 

«Yabançı  elm»  terminini  «antielm»  termininin  sinonimi 

hesab etmək olar. 

XX əsr Avropa filosoflarının əksəriyyəti hissi idrak vasitəsilə 

qavranılan  dünyanın  sonsuz  dərəcədə  elementlərdən  ibarət 

olduğu  üçün  onun  axıra  qədər  dərk  olunmasını  mümkün  hesab 

etmirlər. Məsələn, fransız filosofu Reymon Aron yazırdı: «Dərk 

etmək istədiyimiz bizi əhatə edən reallıq qarşımızda nə isə sonsuz 

bir  şey  kimi  iki  məna  daşıyır:  ekstensiv  və  intensiv.  Şeylər 

məkanda  sonsuz  olaraq  genişlənir,  hadisələr  vaxt  daxilində 

inkişaf  edir.  Materiyanın  hər  bir  santimetri  özündə  sonsuz 

dərəcədə  xassə  gizlədir».  «Dünyanın  fasiləsizliyini  xarakterizə 

edən, bizim hissi qavrayışlanmızla alınan bu sonsuzluq düşüncə 

ilə anlaşılmiD). «Bütün elmlərin ümumi əlaməti var: onlar hissi 

sonsuzluğu  aradan  qaldınr.  Onlar  eyniyyətin  zəruriliyini  təmin 

edən üsullar ilə fərqlənirləD).*“* 

R.Aronun  gəldiyi  nəticə  çox  maraqlıdır.  Elmlərin  hamısı 

«eyniyyətin  zəruriliyi»ni  qəbul  edir,  yalnız  bu  zəruriliyi 

müəyyənləşdirən metodlarla fərqlənirlər. 

Hələ  orta  əsrlərdə  müsəlman  Şərqi  filosofları  elmləri  iki 

hissəyə bölürdülər: zahiri və daxili, başqa sözlə maddi və mənəvi 

dünyam  öyrənən  elmlər.  Əl-Qəzali  deyirdi:  «Zahiri  elm 

duyğularla  qavranılan  elmdir».*^  Lakin  «bütün  elmlər  duyğu 

vasitəsilə  gəlməz...  könül  bu  aləmdən  deyil.  Bəlkə  mələklər 

aləmindəndin  Bu  dünya  üçün  yaradılan  duyğular  mələklər 

aləmini öyrənməyə mane olur. Bu halda könül duyğular bağından 

azad olmadıqca, o aləmə yol tapa bilməz».*^ Əl-Fərabi isə bütün 

elmlərin  fovqündə  duran  bir  elm  tanıyırdı.  O,  deyirdi  ki,  təbiət 

haqqında  elmlərin  meydana  gəlməsi  səbəblərini  tədqiq  etmək 

«Allahı dərk etməyə və Onun substansiya və aksiden- 

* **


 

P.ApoH. Избранное: Введение в философию истории. М.-СПб, «Университетская 

книга», 2000, с.78. 

” İmam Qazali. Kimyayi Saadat. Beyazit-İstanbul, 1981, s.24. 

** Ycno orada, s.25. 

320 


siyanın yaradıcısı olmasını etiraf etməyə səbəb olur. Nəticədə elə 

təfəkkür yaranır ki, bizi Onun varlığına gətirib çıxanr, bizi Onu 

dərk etməyə qaldmr, çünki  O mövcuddur. Bu elm  - fövqəltəbii 

elm - metafizika və yaxud İlahi elm adlanır. Bu elm elmlərin sonu 

və yekunudur, ondan sonra tədqiq olunası bir şey qalmır. O elə bir 

məqsəddir  ki,  bütün  tədqiqatlar  ona  can  atır  və  onda  rahatlıq 

tapm>.*’ 

Tomas  Kun  (1922-1996)  və  Pol  Feyerabend  (1924)  bir- 

birindən asılı olmayaraq belə nəticəyə gəldilər ki, elmi metodun 

təbiətini müəyyən etməyin ən yaxşı üsulu filosofluq etmək deyil, 

keçmiş  və  indiki  alimlərin  əsərlərini  müşahidə  edib  qeyd 

aparmaqdır. 

Elm  tarixini  mükəmməl  öyrənmək  nəticəsində  T.Kun  elmin 

mövcudluğunun iki müxtəlif forması olduğunu  göstərir:  normal 

və inqilabi formalar. 

Normal  elm  yeni  nəzəriyyə  yaratmır  və  köhnənin  adekvat- 

lığını  yoxlamır.  Belə  elm  sadəcə  olaraq  qəbul  edir  ki,  indiki 

zamanda  işləyən  nəzəriyyələr  doğrudur.  Normal  elmin 

metodologiyası  doğru-yalan  yolla  təbiəti  əvvəllər  hazırlanmış 

müxtəlif nəzəri qəliblərə yerləşdirməkdən ibarətdir. 

T.Kun  göstərir  ki,  vaxtaşırı  elmi  inqilablar  baş  verir.  Belə 

inqilablar  həddən  artıq  az  və  mövcud  nəzəriyyələrin  tamamilə 

gücsüz olduğu vaxt baş verir. Bir müddət müxtəlif nəzəriyyələr 

(və müxtəlif alimlər) bir-biri ilə rəqabət aparır, sonra isə onlardan 

biri o birilərindən üstün hesab edilir. 

P.Feyerabend,  T.Kunun  inqilabi  elm  adlandırdığı  dövrə 

bö}nik  diqqət  yetirərək  göstərir  ki,  məhz  həmin  dövrdə  yeni 

nəzəriyyələr  yaranır,  köhnələr  isə  aradan  götürülür.  Onun  əsas 

müddəası  odur  ki,  alimlərin  heç  vaxt  xüsusi  metodologiyası 

olmur. P.Feyerabend elmi anarxizmdən danışır, çünki elmdə daha 

münasib  universal  iş  qaydaları  yoxdur.  İnsan  ağlı  yüksək 

dərəcədə  yaradıcı  xarakter  daşıyır,  intellektual  çağırışa  həmişə 

yeni  və  əvvəlcədən  gözlənilməyən  üsullarla  cavab  verməyə 

qadirdir. 



Ajı-OapaÖH. EcrecTBeHHO-HayHHue rpaıcTaTbi, c.99. 

321 


3.5. Elm və fəlsəfə 

«...Elm  fəlsəfəsi  xüsusi  fəlsəfi  cərəyan,  təbiət  və  cəmiyyət 

elmlərinin  fəlsəfi  problemləri  deyil,  elmin  idrak  fəaliyyəti  kimi 

öyrənilməsi  deməkdir.  Bəzən  elmin  fəlsəfəsini,  elmi  metodlara 

diqqəti  yönəltmək  üçün  elmi  idrakın  metodologiyası 

adlandırırlar.  Elmin  fəlsəfəsini  elmin  bu  və  ya  digər  tərəfini 

tədqiq edən fənlərin cəmi olan elmşiutaslığa daxil edirlər».** 

Fəlsəfə ilə elmin qarşılıqlı əlaqəsi məsələsi həmişə fəlsəfənin 

mərkəzi  problemlərindən  olmuşdur.  Fəlsəfənin  yalnız  ağıla 

əsaslanan  metodları  xüsusi  elmlərin  istifadə  etdiyi  metodlardan 

prinsipcə  fərqlənir.  Amerika  filosofu  T.Parsons  yazır: 

«...Fəlsəfəyə  qalıq  kateqoriya  kimi  tərif  vermək  ədalətli  olardı. 

Fəlsəfə  empirik  elmin  metodlarından  fərqli  metodlarla  insan 

varlığını ağılla başa düşmək cəhdidir. 

Fəlsəfə  ilə  elm  arasında  ciddi  əlaqənin  mövcudluğu,  onlar 

arasındakı  fərqin  artıq  müəyyən  edilməsi  ağılın  öz  ümumi 

təbiətindən  çıxarılan  sadə  deduksiyadır.  Ümumi  prinsip  ondan 

ibarətdir ki, ağıl öz təbiətinə görə onun sərhədləri daxilində olan 

bütün  təcrübənin  rasional  ardıcıl  izahına  can  atır.  Bir  halda  ki, 

fəlsəfi,  həm  də  elmi  müddəalara  eyni  ağılın  diqqəti  yönəldilir, 

onlar arasında məntiqi uzlaşma yaratmaq meyli təbiidir. Buradan 

həm  də  dəqiq  olaraq  belə  çıxır  ki,  insan  təcrübəsində  keçilməz 

maneə  mövcud  ola  bilməz.  Rasional  (əqli)  idrak  vahid  üzvi 

bütövlükdür».*’  Deməli,  T.Parsonsun  fikrincə  fəlsəfəni  bütün 

elmlərlə birləşdirən ümumi cəhət rasional idrakdır. 

Fəlsəfi  tədqiqatların  xüsusi  sahəsi  kimi  elm  fəlsəfəsi  -  XIX 

əsrin ortalarında ingilis filosofu və elm tarixçisi Uilyam Uevell və 

onun  həmyerlisi  C.S.Mili,  həmçinin  pozitivizmin  banisi  Oqüst 

Kontun  və  başqalarının  əsərlərində  formalaşmağa  başlayır. 

Əlbəttə,  bundan  əvvəllər  də  filosofların  elm  haqqında  fikirləri 

olmuşdur,  lakin  bu  fikirlər  insan  təfəkkürünün  təbiəti  haqqında 

ümumi  təsəvvürlər  çərçivəsində  deyilirdi,  elmi  idrak  isə 

təfəkkürün ən ali təzahürlərindən biri hesab edilirdi. 

****


 

**** А.Л.Никифиров. Философия науки. M.. «До.м интеллектуальной книги», 1998. с.9. 

Т.Парсонс. О структуре социального действия. с.66. 

322 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə