Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə107/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   103   104   105   106   107   108   109   110   ...   164

Aristoteli ilk elm filosofu adlandırmaq olar. O, rasional elmi 

düşüncənin  aləti  («orqanonu»)  olan  formal  məntiqi  yaradıb. 

Aristotel biliyin müxtəlif növlərini təhlil edib və təsnifatını verib. 

Əsrlər  boyu  Aristotelin  elm  anlayışı  və  onun  bir  çox  konkret 

nəzəriyyələri əsas avtoritet sayılmışdır. Yalnız İntibah dövründə 

dünyanın  yeni  elmi  mənzərəsini  və  elmi  təfəkkürün  yeni 

«orqanon»unu  yaratmağa  cəhd  göstərilib.  Bu  işin  başlanğıcını 

dünyanın  heliosentrik  mənzərəsini  təklif  edən  N.Koper-  nik 

qoyub. «Yeni orqanon» və empirik induktiv elmin yeni obrazını 

təbliğ  edən  Frensis  Bekonun  da  bu  işdə  rolu  böyük  olub. 

Q.Qaliley  isə  N.Kopemikin  təlimini  yalnız  hərtərəfli 

əsaslandırmaqla  kifayətlənmədi,  həm  də  elmin  təbiəti  haqqında 

yeni  anlayış  yaratdı  və  o  vaxta  qədər  heç  bir  alimin  bilmədiyi 

dəqiq eksperimental tədqiqat metodunu tətbiq etdi. Aristoteldən 

fərqli  olaraq  Q.Qaliley  inanırdı  ki,  təbiət  qanunlarını  ifadə 

etməyin  əsl  dili  riyaziyyat  dilidir.  Q.Qalileyin  işini  R.Dekart, 

Nyuton və başqa alimlər davam etdirdilər. 

İngilis  müəlliflərinin  yazdığı  müasir  fəlsəfə  dərsliyində 

göstərilir ki, indiki dövrdə «elmin fəlsəfi problemləri - qravitasiya, 

maqnit  qüvvəsi,  elektronlar  və  «əks  cisim»  («anticisim»)  kimi 

nəzəri mahiyyətlərin reallığına toxunan antoloji məsələləri özündə 

birləşdirir. Elm fəlsəfəsi həm də müxtəlif xüsusi elmlər arasındakı 

münasibətləri öyrənir, bütün elmləri bir əsas elmə, adətən fizikaya 

bağlamağın mümkünlüyünü nəzəri cəhətdən əsaslandırmağı təklif 

edir.  O  induktiv  düşüncə,  nəticədən  səbəbə  və  əksinə  gedən 

düşüncə,  ümumiyyətlə  elmi  düşüncə  ilə  əlaqədə  olan  metodoloji 

məsələləri gözdən keçirİD>.’® 

Elm  fəlsəfəsində  çoxlu  müxtəlif  metodoloji  konsepsiyalar  - 

elm nəzəriyyələri mövcuddur ki, qoyulan suallara sistemləş- miş 

və  məntiqi  cəhətdən  razılaşdırılmış  cavab  verir.  Bu 

konsepsiyaların  yaradıcıları  təsdiq  edirlər  ki,  onların 

konsepsiyası, yəni elmi idrakın analizi elə əsl fəlsəfədir. Bu daha 

çox  poziti-  vist  metodoloji  konsepsiyanın  yaradıcıları  üçün 

xarakterikdir. 

Fəlsəfə  və  elmin  qarşılıqlı  münasibəti  məsələsi  çox 

mürəkkəbdir və müxtəlif cür izah edilir. Hər iki ifratçılıq - fəlsəfə 



Д.ТеГ|чмаи. К.Эваис. Философия. M.. «Весь Мир». 1УУ7, с. 10. 

323 


nin  elm  üzərində  hökmranlığı  və  həqiqəti  müəyyənləşdirmək 

işində  pozitivistlərin  fəlsəfəni  inkar  etmələri  -  eyni  dərəcədə 

qüsurludur. 

Elm fəlsəfəsinin görkəmli nümayəndəsi P.Feyerabend hesab 

edirdi ki, elmi idrakda plüralizmin, yəni alternativ nəzəriyyələrin, 

fərziyyələrin  və  başqa  bilik  formalannm  olması  zəruridir.  O, 

təsdiq edirdi ki, ağlın rolunu şişirtmək olmaz, çünki elm, yuxanda 

deyildiyi  kimi,  əsasən  irrasional  məşğuliyyətdir,  elmdə 

rasionallıq heç də dindəkindən, miflərdəkindən və başqa mənəvi 

hadisələrdəkindən  çox  deyil.  Ağılın  əsas  daşıyıcısı  kimi  elmin 

cəmiyyətdə mərkəzi yer tutmasına qəti)^ən imkan vermək olmaz. 

P.Feyerabend göstərir ki, elm onun metodoloji təsvirinə nisbətən 

daha  çox  yayğın  və  irrasional  xarakter  daşıyır.  İngilis  alimi 

K.Popper də buna oxşar fikirdə idi. 

XX  əsrin  görkəmli  filosoflarından  olan  L.Vitgenşteyn  də 

elmin rolunu çox kiçildirdi. O, təsdiq edirdi ki, mistisizmə meyil 

göstərməyin  səbəbi  elmin  bizim  arzulan  yerinə  yetirmək 

qabiliyyətində  olmamasıdır.  Həqiqətən,  dərk  edilməyənlər 

həmişə  dərk  edilmişlərdən  daha  çox  olur.  İnsanın  dünyanı 

mənimsəməsinin  bütün  formalan  üçün  yer  çatır.  Sonra 

L.Vitgenşteyn göstərirdi ki, insan üçün hər şey zəruridir, heç nəyə 

biganə  olmaq  lazım  deyil.  Min  illər  boyu  insanlar  yaşamış, 

torpağı becərmiş, mənzil tikmiş, sevmiş və iztirab çəkmiş, bu və 

ya  başqa  şəkildə  özünün  dünyada  olmasını  izah  etmiş  və 

dəyərləndirmişdir. Elm isə olmamışdır. 

Bir çox alimlər elmin dövri dinamikası (paradiqma) haqqında 

mülahizələr  yürüdürlər.  «Paradiqma»  anlayışı  elm  tarixinin 

tədqiqinə  1962-ci  ildə  Tomas  Kunun  «Elmi  inqilabların 

strukturu»  kitabında  daxil  edilmişdir.  O,  yazırdı:  «Paradiqma 

deyəndə mən hamı tərəfindən qəbul edilən elə elmi nailiyyətləri 

başa  düşürəm  ki,  müəyyən  vaxt  axarında  elmi  ictimaiyyətə 

problemlərin  qoyuluşu  və  həlli  modelini  verİD>.’‘  Paradiqma 

elmi  ictimaiyyət  tərəfindən  qəbul  edilən  və  elmi  ənənəni  təmin 

edən  əqidələrin,  dəyərlərin,  texniki  vasitələrin  cəmidir.  Elmi 

ictimaiyyət tərəfindən bütövlükdə qəbul edilən və bir 

T.KyH. 

Crpyıcrypa 

nay'iHbix peBOJnounn. 

M., 1977, c.Il.

 

324 



müddət  elmi  tədqiqatı  istiqamətləndirən  bir  və  ya  bir  neçə 

fundamental nəzəriyyəni paradiqma adlandırmaq olar. Belə para- 

diqmalar nəzəriyyə kimi  Aristotelin  fizikasını, Ptolomeyin  geo- 

sentrik sistemini, Nyütonun mexanika və optikasını, Eynştey- nin 

nisbilik nəzəriyyəsini və b. göstərmək olar. Beləliklə, paradiqma 

təbiət  hadisələrinin  tədqiq  edilən  sahəsi  haqqında 



şəksiz-şübhəsiz  qəbul  edilmiş  bilikləri  özündə  birləşdirir.  Bu 

təlimin  nümayəndələri  hesab  edirlər  ki,  elmi  inqilab  paradiq- 

maların bir-birini əvəz etməsi prosesini ifadə edir. Yığılan elmi 

faktlar ümumi qəbul edilmiş nəzəriyyə ilə izah edilə bilməyəndə 

hakim  paradiqmanın  böhranı  başlayır  və  elə  bu  vaxtda  elmi 

inqilab  meydana  gəlir.  Yeni  paradiqmaya  keçid  elmi  inqilabın 

mahiyyətini  təşkil  edir.  Elmi  dövrilik  nəzəriyyəsi  pa- 

radiqmaların,  elmi  böhranların  və  inqilabların  elmi  idrakın 

dinamikasının  ümumi  sxemində  birləşdirmək  imkanı  yaradır. 

Kun nümayiş etdirdi ki, öz fəaliyyətində alimlər (elmi birliklər) 

bir çox ənənələrlə (paradiqmalarla) müəyyənləşir. Vəzifə ondan 

ibarətdir  ki,  bu  proqramlar  və  onların  dəyişmə  mexanizmi 

yenidən  qurulsun.  O,  göstərirdi  ki,  bu  proqramlar  (para- 

diqmalar)  dil  kimi  təxminən  elə  formada  verilir  ki,  elmin 

fəlsəfəsinin folkloru, dili, mədəni ənənələri, sosial varisliyi və s. 

öyrənən  sosial-humanitar  fənlər  sırasına  daxil  edilməsini  başa 

düşmək imkanı yaradır. 

Relyativizmin canlanması T.Kunun adı ilə sıx bağlıdır. Elmi 

biliyin  yaranma  prosesi  indiki  dövrdə  elm  fəlsəfəsində  sosial 

quraşdırma fəaliyyəti kimi nəzərdən keçirilir. Bu ənənəvi həqiqət 

nəzəriyyəsindən  imtina  etməyə  gətirib  çıxarır  və  relyati-  vist 

ideologiyanın 

yaranmasına  səbəb  olur.  T.Kunun  bu 

konsepsiyasının  idrak  prosesinin  sosial-mədəni  şərtlənməsini 

başa düşmək işinə çox böyük köməyi oldu. 

XX əsrdə elm fəlsəfəsi haqqında Qərbdə meydana gəlmiş bir 

sıra konsepsiyalar haqqında da qısa məlumat vermək istərdik. 

Neopozitivivn elm fəlsəfəsi haqqında, Şlik, Neyrat, Reyhen- 

bax  və  Kamapın  simasında  neopozitivizm  elmi  biliyin 

yaradılması, açılması məsələsini ön plana çəkir. Elm onun aşkar 

edilməsi  kontekstində  gözdən  keçirilir.  Burada  əsas  ideya  ilk 

baxış 

325 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə