Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə108/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   104   105   106   107   108   109   110   111   ...   164

da çox sadə görünür: elmi bilik protokol cümlələrində qeyd edilən 

eksperiment  faktlarına  əsaslanmalıdır.  Tək  faktlar  haqqında 

bilikdən  daha  ümumi  biliyə,  nəzəriyyəyə  necə  keçmək  olur? 

Yalnız  induktiv  metodla  buna  nail  olmaq  mümkündür. 

Eksperiment  faktlarına  fundamental  status  vermək  cəhdi  də 

gizlədilmirdi. Bu fəaliyyət «fızikalizmə» gətirib çıxartdı (Ney- rat 

və b.), lakin bu işdə əsasən klassik, qeyri-kvant fizikanın fəlsəfi 

potensialından  istifadə  edilirdi.  Eksperimental  elmlər  sahəsində 

neopozitivizm həqiqət ideyasını əldə rəhbər tutaraq verifikasiya 

(elmi  biliyin  yoxlanılması)  üzərində  israr  edirdi.  Deməli,  bilik 

faktlar  ilə  təsdiq  edilirsə  həqiqi  olur.  Beləliklə,  eksperimental 

elmin  neopozitivist  konsepsiyası  üçün  xarakter  cəhətlər 

aşağıdakılardır:  faktualizm,  induktivizm,  verifaksio-  nizm, 

aşkaredilmə konteksti, fızikalizm. 

K.Popper induktivizmin əleyhinə çıxırdı. O, hesab edirdi ki, 

ümumiləşmiş  nəzəri  biliyə  nail  olmaq  üçün  induksiya  acizdir. 

Neopozitivistlər  induktivizm,  postpozitivistlər  isə  deduktivizm 

tərəfdarıdırlar. Amerika sosioloqu A.Kolniz deyir ki,  «...bu gün 

postpozitivizm elm fəlsəfəsi olub...».’^ 

Elm  fəlsəfəsinin  fenomenoloji  konsepsiyasu  Analitiklər 

hesab edirlər ki,  əvvəlcə elmin statusunu aydınlaşdırmaq, sonra 

isə 

fəlsəfənin 



elmi 

və 


yaxud 

qeyri-elmi 

olmasını 

müəyyənləşdirmək lazımdır. Fenomenoloqlar belə yolu çıxılmaz 

vəziyyətə aparmaq hesab edirlər. E.Husserlə görə fəlsəfə - məntiq 

və  təbiətşünaslıqdan  tutmuş  cəmiyyət  haqqında  elmlərə  qədər 

elmi  mənanı  üzə  çıxarmaq  metodunu  verir.  Analitiklərə  görə 

elmin canı dil və praktikadan ibarətdir, fenomenoloqlara görə isə 

elm  -  mənanı  (mahiyyəti)  dərk  etməkdir.  Analitiklərin  düsturu 

belədir: dil - praktika - şüur (bəzən: praktika - dil - şüur). Fenome- 

noloqlann düsturu isə şüur - dil - praktikadır. 

Fenomenologiya pozitivizmə qarşı çıxır və empirik faktların 

təsviri  ilə  kifayətlənmir,  onları  ağıldan  keçirir.  Fenomenoloq 

hesab  edir  ki,  elmi  işin  bütün  aspektləri  hökmən  fenomenoloji 

induksiya və intuisiyadan keçməlidir. 

Sitat götürülüb: Teopım oömecTea. M., KAHOH-npecc-U, 1999, c.37. 

326 



M.Haydegger  elm  fəlsəfəsi  haqqında.  Alman  fılosofiı 

M.Haydegger  (1889-1976)  ümumiyyətlə  elmi  fəlsəfi  baxımdan 

dəyərləndirirdi. Onun fikrincə elm «yeni dövrün məhsuludur, nə 

antik dövrdə, nə də orta əsrlərdə elm olmamışdır. Elm gerçək olan 

haqqında  nəzəriyyədir».’^  Elmin  mahiyyətini  açmaq  üçün 

gerçəklik və nəzəriyyənin məzmununu aydınlaşdırmaq lazımdır. 

Gerçəklik fəaliyyətdə olan sabitlikdir ki, XVIII əsrdən başlayaraq 

- predmet adlandırılır. «Gerçəklik indi özünü predmet statusunda 

göstərir».’“*  Predmet  latın  sözü  olan  «oby-  ectum»  sözünün 

tərcüməsidir.  Obyekt  insana  qarşı  qoyulan  şeydir.  Nəticə:  elm 

predmetli  qarşıdurmanı  tələb  edir.’^  Belə  qarşıdurmada  insan 

subyekt  kimi  çıxış  edir.  Beləliklə,  elm  -  gerçəkliyi  predmet, 

predmetin  subyektə,  subyektin  predmetə  qarşı  durması  hesab 

edir. 


Elmin hennenevtik fəlsəfəsi. Müasir hemıenevtikanm lideri 

Hadamerin əsas fikri belədir ki, elmin fəlsəfədən təcrid edilməsi 

əsassızdır,  fəlsəfənin  ali  forması  isə  hermenevtikadır.  Bütün 

elmlərdə  hermenevtik  komponentlər  var.  Deməli,  elm  həmişə 

hennenevtikdir; məsələ bundadır ki, elm nə qədər hermenevtik- 

dir.  Çünki  elm  hermenevtik  təcrübənin  əhəmiyyətli  sahəsi  olsa 

da, yeganə hissəsi deyil. 

Frankfurt  məktəbinin  tənqidi-elm  fəlsəfəsi.  Frankfurt 

fəlsəfəsinin 

baniləri 

M.Horkhaymer 

və 

T.V.Adomo 



əsaslandırmağa  çalışırdılar  ki,  tradision  nəzəriyyə  mülahizənin 

deduktiv sistemi kimi üzərində həmişə sosial şərtlənmə möhürü 

olan anlayışın birinci səviyyəsidir. Tradision nəzəriyyə hökmran 

qüvvələr tərəfindən istifadə edilir. Belə vəziyyətdən qaçmaq üçün 

nəzəriyyənin  sosial  şərtlənməsi  üzərində  ciddi  düşünmək 

lazımdır. Nəticədə tənqidi nəzəriyyə səviyyəsinə çatmaq olar. 

Adomo  müşahidə  və  faktların  birinciliyinə  qarşı  çıxırdı. 

Bununla əlaqədar iki dəlil irəli sürülür: birincisi, bütöv adekvat 

olaraq müşahidə edilən təkə sığmır;’*^ ikincisi «cəmiyyətdəki 

Bax: M.Хайдеггер. Врс.мя и бытие. M., «Республика». 199.1. с.2.19. 

Ycno orada, s.242. 

Ycno orada. 

T.B.Адорно. К логике социши.иых наук. - Вах: Жури. «Вопросы философии». JM« 10, 

1992.С.77. 

327 



faktlar sosial vasitələrlə ifadə edildiyi üçün idrakın axınncı əsası 

deyil».” 

Adomo  və  Horkhaymer  elmi  düşüncəyə  o  qədər  də  müsbət 

yanaşmu-dılar.  Frankfurt  məktəbinin  ikinci  nəsli  məktəbin 

banilərinin  mövqeyini  xeyli  dəyişdirdi.  Habermas  və  Apelin 

kommunikativ  rasionalizmi  özünün  çatışmamazlığmı  aradan 

qaldırmağı  bacaran  və  sosial  tərəqqini  təmin  edən  elmi 

düşüncənin  özünütənqidi  kimi  çıxış  edir;  elm  şübhə  altma 

alınmır;  elm  dünyanın  məqsədəuyğun  və  rasional  yolla 

öyrənilməsi kimi başa düşülürdü. Elmi bilik əsaslandınlır, belə ki, 

o  kommunikativ  biliklərin,  xüsusən  elmi  ictimaiyyətin  dil 

oyunlannda  aydınlaşdığı  kimi  rasional  baxımdan  daha 

məqbuldur. 

3.6. Elm və əxlaq 

Elmdə əxlaq məsələsi həmişə alimlərin diqqətini özünə cəlb 

etmiş  və  bu  məsələ  ətrafında  həmişə  müxtəlif  fikirlər  irəli 

sürülmüşdür.  Məsələn,  M.Veberə  görə  elmi  -  xoşbəxtliyə, 

xüsusən Allaha doğru aparan yol hesab etmək lazım deyil, çünki 



0  aşağıdakı  suallara  cavab  vermir:  Biz  nə  etməliyik?  Biz  necə 

yaşamalıyıq?  Bu  dünyanın  mənası  varmı  və  burada  yaşamağa 

dəyərmi? və s. 

Elmin  -  gerçəkliyin  bütün  sahələrinə  soxulmaq,  insanın 

məhrəm,  gizli  aləmini,  şüuraltını  və  s.  tədqiq  etmək  hüququ 

varmı? 


İnsan 

idrakının 

müdaxilə 

etmək 


sərhəddini 

müəyyənləşdirən hər hansı bir əxlaqi hüdud varmı? Yaxud elmin 

hər  şeyə  ixtiyarı  varmı?  və  s.  bu  kimi  suallara  cavablar  çox 

müxtəlif, bəzən daban-dabana zidd olmuşdur. 

Elm  həqiqət  axtarmaqdır,  həqiqəti  axtarmaq  isə  öz- 

özlüyündə  xeyirxahlıqdır.  Lakin  alimlər  də  insandır,  onlann  da 

xarici gerçəklik haqqında özünəməxsus müxtəlif görüşləri, siyasi 

quruluşa,  ayn-ayn  liderlərə  qarşı  rəğbət  və  yaxud  mənfi 

münasibəti  ola  bilər,  onlar  da  yanıla  və  səhv  edə  bilərlər.  Elmi 

kəşflər  bəzən  alimin  arzusundan  asılı  olmayaraq  hərbi-siyasi 

məqsədlər üçün istifadə oluna bilər. Elm tarixində elə hadisələr 

Yenə orada, s.80. 



328 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə