Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə111/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   107   108   109   110   111   112   113   114   ...   164

sanlann özündən asılı olmur. Ona görə də bu münasibətlərdə bir 

damla  maddə  olmasa  da  onları  marksistlər  maddi  münasibətlər 

adlandırırlar. 

Beləliklə, K.Marks və F.Engels tərəfindən işlənib hazırlanan 

tarixə  materialist  baxış  bir  sistem  kimi  aşağıdakı  müddəaları 

özündə birləşdirir: tarix - qanunauyğun prosesdir; maddi istehsal 

tarixi - prosesin əsasıdır; bazis - üstqurumu müəyyən edir (yəni 

maddi  münasibətlər  ideoloji  münasibətləri  şərtləndirir);  tarixdə 

həlledici  rolu  xalq  kütləsi  oynayır;  ictimai  varlıq  ictimai  şüuru 

müəyyən edir. 

Marksizmin  tənqidçiləri  tarixi  materializmi  fatalizmdə 

günahlandırırlar  (zərurətin  hökmranlığı,  hər  şeyin  əvvəlcədən 

müəyyənləşməsi  -  alın  yazısı).  Əgər  cəmiyyətdə  hər  hansı 

vəziyyətin  yaranması  üçün  obyektiv  zərurət  varsa,  əgər  bu 

vəziyyət  zəruri  olaraq  cəmiyyətin  maddi  şəraitindən  doğursa, 

onda  insan  zərurətin  passiv  alətinə  çevrilir  və  onun  fəaliyyəti 

yaradıcı müstəqillikdən məhrum olur. 

1.3.

 

Sosial idrakın obyekt və subyekti 

İdrak  prosesi  dərk  edən  subyekt  ilə  dərk  olunan  obyekt 

arasında qarşılıqlı əlaqə və qarşılıqlı təsir formasında baş verir. 

Dərk edən fərdin özü dərk olunan reallığın bir hissəsi olduğu 

üçün tarixin dərk edilməsi eyni zamanda idrakı həyata keçirənin 

özünün  daxili  aləminin  formalaşması  və  ifadə  olunması 

prosesidir.  Bu  həm  də  o  deməkdir  ki,  cəmiyyəti  dərk  edərək 

subyekt  insanlar  arasındakı  münasibətlərin  xarakterinə  öz 

əlavəsini göstərir, özünün seçdiyi idrak üsulları ilə başqa insanlar 

üçün belə münasibətlərin bu və ya digər nümunələrini verir. 

Beləliklə,  insan  tarixin  subyektidir,  özünün  tarixi 

mövcudluğu  üçün  zəruri  şəraiti  və  ilkin  şərtləri  özü  yaradır. 

Deməli, sosial-tarixi idrakın obyekti yalnız dərk edilmir, həm də 

insanın  özü  tərəfindən  yaradılır.  Sosial  idrakda  insan  öz 

fəaliyyətinin  nəticələri  ilə  iş  görür.  İdrakın  subyekti  olmaqla 

yanaşı o eyni zamanda onun obyekti olur. Bu mənada sosial idrak 

insanın  mənlik  şüurudur  və  burada  o  öz  mahiyyətini  açır  və 

tədqiq  edir.  Obyekt  insanların  özləri  və  onların  fəaliyyətinin 

nəticəsi 

335 



dir,  idrak  subyekti  də  insanların  özləridir.  Cəmiyyətdə  kiminsə 

mənafeyinə toxunmadan heç bir iş görmək olmaz. Sosial idrakın 

spesifikası məhz bundan ibarətdir. 

Sosial  bilik  -  insan  cəmiyyətinin  obyektiv  tendensiyalan  və 

insanların  subyektiv məqsədləri haqqında bilikdir. Ona  görə də 

ictimai həyatın hansı sahəsi olursa olsun, sosial idrak subyekt ilə 

obyektin  qarşılıqlı  münasibətini  əks  etdirir,  çünki,  yuxanda  da 

deyildiyi  kimi,  sosial  idrakda  elmi  idrakın  subyekti  və  obyekti 

arasında  kəskin  ayrılma  yoxdur.  Bununla  da  sosial  idrak  ilk 

növbədə  subyektiv-obyektiv  münasibətlərin  dərk  edilməsi  kimi 

çıxış edir. 

Cəmiyyət  təbiətdən  fərqli  olaraq  məkan  və  zaman  etibarilə 

məhdud obyektdir. İlk baxışda belə görünə bilər ki, bu vəziyyət 

cəmiyyətin  tədqiqini  asanlaşdırır.  Əslində  isə  belə  deyil. 

Cəmiyyət hər hansı üzvi, xüsusən qeyri-üzvi aləm ilə müqayisədə 

daha mürəkkəb bir varlıqdır. 



1.4.

 

Sosial determinizmin özəllikləri. Sosial 

hadisələri qabaqcadan görmək və proqnozlaşdırmaq. 

Futurologiya 

Tarixi  idealistcəsinə  və  yaxud  materialistcəsinə  başa 

düşməkdən asılı olaraq sosial determinizmin əsasən bir-birinə əks 

olan iki prinsipi formalaşıb. Dialektik materializmə görə insanın 

dünyaya  münasibətinin  başlanğıcı  əşyalann  mühitini  praktiki 

olaraq dəyişdirməkdir. Özünün məzmununa və həmçinin həyata 

keçirmək  üsullarına  görə  praktiki  fəaliyyət  ictimai  xarakter 

daşıyır.  Müasir  praktika  ümumdünya  tarixinin  nəticəsidir. 

Marksist filosoflar hesab edirlər ki, ictimai-tarixi praktikanın həm 

obyekti, həm də subyekti kimi ictimai münasibətlər çıxış edir. 

Marksist  fəlsəfə  təsdiq  edir  ki,  ictimai  varlığın  qanunauy- 

ğunluqlannı  və ziddiyyətlərini öyrənmək siyasi,  hüquqi,  fəlsəfi, 

estetik,  dini  görüşləri  və  nəzəriyyələri  başa  düşməyin  açandır. 

Cəmiyyətin materialist  anlayışı sosial  determinizm  prinsiplərini 

ictimai 

şüur 


hadisələrinə 

də 


şamil 

edir. 


İctimai 

qanunauyğunluqlardan  kənarda  insan  həyatı  yoxdur,  əks  halda 

möh 

336 



kəm  dayaq nöqtəsi olmadan heç bir  yəqinlik  olmazdı,  heç nəyi 

bilmək  və  əvvəldən  görmək  olmazdı,  heç  nəyə  ümid  etmək 

mümkün olmazdı. 

İdealistlər  bu  məsələdə  tamamilə  əks  mövqedə  dururlar. 

Onlar ümumiyyətlə sosial determinizmin olmasını inkar edirlər. 

İdealistlərin 

fikrincə, 

sosial 


determinizm 

və 


sosial 

qanunauyğunluqla  razılaşsaq,  biz  faktiki  olaraq  ayrı-ayrı 

adamların azad, yaradıcı fəaliyyət imkanlarını inkar etmiş olarıq. 

Əvvəlcədən  görmək  gələcək  haqqında  bilikdir,  yəni 

gerçəklikdə  hələ  mövcud  olmayan,  lakin  inkişafın  gözlənilən 

gedişinin  obyektiv  və  subyektiv  zəmini  formasında  potensial 

olaraq  hal-hazırda  mövcud  olan  haqqında  bilikdir.  Əvvəlcədən 

görməyin qnoseoloji əsasını şüurun gerçəkliyi qabaqlayaraq əks 

etdirmək qabiliyyəti təşkil edir. 

Nisbətən yaxın gələcək haqqında elmin əlində çoxlu konkret 

məlumatlar var ki, onlar 20-30 il öncədən əsaslandırılmış, dürüst 



proqnoz  vermək  imkanı  yaradır.  Məsələn,  demoqraflar  inamla 

göstərirlər ki,  2025-ci  ildə dünyada 8 milyard  adam  yaşayacaq. 

30-40  il  əvvəldən  dünyanın  mineral  xammal  ehtiyatı  da 

müəyyənləşdirilir. 

Proqnozlaşdırmaq  -  sosial  sferada  əvvəlcədən  görməyin  bir 

forması  kimi  ehtimal  etmək,  planlaşdırmaq,  proqramlaşdırmaq, 

layihələşdirmək, idarə etmək ilə əlaqədədir. 

İzah  etmək  və  qabaqcadan  xəbər  vermək  nəzəriyyənin  əsas 

funksiyasıdır və bir-biri ilə qınlmaz surətdə bağlıdır. Bu qarşılıqlı 

əlaqə  hər  şeydən  əvvəl  onunla  şərtlənir  ki,  izah  etmək  və 

qabaqcadan  xəbər  vermək  mahiyyəti  bilməyə  əsaslanır,  bu  isə 

mahiyyətin  təzahür  etməsini,  obyektin  fəaliyyət  və  inkişafının 

qanunauyğunluqlarını  izah  etmək,  onun  gələcək  vəziyyətini 

proqnozlaşdırmaq  imkanı  yaradır.  Nəzəriyyənin  izahı  nə  qədər 

dolğun və dərin olarsa, qabaqcadan xəbər vermək də bir o qədər 

etibarlı və dəqiq olar. 

İnsanın  öz  əməli  fəaliyyətinin  nəticələrini  əvvəlcədən 

görmək,  gələcək  real  obyektlərin  ideal  modelini  yaratmaq 

qabiliyyəti  imkan  və  gerçəkliyin  dialektikasında  özünün  nəzəri 

əsasını tapır. Gələcək çox imkanlardan biri kimi çıxış edir; bu 



337 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə