Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə116/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   112   113   114   115   116   117   118   119   ...   164

məqsədi  daha  çox  siyasi  strukturu  transformasiya  etmək  deyil, 

liderləri dəyişməkdir».’ 

Sosial  tərəqqinin  bir  yolu  da  islahatdır.  İslahat  (reforma) 

mövcud  ictimai  quruluşu  təkmilləşdirmək  yolunda  tədricən  baş 

verən bir sıra ciddi dəyişikliklərə deyilir. 

İnqilab  -  kütləvi  hərəkat  liderləri  tərəfindən  dövlət 

hakimiyyətinin  zorla  ələ  alınması  və  həmin  hakimiyyətdən 

gələcəkdə həyata keçirilməsi planlaşdırılan ciddi sosial-siyasi və 

iqtisadi islahatların gerçəkləşməsi üçün istifadə üsuludur. Məhz 

bu cəhət inqilabı adi çevrilişdən fərqləndirir. Çevriliş zamanı da 

hakimiyyət  zorla  ələ  keçirilir,  lakin  ondan  siyasi  strukturu  və 

sosial  sistemi  dəyişdirmək  üçün  istifadə  edilmir.  İnqilab  geniş 

kütlənin köməyi ilə, çevriliş isə azsaylı qruplar tərəfindən həyata 

keçirilir.  XX  əsrdə  inqilablar  sənaye  cəhətdən  inkişaf  etmiş 

ölkələrdə  deyil,  daha  çox  kənd  təsərrüfatının  üstün  olduğu 

ölkələrdə  baş  verdi.  Məsələn,  Rusiyada  (1917),  Çində  (1949), 

Şimali Vyetnamda (1954) və b. 

İnqilab nəzəriyyələri ilə sosial hərəkat nəzəriyyələri haradasa 

mütləq kəsişirlər. 

İnqilabi  fəallıqdan  başqa  müasir  cəmiyyətlərdə  sosial 

hərəkatların  çoxlu  başqa  formaları  da  mövcuddur.  Onların 

bəzilərinin  uzun  tarixi  var,  başqaları  isə  yenicə  yaranıblar. 

Bütövlükdə  sosial  hərəkatlar  çox  vaxt  qarşı  durduqları  formal 

bürokratik 

təşkilatlar 

kimi 


müasir 

dünyanın 

əsas 

əlamətlərindəndir. 



Sosial hərəkatların əksəriyyəti çoxsaylı olmur, bəzilərində isə 

minlərlə, hətta milyonlarla adam iştirak edir. Bu hərəkatların bir 

qismi qanun çərçivəsində baş verir, digərləri isə qeyri- leqal və ya 

gizli olur. Bəzən sosial hərəkat nəticəsində qanunların hamısı və 

ya  bir  hissəsi  dəyişdirilir.  Məsələn,  tətillərin  təşkili  ilə  məşğul 

olan fəhlə birlikləri o vaxt qanunsuz fəaliyyət göstərirdi və hansı 

ölkədə fəaliyyət göstərməsindən asılı olaraq onları müxtəlif cəza 

növləri gözləyirdi. Lakin sonralar əlaqədar qanunlar dəyişdirilir 

və tətillər istehsalatda baş verən münaqişələrin həll edilməsi üçün 

məqbul taktika hesab edilir. 

ƏTHimeHC. Comıo;ıorna. M.. 

«ƏaıiTOpuajı 

VPCC». 1999. 

c.67I. 


350 


iqtisadi etirazın başqa formaları, məsələn, zavodlarda və yaxud iş 

yerində oturaq tətillər çox ölkələrdə qanunsuz sayılır. 

Cəmiyyətin iqtisadi və siyasi  böhranını ifadə edən obyektiv 

şəraitlərin məcmuu hər zaman inqilaba gətirib çıxarmır. İnqilab 

yalnız 0 zaman baş verir ki, obyektiv şəraitə subyektiv şərait də 

birləşir.  Subyektiv  amil  mübarizə  əzmini,  bu  mübarizənin 

məharətlə  təşkil  edilməsini,  onun  iştirakçılarının  şüurlu-  luğu, 

mübarizənin məqsəd və vəzifələrini başa düşməyi əhatə edir. Əks 

halda faciəli nəticə labüddür. 

Sosial  inqilabın  tələblərinin  həyata  keçirilməsi  işində  siyasi 

inqilabın  xüsusi  rolu  var.  Avropanın  ictimai  fikrində 

tədqiqatçıların  çox  hissəsi  siyasi  inqilabı  sosial  inqilab  ilə 

eyniləşdirirdilər.  K.Marks  yazırdı:  «Hər  bir  inqilab  köhnə 

cəmiyyəti  dağıdır,  elə  buna  görə  də  sosialdır.  Hər  bir  inqilab 

köhnə  hakimiyyəti  devirir,  elə  buna  görə  də  o  siyasi  xarakter 

daşıyır».’® 

İnqilablar  özlərinin  xarakteri  və  hərəkətverici  qüvvələrinə 

görə fərqlənirlər. İnqilabın xarakteri onunla müəyyən edilir ki, 0 

hansı  məqsəd  və  vəzifəni  həyata  keçirmək  istəyir,  hansı 

münasibətləri ləğv edir və hansıların inkişafı üçün geniş meydan 

yaradır, orada nə qədər insan kütləsi iştirak edir. Bütün bu amillər 

inqilabı  daha  geniş  mənada  başa  düşməyə  imkan  verir.  İnqilab 

cəmiyyəti bir keyfiyyət vəziyyətindən başqasına aparır. Belə bir 

inqilaba, 

məsələn, 

Avropada 

cəmiyyətin 

quldarlıqdan 

feodalizmə, feodalizmdən kapitalizmə keçməsini aid etmək olar. 

Sosial-siyasi motivlərin aparıcı rol oynadığı inqilablar - prinsipcə 

tamamilə  yeni  tip  inqilablar  hesab  edilir.  Bu  inqilablar  bir 

sosial-siyasi qüvvələrin başqalarını zorakılıqla aradan götümnək 

yolu  ilə  həyata  keçirilir.  Bu  iş  adətən  əvvəlcədən  hazırlanmış 

nəzəri və praktiki proqrama uyğun olaraq reallaşdırılır. 

Marksistlərin  dediyinə  görə  sosialist  inqilabı  kapitalizmdən 

sosializmə keçmək vəzifəsini həyata keçirirdi. Lakin Rusiyadakı 

birinci  ciddi  tarixi  təcrübə  (1917-ci  il  Oktyabr  inqilabı) 

müvəffəqiyyət qazana bilmədi. 

K.MapKC H O.Ənrcjibc. CoHmıcıniH. T.I. 

c.448. 

351 



Marks və Engels barışmaz sinfi mübarizə, proletar inqilabı və 

proletariat  diktaturası  vasitəsilə  kapitalizmdən  sosializmə 

keçməyin  universal  üsulunu  göstərərkən  səhv  etmişdilər. 

Məlumdur  ki,  tarixi  proses  başqa  yolla  getdi.  İnqilab  elə  bir 

ölkədə - Rusiyada - baş verdi ki, burada kiçik kəndli təsərrüfatı 

üstünlük təşkil edirdi, kapitalizm orta səviyyədə inkişaf etmişdi, 

davamlı demokratik ənənələr yox idi, əhalinin böyük əksəriyyəti 

savadsız idi. Nəticə isə uğursuz oldu. 

F.Engels ömrünün sonlarında zorakı üsulların bütün hallarda 

məqbul olması fikrindən imtina etdi. O, ölümündən bir neçə ay 

əvvəl - 1895-ci ildə - «hər şeyi baş-ayaq qoyan» «ümumdün- ya 

tarixinin  ironiyası»  haqqında  danışmışdır:  «Tarix  proletariatın 

mübarizə aparacağı şəraiti tamamilə dəyişib. 1848-cı ildə tətbiq 

edilən mübarizə üsulu indi bütün cəhətlərdən köhnəlibdir. .. Biz 

«inqilabçılar»,  «devrimçiləo> leqal üsullarla daha çox şeyə nail 

oluruq, nəinki qeyri-leqal üsullar və yaxud çevriliş vasitəsilə»," 

yəni zorakı inqilab yolu ilə. 

Sonralar  rus  kommunistləri,  başda  V.Lenin  olmaqla  F.En- 

gelsin bu fikrini nəzərə almadılar, inqilabın dinc üsullarla həyata 

keçirilməsi imkanını rədd etdilər, təkamül yolunu inkar etdilər. 

İctimai-siyasi  quruluşun  qəflətən,  zorakılıq  vasitəsilə 

dəyişdirilməsini  inkar  edən,  dinc  yolla  tədrici  dəyişikliyi  əsas 

götürən  təkamül  (evolyusion)  inkişaf  nəzəriyyəçiləri  əvvəllər 

olduğu kimi indiki zamanda da az deyil. Burada yalnız bir misalla 

kifayətlənirik. 

Amerika  sosioloqu  T.Parsons  (1902-1979)  özünün  işləyib 

hazırladığı  təkamül  nəzəriyyəsində  sosial  təkamülü  bioloji 

təkamülün  daha  da  genişləndirilməsi  hesab  edirdi.  Başqa 

müəlliflərin sivilizasiya və yaxud ənənəvi dövlət adlandırdıqlan 

cəmiyyətləri  (Qədim  Misir,  Roma,  Çin  və  s.)  Parsons  «aralıq 

cəmiyyətlər»  termini  ilə  ifadə  edirdi.  Belə  cəmiyyətlər  yazı  və 

savadın  meydana  gəlməsi  ilə  bağlıdır.  Din  isə  daha  da 

mürəkkəbləşir,  sistemli  teologiyanın  inkişafına  gətirir;  artıq 

siyasi, iqtisadi və ailə münasibətlərindən tamamilə ayrı çıxış edir. 

“ K.MapKC M O.ƏHrejibc. C

OHHHCHHH


, T.16, 

c.416. 


352 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə