Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə117/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   113   114   115   116   117   118   119   120   ...   164

Siyasi  rəhbərlik  başda  aristokratiya  olmaqla  dövlət  idarəçiliyi 

formasında  çıxış  edir.  Bu  mərhələdə  bir  sıra  yeni  təkamül 

universallığı  yaranır:  siyasi  legitimliyin  xüsusi  forması, 

bürokratik təşkilatlar, pul tədavülü və qanunların xüsusi sistemi 

onların hər birinin meydana gəlməsi, Parsonsa görə, öz tərkibinə 

daha  çox  insan  kütləsini  cəlb  etmək  üçün  cəmiyyətin  gücünü 

qat-qat artırır. 

İndustrial  cəmiyyət  Parsonsun təkamül sxemində ən  yüksək 

mərhələni təşkil edir. Bu cəmiyyət «aralıq cəmiyyətlərə» nisbətən 

daha  çox  differensiallaşır.  Burada  siyasi  və  iqtisadi  sistemlər 

bir-birindən,  həmçinin  qanunverici  sistemdən  və  dindən  açıq 

şəkildə  ayrılır.  Kütləvi  demokratiyanın  meydana  gəlməsi  bütün 

əhalinin siyasi prosesdə iştirak etməsi imkanını yaradır. 

2.3.

 

ISosial tərəqqi və müasir qlobal problemlər 

A.  Sosial  tərəqqinin  mahiyyəti.  Tarixin  fəlsəfəsində 

«tərəqqi»  anlayışı  yüksək  ictimai  inkişafı,  cəmiyyətin  irəliyə 

hərəkətini ifadə edir. Bəşəriyyətin yeni, daha yüksək tarixi pilləyə 

yüksəlməsi yolundakı ardıcıl inkişaf mövcud ictimai- iqtisadi və 

siyasi  quruluşun  daha  mütərəqqi  quruluşa  keçməsi  vasitəsilə 

həyata  keçirilir.  Tarixi  tərəqqi  pərakəndə,  dolaşıq  deyil,  elə 

prinsiplə baş verir ki, yeni cəmiyyət bütün fundamental - iqtisadi, 

sosial,  siyasi  və  mədəni  göstəricilərinə  görə  əvvəlkindən 

keyfiyyətcə üstün olmalıdır. 

Beləliklə,  cəmiyyətin  tərəqqisi  bir  səviyyədən  digərinə 

keçərkən  baş  verən  mürəkkəbləşmə  prosesidir.  Mürəkkəb 

deyəndə  cəmiyyətin  daha  yüksək  səviyyəsi,  daha  yüksək 

keyfiyyət  vəziyyətinə  keçid  nəzərdə  tutulur.  Bu  proses  yalnız 

sosial-siyasi  quruluşun  əvəz  edilməsini  deyil,  eyni  zamanda  bir 

quruluşun 

daxilində 

baş 

verən 


mütərəqqi 

keyfiyyət 

dəyişikliklərini də əhatə edir. 

Sosial  tərəqqinin  əsas  göstəricisi  -  iqtisadiyyatın  yüksək 

inkişafı,  elm  və  texnikanın  yüksək  səviyyəsi,  əhalinin  rifah 

halının yaxşılaşması ilə yanaşı demokratik dəyərlərin bərqərar 



353 


olmasıdır.  Bütün  bunlar  cəmiyyətin  inkişafını  ümumi  şəkildə 

müəyyənləşdirir.  Real  tarixi  proses  isə  çoxlu  ictimai  qüvvələr 

arasında konkret qarşılıqlı təsir şəraitində baş verir. Başqa sözlə, 

inkişafın müxtəlif mümkün variantları olur. Cəmiyyət qarşısında 

duran  mühüm  həyati  problemlərin  həll  olunmasını  özünün 

fəaliyyət  proqramı  hesab  edən  sosial-siyasi  qüvvələr  tarixi 

tərəqqinin əsas hərəkətverici qüvvəsidir. 

Bir  sıra  filosoflar  sosial  tərəqqini  sırf  subyektiv,  daha  çox 

mənəvi  amillərlə  izah  edirlər.  Məsələn,  Kanta  görə,  ağıl  tarixi 

prosesin əsas hərəkətverici qüvvəsidir. Hegelin fikrinə görə tarix 

gələcək zamanda deyil, indiki zamanda başa çatır. 

Eqoist,  ifrat  fərdi  niyyətləri  insan  davranışının  əsas 

hərəkətverici  qüvvəsi  hesab  edən  ingilis  iqtisadçısı  Adam  Smit 

(1723-1790)  sübut  etməyə  çalışırdı  ki,  insanlar  şəxsi  mənfəət 

güdərək  ən  yaxşı  şəkildə  ümumi  rifahın  yaxşılaşmasına  kömək 

edirlər.  Bu  isə  iqtisadi  tarazlığa  aparan,  ədalətli  bölgünü  və 

təsərrüfat  ahəngdarlığını  təmin  edən  bazar  iqtisadiyyatı 

ideyasının gerçəkləşməsi ilə mümkündür. Bu fikir bütün liberal 

nəzəriyyəçilər tərəfindən qəbul edildi. 

B,  Dünya  tarixinin  vəhdəti  və  müxtəlifliyi  Bizim  arzu 

etdiyimiz gələcək heç də həmişə insanlar tərəfindən əvvəlcədən 

müəyyənləşmir.  Tarix  mürəkkəb  olduğu  kimi,  insanın  idrak 

prosesi  də  mürəkkəbdir.  Tarixin  mənasını  aşkarlamaq,  üzə 

çıxarmaq  cəmiyyətin  yaşadığı  dövrün  məzmununu  təşkil  edən 

qanunauyğunluqları, 

tendensiyaları, 

ziddiyyətləri 

açmaq 

deməkdir. Bu isə olduqca çətin məsələdir və müxtəlif fikirlərin 



yaranmasına səbəb olur. 

İndiki  dövrdə  bəşəriyyət  ümumi  həyati  problemləri  ilə  və 

ümumi  tarixi  taleyi  ilə  bir  tam  şəklində  birləşib.  Yer  kürəsinin 

bütün xalqları bu və ya digər dərəcədə ümumi tarixi prosesə cəlb 

ediliblər.  Başqa  sözlə,  dünyada  daxilən  əlaqədə  olan  elə  bir 

sistem  yaranıbdır  ki,  orada  özünün  sosial-iqtisadi,  siyasi  və 

mədəni  əlamətlərinə  görə  müxtəlif  inkişaf  səviyyələrində  olan 

cəmiyyətlər  bu  və  ya  digər  şəkildə  bir  birinə  qarşılıqlı  təsir 

göstərir. 

354 



Bir  sıra  Qərb  alimləri  ümumiyyətlə  bütöv  bəşəriyyət 

anlayışını  qəbul  etmir.  Məşhur  kulturoloq  0,Şpenqler  (1880- 

1936) «Avropanın qürubu» kitabında təsdiq edirdi ki, bəşəriyyət 

anlayışı  boş  şeydir  və  onu  tarixi  formaların  problemləri 

dairəsindən çıxarmaq lazımdır. Görkəmli ingilis alimi A.Toynbi 

də bu ruhda düşünür. Onun izahında Bəşəriyyət yoxdur, bioloji 

orqanizmlər kimi meydana gələn, təşəkkül tapan, inkişaf edən və 

məhv olan bəzi müstəqil mədəni-tarixi sistemlər (sivilizasiyalar) 

var. Bəşəriyyətin vahid tam kimi mövcudluğunu uydurma hesab 

edən alimlər çoxdur. 

Yuxarıda  deyilənlərə  rəğmən  göstərmək  lazımdır  ki, 

bəşəriyyət  real  olaraq  mövcuddur,  onun  bütövlüyü  diskretliyə 

(fasi- ləliyə) üstün gəlibdir. 

Bəşəriyyət  tarixi  çoxlu  xalqların  və  dövlətlərin,  mədəniyyət 

və sivilizasiyalann tarixidir. Tarix elmi tarixin real müxtəlifliyini 

təsvir edir. Lakin faktların sadə tarixi təsviri kifayət deyil, əsası 

əsas  olmayandan  ayırmaq,  ümumiləşdirmək  lazımdır.  Belə 

funksiyanı fəlsəfə yerinə yetirə bilər. 

Dünyanın  tamlığı  onda  deyil  ki,  onu  təşkil  edən  hissələrin 

mexaniki  olaraq  ümumi  kütlədə  birləşməsi  baş  verir.  Tamlıq 

deyəndə  insanlar,  cəmiyyətlər,  dövlətlər  arasındakı  qarşılıqlı 

asılılığın  real  olaraq  artması  nəzərdə  tutulur.  Fərdlər,  qruplar, 

xalqlar arasında muxtariyyətə meyil hətta müəyyən mənada artır. 

Lakin  bununla  yanaşı  muxtar  (avtonom)  şəkildə  mövcud  olan 

hissələr getdikcə daha çox bir-birindən asılı olurlar, onların hər 

biri getdikcə daha artıq dərəcədə başqa hissələrlə qarşılıqlı təsir 

vəziyyətində olur. 

Nəzərə  almaq  lazımdır  ki,  muxtariyyətə  meylin,  fərqin 

artması, əlbəttə, münaqişə təhlükəsi yaradır, çünki hər hansı fərq 

müvafiq  şəraitdə  münaqişəyə  çevrilə  bilər.  Münaqişə  dünya 

birliyinin  həyatını  təhlükə  altına  alır,  lakin  bununla  yanaşı 

rəqabətin  hansısa  formaları  və  münaqişənin  müxtəlif  növləri 

sadəcə olaraq zəruridir. Əsas məsələ budur ki, bu münaqişələrin 

həll edilməsinin sivil üsulları tapılsın. 

Ümumdünya  tarixinin  indiki  mərhələsində  gərgin  şəkildə 

ictimai həyatın inteqrasiyası prosesi gedir. Hər hansı mədəni. 



355 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə