Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə119/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   115   116   117   118   119   120   121   122   ...   164

yasının  dəyişməsi  və  zəifləməsi,  transmilli  qeyri-dövlət 

birləşmələrinin, o cümlədən etnik diasporanm, dini hərəkatların, 

mafioz  qruplarının  fəaliyyətinin  güclənməsi.  Beləliklə, 

qloballaşma  eyni  vaxtda  həm  dövlətlərarası,  həm  də  transmilli 

formalarda  inkişaf  edən  ikili  prosesdir,  Elə  buna  görə  onun 

daşıyıcıları  da  çoxdur:  dövlətlər  və  onların  koalisiyaları, 

beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları. 

Mütəxəssislər  indiki  dövrdə  dünya  proseslərinə  öz  qərarları 

və  fəaliyyəti  ilə  ciddi  təsir  edən  ən  azı  yeddi  yeni  subyekt 

olduğunu  göstərirlər:  1)  beynəlxalq  təşkilatlar  (BMT  və  onun 

təşkilatları,  Ümumdünya  Bankı,  Beynəlxalq  Valyuta  Fondu  və 

b.);  2)  regional  təşkilatlar;  3)  çoxmillətli  korporasiyalar;  4)  in- 

stitusion  investorlar  (təşkilatlanmış  kapital  qoyuluşu),  məsələn, 

pensiya və investision fondlar, sığorta kompaniyaları və s.; 

5)

 

qeyri-hökumət  təşkilatlan  («Yaşıllar  hərəkatı»,  «Sərhədsiz 



həkimlər» və b.); 6) bir sıra böyük şəhərlər (London, Nyu- York, 

Tokio,  Frankfurt,  Paris  və  b.);  7)  görkəmli  şəxsiyyətlər  (elmi 

işçilər,  professorlar,  artistlər  və  başqa  mədəniyyət  xadimləri, 

böyük fondlar yaradan şəxslər, məsələn. C.Soros). 

Qlobal  problemlər  bütün  dünyanı  narahat  edir.  İnsanların 

qlobal  ümumbəşəri  səviyyədə  bir-biri  qarşısında  məsuliyyət 

zərurəti zamanın, həyatın özünün, mürəkkəb müasir problemlərin 

tələbidir.  İndiki  dünyada  qlobal  problemlərin  meydana  gəlməsi 

və  kəskinləşməsi  -  dəyərləri  və  ictimai  inkişafın  məqsədlərini 

yenidən qiymətləndirməyi irəli sürür. 

Qloballaşma  prosesi  dövlətlərarası  münasibətlərə  çox  ciddi 

təsir  göstərir  və  problemləri  həll  etmək  sahəsində  əməkdaşlıq 

etməyə məcbur edir. Əvvəllər isə onlar bu problemləri müstəqil 

həll etmək istəyirdilər. XIX əsrin axırına qədər çoxları inanırdı ki, 

qlobal  qarşılıqlı  əlaqə  gələcəkdə  dünya  dövləti  yaratmaq  üçün 

əsas  ola  bilər.  Bunu  təsdiq  edən  müəlliflər  milli  dövlətlərin 

suverenliyini kifayət qədər dəyərləndirmirdilər. İndi isə heç kim 

yaxın  gələcəkdə  dünya  dövlətinin  yaranma  ehtimalına  inanmır. 

Lakin hamı görür ki, qloballaşma sürətlə davam edir. 

359 



Nüvə təhlükəsinin miqyasını praktiki olaraq hamı başa düşür. 

Ekoloji  təhlükənin  törədə  biləcəyi  real  təhlükəni  isə  insanlar 

kifayət qədər qiymətləndirə bilmir. Sosioloq E.Gid- dens deyir: 

«Nüvə  münaqişəsinin  mümkünlüyü  sənaye  əsasına  dayanan 

müharibə formasında orta ölçülü vaxt perspektivində bəşəriyyət 

üçün yeganə qorxulu təhlükə deyil. Geniş miqyaslı qarşıdurma, 

hətta adi silahdan istifadə edilsə də, öz nəticəsinə görə dağıdıcı 

ola  bilər;  belə  ki,  elm  və  texnologiyanın  birləşmə  prosesinin 

davam etməsi nüvə silahı qədər dəhşətli ola biləcək silah növünü 

istənilən qədər çox istehsal edə bilər. Ekoloji fəlakət perspektivi 

böyük  müharibə  riskinə  nisbətən  az  ehtimal  olunur,  lakin  öz 

nəticəsinə  görə  eyni  dərəcədə  təhlükəlidİD>.‘®  Biz  bu 

təhlükənin görünən nəticələrini hiss etmədiyimiz üçün o qədər də 

narahat olmuruq. 

«Qloballaşma»  və  «qərbləşmə»  (vestemizasiya)  anlayışlan 

arasındakı  qarşılıqlı  əlaqə  haqqında  müxtəlif  fikirlər  var. 

Onlardan ikisi daha geniş yayılmışdır: 1) qloballaşma - qərbləş- 

məyə  nisbətən  daha  geniş  məvhumdur  və  daha  geniş  mənada 

ümumiyyətlə  modernləşmə  ilə  eyniləşdirilir;  2)  qloballaşma  - 

əslində  elə  qərbləşmə  deməkdir,  bu  ad  altında  Qərb  dəyərləri 

təbliğ edilir. 

«Siyasi  dünya»  anlayışı  milli  mədəniyyət  çərçivəsindən 

kənara  çıxır  və  «vahid  siyasi  məkan»  mənası  qazanır.  Bununla 

yanaşı  sosial-mədəni  fərqlər  qalır  və  vahid  informasiya 

meydanında  bir-biri  ilə  toqquşur.  Böyük  dünya  dinləri  - 

xristianlıq, islam, hind-buddist, Konftisi dinləri böyük regionları 

birləşdirir və hər biri öz dünyasını yaradır. Sosial-mədəni və dini 

fərqlər bir çox hallarda siyasi dialoqa mane olur və münaqişəyə 

səbəb olur. BMT və başqa beynəlxalq təşkilatlar isə münaqişələri 

aradan  qaldırmaq  iqtidarında  deyil.  Bunu  nəzərdə  tutan 

M.Haydegger yazırdı: «Dünya ictimaiyyəti və onun təşkilatı heç 

də bəşəriyyət varlığının taleyini həll edən yer deyil». 

Müasir texnoloji inqilab şəraitində qloballaşma tamamilə yeni 

məzmun kəsb edir. «Bu prosesdə həlledici rolu informa- 



Bax: Новая постиндустриальная волна на Западе. Антология, с.119. 

М.Хайдегтер-К.Ясперс. Переписка, 1920-1963, М., «АО Margineni», 2001, с.242-243. 

360 


siyanm  işlənib  hazırlanması,  yazılması  və  ötürülməsinin  rəqəm 

üsulu oynadı.  Yada salaq ki,  siqnalın bütün  növləri: səs, təsvir, 

mətn, film, rəng, sənəd - sıfır və vahidin bir-birini əvəzləməsinin 

variasiyalan  kimi  təqdim  olunur.  Bu  da  böyük  həcmdə 

informasiyanı  praktiki  olaraq  olduğu  kimi  kodlaşdırmaq  və 

istənilən  məkana  ötürmək  imkanı  verir».  Bu  işdə  kosmik 

obyektlərdən,  optik-lif  kabellərindən,  telefon  xətlərindən, 

kompüterlərdən, internetdən və s. istifadə edilərək informasiyanı 

Yerin  istənilən  nöqtəsinə  çatdırmaq  mümkündür.  Həddən  artıq 

informasiya  axınının  nəzarətdən  çıxma  qorxusu  yaranır.  «Biz 

artıq yaratmaq imkanına malik olduğumuz informasiyanı nizama 

sala bilmirik».*’ 

Yaxın  keçmişə  qədər  geniş  bilik  və  informasiya  xüsusi 

hazırlıq görmüş azsaylı qrupun imtiyaz sahəsi idi. XX əsrin axır- 

lanndan  başlayaraq  cəmiyyətin  əhəmiyyətli  bir  hissəsi  həmin 

imkanı  qazana  bildi  və  hər  bir  adam  başqa  xalqlar  və  ölkələr 

haqqında  heç  bir  sərhəd  tanımayan  informasiya  almaq  vasitəsi 

əldə etdi. Qloballaşmış iqtisadiyyat dünyasına yeni ölkələr daxil 

oldu. Şərqi Asiyanın bir sıra ölkələri Yaponiya, Cənubi Koreya, 

Tayvan, Şimali Atlantika ilə bərabərləşə bildi. Müasir texnoloji 

inqilab  istənilən  ölkənin  geniş  bilik  və  informasiya  almasını 

reallaşdırır.  «Qloballaşmış  iqtisadiyyatın  mahiyyətcə  fərqi 

ondadır  ki,  ən  müasir  texnologiyaya  yol  demokratikləşib, 

asanlaşıb»}^ 

Ümumdünya  sistemlərinin  yaranması  nəticəsində  dövlət 

özünün  nizamlama  və  tənzimləmə  səlahiyyətlərinin  xeyli 

hissəsini qeyri-dövlət təşkilatlarına və şirkətlərə verməyə məcbur 

olur. 

Tokio  universitetinin  professoru  İ.Yokotanın  dediyi  kimi, 



«nəqliyyat  və  rabitə  kimi  sahələrdə  baş  verən  elmi-texniki 

tərəqqi, iqtisadi fəaliyyətin artma miqyası və transmilli xarakteri

həmçinin insanların, əmtəələrin, pulun və informasiyanın dövlət 

sərhədlərini  sərbəst  keçməsi  sayəsində,  iqtisadiyyatın  inkişafı, 

səhiyyə və sosial-təminat, təhsil, narkobizneslə müba- 

А.И.Уткин. Глобализация: процесс и осмысление. М., «Логос» . 2001. с.26. Yenə 

orada, s.37. 

361 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə