Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə12/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   8   9   10   11   12   13   14   15   ...   164

Dialektik  materializmə  görə  əgər  gerçəkliyi  təşkil  edən 

Əşyalar  zəruri  olaraq  qarşılıqlı  əlaqə  və  qarşılıqlı  asılılıq 

vəziyyə-  tindədirlərsə,  onda  insan  şüurunda  ətraf  mühitin  əks 

olunmasını  ifadə  edən  anlayışlar  da  qarşılıqlı  asılılıq 

vəziyyətində  olurlar,  onlar  çevik  olur,  əlverişli  şəraitdə 

bir-birinə  və  öz  əksliklərinə  keçirlər.  Çünki  məhz  bu  halda 

kateqoriyalar  şeylərin  əsl  vəziyyətini  əks  etdirə  bilirlər.  Bir 

kateqoriyadan  başqasına  keçmək  bütün  bilik  sahələrində  baş 

verir. 

Pozitivist  (analitik)  filosoflar  isə  tamamilə  başqa  mövqedə 



dururlar.  Onlar  fəlsəfi  kateqoriyalara  qarşı  çıxaraq  onların 

ümumi  xarakterini  inkar  edirlər.  Pozitivistlərin  fikrincə 

kateqoriyaların obyektiv məzmunu yoxdur, kateqoriyaları ifadə 

edən sözlər heç nəyi göstərmir. Subyektiv təcrübədən kənarda 

qalan hər şey yalnız eksperimentlə üzə çıxarıla bilmədiyi üçün 

qeyri- elmidir. 

Elmi  idrak  müxtəlif  dərəcəli  ümumiləşdirməyə  əsaslanır. 

Tətbiqedilmə  sahəsi  bir  qayda  olaraq  xüsusi  elmlər  olan 

kateqoriyalar ilə yanaşı demək olar ki, bütün elmlər və yaxud 

əksər  elmlər  tərəfindən  istifadə  edilən  ürhumi  elmi 

kateqoriyalar  da  var.  Lakin  bütün  xüsusi  elmlər  fəlsəfi 

kateqoriyalara - ümumiyyətlə fəlsəfəyə müraciət edirlər. Fəlsəfi 

kateqoriyalarda  varlığın  ən  ümumi  xassəsi  və  tərəfləri  dərk 

edilsə  də,  onlar  xüsusi  elmi  kateqoriyalara  əsaslanaraq  öz 

məzmununu  zənginləşdirir.  Xüsusi  elmlər  də  fəlsəfi 

kateqoriyalara  əsaslanaraq  nəzəri  ümumiləşdirmələr  aparır, 

elmi  kəşflərdən  nəticə  çıxarır,  tədqiqatın  istiqamətini 

müəyyənləşdirir. 

Təfəkkürün kateqorial quruluşu haqqında danışarkən səbəb, 

nəticə,  zərurət,  təsadüf,  kəmiyyət,  keyfiyyət  və  başqa 

kateqoriyalar nəzərdə tutulur. Bu kateqoriyalar fəlsəfi olsalar da 

onlar  adi  şüurda  da  fəaliyyət  göstərirlər.  Fəlsəfə  bu 

kateqoriyaları  üzə  çıxarır,  kəşf  edir,  insan  praktikası  ilə 

qarşılıqlı  əlaqəsini  tədqiq  edir,  bir  sözlə,  onların  tam 

öyrənilməsi ilə məşğul olur. Hegel deyirdi ki, insanlar həyatda 

kateqoriyalardan  istifadə  etmir,  lakin  onlar  qeyri-şüuri  olaraq 

tətbiq edilir. 

Başqa anlayışlar kimi kateqoriyalar da gerçəklikdə mövcud 

deyillər, daimi formalar kimi ağılda əvvəldən verilmir. Onlar 

34 



insan  tərəfindən  təbiət  və  cəmiyyət  hadisələrinin  öyrənilməsi 

prosesində  yaranır  və  dünyanın  dərk  edilməsi  prosesində 

aparılan ümumiləşdirmənin nəticəsi kimi təsəvvür edilir. 

Kateqoriya ilk növbədə qazanılmış bilikdən yeni biliyə keçidi 

müəyyənləşdirən formadır. Burada onlar ikili rol oynayır. Hər 

şeydən əvvəl, kateqoriyaların əsasında bir bilikdən başqa biliyin 

çıxanlmasının  məntiqi  forması  qurulur.  Bu  onlann  analitik 

funksiyasıdır.  Bununla  yanaşı  birlikdə  (sintezdə)  yeni  biliyə 

gətirən 

yeni 


anlayış 

və 


prinsiplərin 

yaranmasında 

kateqoriyaların  böyük  rolu  var.  Kateqoriyalann  əsasında  yeni 

elmi  anlayışlar  yaranır,  təcrübənin  məlumatları  öyrənilir, 

idrakın  müxtəlif  vaxtlarda,  müxtəlif  vasitələrlə  əldə  etdiyi 

nəticələr birləşdirilir. 



4.2.

 

Qanun anlayışı 

İdrakın  inkişafı  qanun  şəklində  idarə  edilən  hadisələr 

arasındakı  zəruri  əlaqələrin  üzə  çıxanimasma  doğru  gedir.  Bu 

zəruri  əlaqələr  sabit,  təkrar  olunan  xarakter  daşıyır  və  geniş 

sahəni əhatə edir. «Qanun» anlayışı «qanunauyğun» anlayışma 

çox yaxındır. Qanunauyğunluq öz məzmununa görə bir-biri ilə 

əlaqədə olan qanunlann cəmidir. 

K.Marks qanunu hadisələr arasındakı  daxili və zəruri  əlaqə 

kimi xarakterizə edir. Hegel isə qanuna vacib münasibət, əlaqə 

kimi tərif verir, onun ümumiliyini, saxlanılan sabitliyini göstərir 

və eyni zamanda deyir: «Qanunların hökmranlığı mövcud olan 

və təzahür edən dünyanın sakit əks olunmasıdiD>.^® O, deyirdi 

ki, qanun «təzahürün o tərəfində deyil, bilavasitə onun özündə 

mövcudduD>.^‘  Belə  ki,  təzahür  qanundan  zəngindir,  lakin 

qanun təzahürdən dərindir, təzahürdə olan ən mühüm cəhətdir. 

Qanun  çox  mürəkkəb  kateqoriyadır.  Qanun  haqqında 

danışarkən  empirik  və  nəzəri  qanunlar  arasındakı  fərqi 

göstərmək  lazımdır.  Əgər  empirik  qanunlar  idrakın 

hissi-empirik  (təcrübi)  səviyyəsində  formalaşır  və  hadisələri 

(təzahürləri)  təmsil  edirsə,  nəzəri  qanunlar  obyektin 

mahiyyətinə nüfuz edən nəzəri 

® ferejib. HayKa jıornKH.T.2, M., 1971. 

c.l39. '“Yenə orada. 

35 



səviyyədə fəaliyyət göstərirlər. Nəzəri qanunlar heç vaxt tək- tək 

faktların  ümumiləşdirilməsi,  hətta  mövcud  empirik  qanunların 

köməkliyi ilə açıla bilməz, çünki onlar əşya və təzahürlərin hiss 

üzvləri vasitəsilə qavranılan xassələri ilə deyil, proseslərin dərin 

daxili mexanizmi ilə əlaqədardırlar. Nəzəri və empirik qanunlar 

arasındakı  nisbətə  mahiyyət  və  təzahür  arasındakı  nisbətin 

ifadəsi kimi baxmaq olar. 

Fəlsəfə tərəfindən öyrənilən qanunlar ümumi, nəzəri xarakter 

daşıyır. Kateqoriyaların köməkliyi ilə qanunların məzmunu ifadə 

edilir  və  formalaşdırılır.  Ona  görə  də  kateqoriya  və  qanunlar 

fəlsəfədə  əlaqəli  şəkildə  öyrənilir.  Bu  və  ya  digər  qanunu 

nəzərdən  keçirəndə  biz  eyni  zamanda  onu  ifadə  edən 

kateqoriyaların 

da 


məzmununu 

öyrənirik. 

Qanunlar 

kateqoriyalar arasındakı münasibətləri tənzimləyir. 

Qeyd  etmək  lazımdır  ki,  fəlsəfə  tarixində  qanunlann 

mövcudluğunu  ümumiyyətlə  inkar  edən  filosoflar  da  az 

olmamışdır. Məsələn, Devid Yum hesab edirdi ki, bütün başqa 

adətlər  kimi  bizim  qanuna  inanmaq  adətimiz  də  tez-tez 

təkrarlamanın məhsuludur, yəni bir qəbildən olan əşyalann başqa 

qəbildən  olan  əşyalar  ilə  birləşməsinin  təkrarən  müşahidə 

edilməsinin məhsuludur. 

Qanun  haqqında  belə  fikir  də  var  ki,  «universal  (fəlsəfi) 

qanunlar»  əslində  heç  də  universal  deyil,  hər  bir  məhdud,  dar 

sahələrə də tətbiq edilə bilər. 



4.3.

 

Hərəkətin fəlsəfi anlayışı 

Hərəkət haqqında təlim fəlsəfə tarixinin bütün mərhələlərində 

diqqət mərkəzində olmuşdur. Hərəkətin mahiyyəti, onun qaynağı 

və səbəbi fəlsəfənin və elmin ən çətin məsələlərin- dəndir. 

Hərəkət  dedikdə  nəyi  başa  düşmək  lazımdır?  F.Engels 

yazırdı:  «Materiyaya  tətbiqdə  hərəkət  ümumiyyətlə  dəyişmək 

deməkdir».^' Böyük fizik A.Eynşteyn deyirdi ki, cismin hərəkəti 

dedikdə  biz  onun  başqa  cisimlərə  nisbətən  dəyişməsini  başa 

düşürük. 

K.Mapk'c H 0.3HrejibC. CoHimeHHa, T.20, 

c.563.

 

36 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə