Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə120/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   116   117   118   119   120   121   122   123   ...   164

rizə,  tətbiq  edilən  qaydaların  qanuniliyi  ilə  əlaqədə  olan 

problemlər, başqa sözlə ayrıca götürülmüş ölkələrin daxili hesab 

etdikləri  problemlər  qloballaşır.  Qloballaşma  prosesi  qeyri- 

bərabər  baş  verdiyi  üçün  bəzi  ölkələr  və  bölgələr  onun  təsirini 

istənilən qədər hiss etmir, lakin bu iti və dayandırılmaz prosesin 

onları  radikal  dəyişikliklərin  burulğanına salması heç bir şübhə 

doğurmur.  XXI  əsrdə  dünya  ümumi  problemləri  vahid  insan 

toplumu kimi birlikdə həll etməlidir».” 

Artıq hamıya məlumdur ki, qloballaşma milli, dini, regional 

və s. ənənələrin tədricən zəifləməsinə səbəb olursa da, tamamilə 

aradan  götürə  bilmir.  Çünki  xalqlar,  etnik  qruplar,  fərdlər  öz 

mədəniyyətinə, dilinə, öz evi adlandırdığı yerə bağlıdır və bütün 

bunlardan  elə  də  asanlıqla  imtina  etmir.  ABŞ,  Yaponiya, 

Almaniya  kimi  qüdrətli  ölkələr  öz  iqtisadiyyatlarını  əgər 

maraqlarına 

uyğun 


gəlməsə 

geoiqtisadi 

komplekslərə 

bağlamırlar. «Qloballaşma bir tərəfdən yeni üfüqlər aça bilər və 

nəhəng  yaradıcı  qüvvələri  üzə  çıxarıb  azad  edə  bilər».  «Başqa 

tərəfdən qloballaşma prosesinə qoşulmaq mümkünsüz olur. Çox 

vaxt  qloballaşmanı  müşayiət  edən  rekulturizasiya  prosesi 

amansız, qeyri-insani olur, əxlaqi dayaqları təhqir edir».^® 



D,  Qlobal  münaqişələr.  Sivilizasiyaların  qarşılıqlı 

münasibəti Bir sıra Qərb alimləri göstərirlər ki, yaxın gələcəkdə 

dünya  siyasətinin  subyekti  kimi  sivilizasiyalar  milli  dövlətləri 

əvəz  edəcəklər.  Sivilizasiyalar  -  bir-birindən  öz  tarixi,  dili, 

ənənəsi, daha çox dini ilə fərqlənən birliklərdir. 

Harvard  Universitetinin  (ABŞ)  professoru  Semuel  Hantinq- 

ton  yazır:  «Qlobal  siyasətdə  prinsipial  münaqişə  müxtəlif 

sivilizasiyalara  aid  millət  və  qruplar  arasında  baş  verəcək. 

Sivilizasiyaların  toqquşması  dünya  siyasətində  önəmli  yer 

tutacaq.  Əgər  baş  tutarsa,  növbəti  dünya  müharibəsi 

sivilizasiyaların  müharibəsi  olacaqdır».^'  S.Hantinqtonun 

dediyinə  görə  sivilizasiyaların  qarşılıqlı  münasibəti  potensial 

olaraq müna- 



” Sitat götürülüb: В.Рамзес. Глобализация стучится в дверь.  - Вах: Жури. «Азия и Африка 

сегодня», № 5. 2002, с.З. 

А.И.Уткин. Göstorilon osor, s.244. 

•' Вах: Жури. «Вопросы философии», № 2, 1998. с.20. 

362 


qişə daşıyıcısıdır, çünki onların əsasında müxtəlif dəyər və 

əqidələr durur. Dəyər və əqidələri barışdırmaq isə iqtisadi və 

siyasi mənafeləri banşdırmaqdan daha mürəkkəbdir. O, yazır: 

«Qərb həqiqətən də beynəlxalq qurumlardan, hərbi qüdrətin- 

dən və iqtisadi ehtiyatlarından istifadə edərək. Qərbin üstünlü- 

yünü saxlamaqla, Qərbin maraqlarını qorumaqla. Qərbin iq- 

tisadi və siyasi dəyərlərini yaymaqla dünyanı idarə etmək is- 

təyir».^^ 

Sivilizasiyaların toqquşması nəzəriyyəsinə əsaslanaraq, 

S.Hantinqton qlobal münaqişələri də qruplaşdıraraq altı prob- 

lem üzərində dayanır. 

«1. Qlobal siyasətin formalaşmasının BMT, Beynəlxalq 

Valyuta Fondu və Ümumdünya Bankı kimi beynəlxalq təşki- 

latların fəaliyyətinə təsir problemi. 

2.

 

Silahların yayılmaması və silahlanmaya nəzarət, həm- 



çinin qızğın silahlanma məsələsinə ziddiyyətli münasibətdə 

özünü göstərən hərbi qüdrət problemi. 

3.

 

Ticarət, investisiya və b. məsələlərdə özünü göstərən ix- 



tilaf, iqtisadi qüdrət və zənginlik problemi. 

4.

 



İnsanların problemləri. Burada söhbət həm də bir sivi- 

lizasiyanı təmsil edən dövlətin başqa sivilizasiya çərçivəsində 

ona qohum olan əhalini müdafiə etmək, başqa sivilizasiyanı 

təmsil edən insanların diskriminasiyası və öz ərazisindən belə 

adamlann qovulması cəhdindən gedir. 

5.

 



Dəyər və mədəniyyət problemi ətrafında konflikt o za- 

man baş verir ki, dövlət öz dəyərlərini başqa sivilizasiyadan 

olan xalqa keçirmək və ya zorla qəbul etdirməyə çalışır. 

6.

 



Aparıcı dövlətlərin demokratiya xətti üzrə münaqişələrdə 

iştirak etdiyi vaxt meydana gələn epizodik ərazi problemlə- 

rı» 

23 

Beləliklə,  S.Hantinqton  bir  daha  təsdiq  edir  ki,  qlobal 

münaqişələr fərqli sivilizasiyalara məxsus olan aparıcı dövlətlər 

arasında baş verir. 



■■ Ycno orada, s.21. 

Новая постиндустриальная волна на Западе, с.541. 

363 


Biz belə hesab  edirik ki, S.Hantinqtonun  islam  və başqa si- 

vilizasiyalann  Qərbin  demokratiya  dəyərləri  və  bazar 

iqtisadiyyatı ilə bir araya sığmaması haqqında təşvişi əsassızdır. 

Çağdaş  dünyada  heç  bir  sivilizasiya  özünün  spesifikliyinə 

baxmayaraq  dünyada  baş  verən  qlobal  iqtisadi  və  siyasi 

modernləşmə prosesindən kənarda qala bilməz. 

Avropada  sənayeləşmənin  nəticəsi  kimi  milli  dövlətlər 

yarandı. İndiki dövrdə isə inteqrasiya prosesi sürətlə davam edir. 

F.Fukuyama  yazır:  «İqtisadi  qüvvələr  əvvəlcə  millətçiliyi 

yaratdılar, sinifləri milli maneələr əvəz etdilər, mərkəzləşmiş, dil 

cəhətdən  homogen  birlik  qurdular.  Həmin  iqtisadi  qüvvələr 

vahid, inteqrasiya olunmuş dünya bazarı yaratmaq vasitəsilə milli 

maneələri  (baryerləri)  dağıtmağa  yönəldilər.  Millətçiliyin  iflası 

yaxın zamanın işidİD>.^'* Deməli, F.Fukuyamanın fikrincə milli 

dövlətlərin  hamısı  yaxın  gələcəkdə  qüdrətli  dövlətlərin  təsiri 

altında qloballaşmağa məhkumdur. 

İndiki  dövrdə  dünya  yalnız  təbii  seçmə  mexanizmi  kimi 

bazara  uyğunlaşan  qabiliyyətli  adamlara  deyil,  həmçinin  öz 

ölkəsində zamanın tələblərinə cavab verən sivil qaydalar qurmağı 

bacaranlarla,  belə  qaydalan  qurmağa  qabiliyyəti  olmadığı  üçün 

daha  qüdrətli  olanın  himayəsində  olmağa  məcbur  olanlara 

bölünübdür.  Bu  barədə  xeyli  vaxtdır  ki,  Afrika  haqqında 

danışırlar,  son  dövrlərdə  isə  belə  ölkələr  siyahısına  Müstəqil 

Dövlətlər Birliyi (MDB) ölkələri də daxil edilmişdir. 

Yüksək inkişaf səviyyəsinə çatmış ölkələr ilə az inkişaf etmiş 

və yaxud geri qalmış ölkələr arasındakı ziddiyyətlər, münaqişələr 

Qərbin  daha  uzaqgörən  alimlərini  və  siyasi  xadimlərini  narahat 

edir. Amerika politoloqu Z.Bjezinski (1928) deyir: «Mübaliğəsiz 

olaraq  təsdiq  etmək  olar  ki,  Qərb  cəmiyyətinin  daha  şüurlu 

dairələrində  tarixi  narahatlıq,  bəlkə  də  hətta  bədbinlik  hiss 

olunmağa başlayıb. Bu inamsızlıq soyuq müharibənin qurtarması 

nəticəsində  geniş  yayılan  ümidsizlik  ilə  qüvvətlənməkdədir. 

Konsensus  və  harmoniya  ilə  yaradılan  «yeni  dünya  nizamı» 

keçmişdə qalan hadisə hesab edilmək 



*■* Sitat götürülüb; 

A.H.V

TKHH

.

 

Göstərilən əsər, 

s.7.

 

364 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə