Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə121/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   117   118   119   120   121   122   123   124   ...   164

əvəzinə,  qəflətən  gələcək  hadisəyə  çevrildi».^^  Beləliklə, 

Z.Bjezinski  «yeni  dünya  nizamının»  qurulmasım  yəqin  ki, 

ABŞ-ın rəhbərliyi altında olmasını istəyir. 

Qərbdə qlobalizmin əsas daşıyıcılan qloballaşmanı «seçilmiş 

azlığın»  qlobal  (planetar)  ehtiyatları  mənimsəməsi  kimi  başa 

düşür və yerdə qalan bəşəriyyəti belə sərvətə malik olmağa layiq 

görmürlər. 

«İndiki  mərhələdə  qloballaşmanın  xarakter 

xüsusiyyəti  açıq  ifadə  edilən  sosial  biçimsizlikdir.  İndi 

qloballaşma  imkanlarının  mədh  edilməsi  həmin  imkanları  artıq 

əldə etmiş elitaya doğru yönəlib. Qloballaşmanın xalqlara nə verə 

biləcəyi indiyə qədər sirr olaraq qalır. Bu gün qloballaşma elita 

üçün çoxlu miqdarda şimikdirici şey yaradır, onların şüurunu və 

davranışını həqiqətən dəyişir».^*^ 

Dünyanın  amerikanlaşması  təhlükəsi  hətta  Yaponiya  kimi 

inkişaf  etmiş  ölkədə  də  narahatlıq  yaradır.  Politoloq  T.İnoquti 

əhali  arasında  keçirdiyi  sorğu  nəticəsində  müəyyən  edibdir  ki, 

onları  «amerikan  fundamentalizmi»  narahat  edir.  Belə  funda- 

mentalizm  deyəndə  aşağıdakılar  nəzərdə  tutulur:  «Birləşmiş 

Ştatlar  özünün  qlobal  iqtisadi  işlərini  təkəbbürlə  həyata 

keçirməyə  meyl  göstərir  ki,  bu  da  qaçılmaz  olaraq  əks  təsir, 

neqativ  reaksiya  yaradır.  Yaponların  fikri  belədir  ki, 

qloballaşmanı  anqlosakson  bazar  iqtisadiyyatının  prinsiplərini 

müqəddəsləş-  dirməyə  müncər  etmək  və  onları  başqalanna 

sırımaq olmaz». 

Qeyd  etmək  lazımdır  ki,  amerikasayağı  qloballaşma  - 

«kifayət  qədər  müasir»  hesab  edilməyən  başqa  mədəniyyətlər 

tamamilə  aradan  qaldırılmasa  -  mümkün  deyil.  Çünki  Amerika 

qlobalizmi ilk növbədə maliyyə oliqarxiyasmın totalitar iqtisadi 

hakimiyyətidir.  Bu  hakimiyyəti  təmin  etmək  üçün  vahid 

beynəlxalq  valyutaya  dayanan  vahid  dünya  maliyyə  məkanı 

lazımdır. Belə məkan yerli hakim elitaya heç bir ciddi maneəyə 

rast gəlmədən özlərinin ənənəvi mallarını, yəni milli mənafeyini 

sata  bilmək  və  əvəzində  adekvat  pul  mükafatı  almaq  imkanı 

yaradır. «Yerlərdə nə qədər ki, məhv edilməmiş dəyərlər 

25 З.Бжезинский. Великая шахматная доска. M., 1998, c.251. 

2* А.С.Панарин. Искушение глобализмом. М„ «Русский национальный фонд». 2000, 

с.57. Sitat götürülüb: В.Рамзее. Göstərilən məqalə, s.8. 

365 



yaşayır, qlobal hakimiyyət mümkün deyil. Yalnız bu dəyərlərin 

dünya  alğı-satqı  dövriyyəsinə  çıxarılması  dünya  maliyyəsini 

əlində  cəmləşdirənlərin  həqiqətən  dünya  üzərində  tam 

hakimiyyətini təmin edir».^* Rus tədqiqatçısı A.S.Panarinin bu 

fikri əsasən doğrudur. O, yazır: «Təcrübə artıq göstərdi ki, qlobal 

dünya  yeni  liberalların  inandırmağa  çalışdığı  qarşılıqlı  asılılıq 

vəziyyətində olan dünyadan çox, vahid  mərkəzdən idarə  edilən 

asılı  dünyadır.  Eyni  zamanda  qlobalizm  nə  isə  başqa  məna 

daşıyır:  müasir  dünya  hegemonluğu  ənənəvi  hərbi  üstünlükdən 

daha çox iqtisadi və mədəni nailiyyətlərə əsaslanır. Söhbət nəinki 

dünyanın  ucqarlarını  iqtisadi  cəhətdən  talan  etməkdən,  həm  də 

orada  mənəvi  hökmranlığı  nəzərdə  tutan  qlobal  ekvivalent 

mübadilə praktikasından gedir.. 

Qərb  ölkələrinin  çoxunda  antiqlobalizmin  yayılması  sol 

radikal hərəkatın yenidən dirçəlməsi imkanını yaratdı. Bu hərəkat 

müxtəlif, hətta mahiyyətcə bir-birinə zidd qüvvələri - anarxistləri, 

kommunistləri,  ekoloqları,  insan  haqlan  müdafiəçilərini  və 

başqalarını  -  neoliberallara,  korporativ  kapitalizmə,  amerikan 

imperializminə  qarşı  mübarizədə  birləşdirir.  Anti-  qlobal 

strukturlar  sol  təmayüllü  qeyri-dövlət  təşkilatları  simasında 

müvəffəqiyyətlə inkişaf etməkdə olan ölkələrə də daxil olur. Bu 

hərəkat qiyam və qarşıdurma yarada bilər. 



3.

 

Təbiət və cəmiyyət 

3.1.

 

Təbiət anlayışı. Canlı və cansız təbiət, 

onların keyfiyyət fərqləri 

Təbiət  anlayışı  bütün  mövcudatı,  bütün  Kainatı,  bir  sözlə, 

müxtəlif təzahürləri ilə birlikdə bütün dünyanı əhatə edir. Daha 

dar mənada isə təbiət deyəndə üzvi və qeyri-üzvi aləm nəzərdə 

tutulur. Nəhayət, bu anlayış tez-tez insan cəmiyyətinin yaşaması 

üçün  lazım  olan  təbii  şəraitin  cəmini  ifadə  etmək  üçün  istifadə 

edilir.  Təbii  mühit  insanın  yaşaması  üçün  tələb  olunan  zəruri 

şəraitdir. Təbii şərait insan üçün yalnız onun or- 

A.C.Панарин. Göstərilən əsər, s.I23. ^ 

Yenə orada, s.181. 

366 



qanizminin  normal  fəaliyyət  göstərməsinə  lazım  deyil,  həm  də 

onun  tarixən  formalaşan  tələbatlarının  bütün  müxtəlifliyi  ilə 

birlikdə  normal  fəaliyyət  göstərməsi  üçün,  onun  mədəni  varlıq 

kimi yaşaması, özünün fiziki və mənəvi həyatının mənbəyi kimi 

təbiətdən hərtərəfli istifadə etmək üçün şəraitdir. 

Qeyd  etmək  lazımdır  ki,  «təbiət»  anlayışı  fəlsəfənin  tarixi 

tipləri - antik, orta əsrlər, yeni dövr fəlsəfəsində öz məzmununa 

görə  köklü  surətdə  dəyişmiş,  müxtəlif  fəlsəfi  cərəyanlar  və 

sistemlər daxilində fərqli izah edilmişdir. Bu anlayışın mənası bu 

kontekstdə  həm  də  onun  antonimlərindən,  məna  oppo- 

zisiyalarından asılıdır. «Təbii» anlayışı «fövqəltəbii» anlayışının 

əksi hesab olunur. Təbii və yaxud ağıl vasitəsilə əldə edilən bilik 

İlahi  biliyə  (Allah  kəlamına)  ziddir.  «Təbii»  müstəsnalıqdan 

fərqli  olaraq  adi,  normal  olmaq  deməkdir,  anadangəlmə 

keyfiyyətdir.  Bir  də  var  həyatda  yeni  qazanılan  əlamətlər. 

Fəlsəfədə «təbiət» anlayışı ənənəvi olaraq bütün mövcud olanın 

(kosmosun,  universumun,  dünyanın)  məcmusu,  təbii-  elmi 

idrakın obyekti kimi işlədilmişdir. Bu mənada «təbiət» Dekartda 

«materiya»nın sinonimi kimi tədqiq edilmişdi. 

Cəmiyyət  hansı  mərhələdə  olmasından  asılı  olmayaraq, 

coğrafi mühitdən kənarda yaşaya və inkişaf edə bilməz. Coğrafi 

mühi^^ təbiətin o hissəsinə deyilir ki, insanı bilavasitə əhatə edir 

və  onun  tələbatını  ödəyir.  Coğrafi  mühit  (Yerin  qabığı, 

atmosferin alt hissəsi, su, torpaq və torpaq örtüyü, bitki və heyvan 

aləmi) istehsal prosesinə cəlb edilərək, cəmiyyət həyatının zəruri 

(lakin  həlledici  deyil)  şəraitini  təşkil  edir;  ictimai  həyatın  çox 

sahələrinə əhəmiyyətli təsir göstərir. Zəngin xammal ehtiyatlarına 

(daş  kömür,  neft,  filiz,  meşə  və  s.)  malik  olan  ölkənin  başqa 

lazımi  şərait  olarsa  belə  ehtiyatları  olmayan  ölkələrə  nisbətən 

istehsalı  inkişaf  etdinnək  üçün  daha  çox  imkanı  olur.  Məsələn, 

XX  əsrin  ikinci  yarısında  yüzillərlə  yaşadıqları  feodal-qəbilə 

vəziyyətindən  kapitalizm  yoluna  keçən  və  yüksək  həyat  şəraiti 

yaratmaq üçün neftdən istifadə edən Səudiyyə Ərəbistanı və kiçik 

ərəb əmirliklərinin keçdiyi yol səciyyəvidir. 

Bu tcnnin sosial fblsofoyo fraıısı/ alimi J.H.Rcklyu (1830-1905) torollmlvin daxil edilib. 

367 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə