Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə122/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   118   119   120   121   122   123   124   125   ...   164

Cəmiyyət  həyatı  üçün  zəruri  olan  keyfiyyətcə  başqa  təbii 

mühit, bütün canlılann yaşadığı sfera - biosfera adlanır. Biosfe- 



ra bitki və heyvanlardan başqa həm də insanı əhatə edir. 

Biosfera  mürəkkəb  struktura  malik  olan  Yerin  canlı 

örtüyüdür. Biosferanın maddiliyi özünün fıziki-kimyəvi tərkibinə 

görə  müxtəlifdir:  1)  canlı  cisim  -  canlı  orqanizmlərin 

məcmusudur;  2)  biogen  cisim  -  atomların  canlı  cisimlərdən 

biosferanın  kosmik  cisimlərinə  fasiləsiz  biogen  axınıdır;  3) 

ətalətli, durğunluq vəziyyətində olan cisimlər (atmosfer, qazlar, 

dağ  süxurları  və  b.);  4)  bioloji  ətalətdə  olan  cisimlər,  məsələn 

torpaq,  lil,  üzdə  olan  su,  biosferanın  özü;  yəni  mürəkkəb, 

sükunətli canlı strukturlar; 5) radiaktiv cisimlər; 6) parçalanmış 

atomlar; 7) kosmik mənşəli cisimlər. 

İnsan  cəmiyyətinin  yaranması  ilə  əlaqədar  biosferanın 

keyfiyyətcə  yeni  vəziyyətinə  -  ttoosferaya^^  keçid  reallaşır. 

Noo-  sfera  canlı  və  şüurlu  varlığın  yaşadığı  mühitə  deyilir. 

«...Noos- fera elə qapalı sistemə çevrilmək istəyir ki,  orada hər 

bir element ayrılıqda görür, hiss edir, başqalan kimi onlarla birgə 

əzab çəkir». 

Fransız alimləri - filosof E.Lerua (1870-1954) və paleonto- 

loq,  filosof  P,Teyyar  de  Şarden  (1881-1955)  «noosfera» 

anlayışını elmi dövriyyəyə daxil etmişlər. Onlar hesab edirdilər 

ki. Yer üzərində ali canlı varlıqlara nüfuz edən çox güclü psixi 

örtük  mövcuddur.  Bu  ideyanın  mahiyyəti  aşağıdakından 

ibarətdir:  insanın  meydana  gəlməsi  ilə  fiziki  (bioloji)  təkamül 

praktiki  olaraq  tükənir,  ona  görə  də  biosferanın  arxasınca 

noosfera gəlir; yəni sonrakı təkamül cəmiyyət, sənaye, dil, ağıl və 

b.  mənəvi  vasitələrlə  həyata  keçirilə  bilər.  Təmiz  şüurun  azad 

olması baş verir və mənəviyyat elə təkmilləşmə dərəcəsinə çatır 

ki,  noosfera  tədricən  biosferadan  aynlmağa  can  atır.  P.Teyyar 

yazırdı:  «Bir  dəfə,  yalnız  bir  dəfə  Yer  planet  kimi  özünün 

mövcudluq yolunda həyat pərdəsi ilə örtülə bildi: Bu- 



Noosfera yun. «noos» - ağıl, tofokkür sözündun yaranıb. 

П.Т.де Шарден. Феномен человека. M.. «Наука». 1987, с. 199. 

368 


nun  kimi  bir  dəfə,  yalnız  bir  dəfə  həyat  təfəkkür  səviyyəsinə 

yüksəlmək qabiliyyətində olub».^^ 

XX əsrin 30-cu illərinin ortalannda rus alimi K/.  Vernadski 

(1863-1945)  noosfera  ideyasım  təbliğ  edirdi.  Onun  fikrincə 

noosferanın  yaranması  yalnız  təbiətin  yenidən  dəyişdirilməsinə 

aid edilə bilməz. İnsan sivilizasiyasının kökləri Yeri əhatə edən 

həmin psixi  örtükdən başlayaraq özü də dəyişir.  İnsan tarixinin 

bütün şəraiti dəyişir. Ona görə də noosfera eyni  zamanda insan 

həyatının yeni formalarının yaranması deməkdir. 

Canlı və cansızları bir-birindən ayırmadan insanın özünün ən 

zəruri həyati tələbatlarını ödəməyə yönəldilmiş praktiki fəaliyyəti 

mümkün deyil. İnsan özünü hər şeydən əvvəl canlı varlıq hesab 

edir və bütün canlılarla bir mühitdə yaşayır. 

Hər bir fərdi həyatın sonu olur. Burada dərin məna var. Çünki 

bu fərdi həyat başqa həyatın başlanğıcı olur və tədricən öz yerini 

ona verir. 

Canlı təbiətin ən əsas xüsusiyyətlərindən biri də, adətən, orada 

mövcud olan saysız-hesabsız formaların varlığı hesab edilir. 

İndiki  zamanda  insan  həyatının  saxlanması  insanlann 

özlərinin  qarşısında  duran  məqsəd,  onlann  həll  edəcəyi  zəruri 

məsələ kimi çıxış edir. 

” Ycno orada, s.217. 

369 



3.2. Cəmiyyət 

Cəmiyyət  geniş  mənada  bütün  bəşəriyyət,  ardıcıl  olaraq 

bir-birini əvəz edən, tarixən əlaqədə olan və keyfiyyətcə müxtəlif 

olan sosial orqanizmdir. 

Geniş  mənada  «sosial»  sözü  «cəmiyyət»  sözü  ilə 

eyniləşdirilir.  Belə  yanaşmada  sosial  münasibətlər  ictimai 

münasibətlərin  bütün  cəmi  kimi  qəbul  edilir.  Dar  mənada  isə 

sosial  münasibətlər  ümumiyyətlə  cəmiyyət  ilə  deyil,  ictimai 

həyatın  qalan  sosial  sferası  ilə  müqayisə  edilməlidir.  Başqa 

ictimai  münasibətlər  ilə  müqayisədə  belə  münasibətlər  iqtisadi, 

siyasi, hüquqi, əxlaqi və başqa ictimai münasibətlərin müəyyən 

tərəflərini  özündə  birləşdirir,  yəni  təcrid  olunmuş  halda  deyil, 

başqaları ilə birlikdə mövcud olurlar. 

Canlı fəaliyyətdə olan sosial orqanizm kimi cəmiyyət insanlar 

arasındakı  əlaqələr,  münasibətlər  sistemi  ilə  xarakterizə  edilir. 

K.Marks  yazırdı:  «Cəmiyyət  fərdlərdən  ibarət  deyil,  əlaqə  və 

münasibətlərin  elə  cəmidir  ki,  orada  insanlar  bir-birinə  qarşı 

dururlar»Onun  fikrincə  istehsal  münasibətləri  bütün  başqa 

münasibətləri  müəyyən  edən  əsas,  başlanğıc  münasibətləridir; 

onlar  insanların  iradəsindən  və  şüurundan  asılı  olmayaraq 

formalaşır. 

Bir 


çox 

filosoflar 

insanın 

tamamilə 

istehsal 

münasibətlərindən  asılı  olması  haqqında  marksist  fikri  inkar 

edirlər.  Çünki,  onların  fikrincə,  təbii  qanunların  fəaliyyət 

göstərdiyi  təbiətdən  fərqli  olaraq^əmiyyət,  onun  münasibətləri 

insanların  məqsədəuyğun,  şüurlu  fəaliyyəti  nəticəsində 

formalaşır. 

Bir  sıra  alimlər  isə  göstərirlər  ki,  sosial  sistemlərin  sayı 

çoxdur,  cəmiyyət  onların  ən  mürəkkəbi  və  əhəmiyyətlisidir. 

Məsələn, T.Parsons  yazırdı:  «Biz cəmiyyətə sosial  sistemin  elə 

tipi kimi tərif veririk ki, o başqa sosial sistemləri də birləşdirən öz 

mühitinə  nisbətən  ən  yüksək  dərəcədə  öz-özünə  kifayət  edir. 

Lakin  tamamilə  öz-özünə  kifayət  etmək  cəmiyyətin  fəaliyyət 

sisteminin yarım sistemi olması ilə bir araya sığışa bilməz. Hər 

bir cəmiyyət sistem kimi özünü saxlamaq üçün ətraf sistemlər ilə 

qarşılıqlı mübadilə vaxtı nə almasından ası- 

K.Маркс и Ф.Энгельс. Сочинения. Т.46. Ч.1, с.214. 

370 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə