Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə123/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   119   120   121   122   123   124   125   126   ...   164

İldir.  Deməli,  öz-özünə  kifayətin  mühitə  münasibəti  qarşılıqlı 

mübadilə münasibətlərinin  sabitliyi və özünün işləməsi  naminə 

nəzarət  qabiliyyəti  deməkdir.  Bu  nəzarət  hər  hansı  pozuntunun 

qarşısını  almaq  qabiliyyətindən  başlayaraq  mühit  ilə 

münasibətini  özü  üçün  əlverişli  şəkildə  qurmaq  qabiliyyətinə 

qədər müxtəlif formada görünə bilər».^^ 

Cəmiyyəti öyrənmək məsələsində fəlsəfi və ümumi sosioloji 

münasibətləri  fərqləndirmək  zəruridir.  Onların  tədqiqat 

obyektinin  -  cəmiyyətin  ümumiliyi  ilə  şərtlənən  ortaq  cəhətləri 

olsa  da  bir-birindən  fərqlənirlər.  Sosiologiyanı  əsasən  «sosial 

struktur»  termini  ilə  göstərilən  tərəf  maraqlandınr.  Bu,  sosial 

sistemin ayrı-ayrı elementlərini bir bütöv halında birləşdirmək və 

təşkil etmək üsuludur. 

Cəmiyyət anlayışının fəlsəfi mənası - fərdlərin bir bütöv kimi 

əlaqə  tipinin  xüsusiyyətlərini  müəyyənləşdirməkdən  ibarətdir. 

Belə  əlaqələrin  əsas  tipləri  bəzən  mənəvi  (Avqustin,  əl-Qəzali, 

T.Akvinat və b.), bəzən konvensional (şərti) (XVII- XVIII əsrin 

bir  sıra  Avropa  filosofları),  bəzən  isə  insanlann  qarşılıqlı 

münasibətinə  əsaslanan  maddi  amillərlə  (Marks)  xarakterizə 

olunur. 


Cəmiyyət  həmişə  konkret-tarixi  formada  mövcud  olur.  İlk 

belə forma qəbilə cəmiyyəti olmuşdur. Əgər insan cəmiyyətinin 

təşəkkül  prosesi  qəbilənin  yaranması  ilə  başa  çatırsa,  insanın 

formalaşması  müasir  tip  insanın,  yəni  şüurlu  insanın  (Ho-  mo 

sapiens) meydana gəlməsi ilə başa çatır. 

İnsan cəmiyyəti - sabitliyi qoruyub saxlama ilə dəyişmənin, 

yaranma  ilə  doğulma  prosesinin  qarşılıqlı  nisbətinin  tamamilə 

yeni  tipidir.  Bu  proseslərin  maddi  və  mənəvi,  ictimai  və  şəxsi, 

əbədi və keçici, zəruri və azad forma və mexanizmləri haqqında 

aydın, dəqiq bilik indiki dövrdə təxirəsalınmaz qlobal, regional 

və lokal problemlərin səmərəli həlli üçün zəruri şərtdir. 

’5 Т.Парсонс. Система совре.мсииых обществ. M.. «Аспект-Пресс». 1988, с.20. 

371 



3.3. Cəmiyyət və təbiətin qarşılıqlı təsiri 

İ  Təbiətin  yaranma  tarixi  insanın  özünün  yaranma  tarixindən 

ayrılmazdır.  İnsanın  təşəkkülü  (antropogenez)  və  cəmiyyətin 

təşəkkülü  (sosiogenez)  qarşılıqlı  əlaqədə,  birinin  başqasını 

şərtləndirdiyi şəraitdə baş verən vahid prosesin iki tərəfidir. 

Təbiət və cəmiyyətin qarşılıqlı münasibəti fəlsəfənin və bütün 

humanitar  biliyin  daimi  və  aktual  problemidir.  Bəşəriyyət 

planetimizin  canlı  və  cansız  sferası  ilə  hansı  münasibətdədir, 

onlar bundan sonra da yanaşı yaşaya biləcəkmi və onların birgə 

inkişafı  mümkün  olacaqmı?  Bu  iqtisadiyyata,  siyasətə,  əxlaqa, 

incəsənətə, dinə və s. toxunan ən aktual və kəskin problemlərdir. 

Təbiət  və  cəmiyyət  arasında  kəskin  uçurum  ola  bilməz: 

cəmiyyət  daha  böyük  bütövün  -  təbiətin  bir  hissəsidir.  Lakin 

onların hər birinin öz xüsusiyyətləri var. Cəmiyyət təbiət ilə öz 

keçmişi, bu günü və gələcəyi ilə bağlıdır. 

Təbii  mühitin  xarakteri  sosial  mühitin  xarakterini  deyil, 

əksinə, sosial mühitin xarakteri insanın əmək fəaliyyəti sferasına 

cəlb edilən və müvafiq olaraq cəmiyyət həyatına təsir edən təbii 

mühitin  xarakterini  müəyyən  edir.  Təbiətlə  qarşılıqlı  təsir 

prosesində insan həmişə fəal tərəf kimi çıxış edir.^ 

Təbiətin inkişaf prosesində insan və cəmiyj^tin təşəkkül tapıb 

inkişaf  etməsi  üçün  ilkin  iqlim  və  bioloji  şərtlər  formalaşır. 

Təbiət  cəmiyyətə  çoxtərəfli  və  müxtəlif  tərkibli  (məkan  və 

zamanda)  təsir  göstərir.  Bu  təsir  xüsusilə  təbii  şərait  və 

texnologiyanın inkişaf səviyyəsi ilə şərtlənİE^^ 

Mövcud olduğu ilk vaxtlarda insan dem^olar ki,  təbiətlə bir 

idi,  özünü  mənəvi  cəhətdən  ondan  ayırmırdı.  Bu  insanın 

inkişafının  ilk  mərhələsi  idi.  Bu  dövrdə  təbiət  və  cəmiyyətin 

qarşılıqlı münasibətlərində kortəbii tarazlıq mövcud idi. 

Sonralar insan təbiətdən daha çox aynimağa başlayır. Təbiəti 

dəyişərək  insan  onu  öz  tələbatına  uyğunlaşdırır  və  bu  halda 

yalnız  şəxsi  mənafeyi  ilə  hesablaşır,  bu  hərəkətin  təbiət  üçün 

hansı  nəticələr  verəcəyi  haqqında  fikirləşmir.  Təbiət  cəmiyyəti 

təmin etmir və cəmiyyət öz hərəkətləri ilə onu dəyi- 



372 


şir.  Maddi  istehsal  vasitəsilə  cəmiyyət  təbiətə  özünün  əsas  və 

ciddi  təsirini  göstərir:  təbii  ehtiyatlardan  istifadə  edərək,  onlan 

tətbiq  edib  dəyişdirərək  təbiəti  çirkləndirir  və  həm  də  müdafiə 

etmək  istəyir.  Təbiət  üzərində  hökmranlığa  can  atmaq  onun 

dağılmasına  aparır,  istehsal  üçün  daha  çox  miqdarda  maddə  və 

eneıji  növlərindən  istifadə  etmək  təbii  sərvətlərin  talan 

edilməsinə, insanın təbiətdən ayrılmasına, onların bir-birinə  ya- 

bançılaşmasma gətirib çıxarır. Bu ikinci mərhələdir. 



Üçüncü  mərhələnin  vəzifəsi  cəmiyyətin  təbiətdən 

ayrılmasını  aradan  qaldırmaq,  bütün  əvvəlki  inkişafın 

nailiyyətləri  əsasında  onların  birliyini  bərpa  etməkdir.  Təbiətin 

özü  cəmiyyətin  həyat  fəaliyyətinin  rasional  təşkil  olunması 

prosesinin momenti olur. 

Ekoloji  mürəkkəbləşmələr,  təbiət  və  cəmiyyət  arasındakı 

maddələr mübadiləsində tarazlığın pozulması, həyati proseslərin 

baş verdiyi və insanın yaşayış şəraitinin formalaşdığı torpaq, su 

və  hava  sferasının  çirklənməsi  göstərir  ki,  insanın  təbiətlə  təsir 

vasitələri hələ mükəmməl deyil. 

İnsan və təbiətin qarşılıqlı təsir problemi həmişə dərin fəlsəfi 

marağın  predmeti  olmuşdur.  Bu  problemə  bu  və  ya  digər 

dərəcədə insanın Kainatda yerini və rolunu müəyyənləşdirməyə 

səy göstərən böyük mütəfəkkirlər müraciət etmişlər. 

Təbii proseslər ilə tarixi proseslər çox hallarda oxşar olurlar. 

Təbii proseslər nə qədər təkrar olunsalar da, özlərində nə isə yeni, 

əlavə bir şey daşıyırlar. Lakin  eyni zamanda təbiətdə baş verən 

proseslər  tarixi  proseslərdən  fərqlənirlər.  Məsələn,  geoloji 

dövrlərin  ardıcıllığı  cəmiyyətdəki  tarixi  ardıcıllıqla  eyni  deyil. 

Hadisələrin ardıcıllığı o vaxta qədər tarixi ardıcıllıq olmur ki, onu 

təşkil  edən  hərəkətlər  heç  olmasa  prinsip  etibari  ilə  tarixçinin 

şüurunda  yenidən  canlandınla  bilsin.  Hegel  doğru  olaraq 

göstərirdi  ki,  insan  həyatından  kənarda,  rasional  həyatdan, 

düşünən  varlığın  həyatından  kənarda  tarix  yoxdur.  Bütün  tarix 

fikir tarixidir. 

Hegelə görə insanın başında ona görə ideya olur ki, insanın 

düşünmək  qabiliyyəti  var.  Əgər  ideya  öz  mövcudluğunda 

düşünən insandan asılı olmasaydı, onda nə insan olardı, nə də 



373 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə