Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə124/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   120   121   122   123   124   125   126   127   ...   164

hətta təbiət aləmi olardı. Çünki bu ideyalar elə məntiqi əsasdır ki, 

təbiət və insan aləmini, düşünən və düşünməyən varlığı mümkün 

edir.  Deməli,  Hegelə  görə  bu  ideyalar  nəinki  təbiətin,  həm  də 

tarixin əsasını təşkil edir. 

Təbiət  və  cəmiyyətin  qarşılıqlı  əlaqəsi  artıq  bizim  planetin 

miqyası  ilə  məhdudlaşmır.  Bu  kosmonavtikanın  inkişafı, 

kosmosun  və  Yerin  tədqiq  edilməsi  və  istifadə  olunması  üçün 

qurulan kosmik vasitələrin yaradılması nəticəsində baş veribdir. 

İndiki  zamanda  bizim  sivilizasiya  ilə  Kainatda  mövcudluğu 

ehtimal edilən başqa canlılar və sivilizasiyalar arasında əlaqələrin 

olması  ideyası  geniş  yayılıbdır.  Tanınmayan  uçan  obyektlərə, 

təbii-kosmik mühitin insan taleyinə təsiri (astrologiya) və yaxud, 

əksinə,  insanın  təbii  qanunauyğunluqdan  asılı  olmasına 

(levitasiya) marağın olması da bu qəbildəndir. 

Bizim  zamanımızda  insan  ilə  təbiətin  qarşı-qarşıya 

durmasının  yolverilməzliyi,  onlar  arasında  tam  ahəngdarlığın 

yaranması zərurəti sosial praktikanın ən aktual və birinci növbəli 

məsələsi kimi dərk edilir. 

Təbiət  ilə  müasir  elmin  kəşf  etdiyi  eksperimental  dialoq 

passiv müşahidəni deyil, fəal müdaxiləni nəzərdə tutur. Alimlər 

qarşısında  fiziki  reallığı  idarə  etməyi  öyrənmək,  onun  nəzəri 

təsvirə daha yaxın hərəkət etməsinə nail olmaq vəzifəsi qoyulur. 

Göstərmək  lazımdır  ki.  Yerin  təbiətinə  ziyan  vurmadan 

insanın  daim  artan  tələbatını  ödəmək  hələlik  mümkün  olmur. 

A.Eynşteyn deyirdi ki, təbiət ona verilən sualların çoxuna «yox» 

cavabı verir və çox nadir hallarda ondan ümidverici  «ola bilər» 

ifadəsini eşitmək olur. Alim ağlına nə gəlirsə elə də hərəkət edə 

bilməz və təbiəti məcbur edə bilməz ki, onun istədiyini desin. Bu 

yolverilməzdir. 

Kant  bu məsələdə daha  qətiyyətli  idi:  elm təbiət ilə dialoqa 

girmir,  öz  dilini  təbiətə  zorla  qəbul  etdirir.  Biz  insanlar 

suallarımızı  hazırlayıb  təbiətə  veririk  və  bu  suallan  həmişə  elə 

qoyuruq  ki,  aydın  olaraq  «hə»  və  ya  «yox»  cavabını  ala  bilək 

(çünki təbiət, onu məcbur etməsən cavab vermir). Son nəticədə 

cavabı biz özümüz veririk. 

374 



M.Haydegger elmi tədqiqata qarşı kəskin tənqidi mövqedən 

çıxış edirdi. Çünki, onun fikrincə elmin əsas məqsədi təbiəti zorla 

tabe  etməkdir.  Bizim  elmi  nəzəriyyə  adlandırdığımız  şey, 

Haydeggerə  görə  şeyləri  özümüzə  tabe  etmək  üçün  onları 

sorğu-suala tutmaqdır. Alim də texnoloq kimi biliyə can atmaq 

pərdəsi altında hakimiyyətə gəlmək istəyən iradənin (volya- nın) 

əlində bir oyuncaqdır. Alimin tədqiqat obyektinə ilk yaxınlaşması 

göstərir  ki,  həmin  obyekt  sistematik  olaraq  zorakılığa  məruz 

qalır. Məsələn, Reyn çayı insanlara qulluq etməyə məcbur edilir, 

hərçənd sənaye tullantıları ilə çirklənən bu çayda bütün canlılar 

məhv edilə bilər. 

M.Haydeggerin  müasiri  K.Yaspers  təbiət  və  cəmiyyətin 

(tarixin)  qarşılıqlı  əlaqəsi  haqqında  yazmışdır:  «Təbiətdə  canlı 

nəsillərin  əvəz  olunması  prosesində  baş  verən  əllə  tutulmayan, 

hiss  edilməyən  dəyişiklikdir,  mutasiyalarda  həyata  keçirilən 

sıçrayışların  ardıcıllığıdır.  Tarix  isə  mənəvi  böhranları  aradan 

qaldırmaqdır  və  insanın  ictimai  vəziyyətinin  yeni  şəkilə 

salınmasında həyata keçirilir. Tarix sonda həmişə hansısa insan 

qərannin nəticəsidir, canlı təbiətdə gərginlik formalann fasiləsiz 

olaraq  qayıtmasında,  bütün  baş  verənlərin  tabe  olduğu 

qanunlarda olmasıdır. Tarixdə isə biz məqsədi sağ qalma, artma 

olan  birdəfəlik  daxili  gərginlik,  bununla  da  yaradıcılıq,  qurma 

imkanı haqqında danışırıq».^*^ 

Təbiətlə  qarşılıqlı  münasibətdə  insan  hansı  mövqedən  çıxış 

etməlidir? Hər şeydən əvvəl Yer üzərindəki bütün canlılar kimi 

insan  da  biosferadan  ayrılmazdır.  Biosfera  şəraiti  insanın 

yaşaması  üçün  zəruri  təbii  amildir.  Yalnız  cəmiyyət  təbiətdən 

deyil, həm  də təbiət  (o cümlədən insan ayağı  dəyməyən təbiət) 

cəmiyyətdən  asılıdır.  İstifadə  edilən  təbiət  (meşə,  torpaq  və  s.) 

bərpa edilməyə möhtacdır. Təbiət nisbətən ləng dəyişir və onun 

cəmiyyətin inkişafına təsiri az və ya çox sabitdir. Cəmiyyət isə 

təbiətə nisbətən daha tez dəyişir. 

İnsanın,  təsərrüfat  məqsədilə bizim planetimiz Yerdən daha 

çox  istifadə  etməsi  ilə  əlaqədar  təbiət  və  cəmiyyətin  qarşılıqlı 

şərtlənmələri daha da güclənir. İctimai tərəqqi zəruri olaraq 

К.Яспсрс. Всемирипя история философии. СПб. «Наука». 2(КЮ. с.61. 



375 


Yer  üzərində  həyatın  tərəqqisini  tələb  edir.  Bu  həqiqət  indiki 

dövrdə xüsusi əhəmiyyət kəsb edir. 



3.4.

 

Ekologiya: sosial-fəlsəfi problemlər 

Ekologiya  (yun.  «oikos»  -  məskən,  yer)  təbiət  ilə  cəmiyyət 

arasında dinamik tarazlığı saxlamaq məqsədilə canlılar ilə onların 

məskunlaşdığı  xarici  şərait  arasındakı  qarşılıqlı  təsirin 

qanunauyğunluqlarını öyrənən elmdir. 

«Ekologiya»  termini  elmə  1866-cı  ildə  alman  darvinist 

bioloqu  E.Hekkel 

(1834-1919)  tərəfindən  gətirilib. 

O, 

ekologiyaya  orqanizmin  xarici  aləm  ilə  olan  bütün  əlaqələrini 



öyrənən elm kimi tərif vermişdir. Xarici aləm deyəndə o, sözün 

geniş mənasında mövcud olmağın bütün şəraitini, həm üzvi, həm 

də qeyri-üzvi aləmi buraya aid edirdi. 

Elm  kimi  ekologiyanın  vəzifəsi  yalnız  fəlakətli  nəticələri 

aradan qaldırmaq deyil, həm də Yer üzərindəki bütün insanların 

və  canlı  varlığın  bioloji  və  sosial  inkişaf  şəraitini  əhəmiyyətli 

dərəcədə yaxşılaşdırmaq məqsədilə ətraf mühitə təsir vasitələrini 

axtarmaq və təklif etməkdir. 

Ekoloji  fəaliyyət  elə  prosesdir  ki,  cəmiyyət  və  təbiət 

arasındakı müvazinəti saxlamağa, əgər bu müvazinət pozulubsa 

onu bərpa etməyə yönəldilir. Ekoloji fəaliyyətin nəticələri heç də 

həmişə  qoyulan  məqsədə  uyğun  gəlmir.  Əgər  bu  və  ya  digər 

səbəbə görə məqsədə nail olunmasa, onda müsbət nəticə əvəzinə 

təbii  mühiti  poza  bilən  nəticə  alınması  realdır.  Bu  işdə  həddən 

artıq diqqətli olmaq lazımdır. 

Hava, su və torpağın çirklənməsi iqlim, bioloji növlər, bərpa 

olunan və olunmayan təbii ehtiyatlar üçün təhlükə yaradan qlobal 

dəyişikliklər - iri tankerlərin qəzaya uğraması nəticəsində neftin 

dənizə  axması,  atom  elektrik  stansiyalarında  baş  verən  qəza  və 

yaxud kimya zavodlarındakı fəlakət kimi hadisələr ilə şərtlənmir. 

Bu  əsasən  bizim  texnologiyanın  normal  fəaliyyətindən  istifadə 

etməyimizin, 

sənaye  və  kənd  təsərrüfatının  gündəlik 

praktikasının,  həmçinin  bizim  adi  istehlak  vərdişlərimizin 

nəticəsidir. 

376 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə