Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə125/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   121   122   123   124   125   126   127   128   ...   164

Cəmiyyət  ilə təbiət  arasındakı  qarşılıqlı təsirin xarakteri, bir 

tərəfdən  istehsal  üsulu,  digər  tərəfdən  isə  daxilində  cəmiyyətin 

inkişaf  etdiyi  və  təmasda  olduğu  təbii  mühitin  xassələri  ilə 

müəyyən  edilir.  Qarşılıqlı  təsir  prosesinin  idarə  edilməsi  həm 

istehsala  təsir  etməklə,  məsələn,  texnologiyanın  dəyişməsi  yolu 

ilə, həm də təbiətə təsir etməklə, məsələn, canlı ehtiyatlan yenidən 

yaratmaq  prosesini  qaydaya  salmaq  və  idarə  etmək  metodu  ilə 

həyata keçirilməlidir. 

İnsan müasir sivilizasiyaya təbiəti öz məqsədinə uyğun olaraq 

daim  dəyişməklə  gəlib  çıxmışdır.  Məlumdur  ki,  insan  dəfələrlə 

yaxın  məqsədini  həyata  keçirmək  üçün  təbiətin  dağıdıcı 

qüvvələrinin əl-qolunu açmışdır. Bu mənada təbiət insanın ağılsız 

hərəkətlərinə  görə  ondan  qisas  alır.  K.Marks  yazırdı: 

«...Mədəniyyət  kortəbii  inkişaf  edirsə,  şüurlu  olaraq 



istiqamətləndirilmirsə.,. özündən sonra boşluq qoyub gedir.. 

Müasir qlobal ekoloji vəziyyət insanlann daim artmaqda olan 

tələbatını  ödəmək  üçün  göstərdikləri  fəaliyyət  nəticəsində 

yaranmışdır. Landşaftın dəyişməsi, meşələrin qınlması, torpağın 

şoranlaşması,  havanın  çirklənməsi,  oksigen  yağışlan  və  s. 

insanların  öz  həyat  şəraitlərini  yaxşılaşdırmağa  can  atmalarının 

nəticəsidir. Məsələn, sənayenin son yüz ildəki inkişafı nəticəsində 

atmosferdə  karbon  qazının  qatılığı  20  faiz  artmışdır,  şəhərlərdə 

atmosferin tozlanması 20 faiz çoxalmış, təbiətdə milyon tonlarla 

zəhərli  maddələr  dövr  edir  və  s.  on  min  ildən  sonra  da  atom 

elektrik  stansiyalarının  tullantıları  ona  toxunan  üçün  təhlükəli 

olacaq. 


Mütəxəssislər  nəinki  insanın,  həm  də  təbiətin  hüquqları 

haqqında  danışırlar.  Müasir  ekologiyada  bu  barədə  üç  fikir 

formalaşıb:  1)  təbiət  heç  bir  hüquqa  malik  deyil,  onun  heç  bir 

daxili  dəyəri  yoxdur,  onu  qoruyub  saxlamaq  yalnız  ona  görə 

lazımdır ki, o insanın mövcudluğu üçün zəruri olan ətraf mühitdir. 

Burada  təbiət  kənarda,  insan  isə  mərkəzdədir.  Yalnız  insan 

hüququn subyektidir; 2) təbiət müəyyən hüquqa malikdir. Bu fikir 

aşağıdakı  prinsipə  söykənən  utilitaristlərə  məxsusdur:  Kainatda 

maksimum miqdarda rifah və minumum 

K.MapKC 


11

 

O.ƏHrejibc. 

CoHHHeHHH. 



T.20. c.496.

 

377 




əzab-əziyyət.  Buradan  isə  heyvanlan  əxlaqi  və  hüquqi  haqlar 

sferasına  daxil  etmək  zərurəti  yaranır;  3)  humanist  ənənədə 

mövcud olan prioritet qaydasının dəyişməsini tələb edən «dərin 

ekologiya» tərəfdarlarının fikri. Ənənəvi prioritet qaydası belədir: 

insan-heyvan-bitki və minerallar. «Dərin ekologiya» tərəfdarları 

belə  qayda  təklif  edirlər:  biosfera  (və  ya  Yer)  -  ümumiyyətlə 

bütün canlılar - bəşəriyyət. Bu sistemdə insan ən neqativ element 

kimi xoşa gəlməzdir, çünki yalnız o təbiəti məhv edə bilər. Məhz 

insan təbiətin düşmənidir. 

Keçmişdə insan təbiət qüvvələri və təbii ehtiyatlardan kortəbii 

şəkildə istifadə edirdi. İnsan təbiətdən nə qədər imkanı varsa, o 

qədər də götürürdü. Lakin elm və texnologiyanın inkişafı insanı 

yeni  problemlər  ilə  qarşılaşdırdı:  təbii  ehtiyatlann  məhdud 

olması,  yaranmış  sistemin  dinamik  tarazlığının  pozulması, 

bununla  əlaqədar  bu  sistemə  qayğı  ilə  yanaşmanın  zəruriliyi 

problemi.  Beləliklə,  əgər  cəmiyyətin  təbiətə  münasibətinin 

keçmiş  tipi  kortəbii  (bəzən  məsuliyyətsiz)  xarakter  daşıyırdısa, 

yeni  şəraitdə  yeni  tip  münasibət  meydana  gəlib;  belə  tip 

münasibət  qlobal,  elmi  cəhətdən  əsaslandırılmış  tənzimləmə 

olmaqla  həm  təbii,  həm  də  sosial  prosesləri  əhatə  edir,  təbiəti 

nəinki  saxlamaq,  həm  də  yenidən  canlandırmaq  məqsədilə 

cəmiyyətin  təbiətə  mümkün  ola  bilən  təsirinin  xarakter  və 

sərhəddini nəzərə alır. 

İnsanın texniki fəaliyyəti biosferanın təşkil olunma prinsipini 

dağıtmaq deyil, qurmalıdır, vahid dinamik sistem kimi biosferanı 

tamamlamalı və onunla qarşılıqlı təsirdə olmalıdır. 

«Ekoloji  situasiya»  anlayışı  «cəmiyyət-təbiət»  sisteminin 

inkişafında diskret (fasiləli, qırıq-qırıq), zaman-məkan çərçivəsi 

ilə məhdudlaşan fraqmenti ifadə edir. Ekoloji situasiyanın iki əsas 

növü mövcuddur: cəmiyyət və təbiət arasındakı dinamik tarazlıq 

və  ekoloji  böhran  vəziyyəti.  Bu  iki  situasiya  arasındakı  fasilə 

vaxtı cəmiyyət tarixində çoxsaylı keçid vəziyyətləri üzə çıxır. 

«Ekoloji  böhran»  anlayışı  deyəndə  ekoloji  situasiyanın  elə 

növü nəzərdə tutulur ki, o «cəmiyyət-təbiət» sisteminin dinamik 

tarazlığının pozulması və «cəmiyyət-təbiət» münasibətlə 

378 



rinin ziddi)^ətə gətirəcək dərəcədə kəskinləşməsi ilə xarakterizə 

edilir.  Belə  vəziyyət  «cəmiyyət-təbiət»  sistemi  daxilindəki 

əlaqələrin ekoloji fəaliyyət vasitəsilə dəyişdirilməsini zəruri edir. 

Zaman  baxımından  lokal,  regional  və  qlobal  ekoloji  böhran 

növlərinin olduğu göstərilir. Mənşəyinə görə onların bəzisi təbii 

baş verir, yəni insan fəaliyyətindən asılı olmayaraq təbii mühitin 

spontan (öz-özünə əmələ gələn) dəyişməsi nəticəsində meydana 

gəlir  (zəlzələ,  daşqın,  vulkan  və  s.);  bir  hissəsi  isə  antropogen 

xarakter  daşıyır,  yəni  insanın  təbiəti  özünə  tabe  etmək  və  onu 

dəyişdirmək  istiqamətinə  yönəldilən  fəaliyyəti  nəticəsində 

yaranır (məsələn, bu günkü qlobal ekoloji böhran). Keçmişdə də 

dəfələrlə antropogen böhranlar olmuşdur. Məsələn, belə ehtimal 

var  ki,  Amerikanın  qədim  ink,  mayya,  astek  sivilizasiyaları 

torpaq  münbitliyinin  tükənməsi  ilə  əlaqədar  baş  verən  ekoloji 

böhran nəticəsində məhv olublar. 

Əsas göstəricisi ekoloji böhran olan müasir ekoloji situasiya 

öz  mahiyyətinə  görə  sivilizasiya  mənşəlidir,  yəni  bəşəriyyətin 

ümumi sivilizasiyalı inkişafı nəticəsində meydana gəlib. 

İnsan fəaliyyətinin xarakterində, istiqamətində və miqyasında 

baş verən hər bir dəyişiklik təbiət və cəmiyyət münasibətlərindəki 

dəyişmələrin  əsasında  durur.  İnsanın  praktiki-dəyişdirici 

fəaliyyətinin  inkişafı  ilə  əlaqədar  onun  biosferanın  təbii 

əlaqələrinə  müdaxiləsinin  miqyası  da  artır  və  bu  müdaxilənin 

nəticələrini o həmişə nəzərə ala bilmir. 

Ekoloji  mədəniyyət  yalnız  biosferanın  noosferaya  keçməsi 

prosesində  formalaşmır,  özü  bu  keçidin  şərti  kimi  çıxış  edir. 

Bəşəriyyətin  olum  və  ölüm  məsələsi  mədəniyyətin  nə  qədər 

ekoloqlaşmasından da çox asılıdır. 

Bəşəriyyət elə problemlərlə üz-üzə gəlibdir ki, onlar insanın 

mövcudluğunu  təhlükə  altına  alıb.  Atmosferin  çirklənməsi, 

torpaq  örtüyünün  qüvvədən  düşməsi  və  xarab  olması,  su 

hövzəsinin kimyəvi zəhərlənməsi belə problemlərin birincisidir. 

Beləliklə, insan öz fəaliyyəti nəticəsində məskunlaşdığı şərait ilə 

kəskin ziddiyyətə girib. 



379 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə