Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə128/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   124   125   126   127   128   129   130   131   ...   164

üsulu və miqdarı. Sinfin formalaşmasını və son nəticədə siniflər 

arasındakı  fərqi  şərtləndirən  əsas  amil  insanlann  istehsal 

vasitələrinə olan münasibətidir. 

Hələ Marksa qədər siniflərin mövcudluğu və onlar arasında 

münaqişənin  olması  haqqında  deyilmişdi.  Bəs  Marks  siniflər 

haqqında təlimə hansı yeniliklər gətirmişdir? O, yazırdı: «Mən 

yeni  nə etmişəmsə, bu aşağıdakılan sübut etmək olmuşdur: 1) 

siniflə- rin mövcudluğu yalnız istehsalın inkişafının müəyyən 

tarixi  fazaları ilə əlaqədardır;  2) sinfi  mübarizə zəruri  olardiq 

proletariat  diktaturasına  apanr;  3)  bu  diktaturanın  özü  yalnız 

hər cür siniflərin ləğv edilməsinə və sinifsiz cəmiyyətə keçidi 

təşkil edİD)."” 

Marksın bu fikrinin 2-ci və 3-cü hissələrinin əsassız olduğu 

sonralar sübut edildi və tarixin inkişafı onlan inkar etdi. 

Marksizmə görə sinfi  mübarizənin  üç forması var: iqtisadi, 

ideoloji və siyasi mübarizə. Axınncı ən kəskin mübarizə forması 

hesab edilir. 

Göstərmək  lazımdır  ki,  sinfin  əsas  əlaməti  kimi  istehsal 

vasitələrinə  münasibətin  seçilməsi,  ümumiyyətlə  cəmiyyətin 

izah  edilməsinin  əsas  prinsipi  kimi  insanlann  istehsal 

fəaliyyətinin  götürülməsi  inkişaf  etmiş  müasir  cəmiyyətlərin 

(postindustrial,  informasion)  təhlil  edilməsi  işində  özünü 

doğrultmur. Çünki bu cəmiyyətlərdə əhalinin yalnız 1/4 hissəsi 

istehsal fəaliyyəti ilə məş^ldur. İnformasiyaya, yüksək ixtisasa, 

biliyə, istedada malik olmaq ictimai istehsal vasitələrinə sahib 

olmaqdan  daha  çox  imtiyaz  gətirir.  İstehsal  vasitələrinə  sahib 

olanlann özlərini də aynca qruplara bölmək çətindir. 

Sosial-siyasi  elmlərdə  sinif  haqqında  aşağıdakı  tərifin  daha 

çox  tərəfdan  var:  müasir  cəmiyyətdə  öz  gəliri,  təhsili, 

hakimiyyəti, hörməti ilə başqalarından fərqlənən hər bir sosial 

qrupa sinif deyilir. 

Sosiologiyada  dörd  əsas  stratifıkasiya'*^  tipi  məlumdur: 

quldarlıq, kasta (silk), təbəqə (zümrə) və sinif Əvvəlki üç tip - 

qapalı cəmiyyəti, axınncı isə - açıq cəmiyyəti xarakterizə edir. 

Qapalı  o  cəmiyyətə  deyilir  ki,  aşağı  stratdan  yuxanya  yer 

dəyişmə 

K.Маркс и Ф.Энгсльс. Сочинения, Т.21, с.427. 

■*’  Stratinkasiya (lat. «stratum»  -  təbəqə, «facere»  -  etmək,  düzəltmək)  geologiyaya  aid  olan 

termindir. Bu nəzəriyyəyə görə cəmiyyət müxtəlif sosial təbəqələrə (stratlara) bölünür. 

387 



ya  tamamilə  yasaq  edilir,  ya  da  xeyli  məhdudlaşdınlır.  Açıq 

cəmiyyətdə isə belə yerdəyişmə rəsmən məhdudlaşdınlmır. 

Müasir cəmiyyətdəki sinifləri tarixi inkişafın əvvəlki mərhə- 

lələrindəki  tarixi  formalardan  ayırmaq  lazımdır.  Məsələn, 

quldarlıq  insanlann  tam  hüquqsuzluğa  və  ifrat  bərabərsizliyə 

məhkum  edilməsinin  iqtisadi,  sosial  və  hüquqi  formasıdır. 

Feodalizm  cəmiyyəti  üçün  zümrə  təbəqələşməsi  xarakterik 

olmuşdur. Zümrə elə sosial qrupdur ki, adətdə və yaxud qanunda 

möhkəmlənmiş və irsən keçən davranış və imtiyazlara malikdir. 

Zümrəyə  yaxın  olan  başqa  sosial  qrup  -  kastadır.  Kasta  elə 

qapalı  insan  qrupudur  ki,  onun  üzvlərini  irsən  keçən  peşə 

mənsubiyyəti müəyyənləşdirir. 

Marksist izahata görə, əsas və qeyri-əsas siniflər mövcuddur. 

Məsələn,  kapitalizmdə  əsas  siniflər  burjuaziya  və  proletariat, 

qeyri-əsas isə mülkədarlar, kəndlilər və başqaları hesab edilirlər. 

Qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  ikinci  yansında  ictimai 

həyatın xarakteri bir çox keyfiyyətlərə, parametrlərə görə kəskin 

dəyişibdir.  Hər  şeydən  əvvəl  «əsas  və  qeyri-əsas  siniflər» 

anlayışı  indi  müasir  gerçəkliyi  hətta  təxmini  dəqiqliklə  də  əks 

etdirmir.  İnkişaf  etmiş  ölkələrdə  fəhlə  sinfi  artıq  vahid  sosial 

birlik kimi çıxış etmir; onun görüşləri və mövqeyi heç də həmişə 

mütərəqqi olmur. Bütövlükdə siniflər bəşəriyyətin sosial qrupları 

kimi  ictimai  həyatı  müəyyənləşdirmək  qabiliyyətini  çoxdan 

itiribdir;  sinfi  mübarizəni  isə  tarixi  prosesin  hərəkətverici 

qüvvəsi  kimi  izah  edən  marksist  təlim  sadəcə  olaraq  qəbul 

edilməzdir. Sinfi fərqlər hər şeydən əvvəl insanlann maddi rifah 

halından  və  məşğuliyyət  növündən  asılıdır.  XX  əsrdə  Qərb 

cəmiyyətində  aşağıdakı  siniflər  olmuşdur:  ali  i7/ız/(varlı-  lar, 

sahibkarlar,  sənayeçilər  və  həmçinin  istehsal  vasitələrinə 

bilavasitə  nəzarət  edən  idarəçilər);  orta  sinif  («ağ  yaxalı» 

adlanan  məmurların  çoxu  və  mütəxəssislər);  fəhlə  sinfi  («göy 

yaxalılar»).  Yüksək  texnologiyanın  tətbiqi  kəndlilərin  sayını 

olduqca  azaldıbdır.  Lakin  inkişaf  etməkdə  olan  ölkələrdə  bu 

günə qədər kəndlilər daha çoxsaylı sinif olaraq qalır. 

Elə  fikirlər  də  var  ki,  sinif  heç  də  insan  qrupları  deyil, 

müəyyən mövqe tuta bilmək imkanı yaradan sistemdir. Məsə- 



388 


lən,  ABŞ  sosioloqu  Daniel  Bell  yazır:  «Son  nəticədə  sinif 

konkret  insan  qrupu  deyil,  müxtəlif  səlahiyyətlər  və  onlarla 

bağlı  olan  imtiyazları  əldə  etmək,  onlara  sahib  olmaq  və 

ötürmək üçün əsas qaydaları yaradan sistemdir».^'^ 

Fikirlər  müxtəlif  və  bəzən  bir-birinə  zidd  olur.  Bir  sıra 

müəlliflər təsdiq edirlər ki, müasir Qərb cəmiyyətlərində siniflər 

öz  əhəmiyyətini  ümumiyyətlə  itirib.  Onlar  razılaşırlar  ki,  yüz 

əlli  il  bundan  əvvəl  sənaye  kapitalizmi  inkişaf  edərkən  sinfi 

fərqlər  özünü  kəskin  şəkildə  göstərirdi.  Hətta  marksizm 

nəzəriyyəsinə  daha  tənqidi  yanaşanlar  da  etiraf  edirlər  ki, 

həqiqətən  də  zəhmətkeş  yoxsullar  ilə  zəngin  işverənlər  - 

sənayeçilər  arasında  kəskin  ziddiyyətlər  mövcud  olmuşdur. 

Lakin  o  dövrdən  indiyə  qədər  keçən  vaxt  ərzində  sənaye 

ölkələrində maddi bərabərsizlik əhəmiyyətli dərəcədə azalıbdır. 

Varlılardan  alınan  yüksək  vergi,  işsizlərə  və  əmək  qabiliyyəti 

olmayanlara  verilən  mükafat  yuxarı  və  aşağı  təbəqələr 

arasındakı  fərqi  azaldır.  Üstəlik,  təhsilin  hamı  üçün  mümkün 

olması amili istedadı və qabiliyyəti olan hər bir kəsə sosial və 

iqtisadi nərdivanın ən yüksək pilləsinə qalxmaq imkanı yaradır. 

Bununla  yanaşı  göstərmək  lazımdır  ki,  mülkiyyət,  sərvət 

fərqi insanlar arasında bərabərsizliyi saxlayır. İngilis sosioloqu 

Entoni  Giddens  yazır:  «Var-dövlət  konkret  insana  aid  olan 

bütün  əmlaka  deyilir:  səhm,  qənaət  yolu  ilə  yığılan  sərvət, 

daşınmayan mülk, məsələn, ev və yaxud torpaq - bir sözlə satıla 

bilən  hər  şey.  Gəlir  çəkilən  zəhmətə  görə  verilən  əmək 

haqqından, həm də kapital qoyuluşundan (faiz və dividenddən) 

əldə  edilən  «zəhmətsiz  qazanılan»  puldan  ibarətdir.  İnsanlann 

əksəriyyəti gördüyü iş üçün aldığı pul ilə yaşadığı halda, varlılar 

öz  gəlirlərinin  əsas  hissəsini  investisiyalardan  əldə 

edirləD>.‘*‘* 

Lakin Qərb alimlərinin əksəriyyəti sosial qruplar arasındakı 

bərabərsizliyi təbii hesab edirlər. 

Sahibkarların  getdikcə  sıxışdırılması  və  nəzarətin  tədricən 

kapital  funksiyasından  çıxaraq  daimi  maaş  alan  muzdlu  əmək 

adamları olan peşəkar idarəçilərin texniki kompetensiyasına 

Д.Белл. Грядущее пост

1

шдустриальное общество. M.. «Academia», 1999, c.485. 



Э.Гидденс. Социология. M.. «Эдиторнал УРСС», 1999, с.205. 

389 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə