Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə129/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   125   126   127   128   129   130   131   132   ...   164

keçməsi D.Bell və T.Parsonsa aşağıdakı nəticəni çıxarmağa əsas 

verir:  siniflər  haqqında  ənənəvi  nəzəriyyə  fərdi  nailiyyətlərə 

əsaslanan  peşə  sistemi  ilə  əvəz  olunmalıdır.  Bir  halda  ki, 

sahibkarlar muzdlu əmək adamlan tərəfindən sosial strukturdan 

sıxışdırılıb  çıxanlır,  onda  əmək  və  kapital  arasındakı  klassik 

ziddiyyətlər yox olur, çünki menecerlər (idarə edənlər) və muzdlu 

fəhlələr  (idarə  olunanlar)  eyni  istehsal  sistemi  çərçivəsində 

birləşir və formal olaraq eyni sosial qrupa - muzdlu işçi sinfinə 

daxil olurlar. 

Müasir  informasion  cəmiyyət  şəraitində  insan  qrupları 

arasındakı  münasibət  yeni  keyfiyyət  qazanır.  İnternet  müxtəlif 

dövlətlərin  vətəndaşlan  arasındakı  sərbəst  mübadilə  üçün  şərait 

yaradır. Çox hallarda iqtisadi və siyasi planda olduqca təsirli olan 

xüsusi, «maraqlara uyğun klublan> meydana gəlir. Faktiki olaraq 

yeni  transmilli  sosial  qruplar  (stratlar),  sosial  eyniləşmə 

(identifikasiya)  haqqında  danışmaq  olar.  Əgər  ənənəvi 

stratifıkasiyanm  əsasını  sosial  bərabərsizlik  təşkil  edirdisə, 

virtual mühitdə fərdlərin ideya-siyasi mövqeyi ilə əlaqədar olan 

faktlar ön plana çəkilir. 

4.3.

 

Millət, xalq, etnik qruplar və onlar 

arasındakı münasibət 

Etnik  birliyin  qəbilə,  tayfa,  xalq,  millət  kimi  formaları 

məlumdur. Onlar genetik əlaqələr əsasında birləşir və başlanğıcı 

ailə olan zəncirvari təkamül yolu keçir. 



Tayfa kollektiv əmək və ümumi mənafeyin birgə qorunması, 

həmçinin  dil,  xasiyyət,  ənənə  ilə  bağlı  olan  insanlann  qan 

qohumluğu əsasında yaranan birliyidir. Bir neçə qəbilənin birliyi 

tayfa  yaradır.  Tayfa  insanlann  ibtidai  icma  quruluşu  dövründə 

yaratdıqlan  etnik  birlik  və  sosial  təşkilatdır.  Onun  xarakter 

cəhətləri bunlardır: ümumi ərazi; həmin tayfa üzvlərinin iqtisadi 

birliyi  və  qarşılıqlı  köməyi,  məsələn,  birgə  ovetmə;  dil 

ümumiliyi; ümumi mənşə və qan qohumluğu. Deməli, qəbilə və 

tayfa genetik əlaqələr əsasında yaranır. 

Xalq  insanların  iqtisadi, dil, ərazi,  mədəniyyət ümumiliyidir. 

Xalq zaman etibari ilə uzun proses və məkan daxilində 



390 


konkret regionda formalaşır. Xalq - ümumi tarixi tale və onu əks 

etdirən  tarixi  yaddaş,  ümumi  inam  və  ümumi  ideya,  ümumi 

ortaq gələcək ilə xarakterizə edilən sosial bütövdür. 

Millət  insanların  elə  birliyidir  ki,  iqtisadi  həyat,  ərazi,  dil, 

psixologiyanın bəzi xüsusiyyətləri, məişət və mədəni ənənələrin 

ümumiliyi  əsasında  yaranır.  jCalqdan  fərqli  olaraq  millət 

insanların  daha  sabit  birliyidir.  Millət  bir-biri  ilə  qohum  olan 

tayfa və xalqlardan olduğu kimi, həm də qohum olmayan tayfa

irq və xalqlardan da yaranır. Millət haqqında başqa təriflər də 

var. Bəzi alimlər millətin əsas əlamətini «milli iradə» və «milli 

xarakterdə»,  başqaları  insanların  «ümumi  taleyində»  görürlər, 

üçüncülər  təsdiq  edirlər  ki,  millət  anlayışının  özü  şərtidir, 

ümumiyyətlə fiziki aləmdə millət mövcud deyil. 

Bəzi  alimlər  müasir  millət  üçün  ümumi  genetik  kökün, 

ərazinin  və  dilin  olmasını  vacib  hesab  etmirlər.  «Millət 

muxtariyyət,  ərazi  çərçivələri  ilə  məhdudlaşmayan  elə  siyasi 

qrupdur  ki,  onun  üzvləri  ümumi  dəyərlərə  və  təşkilatlara 

məxsusdurlar. Bir millətin nümayəndələrinin artıq ümumi kökü 

və mənşəyi yoxdur. Onlann ümumi dili, dini olması vacib deyil, 

onlan birləşdirən millilik ümumi tarix və mədəniyyət sayəsində 

formala- 

45 

Ş1D>. 


XX əsrdə Sovet  İttifaqı  və başqa sosialist  ölkələrində  İosif 

Stalinin  millət  haqqında  tərifi  daha  geniş  yayılmışdı:  millət 

insan-  lann  elə  birliyidir  ki,  dil,  ərazi,  mədəniyyət  ümumiliyi, 

iqtisadi,  sosial-siyasi  və  mənəvi  maraqlar  birliyi  əsasında 

yaranır. 

Millət anlayışına üç əsas münasibət daha çox yayılıb: siyasi- 

hüquqi, sosial-mədəni və bioloji münasibət. 

Siyasi-hüquqi  münasibətə  görə millət  - həmvətəndaşlıqdır, 

yəni  bu  və  ya  digər  dövlətin  vətəndaşlarının  birliyidir.  İngilis 

dilində «nation» sözü yalnız millət, xalq, yəni etnik birliyi ifadə 

etmir;  bu  söz  həm  də  ölkəni  bütövlükdə,  dövləti,  yəni  siyasi 

birliyi  ifadə  edir.  Qərb  ölkələrində,  xüsusən  ABŞ-da  çox 

hallarda  «millət»  və  «vətəndaş»  anlayışları  eyniləşdirilir. 

ABŞ-da «...etniklik anlayışı lap əvvəldən siyasi konnotasiya'^^^ 

olmuş- 


A.M.KpaBHCHKo. Comıonorıı«. M., «Academia». 1997, c.l89. 

Konnotasiya (lat. «con» - birgo vo «nota» - qeyd cdirom) olavo, birgo demokdir. 

391 

Y.R. 



dur. Bu anlayış başqaları ilə birgə milli dövlətçilik çərçivəsində 

etnik  eyniliyin  (identikliyin)  daim  artmaqda  olan  reanimasiya 

fenomenini izah etməyə kömək etməli idi».'*’ 

ABŞ-m  rəhbərliyi  ilə  indiki  dövrdə  həyata  keçirilən 

qloballaşma  prosesinə  ən  çox  mane  olan  milli  müstəqillik, 

xüsusən milli-etnik qarşıdurmadır. Beynəlxalq birlik, ilk növbədə 

bö- 

3dik  dövlətlər,  milli-etnik  separatizmi  (aynimaq  cəhdini) 

hüquqi norma kimi qəbul etmirlər. 



Siyasi-mədəni  münasibətdə  milləti  təşkil  edən  bütün  insan 

qrupunun dil, mədəni, dini, ənənə, adət birliyi xüsusi vurğulanır. 

Belə  halda  mədəni  millət  və  yaxud  etnomillət  haqqında  söhbət 

gedir. 


Bioloji  münasibətdə  milləti  müəyyən  edən  əsas  amil  onu 

təşkil  edən  insanlann  qan  birliyidir.  Belə  münasibət  Yaponiya, 

Almaniya  kimi  ölkələr  üçün  daha  xarakterikdir.  Bu  ölkələrin 

konstitusiyalarına görə damarlarından yapon və alman qanı axan 

insanlar həmin millətdən hesab edilə bilər. İsrail milləti də qan 

əlamətinə  görə  müəyyənləşir.  Yəhudi  millətinin  başqa  zəruri 

əlaməti ümumi dinə, yəni iudaizmə mənsub olmaqdır. 

İnsanın  öz  milli  mənliyini  itirib  başqa  millətin  içərisində 

əvvəlki  mövcudluğunu  itirməsinə  assimilyasiya  deyilir.  Bu  elə 

prosesdir ki, burada bir milli-etnik qrupun üzvü özünün əvvəlki 

mədəniyyətini, 

adət-ənənələrini, 

ümumiyyətlə 

spesifik 

əlamətlərini  itirir  və  bilavasitə  sıx  əlaqədə  olduğu  milli-etnik 

qrupun mədəniyyətini və adət-ənənələrini qəbul edir. Bu proses 

zorakı üsullarla olduğu kimi, tədricən, öz-özünə də baş verə bilər. 

«Assimilyasiya  akkulturasiya  prosesinin  bir  tipi  və  həmin 

prosesin  nəticəsi  kimi  nəzərdən  keçirilə  bilər.  Bununla  yanaşı 

tez-tez  «assimilyasiya»  termini  başqa  mənada  istifadə  edilir  və 

apancı  milli  qrupun  etnik  azlığa  münasibətdə  onun  ənənəvi 

mədəniyyətini  yox  etməyə  yönəlmiş  siyasəti  mənasında 

işlədilir...».''* 

Milli  münasibətlərin  əsasən  üç  tipi  haqqında  danışılır:  a) 

bərabərhüquqlu; b) hökmranlıq və tabeçilik; c) başqa millətdən 

olan subyekti aradan götürmək cəhdi. 

« AB iMPERiO, Казань. № 3. 2001. с.73. 

■** Вах: Культурология. ХХ в. Словарь. СПб. «Университетская книга», 1997. с.55. 

392 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə