Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə130/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   126   127   128   129   130   131   132   133   ...   164

Tarixən  formalaşan  hər  bir  millət  özünün  ən  qabaqcıl 

nümayəndələrinin  simasında  öz  ümumi  milli  mənafeyini, 

mədəni xüsusiyyətlərini, inkişaf ənənələrini və perspektivlərini 

başa  düşmək  sayəsində  yüksəlir.  Bu  yolla  milli  mənlik  şüuru 

formalaşır. 

1970-ci illərin ortalarına qədər Avropada etnik fərqlərin mo- 

demizasiya  prosesində  aradan  qalxacağı  haqqında  fikir  geniş 

yayılmışdı.  Artıq  fərqlərin  real  mövcudluğundan,  etnik 

plüralizmdən  söhbət  gedir.  Dövlətdaxili  və  beynəlxalq 

münasibətlərdə  münaqişə  problemləri  bir-birindən  fərqlənən 

mədəni  qrupların  bir  yerdə  yaşamasının  nəticəsi  kimi  izah 

edilirdi.  Humboldt  adına  Berlin  universitetinin  professoru 

Fransiska  Bekker  yazır:  «Əgər  etnik  mənsubiyyəti 

«mədəniyyət»  və  «eynilik»  (identik-  lik)  kimi  geniş  işlədilən 

mərkəzi  anlayışlar  ilə  müəyyən  etsək,  belə  halda  onun  bütün 

konsepsiyası iki kəskin tərəfi olan izahe- dici modelə çevrilir. 

Onda etniklik fərqləndirən davranış nümunəsini, bu və ya digər 

qrupun etnik xarakteristikası kimi çıxış edən kollektiv təcrübə 

və  normanı  ifadə  edən  «mədəniyyəti»  nəzərdə  tutur.  Başqa 

tərəfdən, eynilik (identiklik) kimi başa düşülən etniklik hər bir 

şəxsiyyətin  özünü  müəyyən  etnik  qrupa  aid  etməsini,  yəni 

həmin  qrup  ilə  özünü  eyniləşdirməyi  (identifıkasiya  etməyi) 

göstərir».  «...Yəni  etnik qruplar bazis  hesab edilən mədəni  və 

sosial  vahidlər  ilə  əvvəlcədən  müəyyənləşİD>.‘*’  vBir  çox 

Avropa alimlərinin fikrincə «millilik» sözü «millət» sözündən 

daha cəlbedicidir, belə ki, fransız və ingilis dillərində «millət» 

(«nation») termini çox vaxt  «dövlət» termini ilə eyniləşdirilir. 

Romalılar  özlərini  «nation»  deyil,  «populus»  adlandı-  nrdılar. 

XVII-XVIII  əsrlərdə  «millət»  sözü  «xalq»  sözünə  qarşı 

qoyulurdu. «Millət» termini xalqın şüurlu və fəal hissəsinə aid 

edilirdi, «xalq» termini isə siyasi və sosial baxımdan passiv, əta- 

lətli kütləni ifadə edirdi. Alman dilində də «volk» (xalq) sözü 

eyni  mənada  işlədilirdi.  Millətçilik  xalqı  birləşdirib  millətə 

çevirdi,  kütlələri  siyasi  və  sosial  fəallığa  gətirdi.  XVIII  əsrdə 

Qərb-  dəki  inqilablar  xalqın  inteqrasiyasını  yekunlaşdırdı  və 

«millət»  sözü  bütün  siyasi  təşkilatlanmanı  və  dövləti  ifadə 

etməyə başla- 

Bax: AB İMPERİO, c.73. 

/393 



dı.  Belə  fərqlənmə  çox  hallarda  Mərkəzi  və  Şərqi  Avropa 

ölkələri,  həmçinin  Azərbaycan  üçün  hələlik  məqbul  hesab 

edilmir. 

Millətçilik  milli  ideologiya,  siyasət,  psixologiya,  sosial 

praktikadır;  öz  millətini,  onun  mənəvi  dəyərlərini,  spesifik 

xüsusiyyətlərini  təbliğ  və  tətbiqetmə  nəzəriyyəsi  və 

praktikasıdır. Lakin bir milləti başqasına qarşı qoymaq öz milli 

üstünlüyünü,  milli  qeyri-adiliyini  ön  plana  çəkir.  Belə 

millətçiliyin  ifrat  formasına  şovinizm  deyilir.  Şovinizm  başqa 

xalqlara qarşı qərəzli, çox hallarda nifrət dolu münasibət təbliğ 

edir. İrqçilik də şovinizmə yaxındır. 

Yuxanda  da  qeyd  edildiyi  kimi  XVII-XVIII  yüzilliklərdə 

Avropada  milli  dövlətlərin  qurulması  və  konsolidasiyası  üçün 

zəmin yarandı. Millətçilik Qərbi Avropada yaranan yeni şəraitdə 

siyasətin  ardıcıllığını  və  milli  muxtariyyəti  təmin  edən  vasitə 

kimi istifadə edilirdi. Eyni zamanda millətçilik həm də xalqlann 

öz müqəddəratını təyin etmək cəhdini əks etdirirdi. 

XX əsrdə baş verən iki dünya müharibəsi və onların nəticələri 

millətçiliyin yeni milli dövlətlərin yaranması işində inkaredilməz 

qüvvə olduğunu bir daha sübut etdi. Məsələn, Afrikada yaranan 

yeni milli dövlətlər əsasən məhz millətçilik zəminində meydana 

gəlmişlər. Nəticədə dövlətlərin elə dünya sistemi meydana gəldi 

ki,  burada  milli  dövlət  aparıcı  siyasi  forma  və  millətçilik  isə 

qüdrətli  qüvvə kimi  yenə də dövlətlərarası  münasibətlərə  ciddi 

təsir göstərir. 

Xüsusi qeyd etmək lazımdır ki. Sovet İttifaqının dağılmasında 

və  müstəqil  dövlətlərin  yaranmasında  millətçilik  hərəkatının 

böyük  rolu  olmuşdur.  Bu  proses  Azərbaycanda  və  Baltikyanı 

ölkələrdə daha kəskin fonnada və sürətlə cərəyan etmişdir. 

Millətçiliyin 

əks 


tərəfi 

beynəlmiləlçilikdir. 

Əgər 


beynəlmiləlçilik  mənəvi  dəyər  və  əməli  fəaliyyət  kimi  başqa 

xalqlann  və  irqlərin  suverenliyini,  hüquq  bərabərliyini  istisna 

etmirsə,  yalnız  onların  könüllü  əməkdaşlığını  nəzərdə  tutursa 

onu 


müsbət 

qiymətləndirmək 

lazımdır. 

Belə 


halda 

beynəlmiləlçilik vətənpərvərliyə zidd deyil. Lakin qərəzli siyasi 

məqsədlə  ifadə  edilən  beynəlmiləlçilik  milli  mənafeyə  ziddir. 

Beynəlmiləlçi- 



394 


lik çox hallarda kosmopolitizmə^ gətirib çıxarır və milli mənafeyi 

rədd edir. 

Çoxmillətli  Sovet  İttifaqında  nailiyyətlər  mütləqləşdirilir, 

milli münasibətlərdə problemin olmadığı təsdiq edilir, ayn-ayn 

respublikalann,  eyni  zamanda  millətlərin  inkişaf  tələbatlan 

kifayət  qədər  nəzərə  alınmırdı.  Bir  çox  kəskin  və  ziddiyyətli 

məsələlər  həll  edilmirdi,  bu  isə  ciddi  münaqişə  vəziyyətinə 

gətirirdi (məsələn, Dağlıq Qarabağ problemi). 

Sinfiliyin millilikdən daha üstün olduğunu qəbul edən avto- 

ritar-bürokratik sosializm şəraitində ictimai həyatın həddən artıq 

ideologiyalaşması  cəmiyyətin  həyatında  milli  faktorun 

əhəmiyyətini təhrif etməyə gətirib çıxartdı. Milli fərqləri tezliklə 

aradan  götürmək  cəhdi  və  onların  beynəlmiləlçilik  adlanan 

siyasətə qurban edilməsi dövlətin sadəcə diqqətsizliyi və yaxud 

adi,  ziyansız  inqilabi  nöqsanı  deyildi.  Bu  siyasətin  əsasında 

ümumi mənafeyin xüsusi mənafedən üstün olması nəzəriyyəsi, 

insanın şəxsiyyət, fərdiyyət olmasına əhəmiyyət verməmək, onu 

ictimai  sistemin  mexanizminin  xırda  hissəciyi  hesab  etmək 

dayanırdı. 

5.

 

Cəmiyyətin mənəvi həyatı 



5.1.

 

«Mənəvi sfera» anlayışı 

Cəmiyyətin  mənəvi  həyatı  mürəkkəb  hadisə  olmaqla  çox 

elementlərin  məcmusundan  ibarətdir.  Bu  həm  də  bütün 

cəmiyyətin və ayrı-aynlıqda hər bir  adamın tələbatını  ödəmək 

üçün  mənəvi  dəyərlərin  yaranması  prosesidir.  Bu  həmin 

tələbatların ödənilməsi üçün istifadə edilən üsul və vasitələrdir. 

Bu  fərdi  və  ictimai-kütləvi  (kollektiv)  şüur,  onun  müxtəlif 

formalarıdır. 

Mənəvi  sfera  yalnız  ictimai-kütləvi  və  ya  fərdi  şüurun 

təzahürünə  müncər  edilmir  və  edilə  də  bilməz.  Məsələnin 

qoyuluşu başqa cürdür. Burada söhbət ixtisaslaşdırılmış mənəvi 

istehsal  ilə,  sosial  institutların  (elm  və  təhsil  təşkilatları, 

mədəniyyət  qurumlan:  teatr,  kitabxana,  muzey  və  s.  kütləvi 

informasiya  vasitələri  və  b.)  fəaliyyəti  ilə  əlaqədə  olan 

cəmiyyətin 



Kosmopolitizm (yun. «kosmopolites» - dünya vətəndaşı) - bütün insan nəslinin birliyi naminə 

milli ənənələrdən imtina etməyə çağıran nəzəriyyədir. 

395 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə