Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə131/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   127   128   129   130   131   132   133   134   ...   164

mənəvi  həyatının  xüsusi  səviyyəsindən  gedir.  Mənəvi  sfera 

dövlət  və  ictimai-siyasi  təşkilatlar  tərəfindən  məqsədyönlü 

şəkildə  təşkil  edilən  mənəvi  həyatdır  ki,  onun  sahələri  və  ya- 

rımsistemləri  kimi  ideoloji,  elmi,  bədii-estetik  sahə,  həmçinin 

şəxsiyyətin  formalaşması  və  inkişafını,  mənəvi  dəyərlərin 

saxlanmasını və ötürülməsini təmin edən tərbiyə və təhsil sistemi 

çıxış edir. Mənəvi həyatın formalaşmasında dinin rolu əvəzsizdir. 

Cəmiyyətin  mənəvi  həyatı  ayn-ayrı  fərdlərin  mənəvi 

dünyasının  mexaniki  cəmi  deyil.  Hər  bir  düşünən,  normal 

təfəkkürə malik insanın mənəviyyatı özünəməxsus xüsusiyyətləri 

ilə seçilir. 

Mənəvi  sferada  insanı  başqa  canlılardan  fərqləndirən  cəhət 

meydana gəlir və həyata keçirilir - ruh, mənəviyyat.  Burada ən 

sadə  mənəvi  əməliyyatdan  tutmuş  ən  incə  mənəvi  tələbatlar 

yaranır,  insan  ruhunun  ən  unikal  məhsulu  olan  ideya  meydana 

gəlir.  Deməli,  ruh  insanın  mənəvi  həyatının  nüvəsidir.  Fransız 

filosofu Reymon Aron  yazırdı: «Mənəvi dəyərlər özlüyündə öz 

mənşəyinə və hər bir reallığa transsendent münasibətdədir. Ruh 

sadəcə olaraq irrasional qüvvələrin əks olunması və yaxud ifadəsi 

deyil, yaradan qüvvədir».^* Doğrudan da ruh və onun yaratdığı 

ideya cəmiyyətin mənəvi həyatının əsasında dayanır. 

5*2. İctimai-kütləvi və fərdi şüur anlayışları 

İctimai  varlıq  və  ictimai  şüur  dialektik  materializmin 

fundamental  kateqoriyalarıdır.  K.Marks  yazmışdı;  «İnsanlann 

şüuru  onların  varlığını  deyil,  əksinə,  onların  ictimai  varlığı 

onların şüurunu müəyyən edir».*^ İctimai şüur insanların ictimai 

varlığını, onlann maddi həyat şəraitini əks etdirən və cəmiyyətdə 

mövcud  olan  ideyaların,  nəzəriyyələrin,  görüşlərin,  hisslərin, 

əhvali-ruhiyyənin, 

adət-ənənələrin 

məcmusu 


deməkdir. 

Ümumiyyətlə,  şüur  ondan  kənarda  və  asılı  olmayaraq  mövcud 

olan gerçəkliyin əksi olduğu kimi, ictimai şüur da ictimai varlığın 

əks olunmasıdır. Marksist fəlsəfəyə görə ictimai şüurun icti- 



5' P.ApoH. Избранное; Введение в философию истории, с.459. 5- 

К.Маркс и Ф.Энгельс. Сочинения, Т.13, с.7, 

396 


mai  varlıqdan  asılılığı  o  demək  deyil  ki,  ictimai  şüur  varlığı 

passiv  əks  etdirir  və  heç  bir  müstəqilliyi  yoxdur.  İctimai  şüur 

böyük  müstəqilliyə  malikdir.  Əks  halda  mənəvi  həyatın 

mürəkkəb  inkişafını  izah  etmək  olmazdı.  İctimai  şüurun 

müstəqilliyi hər şeydən əvvəl onun ictimai varlığa əks təsirində 

özünü göstərir. Bu təsir cəmiyyətin inkişafı ilə əlaqədar daha da 

artır. 

İctimai-kütləvi  şüurun  ictimai  varlığa  bilavasitə  təsir 



etməsinin  mümkünlüyü  yalnız  şüurun  varlığı  düzgün  əks 

etdirilməsində  deyil,  həm  də  şüurun  özünün  fərdi 

xüsusiyyətində özünü göstərir. 

İctimai-kütləvi  şüurda  hər  şey  insanın  özü  tərəfindən 

yaradılır.  Bununla  yanaşı  ictimai-kütləvi  şüur  fərdi  şüurlann 

mexaniki  cəmi  deyil,  xüsusi  təşkil  olunmuş  elə  ideal 

gerçəklikdir  ki,  fərd  onun  tələbləri  və  iradəsi  ilə  hesablaşmalı 

olur.  İctimai  şüur  fərd  üçün  hər  hansı  xarici  mexaniki  qüvvə 

kimi  mövcud olmur. Bizim  hər birimiz özümüzün şəxsi,  fərdi 

xüsusiyyətlərimizə,  fitri  əqli  qabiliyyətimizə  uyğun  olaraq 

müxtəlif  şəkildə  bu  qüvvəni  qəbul  edirik,  ona  müxtəlif  cür 

reaksiya veririk və hər birimiz ictimai şüura müxtəlif formada 

təsir edə bilirik. Hər bir fərdi şüur eyni zamanda öz inkişafının 

xüsusi qaynaqlarına malikdir, odur ki, hər bir şəxs, ümumi insan 

mədəniyyətinin olmasına baxmayaraq təkdir. 

Deməli, şüur özünün mövcudluğunun yalnız fərdi formasına 

müncər edilə bilməz. İctimai şüurun daşıyıcısı yalnız fərd deyil, 

həm də sosial qruplar, bütövlükdə cəmiyyətdir. 



İctimai  rəy  müxtəlif  insan  qruplarının  açıq  və  yaxud  gizli 

şəkildə  sosial  gerçəkliyin  hadisə  və  faktlarına  münasibətini 

özündə  birləşdirən  kütləvi  şüurun  həmin  vaxtdakı  vəziyyətinə 

deyilir.  İctimai  rəy  fərdi  rəylərdən  ayrı  mövcud  ola  bilməz. 

Lakin  fərdi  rəylərin  ictimai  rəydəki  ifadəsi  heç  də  birbaşa, 

bilavasitə olmur. Nəzərə almaq lazımdır ki, ayrı-ayrı adamlar, 

məsələn,  siyasi  xadimlər,  deputatlar,  ictimai  təşkilatlar  və 

partiyaların  rəhbərləri,  tez-tez,  bəzi  hallarda  müvəffəqiyyətlə, 

özlərinin  şəxsi  fikirlərini  ictimai  fikir  kimi  göstərirlər.  Çünki 

ictimai rəyin təsiri olduqca güclü olur. 



397 


5.3.

 

İctimai-kütləvi şüurun 

strukturu: adi və nəzəri 

şüur. 

Sosial psixologiya. İdeologiya 

Adi  şüur  gerçəklik  ilə  bilavasitə  təmas  nəticəsində  yaranır; 

onu  fərdi  şüur  ilə  eyniləşdirmək  olmaz,  çünki  onun  başlanğıc 

nöqtəsi yalnız şəxs, fərd deyil, həm də sosial qrup ola bilər. Adi 

şüur  bilavasitə  həyatda,  əmək  prosesində  əldə  edilən  empirik 

təcrübə  və  biliyi,  əxlaqi  normalan,  təbiət  və  özünün  sosial 

vəziyyəti haqqında kor-təbii təsəvvürləri əks etdirir. Adi şüur - 

görüş və rəylərin nizamsız yığımıdır; burada gerçəkliyin xarici, 

empirik məlumatlan, əlaqə və münasibətləri öz əksini tapır. 

Adi şüur şüurun nəzəri formalanna xas olmayan həyatı tam və 

bütövlükdə duymaq keyfiyyətinə malikdir. Bu şüur nəzəri şüura 

nisbətən gerçəkliyə bilavasitə yaxındır. 

Adi  şüurun  istiqamətləndirmə  vasitəsi  kimi  imkanlan  çox 

məhduddur.  Bu  məhdudluq  nəzəri  şüur  səviyyəsində  aradan 

götürülür.  Nəzəri  şüur  reallığın  əsas  əlaqə  və  münasibətlərini 

ifadə etmək iddiasındadır. Nəzəri şüur - sistemliyi, rasional- lığı, 

anlaşıqlığı  ilə  seçilir.  Bu  şüur  -  fəal  fikri  proses  ilə  qınl-  maz 

surətdə bağlıdır. 

Adi  şüur  ilə  nəzəri  şüuru  mütləq  olaraq  bir-birinə  qarşı 

qoymaq  olmaz.  Hər  şeydən  əvvəl  ona  görə  ki,  nəzəri 

təsəvvürlərin formaları genetik olaraq adi şüurdan başlayır. 



Sosial  psixologiya  adi  şüur  səviyyəsinin  xüsusi  analoqudur 

(oxşarıdır). Bu - sosial qruplar, siniflər, millətlər, xalqların həyat 

şəraitlərinin  ümumiliyi  sayəsində  onların  psixologiyasında 

təzahür  edən  hisslər,  iradələr,  adətlər,  davranışlar,  ənənələrin 

məcmusudur. 

Sosial  psixologiya  sinkretikdir,  yəni  burada  müxtəlif  zidd 

görüşlər, təsəvvürlər, sosial meyllər birləşə bilir. Bu psixologiya 

başlıca  olaraq  emosiya  və  iradə  sahəsini  əhatə  edir  (lakin  tək 

onlara  müncər  edilmir),  sosial  qrupların  bilavasitə  maraqlarını 

ifadə edir. Sosial psixologiya kifayət qədər sabit hadisədir və ona 

görə də ictimai varlıq dəyişərkən o tezliklə dəyişmir. Məsələn, 

həyat şəraitinin dəyişməsinin zəruriliyini insanlara başa salmaq 

üçün çox iş görmək tələb olunur. 

398 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə