Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə132/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   128   129   130   131   132   133   134   135   ...   164

ideologiya şüurun nəzəri səviyyəsinin xüsusi analoqudur ki, 

burada  müəyyən  sosial  qruplann,  siyasi  partiyalann 

mövqeyindən sosial gerçəkliyə sistemli qiymət verilir. Ən geniş 

mənada «ideologiya» termini ideyalar haqqında təlim deməkdir. 

İdeologiya - sosial psixologiya ilə sıx əlaqədədir. Bu vəziyyət 

özünü  onda  göstərir  ki,  onlar  insanın  həm  emosional  (hissi), 

həm də rasional (əqli) seçmə sferasını formalaşdıraraq bir-birini 

tamamlayır. 

İdeologiya  -  müəyyən  siyasi  qüvvələrin  mənafeyini  nəzəri 

cəhətdən formalaşdırmaq və ifadə etmək üçün insanlann fəlsəfi, 

dini, əxlaqi, estetik və başqa görüşlərinin cəminə deyilir. Bütün 

görüşlər, davranış normaları və onlara verilən qiymət həlledici 

dərəcədə həmin siyasi qüvvələrin ideologiyasından asılıdır. Hər 

bir  siyasi  qrup  özünün  rolunu  başa  düşərək  xüsusi  ideoloq 

dəstəsini irəli sürür ki, onlar da bu və  ya digər dərəcədə elmə 

əsaslanaraq həmin qrupun adi şüurunun verdiyi materiallardan 

siyasi ideologiya yaradırlar. 

Beləliklə, alimlərin çoxunun fikrincə ideologiya cəmiyyətin 

həyat və fəaliyyətini istənilən şəkildə təşkil etmək üçün praktiki 

vəzifələrin  həll  edilməsinə  yönəldilmiş  biliklərin  sintezidir. 

İdeologiya insana və bütövlükdə cəmiyyətə necə yaşamağı, nə 

üçün başqa cür yox, məhz belə yaşamağı izah etməyə çalışır. 

Cəmiyyətə  ideologiya  lazımdırmı?  Əlbəttə  lazımdır.  Lakin 

heç bir ideologiya cəmiyyətə zorla qəbul etdirilməməlidir, çünki 

demokratik  dövlətdə  bir  rəsmi  hakim  ideologiya  ola  bilməz. 

Dövlət qanunlarla idarə edilməlidir. 

«İdeologiya»  terminini  1801-ci  ildə  fransız  filosofu  və 

iqtisadçısı  Antuan  Destyüt  de  Trasi  (1754-1836)  elmə 

gətirmişdir. Onun diqqət mərkəzində aşağıdakı məsələ dururdu: 

nə  üçün  ideyaların  müəyyən  kompleksi  cəmiyyətə  ciddi  təsir 

göstərə  bilir,  başqa  (özlüyündə  doğru)  ideyalar  isə  belə  təsir 

göstərə  bilmir.  «İdeologiyanın  elementləri»  əsərində  o, 

«ideologiya»nı  insan  ideyalarının  hissi  təcrübədən  meydana 

gəlməsi qanunları haqqında elm hesab edirdi. O, hesab edirdi ki, 

siyasət,  etika  və  s.  həmin  elmin  əsas  prinsiplərinə 

əsaslanmalıdır. 



399 


Marksizmə görə isə ideologiya sinfi xarakter daşıyır. İnqilabçı 

sinfin  -  proletariatın  ideologiyası  «mürtəce  burjua  ideo- 

logiyası»na qarşı banşmaz mübarizə apanr. İdeoloji mübarizədə 

kompromis ola bilməz. 

K.Marks  ideologiyanın  sosial-iqtisadi  nəzəriyyəsinin  banisi 

oldu.  Onun  fikrincə  hər  bir  ictimai  nəzəriyyənin  arxasında 

müəyyən  maraqlar  dayanır.  Bu  fenomeni  və  ya  sosial,  həyati 

maraqlar  ilə  şərtlənən  təfəkkürü  Marks  ideologiya  adlandırdı. 

Eyni  zamanda  o,  görmürdü  və  yaxud  görmək  istəmirdi  ki,  öz 

nəzəriyyəsi  də  ideoloji  xarakter  daşıyır  və  bəzi  hallarda 

birtərəflidir,  tənqid  etdiyi  kapitalizmi  və  burjua  nəzəriyyələrini 

təhlil  edir.  Siyasi  nəzəriyyədə  ideologiya  deyəndə  kiminsə 

maraqlanna xidmət  edən ideyalar sistemi  başa düşülür. Marksa 

görə ideologiya elə rasional-zehni üsuldur ki, hökmranlıq və tabe 

olmağın real iqtisadi münasibətlərini gizlədir. İdeologiya maddi 

həyati münasibətləri əks etdirən yanlış şüurdur. 

XX əsrin 60-cı illərində Qərbdə qısa müddət, lakin çox kəskin 

şəkildə  «ideologiyanın  sonu»,  «deideologizasiya»  fikri  geniş 

yayılmışdı. İndiki zamanda da bu fikrin tərəfdarlan az deyil. Belə 

halda ümumbəşəri dəyərlər ön plana çəkilir. 

Lakin  tezliklə  millətçiliyin,  separatizmin,  fundamentalizmin 

müxtəlif  variantlarının  güclənməsi  göstərdi  ki,  ideologiyanın 

sonu  haqqında  danışıqlar  həddən  artıq  şişirdilib.  Əksinə, 

ideologiya  bir  çox  alimlər  (Corc  Loc  ABŞ-da,  Martin  Seliger 

İngiltərədə  və  b.)  tərəfindən  ən  vacib  milli  ehtiyat,  ölkənin 

modernləşməsinin 

və 

onun 


dünyada 

tutduğu 


yeri 

müəyyənləşdirən bir amil kimi qiymətləndirilir. 

Bəs  fəlsəfənin  ideologiyaya  münasibəti  necə  olmalıdır? 

Fransız marksist filosofu Lüi Altüsser göstərirdi ki, fəlsəfə təmiz 

nəzəri idrak olduğu üçün onun əsas vəzifəsi ideologiya ilə elm 

arasında  dəqiq  sərhəd  xətti  çəkməkdir.  İdeologiya  praktiki 

xarakter  daşıyır,  o  reallığa  müəyyən  dəyərləri  zorla  qəbul 

etdirmək,  onu  dəyişdirmək  istəyir;  lakin  ideologiyanın  reallığı 

təmsil  etməsi  haqqında  iddiası  əsassızdır.  Fəlsəfə  bu  iddianı 

gözdən  salmalı,  nəyin  ideologiya,  nəyin  isə  elm  olmasını 

müəyyənləşdirməlidir. 

400 



Çoxpartiyalı  sistem  şəraitində  tədricən  yeni,  praqmatik 

model yaranır ki, burada siyasət ön plana çəkilir, ideologiya isə 

ona  xidmət  edir.  İdeologiya  siyasi  prosesin  kənarlarına  doğru 

uzaqlaşdırılır.  İdeyaların  rəqabəti  öz  yerini  partiyaların 

rəqabətinə verir. Belə halda yüksək ideyanın cazibədarlığı deyil, 

hakimiyyətdə  olan  partiyanın  konkret  praktiki  məsələləri  nə 

dərəcədə  səmərəli  həlletmə  qabiliyyəti  əsasdır.  Lakin  bu  o 

demək  deyil  ki,  ideologiya  ümumiyyətlə  yox  olur.  İdeologiya 

siyasi,  hüquqi,  fəlsəfi,  əxlaqi, dini, estetik ideya və  görüşlərin 

sistemi  kimi  qalır.  Bu  o  deməkdir  ki,  ideologiyasız  cəmiyyət 

mümkün deyil. 

İdeologiya  ətrafında  mübahisələr  davam  edir  və  indi  də 

müxtəlif  fikirlər  irəli  sürülür.  Filosofların  çoxu  tərəfindən 

göstərilən  dilemma  belədir:  «İdeologiya  yaxud  həqiqət».  Bu 

məsələnin  üç  mümkün  alternativ  həlli  irəli  sürülür:  1)  hər  bir 

ideologiya yalandır, çünki hər hansı sosial qrupun, sinfin marağı 

keçicidir.  Özünü  və  marağını  əbədiləşdirməyə  çalışan  sinif, 

qrup, partiya yabançılaşmış yalan şüur, yəni həqiqət üzərində öz 

monopoliyasını  yaradan  və bunun nəticəsində onu məhv edən 

ideologiya  yaradır;  2)  həqiqət  elm  vasitəsilə  üzə  çıxanlır  və 

ideologiya ilə bir  araya  sığmır. Sosial maraqların ifadəsi  kimi 

ideologiya həmişə həqiqətin şüurlu və yaxud şüursuz təhrifinə 

gətirib çıxanr. Ona görə də həqiqəti axtarmaq avtomatik olaraq 

ideologiyanın dağılmasına gətirib çıxanr; 3) sosial- siyasi elmlər 

sahəsində 

ideologiyanı 

həqiqətdən 

ayırmağın 

mümkünsüzlüyünü  qəbul  etmək.  İdeologiya  həm  də  müsbət 

funksiyanı yerinə yetirir. 

İctimai-kütləvi  şüurun  bütün  formalarının  fəaliyyət 

göstərdiyi diapazon - onun əsas struktur səviyyələri ən ümumi 

şəkildə yuxarıda göstərilənlərdən ibarətdir. 

6.

 

İnsan fəlsəfəsi 

6.1.

 

İnsan haqqında ümumi anlayış. 

İnsanın təbiəti, ictimai mahiyyəti, taleyi 

Fəlsəfə  tarixində  insan  varlığı  geniş  tarixi-nəzəri  səpkidə 

araşdırılır; həyatın mənası, insanın mahiyyəti, məqsədi və 

401 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə