Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə134/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   130   131   132   133   134   135   136   137   ...   164

Yaspersə  görə  insan  varlığını  bir  neçə  mərhələyə  ayırmaq 

olar:  1) insanın bədən kimi mövcud olması;  «hazırda mövcud 

olan  bu  empirik  varlıq»  mərhələsində  kommunikasiya  (əlaqə) 

faydalılıq  prinsipinə  tabedir;  2)  insan  varlığının  ikinci 

mərhələsində şüur elə məzmun və struktura malikdir ki, həmin 

şüuru  başqa  insanların  şüuru  ilə  eyniləşdirir  (Kantın 

terminologiyasında  transsendental  subyektivlikdir).  Yeni 

kantçıların arxasınca Yaspers bu mərhələni öz həqiqiliyinə görə 

bütün bəşəriyyət üçün ümumi olan «əyani şüur» adlandırır; 3) 

insan  varlığının  ən  yüksək  mərhələsini  Yaspers  alman 

klassikləri ilə birlikdə «ağıl» və yaxud «ruh» adlandınr və onu 

«...təfəkkürün, 

fəaliyyətin, 

hissiyyatın 

tamlığı» 

kimi 


müəyyənləşdirir.  Bu  mərhələ  «mühakimə»  edən  zaman  xarici 

strukturdan yaranan «müvəqqəti hadisə» kimi fərqlənir. Yaspers 

deyir:  «Ruh  sahəsindəki  kommunikasiya  (əlaqə)  bütövlük 

ideyasının ictimai substansiyasından yaranan şüurdur...».^'* Hər 

bir  adam  burada  öz  mövcudluğunun  mənasını  sosial  bütövün 

hissəsi olmaqla görür. 

Göstərmək  lazımdır  ki,  insan  yalnız  xarici  əlamətlər 

sistemində təsvir edilə bilməz, onun özünəməxsus daxili aləmi 

var.  İnsan daim özünü axtaran və sınayan məxluqdur.  İnsanın 

mahiyyətini  yalnız  sosial  amillərlə  izah  etmək,  faktiki  olaraq 

şəxsiyyətin  daxili  aləminin  orijinal  xüsusiyyətlərini  inkar  edir 

və onun daxili azadlığım yox etməyə aparır. 

İndiki dövrdə faktiki olaraq yeni insan tipinin formalaşması 

prosesi  baş  verir.  İndustrial  cəmiyyətin  rasional  insanı  yerinə 

postindustrial  informasiya  dövrünün  kompüterləşmiş  insanı 

gəlir.  Dərinliyə  nüfuz  edən  bütöv  bilik  səthi  təsəvvürlər  ilə, 

hədsiz dərəcədə böyük həcmli informasiyanın aiqoritmə uyğun 

olaraq  sürətlə  işlənib  qaydaya  salınması  ilə  əvəz  edilir:  qəbul 

etmək - işləyib qaydaya salmaq - ötürmək - praktiki nəticə əldə 

etmək. Belə praqmatik sxemə girməyən nə varsa hamısı yararsız 

elan  edilir.  Mikroelektron  inqilabı  insan  intellektinin  gücünü 

artırır. 

Beləliklə, insan biososial varlıq olmaqdan daha çox, özünün 

xüsusi daxili aləmi olan mənəvi-ruhi varlıqdır. 



Bax: Философия культуры. СПб. 1998, с. i 83. 

405 


Alimlər  insan  genlərinin  öyrənilməsi  üzərində  ciddi 

tədqiqatlar  apanrlar.  İnsan  genomu  insan  orqanizminin  bütün 

genetik informasiyasının cəmidir. Hal-hazırda  «insan genomu» 

adlanan nəhəng layihə üzərində iş gedir. Artıq 5 min genin şifrə- 

si  açılıb  və  yaxın  illərdə  bütün  yerdə  qalan  45-95  min  genin 

oxunması gözlənilir. 

lH 

6.2.

 

İnsan həyatının mənası haqqında 

İnsan şüurlu varlıq kimi zəruri olaraq özünün bu dünyadakı 

'yerini, həm mənşəyinə, həm də indiki mövcudluğuna görə öz 

mənliyi ilə dünya arasındakı əlaqəni, birliyi və fərqi müəyyən- 

ləşdirməyə çalışır. Onun indiki zamanda az və ya çox düzgün 

istiqamət götürmək, özünün keçmişini aydınlaşdırmaq və gə- 

ləcəyini proqnozlaşdırmaq üçün heç olmasa təsəvvürlər, intui- 

tiv duyğular, hətta mistik görüşlər səviyyəsində belə biliklərə 

ehtiyacı var. 

İnsan həyatı həm cəmiyyət həyatı planında, həm də fərdi 

həyat planında bir-biri ilə sıx əlaqədə olan istehsal, istehlak, 

ictimai-siyasi, mədəni (mənəvi istehsal), ailə (nəslin davamı) 

və başqa həyati fəaliyyət formalarında cərəyan edir. 



j K.Marks belə bir fikir irəli sürmüş və əsaslandırmağa ça- 

lışmışdır ki, insan öz mahiyyətinə görə yaradıcıdır; o həm 

özünü, həm də öz dünyasını yaradır. 

Həyat haqqında çoxlu müxtəlif fikirlər var: həyat əzab- 

əziyyətdir (Budda, Şopenhauer və b.); «insan həyatı acınacaq- 

lıdır» (Seneka); «həyat axmaq tərəfindən danışılan, hay-küylə, 

qəzəblə dolu, lakin mənasız hekayədin> (Şekspir); «bütün həy- 

at aldadılmış ümidlərin qiymətidin> (Didro); «insanın bütün 

həyatı yalana batıbdın> (Nitsşe); «biz bilmirik nə yaxşıdır, ya- 

şamaq yoxsa ölmək» (Qandi) və s. Ümumiyyətlə həyat haq- 

qında mənfi fikirlər daha çoxdur. 

^U^İpsan həyatının mənası probleminin həlli haqqında çoxsaylı 

'‘'fikirləri əsasən üç qrupa bölürlər: 1) həyatın mənası ilk baş- 

lanğıcdan onun dərin qatlarında əbədi mövcuddur. Belə izah 

daha çox dini təlimlərə aiddir; 2) həyatın mənası həyatdan kə- 

narda mövcuddur. Belə izahın əsasında dindən azad (sekulyar) 



406 


fikir dayanır. Bu konsepsiyanın tərəfdarları göstərirlər ki, insan 

dünyanı  xeyir  və  ədalət  əsasında  yenidən  qura  bilər.  Bu 

məqsədə  doğru  hərəkət  tərəqqi  adlanır.  Tərəqqi  məqsədi 

nəzərdə tutur, onu şərtləndirir, məqsəd isə insan həyatına məna 

verir;  3)  həyatın  mənası  subyektlərin  özü  tərəfindən  yaradılır. 

Həyatın mənası yoxdur, yalnız biz özümüz şüurlu və ya kortəbii, 

bilə-bilə  və  ya  qeyri-ixtiyari  olaraq  həyata  məna  veririk  və 

bununla da öz insani mahiyyətimizi seçir və yaradınc^ 

Tez-tez  həyatın  mənasını  axtarmaq  haqqında  elə  danışırlar 

ki,  elə  bil  bu  məna  haradasa  hazır  şəkildə  saxlanılır  və  onu 

yalnız  axtanb  tapmaq  lazımdır.  Lakin  məna  mahiyyət  demək 

deyil, hərçənd bu anlayışlar bir-birinə oxşayırlar. Əgər mahiyyət 

hadisələrin görünməyən, daxili hissəsinə aiddirsə, məna bizim 

hadisələrə  münasibətimizi,  onları  öyrənməyimizi,  qiymət 

verməyimizi  bildirir,  bu  isə  insana  nə  lazım  olmasını 

müəyyənləşdirmək baxımından mümkündür. 

İnsan  yeganə  varlıqdır  ki,  özünün  ölümlü  olduğunu  başa 

düşür  və  bu  halı  düşüncə  predmeti  edə  bilir.  Bunu  anlayan 

insanın  reaksiyası  ilk  baxışda  ümidsizlik  və  çaşqınlıq  hissi 

olmalıdır.  Bu  əhvali-ruhiyyəni  aradan  götürərək  insan 

yaşamaqda davam edir, hərçənd həyatının müvəqqəti olduğunu 

bilir.  Belə  biliyə  malik  olan  insan  zəruri  olaraq  çox  ciddi  və 

kəskin sual ilə qarşılaşır: həyatın mənası və məqsədi nədir? Belə 

bir fikir daha çox yayılıbdır ki, bütün bəşəriyyətin yaşamasının 

mənası  və mövcudluğunu saxlamaq və onun tərəqqisini  təmin 

etmək  üçün  səyi  gücləndirmək  və  çoxaltmaqdır.  Ayrılıqda 

götürülmüş  hər  bir  insanın  həyatının  mənası  da  elə  bununla 

müəyyən edilir. 

Hər  bir  şəxsin  həyatının  məqsədi  və  mənası  eyni  zamanda 

bütün  insan  tarixinin,  insanın  yaşadığı  cəmiyyətin  məqsəd  və 

mənasına böyük təsir göstərən sosial ideyalar və fəaliyyətlər ilə 

də sıx əlaqədədir. 

İnsanın  məqsədi,  rolu,  vəzifəsi  öz  qabiliyyətini  inkişaf 

etdirmək,  tarixə,  cəmiyyətin  tərəqqisinə,  onun  mədəniyyətinə, 

öz şəxsi həyatının təminatı işinə xidmət etməkdir. Ümumi rifaha 

çalışmaq aparıcı istiqamət olmalıdır. L.N.Tolstoy deyirdi 



407 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə