Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə135/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   131   132   133   134   135   136   137   138   ...   164

ki, yalnız ağılın tələbinə tabe olmayan «heyvani şəxs» ümumi 

rifah haqqında fikirləşmir. 

Ölümsüzlüyün  bir  neçə  növünü  göstərirlər.  Ölümsüzlüyün 

birinci  növü  insanlann  əksəriyyətinə  aid  olan  nəsil  artırma 

genləridir.  İnsanlann  mütləq  əksəriyyəti  öz  sayını  artırmağa 

çalışır.  Ölümsüzlüyün  ikinci  növü  öləndən  sonra  əbədi 

saxlamaq məqsədilə bədənin mumiyalaşdırılmasıdır. Hələ Misir 

faraonlarmın təcrübəsi, müasir balzamlaşdırma (V.İ.Lenin, Мао 

Tszedun)  göstərir  ki,  bir  çox  sivilizasiyalarda  bu  hal  qəbul 

olunub. Ölümsüzlüyün üçüncü növü ölənin bədən və ruhunun 

Kainatda  «əriməsinə»,  kosmik  cismə  qədər  yüksəlməsinə, 

materiyanın əbədi hərəkətinə qovuşmasına inanmaqdır. Ölüm- 

süzlÜ


5nin  dördüncü  yolu  insanın  həyati  yaradıcılığı  ilə 

əlaqədardır.  Elmi  kəşf,  bö}äik  ədəbiyyat  əsərlərinin 

yaradılması,  fəlsəfi  əsərlər,  böyük  hərbi  qələbələr  və  dövlət 

müdrikliyini  nümayiş  etdirmək  -  bütün  bunlar  qədirbilən 

insanlann  yaddaşında  yaşayır. Peyğəmbərlərin, qəhrəmanlann, 

müqəddəslərin, memarların, ixtiraçılann xatirəsi əbədiləşdirilir. 

Bir  çox  mütəfəkkirlər  (Sokrat,  L.N.Tolstoy  və  b.)  insanın 

bioloji 


ölümünün 

labüdlüyünü 

onun  mənəvi,  əxlaqi 

ölümsüzlüyü  fikri  ilə  əlaqələndirirdilər.  İnsan  zəkasının  və 

humanistliyi-  nin  ölümsüzlüyü  bəşəriyyətin  ölümsüzlüyünü 

təmin edir. İnsanın və bəşəriyyətin irəlicədən müəyyən edilmiş 

qlobal vəzifəsi məhz bizim planetdə həyatı və zəkanı qoruyub 

saxlamağa  cavabdeh  olmasıdır;  əks  halda,  ağılsızlıqdan  və 

insansevməz- likdən (antihumanizmdən) gələn təhlükəni aradan 

qaldırmaq mümkün olmaz. 

İnsan  özünü  şəxsiyyət  kimi  başa  düşməsə  öz  həyatının 

mənasını da anlaya bilməz. Öz şəxsiyyətini müəyyənləşdirmək 

isə  özünü  başqaları  ilə  müqayisə  etmədən  mümkün  deyil. 

Həyatın mənası haqqında məsələnin insan tərəfindən qoyulması 

yalnız  o  zaman  mümkün  olur  ki,  insanda  mənlik  şüuru  baş 

qaldırır,  ləyaqət  hissi  qüvvətlənir,  öz  həyatının  əhəmiyyəti 

problemi üzərində düşünməyə başlayır. 

Xose Orteqa-i-Qasset demişdir: «...Yaşamaq o deməkdir ki, 

onu mənim əvəzimə heç kim edə bilməz, həyat onu ötürmək 

408 



hüququ olmadan mövcuddur; bu mücərrəd anlayış deyil, mənim 

həddən artıq fərdi varlığımdm>.*® 

Beləliklə, həyatın mənasının düzgün başa düşülməsi mənlik 

şüurunun  yüksək  inkişafı  və  yetkinliyi  nəticəsində  mümkün 

olur.  Bu  da  şəxsiyyətin  həqiqi  azadlıq  qazanmasının 

göstəricisidir.  Burada  idrakı  (azadlığı)  praktiki  fəaliyyət  ilə 

birləşdirməyi  bacaran  bütöv  şəxsiyyətin  inkişaf  səviyyəsi 

nəzərdə tutulur. Həyatın mənasını düzgün başa düşmək, irəlini 

görmək  -  hadisələrin  sonrakı  cərəyanını  əvvəldən  duymaq 

qabiliyyətinin  olmasını  tələb  edir  və  həyatın  bütün  sonrakı 

gedişinə bilavasitə təsir göstərir. 

İnsan  öz  qarşısına  hansı  məqsədi  qoyur?  Necə  və  hansı 

şəkildə  0,  buna  nail  olur?  Bu  suallara  cavab  insanın  əxlaqi 

şüurunu və onun mənəvi simasını xarakterizə edir. 



6.3.

 

Şəxsiyyət və cəmiyyət. İnsan və bəşəriyyət 

Dünyanın  fəlsəfi  mənzərəsi  çox  rəngarəngdir,  fəqət  bütün 

bunlar dünya-insan münasibətləri ətrafında qurulur. Bu əsasda 

fəlsəfi  bilikdə  şərti  olaraq  obyektivist  və  subyektivist 

adlandırılan iki aparıcı xətt yaranmışdır. 

Obyektivist  konsepsiyalar  materialist  və  yaxud  idealist 

olmalarından asılı olmayaraq dünyaya üstünlük verir_j:a-h«sab 

edir ki, o bütün hallarda obyektiv^r, yəni öz mövcudluğunda və 

keyfiyyətlərində subyektin istəyindən asılı deyil. Həqiqət hamı 

üçün  eynidir.  Obyektivist  konsepsiyanın  ən  parlaq  misalı 

Hegelin  və  Marksın  fəlsəfəsidir.  Bu  təlim  insan  həyatında 

idrakın rolunu çox yüksək qiymətləndirir, çünki hesab edir ki, 

rasional  bilik  bizi  həqiqət  ilə  bilavasitə  birləşdirir  və  dünyanı 

necə varsa elə də göstərir. 

Subyektivizm  obyektivizmin  əksidir.  Bütün  yaşayan 

subyektlər üçün ümumi olan dünya çoxlu xırda «dünyalar» ilə 

əvəz  edilir.  Mən  özüm  üçün  Kainatam  və  hədsiz  dərəcədə 

tənhayam,  çünki  heç  kim  həbsxanaya  çevrilən  fərdi  dünyamı 

mənimlə bölüşdürə bilməz. J.P.Sartrın fəlsəfəsi bu tip subyekti- 

Х.Ортсга-и-Гассет. Что такое философия? M., «Наука», 1991, с. 162. 

409 



vizm  üçün  parlaq  misal  ola  bilər.  O,  hesab  edirdi  ki,  öz 

iradəsindən  asılı  olmayaraq  «varlığa  atılmış»  insan  tamamilə 

azaddır.  Ümumi  həqiqət  və  ümumi  qaydalar  yoxdur.  Hər  bir 

insan  özünəməxsus  qorxu  və  risk  ilə  öz  həyatını  yaşayır,  nə 

istəyirsə onu da edir və yalnız öz qarşısında cavab verir. Ümumi 

həqiqətlərə və görüşlərə tabe olmaq özünə xəyanətdir. 

Yaspers  üçün  (Toynbinin  dediyi  kimi)  tarix  şəxsiyyət 

yaradıcılığının nəticəsidir, şəxsiyyətdən kənarda heç bir tarix ola 

bilməz.  O,  yazırdı:  «Tarix  ayn-ayn  adamların  daim  və  təkidlə 

irəliyə  doğru  hərəkətidir.  Onlar  başqalannı  da  öz  arxalannca 

getməyə  çağırır.  Onları  eşidənlər və başa düşənlər bu hərəkata 

qoşulurlar».^®  Şəxsiyyət  problemini  öyrənmək  üçün  ilk  lazım 

olan «fərd» anlayışıdır. Hərfi olaraq bu söz hər hansı bir bütövün 

daha  bölünməyən  hissəciyidir,  özünəməxsus  «sosial  atom»dur. 

Ayrı bir insan nəinki insan nəslinin tək nümayəndəsidir, həm də 

hər hansı sosial qrupun üzvüdür. Bu insanın ən sadə və mücərrəd 

xarakteristikasıdır. 

«Fərdiyyət»  termini  isə  daha  zəngin  məzmun  kəsb  edir, 

insanın bütün şəxsi keyfiyyət və xassələri ilə birlikdə unikal və 

təkrarolunmaz varlıq olduğunu ifadə edir. 

Fərd  konkret  insandır  və  anadangəlmə  Homo  sapiens 

xüsusiyyətləri  ilə  yanaşı  həm  də  sırf  fərdi  keyfiyyətlərə  də 

malikdir. Bu onun həm təbii qabiliyyətinə, həm psixi xassələrinə 

(yaddaş,  təxəy3dil,  temperament,  xarakter)  və  təfəkkür 

qabiliyyətinə (mühakimə, fikir), tələb və ehtiyaclarına aiddir. Bu 

mənada  biz  insanın  fərdiliyi  haqqında  danışırıq.  «...Fərdiliyə 

həmin  fərdi  başqa  kütlədən  fərqləndirən  xassə  və  qabiliyyətin 

cəmi kimi tərif vermək olaD>.” 

• Z.Freyd insan yığını deyəndə bir qrup adamın təşkilatlanmış 

toplusunu, kütlə deyəndə xüsusi təşkil olunmuş insan toplusunu 

nəzərdə  tuturdu.  Burada  fərdlər  arasında  bəzi  ümumi  cəhətlər 

yaranır:  müəyyən  situasiyada  ümumi  maraq,  bir-birinə  təsir 

etmək  qabiliyyəti  və  s.  Subyektin  fəaliyyət,  şüur  və  idrak 

daşıyıcısı kimi başa düşülməsi Yeni dövr fəlsəfəsindən başlayır. 



^

 К.Ясперс. Смысл и назначение истории. М.. 1991. с.73. 

5’ С.Э.Крапивеиский. Социальная философия. М.. «Владос», 1998, с.282. 

410 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə