Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə137/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   133   134   135   136   137   138   139   140   ...   164

ması)  -  texniki  formanın  təbiətə  üstün  gəlməsinin  əlamətləri 

bunlardır.  Texnikalaşmış  dünya,  bürokratiyanm  öldürücü 

mühafizəkarlığı  şəxssizləşdirmə,  insanın  təbii  vəziyyətdən 

uzaq- laşdırılmasınm əlamətləridir».®^ 

Bəzi alimlər hesab edirdilər ki, xalq kütlələrini bir qrup yaxşı 

hazırlıqlı insan (elita) idarə etməlidir. Bir çoxları isə göstərir ki

cəmiyyətə mütləq lider lazımdır. 

Elitizm  konsepsiyasının  tərəfdarları  hesab  edirlər  ki,  xalq 

cəmiyyəti  idarə  edə  bilməz,  çünki  onun,  birincisi,  siyasətdə, 

iqtisadiyyatda və başqa sahələrdə səriştəsi yoxdur; ikincisi, bir 

qayda olaraq kütlə fəaliyyətsiz və ətalətlidir, fəallığı isə dalaş- 

qanlıq,  cəmiyyətin  əsasını  dağıtmaq  formasında  büruzə  verir; 

üçüncüsü, cəmiyyətin kütlələr tərəfindən idarə edilməsi texniki 

cəhətdən mümkün deyil, çünki bütün xalq parlamentdə, nazirlər 

kabinetində  iclas  keçirə  bilməz,  ona  görə  də  mütləq  xalqın 

nümayəndələrini  seçmək  lazımdır.  Deməli,  cəmiyyəti  idarə 

etmək  üçün  yüksək  hazırlıqlı,  səriştəli  adamlar,  yəni  elita 

zəruridir. 

Liderlik  və  volyuntarizm*^®  nəzəriyyəsinin  tərəfdarlan 

sübut  etməyə  çalışırlar  İd,  kütlələr  lidersiz,  rəhbərsiz  heç  bir 

konstruktiv  iş  görə  bilmir.  Ona  görə  də  xalq,  əlbəttə,  tarixi 

yaradır, lakin təkbaşına özü yox, rəhbərin başçılığı ilə. Bəziləri 

göstərirlər  ki,  lider  öz  iradəsini  xalqa  zorİa  qəbul  etdirir, 

başqaları isə deyirlər ki, lider kütlə ondan nə istəyirsə onu edir, 

kütlə özünün mənliyini lider seçir və onu idarə edir. Beləliklə, 

lider,  avtoritet  özü  kütlənin  yetirməsidir.  Lakin  avtoritar 

rejimlərdə həmişə kütlə rəhbərin əsiri olur. Buna misal Stalin, 

Мао, Mussolini, Hitler, Kastro, Səddam Hüseyn və başqalarının 

öz xalqı üzərində tam hökmranlığını göstərmək olar. Rəhbərlər 

insanları  öz  arxasınca  apara  bilir,  əməli  fəaliyyət  iradəsinə 

malik olur, cəsarəti ağılından yüksək olur. 

Onu da qeyd etmək lazımdır ki,  burada təbliğatın  rolu çox 

böyükdür. E.Fromm hesab edirdi ki, fasiləsiz təbliğat tənqidi 

П.С.Гуревич. Философия культуры. M.. «Nota Bene», 2001, c.l72. 

Volyunlarizm (lat. «voluntas» - volya, iradə) volyanı (iradəni) bütün mövcudatın əsası hesab 

edir. 

414 



təfəkkürü  zəiflədir,  insanı  bihuş  edir,  ağıla  deyil,  hissiyyata 

yönəlir.  Gərgin  emosional  vəziyyət  kütləni  qəhrəmanlıq 

göstərməyə,  özünü  şəhid  etməyə  həvəsləndirə  bilir.  Belə  halda 

kütlə ən xeyirxah məqsədlərə də aludə ola bilər. Freyd deyirdi ki, 

kütlə  təmənnasız  olaraq  ideala  sadiq  olmağa  qabildir.  Üstəlik 

kütlə böyük mənəvi yaradıcılığa da qadirdir: dili zənginləşdirir, 

folklor yaradır, xalq mahnılarını bəstələyir və s. 

Bununla yanaşı göstənnək lazımdır ki, kütlə konkret şəraitdə 

insanların zəruri deyil, çox hallarda təsadüfi yığınıdır. Bu birliyin 

ümumi  emosional  istiqaməti  var,  onu  əksəriyyətin  qəbul  etdiyi 

ənənələr  deyil,  daha  çox  qəzəb,  bəzən  heyvani  hissiyyat  idarə 

edir.  Totalitar  rejimlər  xalqı  kütləyə  çevirmək  istəyir.  Çünki 

kütləni  istənilən  tərəfə  çevirmək,  göstəriş  vermək,  fanatiklər 

dəstəsinə  çevirmək  asandır.  Orteqa-i  Qasset  deyir  ki,  İtaliya 

faşistlərinin lideri Mussolininin «hər şey Dövlət üçün. Dövlətdən 

kənar heç nə, Dövlətə qarşı heç nə» şüan- nı göstərmək kifayətdir 

ki,  onun  ideologiyasının  tipik  kütlə  ideologiyası  olduğunu 

biləsən.  «Dövlətin  diktaturası  davranış  qanununa  çevrilən 

zorakılıq  və  birbaşa  hərəkat  tərəfindən  qəbul  edilən  ali 

formadır».^* 

Elita  nəzəriyyəsinin  əsasını  İtaliya  politoloqu  və  filosofu 

V.Pareto  (1848-1923)  və  H.Moska  (1858-1941)  qoymuşdur. 

Məsələn, H.Moska demişdir: «Təşkilatlanmış azlığın təşkilat- sız 

çoxluq üzərində suveren hakimiyyəti qaçılmazdın>. «Yüz adam 

həmrəy,  işin  ümumi  anlayışı  ilə  hərəkət  edərək,  bir-biri  ilə 

həmrəy  olmayan,  təkbətək  ünsiyyət  saxlayan  min  adama  qalib 

gəlir».*^ 

Bu nəzəriyyənin tərəfdarları sübut etməyə çalışırlar ki, kütlə 

«ən  yaxşı  halda  ətalətdə 



O

1

UD

>,

 

həyəcana  gələn  vaxt  isə  qorxulu 

qüvvəyə  çevrilir,  nəzərə  çarpan  mühüm  yenilikləri  sevmir; 

bərabərliyə can ataraq insan mədəniyyətini dağıdır, onu keçmiş 

vəhşilik dövrünə tərəf geriyə atır. 

Х.Ортега-н-Гассет. Дегуманизация искусства. M., 1991, с. 151. 

Sitat götürülüb: A.И.Кравченко. Социология. Хрестоматия. M., 1997, с.246. 

415 



V

 

BOLMƏ 

Praktiki fəlsəfə 

İndiki dövrdə sosial və mədəni həyatın əvvəllər görünməyən 

yüksək dinamizm qazanması, həyatın müxtəlif sahələrində sosial 

fəaliyyətin  mahiyyətinin  prinsipcə  dəyişməsi  fəlsəfəni  eyni 

zamanda praktiki bilik sahəsinə çevirir. 

1. İqtisadiyyatın fəlsəfəsi 

1.1.

 

İctimai istehsal 

«İctimai istehsal» anlayışı ingilis mütəfəkkirləri Con Lokk və 

Adam  Smit  tərəfindən  istifadə  edilmişdir.  K.Marks  bu  anlayışı 

insanların birgə həyat fəaliyyəti üsuluna tətbiq edərək cəmiyyəti 

bu fəaliyyətin məhsulu və nəticəsi hesab etmişdi. 

Cəmiyyət  sadəcə  olaraq  təkrar  istehsal  və  adaptasiya 

(uyğunlaşmaq)  deyil,  həmçinin  yaradıcılıq,  özünü  istehsal 

etmədir.  İctimai  istehsal  ona  görə  belə  adlanır  ki,  həyat  üçün 

vacib  olan  sosial  flınksiyalan  icra  edir.  Bu  funksiyalar 

müxtəlifdir:  yaşamağın  maddi  şəraitinin  təkrar  istehsalı;  ideya 

(ideologiya)  və  mənəvi  dəyərlərin  istehsalı;  ictimai  fərd  kimi 

insanın özünün istehsalı; sosial əlaqə və münasibətlərin istehsalı. 

Bəzi alimlər hətta ailə, dövlət, hüquq, əxlaq, elm, incəsənət və 

s. istehsalın xüsusi növləri hesab edirlər. 

İctimai istehsalın funksiyasına ümumi ictimai əməyin həyata 

keçirilməsi  də  daxildir.  Bu  elə  əməkdir  ki,  ayrı-ayrı  adamlar 

tərəfindən  olduğu  kimi,  sosial  cəhətdən  təşkilatlanmış  insan 

qrupları vasitəsilə də həyata keçirilir, lakin hər iki halda əməyin 

nəticəsi hamıya aiddir. Elmi kəşflər, texniki ixtiralar, incəsənət 

əsərləri bütün insanlara məxsusdur. Bu ictimai sərvətdir. 

İnsanların  öz  ictimai  həyatının  birgə  istehsalı  prosesində 

cəmiyyətin  formaları  yaranır:  ənənəvi  cəmiyyət,  sənaye 

cəmiyyəti, postindustrial cəmiyyət. Qərb və Şərq cəmiyyətləri. 

Beləliklə,  iqtisadiyyatın  fəlsəfəsi  istehsalın  texnologiyası, 

məhsulun  hazırlanma  üsulunun  özü,  insanın  təsərrüfat 

fəaliyyətinin maddi tərəfi ilə deyil, əmək məhsullarına müəyyən 

ictimai forma verən ayrı-ayrı adamların cəmiyyətdəki əlaqə 

416 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə