Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə139/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   135   136   137   138   139   140   141   142   ...   164

Əgər kimsə bu müddəanı təhrif edərək göstərir ki, guya iqtisadi 

moment  yeganə  həlledici  momentdir,  o  bu  fikri  heç  nə 

deməyən,  mücərrəd,  mənasız  ifadəyə  çevirir...  Bütün  bu  mo- 

mentlərin qarşılıqlı təsiri mövcuddur ki, burada iqtisadi hərəkət 

son halda zəruri moment kimi sonsuz dərəcədə çox təsadüflər 

arasından keçərək özünə yol salır...».‘ 

Son vaxtlar alimlərin çoxu bazar iqtisadiyyatını demokratiya, 

daha geniş fəaliyyət, yaradıcılıq imkanı üçün daha zəruri amil 

hesab edirlər. İstehsalın inkişafı elm və texnikanın inkişafından, 

qabaqcıl texnologiyadan, istehsalın təşkilindən, birinci növbədə 

bilavasitə istehsalçıların qabiliyyətindən və s. asılıdır. Bir sözlə, 

marksistlərin  dediyindən  fərqli  olaraq,  istehsal  əhəmiyyətli 

(bəzən həlledici) dərəcədə insanların şüurundan və iradəsindən 

asılı olur. 

Amerika filosoflarının çoxu hələ 1941-ci ildə Ceyms Bem- 

xem (1905) tərəfindən irəli sürülən «menecer inqilabı» təliminə 

inanır. Bu təlimə görə kapitalist sinfi idarə edən sinif tərəfindən 

sıxışdırılıb  meydandan  çıxarılır  və  postkapitalist  cəmiyyətdə 

həlledici rol oynamır. 

XX  əsrdə  fəlsəfədə,  xüsusən  marksist  fəlsəfədə  «bazis»  və 



«üstqurum»  anlayışları  geniş  yayılmışdır.  Bu  kateqoriyalar 

marksizmin  fundamental  kateqoriyalarından  hesab  olunur. 

Marksizmə  görə  bazis  cəmiyyətin  iqtisadi  strukturunu  təşkil 

edən, insanların sosial həyatının ideoloji formalarının sistemini 

müəyyən edən istehsal münasibətlərinin məcmuudur. Üstqurum 

ideoloji  münasibətlərin,  onları  möhkəmləndirən  və  həmin 

cəmiyyətə  xas  olan  qurum  və  təşkilatların  (dövlət,  siyasi 

partiyalar,  ictimai  biliklərin  və  s.)  məcmuudur.  Bazis  və 

üstqurum  tarixən  konkret  olur.  Hər  bir  ictimai-iqtisadi 

formasiyanın  bazisi  və  ona  uyğun  olan  üstqurumu  var. 

Cəmiyyətin  iqtisadi  bazisi,  onun  təbiəti  necədirsə,  həmin 

cəmiyyətin üstqurumu da elə olur. Əgər bazis ziddiyyətlidirsə, 

bu hal üstqurumun ziddiyyətli olmasında öz əksini tapır. 

' K.MapKC H 



0.3nrcjibc. 

CoMiıiiCiiııa, 



T.37. c.394-395. 

420 


1.3.

 

iqtisadi sistem 

İqtisadiyyatın  sovet  modeli  üçün  xüsusi  mülkiyyətin  və 

sahibkarlığın  ləğv  edilməsi,  onların  yerində  idarə  və 

planlaşdırmanın nəhəng bürokratik aparatın olmasını tələb edən 

və bütün sahələri əhatə edən dövlət mülkiyyətinin yaradılması 

həlledici əhəmiyyətə malik idi. Sovet İttifaqında mərkəzləşmiş 

planlaşdırmanın  həyata  keçirilməsi  nəticəsində  dünya 

praktikasında  birinci  dəfə  olaraq  dövlət  bütün  istehsalın 

bilavasitə təşkilatçısı və rəhbəri olur, bazar lazımsız olur və plan 

ilə  əvəz  edilir.  Bununla  yanaşı  iqtisadiyyatın  sovet  modeli 

böyük  siyasi  effektə  malik  olaraq  uzun  illər  hakim  dairələrə 

rejimi möhkəmlətmək imkanı yaratdı. 

Sovet  İttifaqında  guya  Marksın  təliminə  uyğun  yaradılmış 

iqtisadiyyat  (Lenin  və  Stalinin  əlavələri  ilə)  bütün 

parametrlərinə  görə  əsassız  olduğunu  göstərdi,  yəni  artımın 

ümumi  tempinə,  istehsalın  strukturunu  formalaşdırmağa, 

səmərəliliyinə  (əmək  məhsuldarlığına,  enerji  və  maddi 

tutumuna) görə kapitalist iqtisadiyyatı ilə müqayisədə çox geri 

qaldığını  nümayiş  etdirdi.  Maodan  sonrakı  Çinin  təcrübəsi. 

Şimali  və  Cənubi  Koreyanın,  Almaniyanın  Şərqi  ilə  Qərbinin 

müqayisəsi buna misaldır. 

Marks  sübut  etməyə  çalışırdı  ki,  kapitalizm  «axırıncı 

istismarçı  formasiya»  kimi  özünün  bazar  iqtisadiyyatı  ilə 

birlikdə  zəruri  ölümə  məhkumdur.  Belə  mücərrəd  nəzəri 

nəticəyə gəlmək üçün «dəyər qanunu» kifayət idi. Marksa görə 

bu  qanun  əmtəə  mübadiləsini  onun  ictimai  dəyəri,  yəni 

əmtəənin istehsalına sərf edilən ictimai zəruri əməyin miqdarı 

ilə  tənzimləyir.  «Dəyər  qanunu»nun  köməkliyi  ilə  Marks 

məntiqi yolla bir neçə tendensiyanı üzə çıxardı: kapitalist yığımı 

və proletariatın dilənçiləşməsi qanunu, gəlirin orta normasının 

aşağı  düşməsi  meyli,  sərbəst  rəqabətin  inhisar  (monopoliya) 

tərəfindən  sıxışdırılması  və  s.  Marks  bütün  qüvvəsini  bu 

qanunun  sosial  aspekti  üzərində  cəmləmiş  və  kapitalizmin 

ölümə məhkum olduğunu sübut etməyə çalışmışdır. 

Siyasi iqtisad elminin yaradıcıları olan A.Smit (1723-1790) 

və D.Rikardonun (1772-1823) əsas xidməti sərvətin nə ticarət 



421 


prosesində, nə də təbii ehtiyatlar sayəsində deyil, hər şeydən əwəl 

istehsal  prosesində  insan  əməyi  ilə  yaradıldığını  sübut  etmək 

olmuşdur.  Hələ  Marksa  qədər  iqtisadi  fikir  birdəfəlik  belə 

nəticəyə gəlmişdir ki, fiziki xarakterli hər hansı bir şey dəyərin 

meyan (ölçüsü) ola bilməz (Marksdakı kimi) və bu meyar bazar 

münasibətlərinin özündə gizlənir. 

XIX  əsrin  axırı  -  XX  əsrin  əvvəllərində  müvazinət 

nəzəriyyəsinin  yaradıcıları  L.Valras  (1834-1910)  və  V.Pareto 

(1848- 1923) ilk dəfə göstərdilər ki, iqtisadi dəyərlər sistemində 

bütün elementlər - həm əmək, həm özünün müxtəlif formalann- 

da kapital,  həm  təbii  ehtiyatlar, həm  müxtəlif əmtəə və xidmət 

növləri  dinamik  müvazinət  vəziyyətindədir.  Belə  vəziyyət  op- 

timuma can atır, yəni elə bölgü yaradır ki, müxtəlif tələbatların 

bütün  cəmi  maksimum  təmin  edilir.  Bu  sistemdə  hər  bir 

dəyişiklik optimumu pozur və beləliklə, dəyərin ümumi həcmini 

azaldır.  A.Smit  və  D.Rikardonun  belə  izahatı  obyektiv 

substansiya  tərəfindən  hər  hansı  dəyər  yığımının  yaradılmasını 

tamamilə  inkar  edir  və  xüsusən  K.Marks  tərəfindən  göstərilən 

problemi  aradan  götürür:  tələb  təklif  edilən  əmtəənin 

qiymətindən  asılı  olduğu üçün,  guya qiyməti tələb və təklif ilə 

izah etmək olmaz. 

İndiki  dövrdə  kompüter  texnologiyasının  inkişafı  iqtisadi 

sistemlərdə keyfiyyətcə yeni dəyişikliklər yaradır. Dünya iqtisadi 

birliyi bu və ya digər dərəcədə qarşılıqlı əlaqədə olan dövlətlərin 

mexaniki  cəmindən  bütöv  iqtisadi  sistemə  çevrilir  ki,  burada 

milli  sosiumlar  vahid  ümumdünya  iqtisadi  orqanizmin  tərkib 

hissəsi olur. Qloballaşma şəraitində milli və ümumdünya iqtisadi 

münasibətləri  rollarını  dəyişməyə  başlayırlar.  Əvvəllər  milli 

münasibətlər aparıcı rol oynayırdılarsa, indi ümumdünya iqtisadi 

münasibətləri  aparıcı,  müəyyənedici  qüvvəyə  çevrilməkdədir. 

Milli  dövlət  artıq  əvvəllər  olduğundan  fərqli  olaraq  milli 

iqtisadiyyatı arzuolunmaz xarici təsirlərdən qoruya bilmir. 

İqtisadiyyatın  qloballaşması  çox  hallarda  ölkələrin  iqtisadi 

açıqlığına,  ticarətin  və  kapital  axınının  milli  rejimlərinin 

liberallaşmasına, qlobal maliyyə bazarının və ümumdünya infor- 

422 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə