Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə141/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   137   138   139   140   141   142   143   144   ...   164

Bunsuz  müasir  iqtisadiyyatın  normal  fəaliyyət  göstərməsi 

mümkün deyil».*^ 

İnformasion  texnologiyanın  təsiri  altında  elə  iqtisadiyyat 

yaranır  ki,  burada  daha  əhəmiyyətli  sahə  maddi  cəhətdən  hiss 

edilən ehtiyatlar - əmtəə, xammal, işçi qüvvəsi, avadanlıq deyil, 

hiss edilməyən başqa bir sahə - intellekt, informasiya, bilik hesab 

edilir. İnvestisiya yeni maşından daha çox yeni konsepsiyalar və 

onların yaradılması vasitələrinə sərf edilir. 

Beləliklə,  əmək  bölgüsünün  dəqiq  müəyyənləşdirilməsi 

iqtisadiyyatın  inkişafı  üçün  zəruridir.  «...Daxili  əmək  bölgüsü 

ciddi  surətdə  nəzərə  alınmalıdır  və  hər  kəs  yalnız  yüksək 

dərəcədə  ixtisaslaşmış  olduğu  sahədə  çalışmalıdır.  Bir  adamın 

başladığı  işi  axıra  qədər  davam  etdirməsi,  son  məhsula  qədər 

bütün mərhələləri özü icra etməsi,  geriyə qayıtmaq olardı.  Zira 

millətin  məhsuldar  qüvvələrinin  inkişaf  səviyyəsi  bu  millətdə 

əmək bölgüsünün nə dərəcədə inkişaf etməsindən asılıdiD>.^ 



‘ Yenə orada, s.223. 

'

 

S.X

D

İİI

ÜV

. Elmi-texniki toroqqi vo onun sosial-iqtisadi nəticolori. Bakı, «Elm», 

1996, s.220. 

426 


2. Texnikanın fəlsəfəsi 

2.1.

 

Texnika və texnologiya 

anlayışlarının fəlsəfi 

mahiyyəti 

«Texnika»  anlayışının  kökləri  çox  qədim  vaxtlara  gedib 

çıxır,  Qədim  yunan  sözü  «techne  sənətkarın  qabiliyyətindən 

tutmuş  yüksək  incəsənət  sahəsindəki  ustalığa  qədər  çox  geniş 

mənada düşünülürdü. 

XVII  əsrdə  Qərbi  Avropa  ölkələrində  elmi  inqilablar  və 

istehsalda  baş  verən  dəyişikliklər  dövründə  latınca  işlədilən 

«technica  ars»  sözü  (bacarıqlı  istehsal  sənəti)  «  technigve» 

termini  kimi  fransız  dilinə,  sonra  isə  «technic»  kimi  alman 

dilinə  keçir.  Bu  termin  tədricən  xüsusi  məna  kəsb  etməyə 

başlayır. Yeni dövrdə bu söz istehsal olunan hər şeyə, daha çox 

isə əmək alətləri və maşınların istehsalına aid olan bütün vasitə

üsul  və  fəaliyyətlərin  cəmini  ifadə  edir.  Beləliklə,  texnikanın 

inkişafı  ilə  əlaqədar  bu  anlayışın  özünün  məzmunu  da 

əhəmiyyətli dərəcədə dəyişir. 

Qərbdə  texnikanın  fəlsəfəsinin  yaranmasını  adətən  İ.Berk- 

manın «Texnologiya üzrə əsasnamə və yaxud sənətlərin, fabrik 

və zavodların öyrənilməsi» (1777) kitabı ilə bağlayırlar. Lakin 

çox  hallarda  bu  fəlsəfənin  başlanğıcını  yüz  il  sonra  Qərbi 

Almaniyada çap olunan E.Kappın «Texnikanın fəlsəfəsinin əsas 

əlamətləri» (1877) əsəri ilə əlaqələndirirlər. Bu kitab XX əsrin 

axırlarında  yenidən  çap  edilib.  Onun  əsas  ideyası  texnika 

fenomenini  təbiətin  öz  inkişafından  çıxarmaq  yolu  ilə  başa 

düşməkdən ibarətdir. Texnikanın özü nə isə süni bir sahə olsa da 

təbiətdən  gəlir  və  başqa  bir  substrat  (mühit,  əsas)  tərəfindən 

yaradılmır. Maşın insan orqanlarının təbiət materiallarına olan 

proyeksiyasıdır. E.Kappın dediyinə görə canlı təbiətin təkamülü 

gedişində  kökü  «təbiət  ruhunda»,  yəni  maddi  cisimləri  idarə 

edən  canlı  orqanizmlərin  bütövlüyündə  olan  yeni  bir  hadisə  - 

texnika  meydana  gəlir.  O,  öz  kitabına  belə  epiqraf  vermişdi: 

«Bəşəriyyətin bütün tarixi, diqqətlə baxanda, son nəticədə daha 

yaxşı əmək alətlərinin ixtira edilməsidir».* 

**

 

**



 

O

HJIOCO

(})

HH

 TexHHKiı 



OPr. M.. 1989. c.226.



 

427 


Texniki  yaradıcılıq  sahəsində  insanın  öz  təfəkkürünü 

maddiləşdirmək,  əşyaya  çevirmək  istiqamətində  unikal 

qabiliyyəti  üzə  çıxır.  İnsan  elə  vasitələr  yaradır  ki,  onların 

təbiətdə analoqu yoxdur. 

Bununla  əlaqədar  neotomist  filosof  F.Dessauerini  də 

texnikanın  meydana  gəlməsi  və  onun  mahiyyəti  problemi 

maraqlandırmışdı.  Onun  fikrincə  texnika  haqqında  ideya 

Allahın  parlaq  ağlının  təzahüründən  başqa  bir  şey  deyil. 

Texnikanın  predmeti  maddi  şəkildə  mövcud  ola  bilər,  lakin 

özünü ideyalar dünyasında, «mümkün varlıq» sahəsində göstərə 

bilər. 

Beləliklə, hələ XIX əsrin axırlarında texnikanın fəlsəfəsi indi 



də aktual olan bir sıra ciddi məsələlər irəli sürmüşdür. 

Texnika müstəqil fəaliyyət göstərən sahə deyil, başqa amillər 

tərəfindən  yaradılır və hərəkətə gətirilir.  «...Texnikanı elmdən 

fərqləndirən  əsas  spesifik  cəhət  budur  ki,  o  öz-özlüyündə 

fəaliyyət  sahəsi  deyil.  Texnika  əsasən  ixtiraçılıq  fəaliyyəti  və 

elmi fəaliyyət sayəsində yaradılır. Texniki qurğu hazır olduqdan 

sonra  isə  o,  müxtəlif  əməli  məqsədlərin  həyata  keçirilməsi 

işində  bir  vasitə  kimi  istifadə  olunur.  Texnikanın  növləri 

(istehsal texnikası, hərbi texnika, elm texnikası və s.) onun hansı 

fəaliyyət sahəsində istifadə olunmasına görə müəyyənləşir».^ 

XX 

əsrin 


böyük 

alman 


filosofu 

M.Haydegger 

yuxarıdakından xeyli fərqli fikir söyləyir. Texnikanın mahiyyəti 

haqqında düşünən filosof hesab edirdi ki, texnika bilavasitə öz 

sahəsi  ilə  məhdudlaşmır  və  yalnız  məqsədə  çatmaq  vasitəsi 

deyil. O, demişdir: «Biz texnikanın ən qəddar əsirliyinə o vaxt 

düşürük  ki,  biz  onda  nə  isə  bitərəf  bir  şey  görürük...».'® 

Texnikanın instrumental anlayışı bir adətə çevrilib. Haydeggerə 

görə texnika anlayışı daha əhəmiyyətli və dərin məna kəsb edir. 

«Texnika sadəcə bir vasitə deyil. Texnika gizlədilmiş bir şeyin 

açılma  növüdür.  O  gizlədiləndən  çıxarılan  sahədir,  həqiqətin 

həyata keçirilməsidir»." İndiki texnikanı «açılma» prosesinin 



’ S.XoIilov. Göstərilən əsər, s.l03. 

Sitat götürülüb: Новая те,хнологическая волна на Западе. М., 

1986, с.45. " Yenə orada, s.50. 

428 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə