Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə142/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   138   139   140   141   142   143   144   145   ...   164

xüsusi xarakteri fərqləndirir. Əvvəllər məlum olmayanı açaraq 

texnika  əldə  edir,  hasil  edir,  toplayır,  bölüşdürür,  yenidən 

dəyişdirir və bu yolla ətraf təbiətin simasını dəyişdirir. Bununla 

yanaşı  anlamaq vasitəsi  kimi  texnika həqiqətin  açılması üsulu 

kimi də bütövlükdə dünyanın mənzərəsini dəyişdirir. 

Müasir  dövrdə  istehsalın  inkişafında  qabaqcıl  texnologiya 

həlledici  əhəmiyyət  kəsb  edir.  Elm  həqiqət,  texnologiya  isə 

fayda  axtanr.  Elm  biliyə  can  atır,  texnologiya  istehsal  etməyə 

xidmət edir. Fəqət  elm və texnologiya arasında qınlmaz əlaqə 

var.  Bir  tərəfdən  elm  öz-özlüyündə  yüksək  inkişaf  etmiş 

texnologiyaya söykənməsə öz məqsədinə çata bilməzdi. Başqa 

tərəfdən,  müasir  texnologiya  elmin  qazandığı  biliyin  həyata 

keçirilməsi  yolunda  çox  mürəkkəb  prosesdən  başqa  bir  şey 

deyil.  Texnologiyanı  yalnız  texnika  hesab  etmək  olmaz. 

Texnologiya  elmi  biliyin  həyata  keçirilməsinə  əsaslanan 

prosesdir.  Deməli,  texnologiyanı  texnika  ilə  eyniləşdirmək 

olmaz. Texnologiya texnikanı özündə ehtiva edir, heç bir halda 

ona mün- cər edilmir. 

İstehsalın  texnoloji  cəhətdən  təşkil  edilməsi  təsərrüfat 

vəzifələrini  düzgün  başa  düşməyi,  onlann  həyata  keçirilməsi 

üçün  insana  yardımçı  ola  biləcək  təbii  qüvvələrin  seçilməsini 

tələb edir. Bunun üçün təbii qüvvələr müvafiq şəkildə qurulmalı 

və təşkil edilməlidir. Buna isə texnikanın köməyi ilə nail olmaq 

olar. 


Texnika ilə texnologiya bir-birini tamamlayır. «Texnika» adı 

altında elmi  nəzəriyyələrin və texnologiyanın əmək alətlərinə, 

maşınlara, sənayeyə tətbiq edilməsi başa düşülür. Daha müasir 

termin  olan  «texnologiya»  çox  hallarda  «texnika»  termini  ilə 

üst-üstə  düşür  və  yaxşı  inkişaf  etmiş  texnikanın  müasir  insan 

qarşısında  duran  genişmiqyaslı  problemlərin  həllinə  az-  çox 

əsaslandırılmış və sistematik tətbiqini tələb edir. 

Belə  fikir  var  ki,  texnologiya  nəzarətsiz,  müstəqil  qüvvə 

deyil, insan seçiminin nəticəsi, cəmiyyətin bazar vasitəsilə ifadə 

edilən tələbidir. 

Başqa  bir  fikir:  fransız  filosofu  Jak  Elül  texnologiyanı 

toxunduğu hər şeyi simasızlaşdıran müstəqil və idarəedilməz 



429 


qüvvə  hesab  edir.  İnsanlar  maşmlann  tələbinə  uyğunlaşaraq 

onun  quluna  çevrilirlər.  Texnologiyanın  öz  məntiqi  və  daxili 

şərtlənməsi  var.  Texniki  determenizm  meydana  gəlir,  yəni 

texnika sonsuz, hər yerdə mövcud olan, qaçılmaz bir şey olur. 

İnsanlar getdikcə texnologiyanın məhsullarından daha çox asılı 

vəziyyətə düşürlər. Dövlət və ictimai rəy texnologiyanın sahibi 

deyil, onun qulluqçusu olurlar. 

Politoloq  Lenqdon  Vinner  sübut  etməyə  çalışır  ki, 

texnologiya  muxtar  sistemdir  və  bütün  insan  fəaliyyətini  öz 

tələblərinə uyğun olaraq formalaşdırır. İnsanın məqsədi mövcud 

vasitələrə uyğunlaşdırılır. Əvvəlki kimi əksinə olmur. 

Texnologiya haqqında nə qədər çox fikir söylənsə də bütün 

hallarda onlan bir sahə birləşdirir: texnologiya - texniki vasitələr 

və  elmi  metodların  yardımı  ilə  nəzəri  biliyin  praktikada 

gerçəkləşdirilməsidir.  Nəhayət,  «texnologiyaya  insan  və 

maşınların  qaydaya  salınmış  sistemləri  ilə  əməli  məsələlərin 

həll edilməsi üçün təşkilatlanmış biliyin tətbiq edilməsi» kimi 

tərif  vermək  olar.  Belə  geniş  tərifin  bir  neçə  üstünlüyü  var. 

«Təşkilatlanmış  bilik»  bizə  əməli  təcrübəyə  dayanan 

texnologiyalar,  eyni  dərəcədə  həm  də  əsasında  elmi 

nəzəriyyələrin  durduğu  texnologiyalar  haqqında  danışmaq 

imkanı verir. «Əməli məsələlərin həll edilməsi» dedikdə buraya 

həmçinin maddi dəyərlərin istehsalını (məsələn, sənaye və kənd 

təsərrüfatında), xidmət göstərməyi (o cümlədən kompüterlərin, 

rabitə  vasitələrinin  və  biotexnologiyanın  köməyi  ilə)  də  daxil 

etmək olar, «İnsan və maşınların qaydaya salınmış sistemləri» 

diqqəti  sosial  institutlara,  həm  də  texnologiyanın  texniki 

təminatına yönəldir. Bundan başqa, bu tərifin genişliyi müxtəlif 

texnologiyalar  arasındakı  əhəmiyyətli  fərqi  bizim  yadımıza 

salır».*^ 

Hələ XX əsrin əvvəllərində amerikalı iqtisadçı-alim 

T.Veblenin (1857-1929) texnokratik nəzəriyyəsində texnika ən 

geniş anlamda sənayenin inkişafı üçün zəruri olan biliklərin (o 

cümlədən  konkret  maşın  və  avadanlıqlarda  maddiləşən)  cəmi 

kimi  izah  edilir.  «Texnika  və  yaxud  mexanikləşmiş  industri- 

yaya təsir göstərən sənaye məharətinin vəziyyəti yüksək mə- 



И.Барбур. Əi HKa в век технологии. M.. 2001. c.4. 

430 


nada  sivil  xalqların  ümumi  sərəncamında  olan  bilik  və 

təcrübənin  birgə  kapitalıdır».'^  Texnikanın  istehsala  təsiri  o 

qədər  əhəmiyyətlidir  ki,  alim  hələ  XVIII  əsrdən  məlum  olan 

istehsal  faktorlarının  (torpaq,  əmək  və  kapital)  siyahısını 

dördüncü amil - texnoloji bilik ilə tamamlayır. 

Başqa Amerika alimi C.K.Holbreyt irəli sürdüyü texnokra- 

tiya  konsepsiyasında  T.Veblendə  olduğu  kimi  göstərir  ki, 

sənaye  əvvəlki  kimi  əsas  sosial  institut  olaraq  eyni  ictimai 

məqsədi  həyata  keçirir.  Özündən  əvvəlki  ənənəyə  sadiq  qalan 

Holbreyt  texnikanı  «təşkilatlanmış  bilik»  kimi  ön  plana  çəkir. 

İstehsal  sahəsindən  başqa  məhsulun  realizə  olunmasını, 

planlaşmanı  və  s.  əhatə  edən  müasir  istehsal  hədsiz 

mürəkkəbliyi,  nəhəng  miqyası,  təkbaşına  qərar  çıxarmağı 

mümkünsüz edir, belə ki, səriştəli qərar böyük həcmdə həddən 

artıq müxtəlif informasiyanın alınmasını tələb edir ki, bu da bir 

adamın imkanı xaricindədir. Holbreyt hesab edir ki, 1960-70-ci 

illərdə yalnız biliyin və təcrübənin cəmi hakimiyyətin qaynağı 

idi. 


Holbreytin fikrincə yeni texnostruktur meydana gəlibdir. O, 

təsdiq edir ki, texnostruktur müasir sənaye texnologiyasının və 

planlaşmanın möhtac olduğu müxtəlif texniki biliyə, təcrübəyə 

və  qabiliyyətə  malik  olan  insanların  cəmidir.  Faktiki  olaraq 

qərar qəbul  etməyin bütün prosesi Holbreytə  görə texnostruk- 

turun müstəsna hüququ olur.'"* Onun dediyinə görə dövlət «tex- 

nostrukturun icraiyyə komitəsinə» çevrilir.'^ 

XX  əsrin  sonunda  Amerikanın  texnokratik  ənənəsində 

keyfiyyətcə yeni dəyişikliklər baş verdi və bunu da avtoritar tex- 

nokratiyadan  tənqidi  texnokratiyaya  keçid  kimi  xarakterizə 

etmək  olar.  Nəzəri  cəhətdən  texnikanın  müasir  sosial 

nəzəriyyəçilərinin 

tənqidiliyi 

«texnoloji 

determinizm» 

prinsipinin  xeyli  yumşaldılmasında,  texniki  tərəqqiyə  mütləq 

inamdan  imtina  edilməsində,  yeni  texnologiyaların  qəbul 

edilməsi haqqında qərar  çıxarmaq işində iştirak edən müxtəlif 

elm  nümayəndələrinin  tərkibinin  genişləndirilməsində  öz 

ifadəsini tapır. Əvvəl- 



Sitat götürülüb: История теоретической сошюлопш. Т.З. M.. «КАНОН-Пресс». 1998. с.75. 

Дж.К.Г'олбрейт. Новое индустриальное общество. М.. 1969. с. 124. 

Дж.К.Голбрейт. Экономические теории и цели общества. М.. 1976. с.223. 

431 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə