Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə143/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   139   140   141   142   143   144   145   146   ...   164

lər isə qərar qəbul  etməyə texniki mütəxəssislərin çox məhdud 

hissəsi buraxılırdı. 

Kompüter  cəmiyyətinin  ən  fəal  təbliğatçılarından  biri  olan 

Amerika  filosofu  və  sosioloqu  A.Toffler  (1928)  hesab  edir  ki, 

D.Bellin  konsepsiyası  və  ona  bənzər  fikirlər  (məsələn,  Z.Bje- 

zinskinin «texnotron era» nəzəriyyəsi) ictimai inkişaf haqqında 

heç də yeni bir mərhələ, industrial dövrdən sonra gələn hansısa 

«post»  mərhələ  deyil.  O,  D.Bellin  təsvir  etdiyi  və  gözlədiyi 

dəyişiklikləri  sənayeləşmənin  genişlənməsindən  başqa  bir  şey 

hesab  etmir,  onlan  «post»  deyil,  daha  çox  «supen>  industrial 

cəmiyyət sayır. 

Sosioloji  fikir  tarixində  A.Toffler  ilk  dəfə  olaraq  texnokra- 

tiya konsepsiyalarında həmişə ayrılmaz olan texnika və indust- 

riyanı  bir-birindən  ayınr.  O,  gələcək  sivilizasiyanın  «eyni 

zamanda  texniki  və  antiindustrial  xarakter»  daşıyacağını  sübut 

etməyə çalışır. 



2.2.

 

Texnika: təbiət və cəmiyyət 

Texnikanın  təbiət  və  cəmiyyətdə  rolu  haqqında  yazan 

alimlərin sayı olduqca çoxdur. Burada isə XX əsrdə yaşamış bir 

neçə böyük filosofun bu problem haqqında dediklərini və bir sıra 

ümumiləşdirilmiş fikirləri misal gətiririk. 

M.Haydeggerin  əsərlərində  texnikanın  fəlsəfəsinə  bilavasitə 

aidiyyəti  olan  bir  sıra  geniş  əhatəli  məsələlər  qoyulur:  elmin 

meydana  gəlməsi  və  ixtisaslaşdırılması,  elm  və  texnikanın 

əlaqəsi,  elmi  texnologiyanın  bütün  planetdə  yayılması  və onun 

gələcəyi. Haydeggerə görə texnika - bəşəriyyətin özünü realizə 

etməsi,  həyata  keçirilməsi  üsuludur.  Texnika  cəmiyyətə 

münasibətdə birincidir. Haydegger texnikanın ənənəvi fəlsəfəsi 

ilə  əlaqəni  kəsir  və  göstərir  ki,  texnikanın  müdaxiləsi 

müxtəlifdir, uzaq gələcəkdə isə hətta hansı nəticələrə gətirəcəyini 

demək çətindir. Özünün statusuna görə texnika yalnız həqiqət ilə 

müqayisə  edilə  bilər.  Haydegger  göstərir  ki,  texnika  varlığın 

dərin  qatlannda  olan  xassələri  üzə  çıxarmaq  üçün  ən  vacib 

üsuldur; o imkan verir ki, gizli olan bir şey üzə çıxarılsın, təhrif 

olunmamış şəkildə başa düşülsün və təqdim edil- 

432 



sin.  Bununla  yanaşı  Haydegger  texnikanın  insan  əlində  vasitə 

olması  təsəvvürünü  inkar  edir.  Əksinə  məhz  insan  texnikaya 

«təslim» edilib, bu isə onu təhlükəyə doğru aparmaq qorxusunu 

yaradır. 

Başqa  alman  filosofu  K.Yaspersə  görə  isə,  texnika  bilikli 

insanın  təbiət  üzərində  hökmranlığa  doğru  yönəldilən 

fəaliyyətinin  məcmusudur.  Burada  məqsəd  insan  həyatına  elə 

görkəm verməkdir ki, o ehtiyac yükünü öz üzərindən ata bilsin 

və ətraf mühitdən özünə lazım olan formanı ala bilsin. Yaspers 

hesab edir ki, müasir texnikanın köməkliyi ilə insanın təbiətlə 

əlaqəsi  yeni  formada  baş  verir.  İnsanın  təbiət  üzərində 

hökmranlığının  qüvvətlənməsi  ilə  yanaşı  təbiətin  indiyə  qədər 

görünməmiş  dərəcədə  insanı  özünə  tabe  etməsi  qorxusu  da 

yaranır.  Yaspers  təsdiq  edir  ki,  təbiət  üzərində  hökmranlıq  o 

zaman məna kəsb edir ki, insan öz qarşısına bir çox məqsədlərə 

çatmaq ideyasını qoyur: həyatı yüngülləşdirmək, fiziki cəhətdən 

mövcud  olmaq  üçün  sərf  edilən  gündəlik  qayğılan  azaltmaq, 

istirahət və rahatlığı artırmaq. Yaspersə görə texnikanın mənası 

insanı  təbiətin  hökmranlığından  azad  etməkdir.  Lakin  təbiətə 

münasibətdə insan səmimi olmalıdır. O, yazmışdır: «Adi əmək 

alətlərindən maşına doğru sıçrayışın hansı nəticələr verəcəyini 

hələ  Hegel  görmüşdü.  Bu  hər  şeydən  öncə  əhə-  mij^ətli 

tərəqqidir;  əmək  aləti  hələ  nə  isə  ətalətli  bir  şeydir  ki,  öz 

fəaliyyətində mən ondan formal olaraq elə bil ki, istifadə edirəm 

və bu vaxt özüm də əşyaya çevrilirəm; çünki bu halda insanın 

özü qüvvə mənbəyidir. Maşın isə, əksinə, müstəqil alətdir, onun 

köməkliyi ilə insan təbiəti aldadır, onu özünə işləməyə məcbur 

edir. Lakin yalan yalançıdan qisas alır».'^ 

Həyatı  məsələlərin  həllinə  təsir  etmək  üsullarından  biri  də 

bizim  siyasi  proseslərdə  bilavasitə  iştirakımızdır.  Lakin 

texnologiyaya  aid  məsələlərin  həllində  əhalinin  böyük 

əksəriyyəti səriştəsizdir. Bu işlə bilavasitə mütəxəssislər məşğul 

olurlar.. 

Texnologiyanın cəmiyyətdə müsbət roluna inanan müəlliflər 

deyirlər ki, texnologiya birmənalı olaraq iqtisadi inkişafa 

K.^Icııepc. 

C

MMCH H



 najHaHeHiıc ncTopun. 

M., 1994, c.126. 

433 


kömək  edir.  Onlar  göstərirlər  ki,  böyük  məhsuldarlıq  həyat 

səviyyəsini yüksəldir, deməli, adamlar yaxşı qidalanır və daha 

az xəstələnirlər. Onlar üçün ən vacib demokratik azadlıq bazarın 

iqtisadi  azadlığıdır.  Doğrudur,  onlar  bir  qayda  olaraq  həm  də 

siyasi azadlıq uğrunda çıxış edirlər. Bu müəlliflər etiraf edirlər 

ki,  sosial  ədavət  və  xarici  təbii  mühitin  qorunması  olduqca 

vacibdir, lakin hesab edirlər ki, onun iqtisadi məqsədlə istifadə 

edilməsinə  mane  olmaq  yolverilməzdir.  Bu  müəlliflər  adətən 

texnologiyanı  Utilitarist  baxımdan  qiymətləndirir,  gəlir  ilə 

xərcin balansına maksimum dərəcədə nail olmağa çalışırlar. 

Texnoloji  inqilabda təhlükə  görən alimlər şəxsi  potensialın 

həyata keçirilməsini hər şeydən üstün tuturlar və onları maddi 

marağın  üstünlüyü  baxımından  deyil,  insani  münasibətlər 

mövqeyindən izah edirlər. Onları insan haqları və insan ləyaqəti 

maraqlandırır. 

Onların 


fikrincə 

texnoloji 

siyasəti 

müəyyənləşdirərkən  iqtisadi  məhsuldarlıqla  yanaşı  səmərəli 

əmək  də  çox  vacibdir.  Müasir  industrial  cəmiyyətlərdə  təbii 

ehtiyatların  tükənməsi  və  istehlakm  yüksək  səviyyəsi  onlan 

narahat edir. Onlar, bütün canlı varlıqlara rəhm etməyi və onlan 

qorumağı zəruri hesab edirlər. 

Texnikanın inkişafı bir çox hallarda absurd vəziyyət yaradır. 

Məsələn,  texniki  rabitə  vasitələrinin  (telefon,  radiotelefon, 

kompüter  şəbəkəsi)  sürətlə  yayılması  cəmiyyətin  həmin 

vasitələrlə təmin edilməsi imkanını qabaqlayır. Qüdrətli texniki 

vasitələr  bəzən  bayağı,  şit  şeylər  yayır,  çox  xırda,  boş, 

məzmunsuz informasiyalarla doldurulur. Texniki ixtiraların bir 

çoxu  öz  dövrünü  qabaqlayır,  iqtisadi  cəhətdən  faydasız  olur. 

Texniki qurğuların çoxsaylı olması, onların istehsala və məişətə 

tətbiq  edilməsi  kütləvi  şüurun  intellektual  (xüsusən  əxlaqi) 

səviyyəsini  qabaqlayır.  Odur  ki,  təhlükəsizliyi  qorumaq  üçün 

texniki  sistemlərə  məhdudlaşdırıcı  vasitələrin  daxil  edilməsi 

zərurəti  yaranır.  Həyatın  bütün  axarını  texnika  ilə  doldurmaq 

qəzaların  və bir sıra başqa texniki hadisələrin sayını  çoxaldır. 

Bununla  belə  öz  amansızlığına  baxmayaraq  texniki  tərəqqi 

qarşısıalınmaz prosesdir. 

434 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə