Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə147/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   143   144   145   146   147   148   149   150   ...   164

cinayət  sferasında  baş  verən  əməl  hüququ  pozursa,  hüquq 

qanun tərəfindən müəyyən edilmiş cəza vasitəsilə bərpa edilir. 

Cəza  hüquqi  qaydaların  qanuni  yolla  bərpa  edilməsidir.  Hələ 

dövlətin  olmadığı  ibtidai  cəmiyyətlərdə  cəza  xüsusi  qisas 

şəklində  çıxış  edirdi.  Vətəndaş  (mülki)  cəmiyyətində  cəzanı 

dövlət  tərəfindən  qəbul  edilmiş  qanunlar  əsasında  ümumi 



(kütlavi, açıq) hakimiyyət həyata keçirir. 

Hüququn  mahiyyəti  daxilən  ziddiyyətlidir:  bir  tərəfdən 

vətəndaşların  şəxsi  azadlığını  və  mənafeyini,  onların  təbii 

hüquqlarını  təmin  edir;  başqa  tərəfdən  vətəndaşlann  ümumi 

rifahını, ümumi iradəsini və ümumi mənafeyini qoruyur. 

Müasir  elmdə  hüququn  üç  qaynağı  olduğu  artıq  sübut 

olunmuş hesab edilir: adət, hüquqi presedent və normativ akt. 

1.

 



Hüququn  elementləri  ilk  dövlət  institutunun,  rüşeym 

şəklində  olsa  da  meydana  gəldiyi  dövrə  təsadüf  edir.  Hüquq 

norması dərəcəsinə qaldırılan adət adi hüquq adlanan hüququn 

məzmununu  təşkil  edir.  Hüquq  həmişə  adət  vasitəsilə  xalqın 

həyatı ilə bağlı olur. 

2.

 



Hüquqi presedent hüquqi aktlarda təsbit edilmiş konkret 

iş  üzrə  məhkəmənin  və  yaxud  səlahiyyətli  inzibati  orqanın 

qəbul  etdiyi  qərara  deyilir.  Presedent  sonralar  analoji  işləri 

araşdırmaq üçün əsas olur və məcburi hüquqi qüvvəyə çevrilir. 

Belə  qaynaqdan  meydana  gələn  hüquqa  -  presedent  hüququ 

deyilir. 

3.

 

Normativ aktlar fəal hüquqi yaradıcılıq fəaliyyətini tələb 



edir,  hüququn  nəzəri  inkişafına,  onun  ictimai  həyat  ilə  daimi 

korrelyasiyasına  (münasibət  və  asılılığına)  kömək  edir.  Yeni 

normativ aktlar qanunvericiliyi çox çevik, dinamik hala gətirir, 

sosial münasibətlərdə baş verən dəyişikliklərə həssas reaksiya 

verməsinə imkan yaradır. Belə hüququ statut və ya qanunverici 

hüquq  adlandırırlar.  Onun  sayəsində  cəmiyyət  hüququ  dövlət 

istiqamətində  adi  hüquq  və  hüquqi  presedent  çərçivəsində 

olduğu vaxtdakına nisbətən daha sürətlə irəliləyir. 

Hər  bir  qanunverici  hüquq  tarixidir.  Tarixən  dəyişən 

qanunvericilik haqqında bilik və dəyər kimi fəaliyyət göstərən 

hüquqi şüur da tarixən dəyişgəndir. Hüquqi şüur yalnız müasir 



444 


qanunvericiliyi əks etdirmir, o həm də mövcud hüquqi sistemi 

tənqid  edə  bilər,  sosial  ədalətin  tarixən  şərtləndirilmiş  nəzəri 

idealını ona qarşı qoya bilər. 

Hüquqi  şüur  və  hüquq  bir  qəbildən  olan  hadisələr  olsa  da 

eyni  deyillər.  Onlar  qırılmaz  əlaqələrinə  və  qarşılıqlı 

münasibətlərinə  baxmayaraq  müxtəlif  və  nisbətən  müstəqil 

hadisələrdir. Hüquq - hər şeydən əvvəl həyata keçirilməsi dövlət 

hakimiyyətinin  qüvvəsi  ilə  təmin  edilən  hüquqi  qanunlardır. 

Hüququn köməkliyi ilə ictimai qaydalar möhkəmlənir. Hüquqi 

şüur isə - ümumi icbari xarakter daşımır, dövlətin məcburetmə 

qüvvəsi  ilə  təmin  edilmir  və  cəmiyyətin  müxtəlif  sosial 

təbəqələri  və  siniflərinin  mövqeyindən  hüquq  və  onu 

dəyərləndirmək 

haqqında 

təsəvvürə 

malik 


olmağın 

zəruriliyindən meydana gəlir. Müxtəlif sosial-siyasi qruplar və 

təbəqələrin hər birinin özünün spesifik hüquqi şüuru olur. 

Əgər  hüquq  cəmiyyətin  sosial-siyasi  strukturunun  nisbətən 

sabit elementi kimi məlum süstlüyə, ətalətə malikdirsə, hüquqi 

şüur onun daha çevik və hərəkətdə olan elementi kimi çıxış edir. 

Hüquq  -  ictimai  münasibətlərin  müstəqil  növü  deyil,  lakin 

elə formadır ki, bütün başqa münasibətlər (iqtisadi, siyasi, ailə 

və s.) burada özlərini qanuniləşdirir. 

Hüquq  -  cəmiyyətdəki  münasibətləri,  insanların  davranış 

qaydalarını,  müxtəlif  birlik  və  dövlət  orqanlannın  fəaliyyətini 

tənzimləyən normativ sistemlərdən biridir. Hüquq: 1) dövlətin 

gücü  ilə  qorunan  və  hamı  üçün  məcburi  olan  normalar 

sistemidir;  2)  cəmiyyətdə  insanlar  arasındakı  münasibətləri 

tənzimləyən  yuridik  normaları  və  qaydaları  öyrənən  elmdir 

(hüquq- şünaslıq). 

Üç  növ  hüququ  ayırmaq  olar:  7.  Vətəndaş  hüququ  fərdin 

qanunla  təsdiq  edilən  hüququdur.  Bu  hər  bir  insanın  harada 

istəyirsə,  orada  azad  yaşamağı,  söz  və  dini  əqidə  azadlığı, 

mülkiyyət  hüququ  və  qanun  qarşısında  bərabər  hüququ 

deməkdir.  2.  Siyasi  hüquq  seçkilərdə  iştirak  etmək  və  dövlət 

vəzifəsinə  seçilmək  hüququdur.  Bu  hüquq  çox  uzun  vaxt  və 

çətinliklə  əldə  edilmişdir.  3.  Sosial  hüquq  hər  bir  fərdin 

müəyyən mi- 



445 


nimum  iqtisadi  rifahı  və  təhlükəsizliyi  üçün  müstəsna 

hüququdur. Buraya xəstəlik vaxtı sosial təminat, işsiz olan vaxt 

sosial  müdafiə,  həmçinin  əmək  haqqının  müəyyən  olunmuş 

minimumu almaq hüququ daxildir. 

Hüquq  və  siyasət  ictimai  həyatın  qarşılıqlı  əlaqədə  olan  iki 

sferasıdır.  Hüquq  və  dövlət  arasındakı  qarşılıqlı  əlaqə 

ikitərəflidir: bir tərəfdən dövlət hüquq sistemini təsdiq və qeyd 

edir,  onu  ümumi,  hamı  üçün  məcburi  edir;  onun  pozulmasına 

qarşı dövlət təsirli tədbirlər görür. Başqa tərəfdən, dövlətin özü 

hüquq  tərəfindən  müdafiə  edilir,  onun  normal  fəaliyyəti  təmin 

edilir. Siyasət ilə hüquq arasındakı ümumi cəhət odur ki, onların 

hər  ikisi  cəmiyyətin  tənzimləyici,  qarşılıqlı  asılı  olan 

sistemləridir. 

Yalnız  hüquqa  əsaslanan  siyasət  cəmiyyəti  sabitləşdirən  və 

birləşdirən ağıllı fəaliyyət hesab edilə bilər. Hüquq və əxlaqdan 

kənarda humanist və demokratik siyasətə yer yoxdur. 



3.2.

 

Cəmiyyətin siyasi sferası 

Siyasi sfera anlayışı. Tarixi inkişafın müəyyən mərhələsində 

meydana gələn cəmiyyətin siyasi sistemi onun sosial qruplara və 

siniflərə  bölünməsi,  əvvəllər  mövcud  olmayan  sinfi 

münasibətlərin  yaranması  ilə  əlaqədardır.  Cəmiyyətin  sosial 

strukturu  mürəkkəbləşdikcə  onun  siyasi  sistemi  də  tədricən 

mürəkkəbləşir və daha çox şaxələrə ayrılır. 

Cəmiyyətin  siyasi  sferası  başqa  sferalardan  onunla  fərqlənir 

ki,  başqa  sferalara  münasibətdə  o  hakim  mövqe  tutur.  Siyasi 

sferanın  belə  vəziyyəti  onun  çərçivəsində  qəbul  edilən 

qanunların,  qərarların,  fərmanların,  təlimatlann  başqa  sferalar 

üçün  məcburi  olması  ilə  şərtlənir.  Buna  görə  də  siyasi  sfera, 

xüsusən keçid dövründə, müəyyən üstünlüyə malikdir. Bununla 

yanaşı  siyasət  sferası  cəmiyyətin  başqa  sferaları  ilə  sıx 

əlaqədədir, onlardan asılıdır. 

Dövlətdən  başqa  siyasi  sistemə  eyni  zamanda  rəsmi 

təşkilatlanmış  siyasi  birləşmələr  -  partiyalar,  həmkarlar 

ittifaqları,  müxtəlif  gənclər  təşkilatı,  çoxsaylı  başqa  siyasi 

təşkilatlar da 



446 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə