Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə148/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   144   145   146   147   148   149   150   151   ...   164

daxildir.  Siyasi  sistem  yalnız  formal-hüquqi  deyil,  həm  də 

faktiki  sosial  birlikdir.  Onun  tərkibinə  rəsmi  tanınan  siyasi 

təşkilatlardan  başqa  həm  də  rəsmi  tanınmayan  təşkilat  və 

birləşmələr də daxildir. 

Geniş  xalq  kütlələrinin  təşkilatlanma  dərəcəsinin  və  siyasi 

şüurunun  artması  cəmiyyətin  siyasi  sisteminin  dəyişməsinin 

vacib qanunauyğunluğudur. İctimai inkişafda kütlələrin rolunun 

artması tarixin çox əhəmiyyətli hadisəsidir. 

Əks tərəfin müqavimətini zəiflətmək və yaxud böyük əhali 

kütləsini hərəkətə  gətirmək siyasi  fəaliyyətin əsas məqsədidir, 

çünki  bunsuz  nə  mövcud  quruluşu  saxlamaq,  nə  də  onda  hər 

hansı ciddi dəyişikliklər aparmaq mümkündür. 

Beləliklə,  cəmiyyət  həyatının  siyasi  sferasına  -  siyasi  şüur, 

siyasi münasibətlər, siyasi təşkilatlar və fəaliyyətlər daxildir. 



Dövlət  Siyasi  sistemin  əsas  tərkib  hissələrindən  biri 

dövlətdir.  Dövlət  haqqında  olduqca  çox  fikirlər  söylənilib. 

Bəziləri hesab edirlər ki, dövlət nə isə bir ilahi qüvvədir, mistik 

bir təşkilatdır və öz təbəələrinin iradəsini əzir. Bəziləri dövləti 

bütün  bədxahlığın  qaynağı,  başqaları  isə,  əksinə,  bütün 

xeyirxahlığın əsası hesab edir. Başqaları isə qüvvətli dövlət və 

hakimiyyətin olmasını tələb edir və s. və i. 

Bununla  yanaşı  göstərmək  lazımdır  ki,  dövlətin  mənşəyi, 

mahiyyəti və cəmiyyətdə rolu haqqında  əsasən iki konsepsiya 

var:  sivilizasion  və  formasion  konsepsiyalar.  Onlann  ikisi  də 

dövlətin ictimai inkişafın daha sonrakı məhsulu olduğunu, onun 

müəyyən  şəraitdə  müəyyən  vəzifələri  həyata  keçirdiyini 

göstərirlər. Lakin sivilizasion konsepsiya dövlətin əbədi olması 

ideyasını müdafiə edir. Sivilizasiyanın keçici olmayan əlaməti 

olduğu üçün dövlət heç vaxt ləğv olunmayacaq. 

Formasion konsepsiyaya görə dövlət siniflər ilə eyni vaxtda 

yaranır, siniflər isə bir-birindən istehsal vasitələrinə münasibət, 

əmək  məhsullarını  bölmək,  ictimai  sərvəti  mənimsəmək 

üsullarına  görə  fərqlənirlər.  Məsələn,  F.Engels  dövlətin 

meydana  gəlməsinin  ilkin  maddi  şərtlərini  müəyyən  edərək 

göstərdi  ki,  dövlət  cəmiyyətə  haradansa  kənardan  qəbul 

etdirilməmiş,  o  məlum  inkişaf  pilləsində  cəmiyyətin  öz 

məhsuludur. 



447 


Dövlətin yaranmasının əsas ilkin şərtləri aşağıdakılardır: xüsusi 

mülkiyyətin meydana gəlməsi, cəmiyyətin siniflərə bölünməsi 

və  onlar  arasında  antaqonist  (barışmaz)  ziddiyyətlərin 

kəskinləşməsi. 

Marksizm sübut etməyə çalışır ki, dövlət - hakim siniflərin 

əlində  öz  iqtisadi  və  siyasi  məqsədlərini  həyata  keçirmək 

alətidir.  Dövlətin  köməkliyi  ilə  bu  və  ya  digər  sinif  öz 

diktaturasını həyata keçirir. 

Göründüyü kimi, marksistlər dövlətin yaranmasını və onun 

mahiyyətini  izah  edərkən  yalnız  sinfi  münasibəti  əsas 

götürürlər. Fəqət tarixi təcrübə göstərir ki, demokratik ölkələrdə 

dövlət yalnız bir sinfin mənafeyinə qulluq edə bilməz, o bu və 

ya digər dərəcədə ümumi mənafeyi təmin etməlidir. Ona görə 

də dövlətin müxtəlif funksiyalarını yalnız bir məqsədə müncər 

etmək olmaz; əzmək və zülm etmək, yəni repres- siv funksiya 

dövlətin flınksiyalanndan biri ola bilər. 

Dövlətin  atributlanndan  biri  ümumi  (açıq)  hakimiyyətdir» 

Ümumi  hakimiyyət  cəmiyyətdən  yuxarıda  durur  və  silahlı 

birləşmələrdən ibarət olan xüsusi insan dəstələri (ordu, polis və 

s.)  və  müvafiq  idarələr  (məhkəmə,  prokurorluq,  həbsxanalar) 

vasitəsilə  həyata  keçirilir.  Göstərilən  birləşmələr  və  idarələrin 

maliyyələşməsi  əsasən  əhalidən  yığılan  vergi  hesabına  olur. 

Dövlətin yaranması ilə bərabər hüquq da yaranır. Hüquq dövlət 

tərəfindən  təsdiq  edilmiş  müvafiq  normalar  sistemini 

möhkəmləndirir.  Başqa  sözlə,  hüquq  hakim  siyasi  qüvvələrin 

iradəsinin  qanun  səviyyəsinə  yüksəldilməsidir.  Ümumi  açıq 

hakimiyyətdən və hüquqdan başqa müəyyən ərazi və suverenlik 

də dövlətin əsas əlamətləridir. Suverenlik dövlət hakimiyyətinin 

daxildə hökmranlığını və xarici münasibətlərdə müstəqilliyidir. 

Sənaye  inqilabı  nəticəsində  milli  dövlətlər  yaranır.  Milli 

dövlət  elə  dövlətə  deyilir  ki,  onun  dəqiq  müəyyənləşmiş  sər- 

həddi var, dövlət və cəmiyyət həmin çərçivədə birgə yaşayırlar. 

Başqa  sözlə,  dövlətin  ərazi  iddiaları  adətən  onun  mədəni, 

linqvistik  və  etnik  xüsusiyyətlərinə  uyğun  gəlir.  Bu  mənada 

dövlətin müasir milli formalan əvvəllər müvəffəqiyyətlə fəa- 

448 



liyyət  göstərən  dövlətlərdən,  məsələn,  sənayeləşmə  dövrünə 

qədər olan imperiyaların çoxundan fərqlənirlər. Belə ki, əvvəlki 

formalarda adətən mədəni inteqrasiya yaratmaq qabiliyyəti olan 

inzibati və başqa resurslar olmurdu. İmperiyaların sərhəddi şərti 

olurdu. 

Dövlət  sosial  əlaqə  və  hadisələrin  elə  xüsusi  tipidir  ki, 

aşağıdakılarla  xarakterizə  edilir:  hakimiyyət  və  tabeçilik 

münasibətləri;  hakimiyyətdə  olanların  gücdən  istifadə  etmək 

monopoliyası; 

yuridik 


qaydaların 

mövcudluğu; 

nisbi 

dəyişməzlik; institusion ölçü. 



Hakimiyyət  -  cəmiyyəti  təşkil  etmək,  onun  bütövlüyü  və 

vahidliyi  üçün  zəruridir.  Dövlət  iqtisadi  həyatın  təşkil 

edilməsini  də  təmin  etməlidir.  O  bir  çox  vasitələr  ilə  (iradə, 

nüfuz,  hüquq,  zorakılıq  və  s.)  insanların  fəaliyyətinə, 

davranışına müəyyən təsir göstərir. 

Tarixdə  müxtəlif  dövlət  quruluşlarının  olduğu  məlumdur: 

monarxiya, aristokratiya, oliqarxiya, demokratiya, respublika və 

b.  Məsələn,  monarxiya  və  respublika  hakimiyyət  formalarını 

bir-birindən  necə  ayırırlar?  Monarxiya  (yun.  təkhaki-. 

miyyətlik) elə dövlət formasıdır ki, monarx (kral, şah, imperator 

və b.) qeyri-məhdud hakimiyyətə malikdir. Burada hakimiyyət 

irsən  keçir.  Respublika  (lat.  «res»  -  iş  və  «publikus»  - 

ümumxalq) elə idarə formasıdır ki, hakimiyyət seçkili orqanlar 

vasitəsilə  həyata  keçirilir,  yəni  qanuna  görə  hakimiyyətin 

mənbəyi kimi xalqın əksəriyyəti çıxış edir. 

Eyni tip bir dövlətdə müxtəlif dövlətçilik formalan ola bilər. 

Məsələn,  hakimiyyət  eyni  zamanda  monarxiya  və  respublika 

əlamətlərinin  birliyi  şəklində  həyata  keçirilə  bilər  (məsələn, 

Böyük Britaniyada). 

Dövlət  haqqında  danışarkən  siyasi  rejimi  də  nəzərə  almaq 

lazımdır.  Siyasi  rejim  cəmiyyətdə  dövlət  rəhbərliyinin  həyata 

keçirilmə metodlarına deyilir. Məsələn, dövlət öz hakimiyyətini 

parlamentarizmin demokratik metodları və yaxud totalitarizmin 

antidemokratik metodları ilə həyata keçirə bilər. 



449 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə