Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə149/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   145   146   147   148   149   150   151   152   ...   164

Demokratiya  (yun.  «demos»  -  xalq,  «kratos»  -  hakimiyyət) 

xalq 


hakimiyyəti, 

vətəndaşlann 

azadlığı, 

bərabərliyi 

prinsiplərinə əsaslanan siyasi quruluş formasıdır. 

Totalitarizm  O^t.  «totalis»  -  tam,  bütöv)  avtoritar  dövlət 

formasıdır. Totalitarizmə əsasən dörd element daxildir: 1) tota- 

Шаг ideologiya - hər bir cəmiyyət üzvünün riayət etməsi lazım 

olan ümumi siyasi doktrinlərin cəmidir; 2) həmin ideologiyanı 

həyata keçirən və bir lider, diktator tərəfindən idarə edilən tək 

partiya; 3) iqtisadiyyat, kütləvi informasiya vasitələri və silahlı 

qüvvələr üzərində vahid nəzarət; 4) kütləvi repressiyalar. 

Göründüyü  kimi,  totalitarizm  -  avtoritar  dövlətin  cəmiyyət 

və  ayrı-ayrı  şəxslərin  həyat  və  fəaliyyətinin  bütün  sahələrinə 

hərtərəfli  müdaxiləsi  ilə  xarakterizə  edilən  ictimai-siyasi 

quruluşdur.  Mütləqiyyətçi  (absolyutist),  bonapartist,  faşist, 

bolşevik  rejimlər  totalitar  xarakter  daşıyırlar.  Bütün  leqal 

təşkilatların  dövlətləşdirilməsi,  hakimiyyətin  qeyri-məhdud 

səlahiyyətləri,  demokratik  təşkilatların  yasaq  edilməsi, 

vətəndaşların hüquq və azadlıqlarının ləğv edilməsi, bir qayda 

olaraq  təkpartiyalı  sistemin  mövcudluğu,  iqtisadiyyatın 

hərbiləşdirilməsi,  müxalifətə  və  başqa  cür  fıkirləşənlərə  qarşı 

repressiya  -  belə  rejimlərə  xas  olan  cəhətlərdir.  Beləliklə, 

totalitar  siyasi  sistemlər  elə  diktaturadır  ki,  hakimiyyət  bir 

adamın,  insan  qrupunun,  güru-  hun  və  ya  partiyanın  əlində 

cəmləşir və idarə olunanlar tərəfindən heç bir nəzarət olmadan 

həyata keçirilir. 

Prinsipcə  ən  vacib  məsələlərdən  biri  də  hüquqi  dövlətin 

formalaşmasıdır.  Bu  vəzifə  -  insanın  hüquq  və  azadlığının 

maksimum  təmin  edilməsi,  dövlətin  vətəndaş  qarşısında, 

vətəndaşın isə dövlət qarşısında məsuliyyət daşıması, qanunun 

nüfiazunun  artması  və  onun  bütün  dövlət  orqanları,  ictimai 

təşkilatlar,  kollektivlər  və  vətəndaşlar  tərəfindən  yerinə 

yetirilməsi, hüququ mühafizə orqanlarının səmərəli işləməsi ilə 

sıx əlaqədədir. 

Göstərmək lazımdır ki, vətəndaş cəmiyyətinin formalaşması 

və demokratik sistemin təşəkkül tapması tarixdə ilk dəfə olaraq 

Avropada  baş  vermişdir.  Yenə  də  tarixdə  birinci  dəfə  olaraq 

Avropa Birliyi ölkələri üçün vahid vətəndaşlıq institu- 

450 



tunun formalaşması  yollan axtanlır. Bütün Avropa miqyasında 

açıq  cəmiyyət  yaratmaq  vasitəsilə  millət  fövqündə  duran 

vətəndaş cəmiyyətinin formalaşması prosesi davam edir. 

Dünyada baş verən qloballaşmanın əsas fenomeni ərazi deyil, 

ümumdünya  sistemləri  yaratmaq  cəhdidir.  Bu  sistemlər 

dövlətdən  yan  keçərək  daxili  sistemlər  ilə  birbaşa  qarşılıqlı 

əlaqəyə  girməyə  çalışırlar.  Onlar  yerli  təlimatlan  aradan 

götürmək və yaxud zəiflətmək, siyasi və iqtisadi təşkilatlardan 

tutmuş sənaye standartlarına qədər olduqca geniş sahəni əhatə 

edən  və  hamı  üçün  vahid  beynəlxalq  məcəllə  yaratmaq 

istiqamətində  proqramlaşdırılır.  Ümumdünya  sistemləri, 

əlbəttə, sosial həyatda dövləti tamamilə aradan götürmür. Lakin 

dövlət  özünün  nizamlama  səlahiyyətlərinin  xeyli  hissəsini 

qeyri-dövlət təşkilatlanna və şirkətlərə verməyə məcbur olur. 



Siyasi partiya müəyyən ictimai qüvvələrin mənafeyini ifadə 

edən, həmin qüvvələrin  daha  fəal nümayəndələrini  birləşdirən 

və müəyyən məqsəd və ideallara çatmaq üçün onlara rəhbərlik 

edən təşkilatdır. 

Partiyanın  meydana  gəlməsi  və  inkişafı  cəmiyyətin  sosial- 

siyasi qruplara parçalanması ilə əlaqədardır. Lakin yalnız yetkin 

kapitalizm şəraitində partiya müxtəlif sinif və ictimai qüvvələrin 

təşkil edilməsinin yüksək forması olur. 

Demokratiya şəraitində müxtəlif partiyaların mövcud olması 

qanunauyğundur.  Çoxpartiyalılıq  müxtəlif  siyasi  qüvvələr, 

sosial qruplar və təbəqələrin maraqları arasındakı ziddiyyətlərin 

əks  olunmasıdır.  Bəzi  ölkələrdə  liberallar,  bəzilərində  kon- 

servatorlar  (mühafizəkarlar)  üstünlük  təşkil  edir.  Bir  çox 

ölkələrdə  isə  sol  siyasi  qüvvələrin  də  mövqeyi  möhkəmdir. 

Məsələn,  Böyük  Britaniya,  Almaniya,  Avstriya,  İspaniya, 

Skandinaviya ölkələrində sosial-demokratlar ciddi qüvvə hesab 

olunurlar. 

ABŞ-da  əsasən  iki  aparıcı  partiya  var:  Respublikaçılar  və 

Demokrat partiyaları. Böyük Britaniyada da iki əsas partiya var: 

Mühafizəkarlar  və  Leyboristlər  partiyaları.  Başqa  çoxpartiyalı 

sistem olan ölkələrdə də bir sıra siyasi partiyalar fəa- 

451 



liyyət  göstərir.  Azərbaycan  müstəqillik  qazanandan  sonra 

çoxpartiyalı sistem yaratmaq yoluna keçdi. 

Partiya  demokratiyasının  başlanğıcında  «işıqlı  gələcəyə» 

aparan yolu təsvir edən ideyaları formalaşdıran insanlar durur. 

Bu adamlar partiyada birləşən və hakimiyyət uğrunda mübarizə 

aparan həmfikirlərini tapırlar. Partiya ideologiyanın silahı kimi 

çıxış  edir.  Siyasi  mübarizə  son  nəticədə  ideyaların  rəqabəti 

formasını qazanır. 

Lakin  vaxt  keçdikcə  bu  klassik  modeldə  əhəmiyyətli 

dəyişiklik  baş  verir.  İndi  heç  bir  partiya  özünün  praktiki 

fəaliyyətində  irəli  sürdüyü  ideyalar  ilə  məhdudlaşa  bilməz, 

çünki  həyat  həmişə  kompromisə  getməyi,  ideyadan  kənara 

çıxmağı  tələb  edir.  Ona  görə  də  müxalifət  partiyaları  hakim 

partiyalara  nisbətən  ideologiyaya  daha  çox  bağlı  olurlar  və 

praktiki  məsələlərin  həlli  ilə  daha  az  məşğul  olurlar.  Bundan 

başqa dünya olduqca sürətlə dəyişir, əsasında nə vaxtsa partiya 

yaranan  ideyalar  sonralar  yeni  şəraitə  uyğun  gəlmir. 

Hakimiyyət belə hallarda partiya üçün adətən yüksək İdeyadan 

daha  qiymətli  olur.  Xüsusi  ictimai  zümrə  -  siyasi  elita 

formalaşır.  Həmin  zümrənin  öz  maraqları  yaranır,  ideyanın 

göstərişlərindən uzaq olan, hətta bəzən ölkənin mənafeyinə zidd 

olan  kompromisləri,  razılaşmaları,  sövdələşməni  özündə 

birləşdirən  və  partiya  fövqündə  duran  siyasət  mexanizmi 

inkişaf edir. 

Beləliklə,  çoxpartiyalı  sistem  şəraitində  tədricən  yeni, 

praqmatik  model  yaranır  ki,  burada  siyasət  ön  plana  çəkilir, 

ideologiya  isə  ona  xidmət  edir.  İdeologiya  siyasi  prosesin 

kənarlarına  doğru  uzaqlaşdırılır.  İdeyaların  rəqabəti  öz  yerini 

partiyaların  rəqabətinə  verir.  Belə  halda  yüksək  İdeyanın 

cazibədar-  lığı  deyil,  hakimiyyətdə  olan  partiyanın  konkret 

praktiki  məsələləri  nə  dərəcədə  səmərəli  həlletmə  qabiliyyəti 

əsasdır.  Lakin  bu  o  demək  deyil  ki,  ideologiya  ümumiyyətlə 

yox olur. 

Hakimiyyət  və  anarxiya.  Alimlərin  çoxu  sübut  edirlər  ki, 

dövlətin  mövcudluğu  zəruridir.  Qədim  filosoflar  -  Platon  və 

Aristotel,  orta  əsr  filosofları  -  əl-Fərabi,  İbn  Xaldun,  N.Tusi, 

Makiavelli,  Yeni  dövr  mütəfəkkirləri  -  Hobbs,  Lokk,  Mon- 

teskye, J.J.Russo, Hegel, Marks və XX əsr filosoflarının da 

452 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə