Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə151/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   147   148   149   150   151   152   153   154   ...   164

əsl qurtuluş yalnız zənciri qırmaq və öhdəliyi atmaq deyil, hər 

şeydən  əvvəl  azadlığın  mahiyyətini  öncədən  müəyyən 

etməkdir».^'  Onun  sözlərinə  görə  özbaşınalıq  «azadlığın  gecə 

tərəfi- 


dİD>. 

Çoxlan  isə  deyirlər  ki,  azadlıq  müəyyən  fikir  müstəqilliyi, 

fəaliyyət  sərbəstliyi  deməkdir,  insanın  öz  yaradıcılıq 

qabiliyyətini sərbəst ifadə etmək imkanıdır. 

Beləliklə,  azadlıq  haqqında  olduqca  çox  fikir  müxtəlifliyi 

var. K.Yaspers bu münasibətlə haqlı olaraq deyirdi ki, ola bilsin 

insanlar  arasındakı  ən  dərin  ziddiyyətlər  azadlığı  necə  başa 

düşmək ilə şərtlənmişdir. 



Siyasi  azadlıq.  Fəlsəfə  tarixində  bir  sıra  böyük  filosoflar 

(Aristotel,  Hegel,  Marks  və  b.)  azadlıq,  o  cümlədən  siyasi 

azadlıq  haqqında  fikir  söyləmişlər.  Məsələn,  ingilis  filosofu 

T.Hobbsa  görə  azadlıq  qanunla  yasaq  edilməyən  hər  şeyi 

istədiyin  kimi  etmək  və  qanunun  məcbur  etmədiyini  isə 

etməmək imkanıdır.^^ Burada azadlıq - qanunun əksidir, lakin 

onlar bir- birini inkar etmir, qarşılıqlı olaraq məhdudlaşdırırlar. 

Qanunlar  çoxaldıqca  -  azadlıqlar  azalır  və  yaxud  əksinə. 

T.Hobbs  buradan  belə  nəticə  çıxanr:  bir  halda  ki,  qanunlar 

vətəndaşların bütün hərəkət və davranışlarım əhatə edə bilmir, 

istənilən idarə formasında həmişə qanunun  yasaq etmədiyi  və 

yaxud məcbur etmədiyi sonsuz dərəcədə çoxlu hallar olur. Ona 

görə  də  hər  bir  dövlətdə  -  istər  monarxiya,  istərsə  də 

demokratiya  olsun  -  vətəndaşlar  azaddır.”  Hətta  suverenin 

(monarx  və  ya  xalqın)  hakimiyyəti  məhdudlaşmayanda  da 

vətəndaş  azaddır.  Çünki  suverenin  iradəsi  qanun  deməkdir,” 

qanun isə azadlığı məhv etmir, onu yalnız məhdudlaşdırır. 

Azadlığın liberal anlayışına görə qanun azadlığın əksi deyil, 

onun  zəruri  şərtidir,  o  azadlığı  məhdudlaşdırmır,  əksinə  onu 

saxlayır və genişləndirir. Başqa ingilis filosofu C.Lokk deyirdi: 

«Qanun olmayan yerdə azadlıq da yoxdun>.” Azadlığın liberal 

М.Хайдеггер. Время и бытие. M.. 1993, c.l 18. 

Т.Гоббс. Сочинения. В 2-х тг., Т.1, М.. 1989, с.409; Т.П, М., 1991, с.16.5. 

170-171. Ycno orada, T.l, s.379,409; Т.П, s.l67. 

Ycno orada, T.l, s.338, 343; Т.П, s.210. 

ДЖ.ЛОКК. 



Сочинения. В 3-х гг.. Т.З. М.. 1988. с.293. 

456 


anlayışı qanun və iradəni qəti şəkildə bir-birinə qarşı qoymağa 

əsaslanır.  İradə  nə  isə  fərdi,  müəyyən  olmayan,  naməlum  və 

daimi  olmayan  bir  şeydir.Qanun  isə  ümumi,  müəyyən,  elan 

edilmiş  və  daimi  bir  şeydir.^^  Başqasının  iradəsindən  asılı 

olmaq insanı azadlıqdan məhrum edir, qanundan (yalnız ondan) 

asılı olmaq isə onu azad edir. Beləliklə, liberal anlayışda qanun 

azadlığı deyil, azadlıq qanunu məhdudlaşdırır, qanun azadlığın 

hüdudunu deyil, azadlıq qanunun hüdudunu müəyyən edir. 



Libertarizm anlayışı liberalizmdən fərqli olaraq müasir sosial 

fəlsəfədə  radikal  fərdiyyətçiliyi  ifadə  edir,  bu  və  ya  başqa 

şəkildə  izah  edilən  faktiki  sosial  bərabərlik  və  sosial  ədalət 

naminə fərdin azadlığını məhdudlaşdırmağa qarşı kəskin  çıxış 

edir.  İmkanların  bərabərliyi  prinsipi  klassik  liberalizmin 

aşağıdakı müddəasından irəli gəlir: ailə, icma və ya dövlət deyil, 

məhz  insan  cəmiyyətin  yeganə  özəyidir  və  sosial  qurumun 

məqsədi insanın azadlığını təmin etməkdir. 

Alman  filosofu  F.Şellinqə  görə  vətəndaşın  azadlığı 

cəmiyyətin müvafiq şəkildə təşkil edilməsi, onun dövlət forması 

ilə  şərtlənir.  O,  yazırdı:  «Ümumi  hüquqi  quruluş  azadlığın 

şərtidir,  çünki  onsuz  azadlığın  təminatı  ola  bilməz...  Azadlıq 

yasaq edilmiş məhsul kimi istifadə edilən mərhəmət və ya nemət 

ola  bilməz.  Azadlıq  təbiət  qanunları  kimi  açıq  və  dəyişməz 

qaydalarla təmin edilməlidir».^* 

Müasir  mütəxəssislərin  çoxu  siyasi  azadlığın  dörd  növü 

olduğunu  göstərirlər:  1)  milli  azadlıq;  2)  nümayəndəli  idarə 

qurmaq  azadlığı  (avtokratiyanın  əksinə  olaraq);  3)  iqtisadi 

azadlıq; 4) fərdi azadlıq. 

Milli  azadlıq.  İqtisadi  istismar  adətən  ölkənin  müstəmləkə 

olmasının əsas səbəbi hesab edilir. Müstəmləkəçilik yerli əhalini 

itaətdə saxlayan hakimiyyət forması yaradır və yerli əhali aşağı 

sinfi təşkil edir, hətta çox vaxt öz ölkəsinin təbii sərvətlərindən 

istifadə etməyə buraxılmır. Müstəmləkə idarəsi həm də yad dilə, 

dinə və mədəniyyətə əsaslandığı üçün yerli tira- 



Yenə orada, s.375. 

Yenə orada, s.341. 

-s Ф.В.Шеллинг. Сочинения, Т. 1. M.. 1987, c.456. 

457 


niyadan da pis hesab edilir. Müstəmləkəçilik çox hallarda yerli 

mədəniyyəti  və  dini  sıxışdırır  və  hətta  yerli  dili  aradan 

götürməyə  gətirib  çıxarır.  Belə  vəziyyətdə  milli  azadlıq  ön 

plana keçir. 



Nümayəndəli  idarə  qurmaq  azadlığı.  Siyasi  azadlıq 

qazanmaq  üçün  milli  azadlıq,  əlbəttə,  zəruri  olsa  da  kifayət 

deyil. Hansı hakimiyyət forması azadlığı daha çox təmin edir? 

Təbiidir  ki,  insanlar  özləri  özlərini  idarə  edərkən  maksimum 

azadlıqlarını  təmin  etməyə  çalışırlar.  Azadlıq  idealına  daha 

yaxın nümayəndəli idarə formasıdır. Burada müntəzəm olaraq 

seçkilər  keçirilir.  Həddibuluğa  çatan  bütün  vətəndaşlar,  bütün 

siyasi  partiyalar,  müstəqil  siyasətçilər  seçkidə  iştirak  etmək 

hüququna  malikdirlər.  Seçkilərin  saxtalaşdırılmasının  qarşısı 

alınır. 


İqtisadi  azadlıq  deyəndə  adətən  xüsusi  mülkiyyətə  malik 

olmaq,  istədiyin  malı  almaq  və  satmaq,  öz  əməyini  satmaq 

azadlığı  nəzərdə  tutulur.  İqtisadi  azadlıq  həm  də  xüsusi 

mülkiyyəti  satmaq  və  işə  götürmək  haqqında  müqavilələri 

təmin  edən  dövlət  idarəçiliyini  nəzərdə  tutur.  Nümayəndəli 

idarə iqtisadi azadlığa tam təminat verə bilərmi? Əlbəttə yox. 

Milli azadlıq, nümayəndəli idarə forması və iqtisadi azadlıq - 

mahiyyətcə kollektiv azadlıqdır. 



Fərdi azadlıq. C.Lokk göstərirdi ki, üç növ təbii hüquq var: 

yaşamaq  hüququ,  azadlıq  hüququ  və  mülkiyyət  hüququ.  ABŞ 

İstiqlaliyyət  Bəyannaməsinin  müəllifi  T.Cefferson  mülkiyyət 

hüququnu xoşbəxt olmaq hüququ ilə əvəz etdi. Özünün bütün 

keyfiyyətlərinə və dəyərinə rəğmən təbii hüquq nəzəriyyəsi hər 

şeyi əhatə etmir və azadlıq haqqında başqa ideyaları əvəz edə 

bilmir. 

Fərdi azadlıq başqa adamların, xüsusən dövlətin şəxsi həyata 

lüzumsuz  müdaxiləsindən  azad  olmaqdır.  Ən  vacib  şəxsi 

azadlıqlar adətən aşağıdakılar hesab edilir: söz və fikir azadlığı, 

informasiya  azadlığı,  mülkiyyət  azadlığı,  dini  etiqad  azadlığı, 

nigah  bağlamaq  və  boşanmaq  azadlığı.  Fərdi  azadlıq  ideyası 

liberal təlimlərdə daha fəal müdafiə olunur. 

458 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə