Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə152/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   148   149   150   151   152   153   154   155   ...   164

4.

 

Əxlaq fəlsəfəsi 

4.1.

 

Əxlaq və etika anlayışları 

Etika  -  praktiki  fəlsəfədir,  əxlaq  (ədəb  qaydaları)  haqqında 

elmdir. Həm termin, həm də xüsusi, sistemləşdirilmiş elm kimi 

etika Aristotel tərəfindən yaradılıbdır. «Etika» sözünün əsasını 

təşkil edən «etos» (yun. «ethos») əvvəlcə adət edilmiş yaşayış 

yeri, sonralar isə sadəcə olaraq adət, davranış, xarakter, tempe- 

rament, qayda kimi qəbul edilir. «İndiki vaxtda yaranmış elmi- 

akademik  ənənəyə  görə  etika  daha  çox  bilik  sahəsi,  əxlaq  (və 

yaxud  ədəb  qaydalan)  isə  onun  predmeti  kimi  başa  düşülür. 

İctimai təcrübədə və canlı dildə bu vaxta qədər bu ayrılma hələ 

başa çatmayıb».^’ 

Amerikalılann fəlsəfə dərsliklərinin birində etikaya belə tərif 

verilir:  «Etika  fəlsəfədə  həm  başqalarına,  həm  də  özümüzə 

münasibətdə  necə  hərəkət  etməyimizi  sistemli  şəkildə  tədqiq 

etmək,  həmçinin  hansı  şeylər,  insanların  hansı  xarakter 

xüsusiyyətləri  və  ya  tipləri  -  yaxşı,  müsbət  qiymətə  və  fəxr 

edilməyə, hansılann - pis, məzəmmət və ittiham edilməyə layiq 

olmasını tədqiq etməkdir. Etika həm ümumi qayda və prinsiplər, 

həm də xüsusi hadisələr ilə məşğuldur».^® 

Aristotelin  fikrincə  yaxşılığı  (əxlaqı)  elm  ilə  eyniləşdirmək 

səhvdir.  Etikanın  məqsədi  bilik  deyil,  davranışdır,  o 

ümumiyyətlə rifah deyil, həyata keçirilmiş rifah haqqında bəhs 

edir.  Bununla  da  etika  praktiki  fəlsəfə  kimi  nəzəri  fəlsəfədən 

(metafizikadan) ayrılır. Etikanı yaxşılığın (əxlaqın) nə olduğunu 

bilmək üçün deyil, yaxşı (əxlaqlı) olmaq üçün öyrənirlər. 

Bir  çox  müəlliflər  əxlaq  problemini  şəxsi  həyatla 

məhdudlaşdırmağın 

əleyhinə 

çıxır, 

onu 


ümumdünya 

kontekstində şərh edirlər. Məsələn, T.V.Adomo yazır: «...Əgər 

bu  gün  nəyi  isə  hələ  əxlaq  adlandırmaq  olarsa,  onu  mütləq 

dünyanın 

inkişaf 

yollarını 

müəyyənləşdirmək 

ilə 


əlaqələndirmək  lazımdır.  Başqa  cür  də  demək  olar:  düzgün 

həyat  haqqında  məsələ  -  indi  düzgün  siyasət  haqqında 

məsələdir; əlbəttə, əgər müasir in- 

^ A.A.Гусейнов. Этика. - Ва.\: Журн. «Вопросы философии». № 8. 1999. с.81. 

Р.П.Вольф. О философии. М.. 1996. с.57. 

459 



sanlar nəhayət ki, düzgün siyasəti həyata keçirilməsi lazım olan 

sahəyə daxil edirlərsə».^’ 

«Etika»,  «əxlaq»,  «davranış»  anlayışları  son  nəticədə 

rasional  əsasa  dayanmalıdır.  «Bir-biri  ilə  ümumi  dil  tapmaq 

üçün insanlar əxlaqın nə olduğuna yenidən cavab vermək üçün 

dərk edən ağıla müraciət etmək məcburiyyətində qalır ki, onun 

köməyi  ilə  ictimai  əlaqəni  tapsın,  əxlaqın  zəruriliyini 

əsaslandırsın və onun yeni anlayışını versin. Etika əxlaqın ağıl 

qarşısında özünü təmizə çıxarmaq üsuludur».^^ 

Əxlaq  insan  fəaliyyətinin  ümumi  qəbul  edilmiş  norma  və 

dəyərini  əks  etdirir.  Siyasi  şüurdan  (həm  də  hüquqi  şüurdan) 

fərqli  olaraq  əxlaqi  şüur  şəxslər  arasındakı  münasibətləri  əks 

etdirir. Əxlaqi şüur sosial normaların elə sistemidir ki, şəxsi və 

kollektiv mənafelərin birliyini təmin etmək məqsədilə insanlar 

arasındakı şəxsi  ünsiyyəti  və davranışı nizama salır. Qanunda 

yazılan  və  dövlətin  məcbur  edən  qüvvəsi  ilə  təmin  edilən 

hüquqi  normalardan  fərqli  olaraq,  əxlaqın  norma  və  qaydalan 

ictimai rəyin, adətin, həmçinin insanın daxili niyyətinin, onun 

tərbiyə sisteminin qüvvəsi ilə müdafiə edilir. 

«Əxlaq - məna daşıyan ontoloji quraşdırmalara, insan təbiəti 

haqqında  təsəvvürlərə  müraciət  edərək  əsaslandırmaq  cəhdi, 

antik,  orta  əsrlər  və  Yeni  dövrün  klassik  etik  fikrin  əsas 

xüsusiyyətidir. Bu ənənəni XX yüzilliyin naturalist istiqamətli 

təlimləri, dini məktəblər davam etdirirlər. Əxlaq problemlərinə 

daha  fərqli  radikal  münasibəti  bu  gün  müxtəlif  meylli 

antropoloji və analitik etika tərəfdarları müdafiə edirlər. İnsanın 

əvvəlcədən verilən mənasının inkarı və özünüyaratma vasitəsi 

kimi  azadlığın  universal  dəyəri  haqqında  tezis  -  ekzistensia- 

lizm  təlimində  əxlaqın  ümumi  normalarını  axtarmağın 

qanunauyğunluğu 

haqqında 

məsələ 


kimi 

səslənir. 

Pozitivistsayağı  təşkil  edilmiş  metaetika  dilin  məntiqi  və 

semantik  analizi  üzərində  mərkəzləşir.  Bu  təlimin 

nəzəriyyəçiləri  arasında  müxtəlif  dairələrdə  hakim  olan  əxlaq 

sistemlərinin  plüralizmi  və  or-  taölçülü  olmaması  fikri  geniş 

yayılıbdır. Klassik etikanın böh- 

’• Т.В.Адорно. Проблемы философии морали. M.. «Республика», 2000. с.202. 

А.А.Гусейнов. Göstorilən moqalo, s.90. 

460 



ranı  ilə  əlaqədar  meydana  gələn  ifrat  relyativizmi  aradan 

götürməyə 

cəhd 

göstərən 



neofrankfurt 

məktəbinin 

nəzəriyyəçiləri  K.-O.Apel  və  Habermas  şəxslərarası  rabitəni 

analiz  etmək  yolu  ilə  əxlaqın  universal  normalarını 

əsaslandırmağa çalışırlar»/’^ 

Fəlsəfə  tarixində  bir  çox  görkəmli  mütəfəkkirlər 

ümumiyyətlə  əxlaqa  neqativ  münasibət  bəsləmişlər,  insanlara 

sözün  əsl  mənasında  xidmət  edəcək  əxlaq  normalarının 

mümkünsüzlüyünü  göstərmişlər.  Məsələn,  A.Şopenhauer 

deyirdi ki, əxlaq kəşf edilmir, yaradılır. Odur ki, əxlaq qaydaları 

ötəri  olur,  yaxşı  işləmir.  Nitsşe  isə  əxlaqı  elə  uydunna  şey 

adlandırırdı ki, onsuz bəşəriyyət yaşaya bilmir. 

Universal  əxlaq  normalarını  inkar  etməyin  üç  müxtəlif 

forması var: 1) etik skeptisizm doğru və yaxşını müəyyən etmək 

məsələsində hətta ən kiçik inamı belə inkar edir; 2) etik nihilizm 

hərəkətin doğru və ya yalan olmasını dəyərləndirmək imkanını 

ümumiyyətlə inkar edir; 3) etik relyativizm elə nəzəriyyədir ki, 

hər  hansı  bir  hərəkətin  düzgün  və  ya  yanlış  olması  insanın 

yaşadığı  cəmiyyətdən  asılıdır  (yaxud  ona  uyğundur),  yəni  bir 

cəmiyyətdə yaşayan insanlar üçün düzgün hesab edilən hərəkət 

başqa cəmiyyətdə yaşayanlar üçün düzgün olmaya bilər. 

Əxlaqi şüurun kökü nəsillərin təcrübəsinə görə cəmiyyət və 

insanı  saxlamaq  və  inkişaf  etdirmək  üçün  faydalı  olan  və 

insanların  tələbatına  və  marağına  cavab  verən  davranışları 

möhkəmləndirən  adətlərə  qədər  uzanır.  Əxlaqi  şüurun 

xüsusiyyətlərini,  onun  strukturunu  və  tarixən  dəyişən 

normalarını, yuxarıda deyildiyi kimi xüsusi fəlsəfə elmi - etika 

təsdiq edir. Cəmiyyətin əxlaqi şüuru ictimai mənafe baxımından 

məqbul  olmayan  qaydaları  aradan  götürməyə  qulluq  edən 

müxtəlif növ sosial yasaqlarda təzahür edir. 

Əxlaq  fəlsəfəsi  əxlaqın  mənəvi  dəyərlər  sistemində  yerini 

müəyyənləşdirir,  onun  təbiətini,  daxili  strukturunu  təhlil  edir, 

davranış qaydalarının bu və ya başqa sistemini nəzəri cəhətdən 

əsaslandırır. 



Культурология XX в. Словарь. СПб. «Университетская книга». 1997. с.291. 

461 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə