Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə153/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   149   150   151   152   153   154   155   156   ...   164

Dəyər və dəyərin istiqamətləndirilməsi sistemi, etik duyğular

əxlaqi  mühakimələr,  həmçinin  əxlaqi  ideallar  əxlaqi  şüurun 

tərkib hissələridir. 

Başqa  mənəvi  dəyərlərə  münasibətdə  olduğu  kimi  əxlaqi 

şüurun da iki səviyyəsi olduğu qəbul edilib: adi-praktiki və nəzəri 

səviyyələr. Əgər adi-praktiki səviyyədə cəmiyyətin real adətləri, 

əməli  davranışları  əks  olunursa,  nəzəri  səviyyədə  cəmiyyət 

tərəfindən  proqnozlaşdırılan  ideal  formalaşır.  Əxlaqi  şüurun 

ideal-nəzəri səviyyəsi daha çox əxlaq adlanır. Əxlaq real mövcud 

olana tənqidi yanaşır, indikində idealın rüşeymlə- rini axtarır. 

Əxlaq  -  insanın  xeyir  və  şər,  ədalət  və  ədalətsizlik,  borc, 

vicdan,  vicdansızlıq  və  s.  haqqında  təsəvvürlərini  ifadə  edən 

qayda  və  normalann  məcmusudur.  Əxlaq  həyatın  bütün 

sferalarında  -  əməkdə,  siyasətdə,  məişət  və  ailədə,  elm  və 

mədəniyyətdə insanın davranışını nizamlayır. 

insan  mahiyyətinin  təzahürü  kimi  mənəviyyat  özlüyündə 

insan  simasını  müəyyənləşdirən  əsas  əlamətdir.  Əxlaqi 

davranışlar  insanın  elə  əlamətidir  ki,  onsuz  ümumiyyətlə 

cəmiyyətin mövcudluğu mümkün deyil. Bu mənada əxlaqi şüur 

insan cəmiyyətinin tərəqqisi, onun humanistləşməsi üçün zəruri 

amildir. 

Əxlaqı  -  iradənin  ağılı  adlandıran  Hegel  təsdiq  edirdi  ki, 

«insan nə qədər ki, özü öz ağası deyil, o heç vaxt təbiətin ağası 

ola  bilməz».  Onun  etik  görüşləri,  xüsusən  onun  «ümumi 

insansevərlik» borcu və vəzifələri haqqındakı düşüncələri Kantın 

etik  görüşləri  ilə  həmahəng  səslənir.  Hegelin  etik  görüşləri 

bütövlükdə  alman  klassik  fəlsəfəsi  üçün  xarakterik  olan 

humanizm ruhu ilə doludur. 

Beləliklə, «etika» anlayışı iki mənada işlədilir. İlk növbədə 0 

əxlaqi prinsiplər və ümumiyyətlə əxlaqın intellektual qaynağı və 

onun  əsaslandırılması  haqqında  nəzəriyyənin  tədqiqini  nəzərdə 

tutur.  İkincisi,  bu  söz  fərdlərin  və  yaxud  müxtəlif  peşə 

nümayəndələrinin 

rəhbər 


tutduqları 

konkret 


davranış 

prinsiplərini ifadə edir. Məsələn, əmək etikası, müəllim etikası, 

biznes etikası, həkimlik etikası və s. kimi fərqli etikalar var. 

462 



Əxlaq fəlsəfəsi başlıca olaraq sözün yuxanda göstərilən birinci 

mənasında çıxış edir. 



4.2.

 

Platon əxlaq haqqında 

Antik  fəlsəfədə  əxlaq  haqqında  orijinal  fikir  söyləyən 

Platonun əxlaq fəlsəfəsi haqqında qısa da olsa məlumat vermək 

lazımdır. 

Platon  «əsl  əxlaq»ın  təbiətini  tədqiq  etmək  üçün  iki 

analogiya (oxşatma ilə müqayisə) təklif edirdi. 

Birinci  analogiya  ruh  (yəni  şəxsiyyət)  və  bədən  arasında 

olur. O, sübut edirdi ki, biz sağlam ruh, sağlam bədən və yaxud 

xəstə  bədən  və  xəstə  ruh  haqqında  danışa  bilərik.  Bədənin 

sağlamlığı  onu  təşkil  edən  elementlərin  əsl  harmoniyası  və 

nizamına  əsaslanır;  ruhun  sağlamlığı  da  analoji  olaraq  psixi 

elementlərin düzgün təşkil edilməsindən asılıdır. Platon ruhun 

üç  funksional  hissəsi  olduğunu  göstərirdi:  1)  ağıl  və  yaxud 

alternativlər  haqqında  fikirləşmək,  onlan  müqayisə  etmək 

qüvvəsi, lazımsız ehtirası əzmək və düşünülmüş yol seçmək; 2) 

fərdin təcavüzkar, müharibəni sevən, volyuntarist başlanğıcı; 3) 

ehtiraslı  istək.  Bu  üç  başlanğıcdan  hər  biri  ruhun  sağlamlığı, 

xeyirxahlığı  işində  müəyyən  rol  oynayır.  Ağıl  mərdliyi  idarə 

etməli,  tənzimləməlidir  və  insanın  təcavüzkarlığını  müdrik, 

rəvan  yola  yönəltməlidir.  Sağlam,  vacib  həyati  istək  ağıl 

tərəfindən  tənzimlənməli,  zəruri  nisbətdə  və  lazımi  dərəcədə 

ödənilməlidir. 



İkinci  analogiya  Platona  görə  insanın  ruhu  bütövlükdə  və 

cəmiyyət  arasında  olur.  Ruhda  özünün  funksiyaları  və  birinin 

başqasına ağılla müəyyənləşən tabeolma qaydaları olan bir neçə 

başlanğıc  olduğu  kimi,  cəmiyyətdə  də  xüsusi  funksiyaları  və 

bir-biri  ilə  ünsiyyətdə  müvafiq  sosial  münasibətləri  olan 

vətəndaşların bir sıra qrupları olur. Ağıl ruhu idarə etdiyi kimi, 

ən müdrik vətəndaşlar da cəmiyyəti idarə etməlidir. Çünki onlar 

cəmiyyət üçün yaxşı olan nə varsa həmin keyfiyyətə malikdir, 

ziyanlı  istək  həvəsindən  qorunmaq  üçün  özünü  ağılın 

nəzarətində saxlaya bilir. 



463 


Platona  görə  şər  biliyin  azlığından  yaranır.  Əgər  insanlar 

nəyin  düz  olduğunu  başa  düşsələr  heç  vaxt  pis  iş  törətməzlər. 

Lakin  problem  ondadır  ki,  düz  işi  və  ya  Platonun  dediyi  kimi 

faydalı  işi  necə  mənimsəmək  olar?  Düzgün  həyat  haqqında 

insanların  çeşidli  fikirdə  olduğu  şəraitdə  bunu  necə  həyata 

keçirmək olar? Bu suala cavab verən Platon göstərirdi ki, düzgün 

həyatın  təbiətini  dərk  etmək  intellektual  vəzifədir.  İnsanları 

düzgün həyata hazırlamaq proqramını irəli sürən Platon təhsilin 

iki üsulla həyata keçirilməsini tələb edirdi. Bir tərəfdən insanda 

yeni  xeyirxah  davranış  vərdişi  yaranmalı,  digər  tərəf-  dənsə 

riyaziyyat və fəlsəfəni öyrətmək yolu ilə insanda əqli qabiliyyəti 

inkişaf  etdirmək  zəruridir.  Onun  fikrincə  xeyirxahlıq 

bəşəriyyətdən asılı olmayaraq mövcuddur. 

Kainatı canlı və qanunauyğun bütöv kimi başa düşən Platon 

insanı bu Kainatın kiçicik obrazı, mikrokosmos hesab edirdi. Bu 

fikrə  uyğun  olaraq  insan  yalnız  o  zaman  əxlaqauyğun  hərəkət 

edir ki, o çoxlu mikrokosmoslan birləşdirən bütövlük qanunlarını 

həyata  keçirir,  polisin,  yəni  vətəndaş  ümumiliyi  qanunlannı 

təcəssüm  etdirir.  Platonun  əxlaq  fəlsəfəsini  qanunla 

əsaslandınlan hərəkət, əməl fəlsəfəsi adlandırmaq olar. 



4.3.

 

Kantın əxlaq fəlsəfəsi 

Kant etikada naturalist aspekt ilə əxlaqi davranış qaydalarının 

qanşdırılmasını «praktiki fəlsəfə» hesab edirdi. Əxlaqın fəlsəfəsi 

«bütün  empirik  cəhətlərdən  və  antropologiyaya  aid  nə  varsa 

hamısından təmizlənməlidir».^"* 

Kant  əvvəllər  «moral»  (əxlaq)  anlayışından  demək  olar  ki, 

istifadə  etmirdi.  O,  hələ  «sitten»  (xasiyyət)  terminini  işlədirdi. 

Bizim  bu  gün  moral  (əxlaq)  adlandırdığımız  anlayışı  Kant 

praktiki ağıl, vəzifə, kateqorik imperativ (qəti tələb) terminləri ilə 

ifadə  edirdi.  «Moral»  termininin  özünü  isə  Kant  Aristotelin 

işlətdiyi  «etika»  mənasında  qəbul  edirdi,  yəni  əxlaq  haqqında 

mühakimə yürütmək kimi. 



И.Каит. Сочинения. В 6-тн тт.. Т.4, Ч.1, М., 1965. с.223. 

464 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə