Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə155/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   151   152   153   154   155   156   157   158   ...   164

rəstliyi və ya təmənnasızlığı əsaslandıran nəzəriyyədən yaranan 

fəlsəfənin  olduğunu  göstərir.  Fəlsəfəni  isə  şəxsi  xarakterin 

xüsusiyyətləri deyil, məhz nəzəriyyə maraqlandırır. 

Bəzi  alimlər  təsdiq  edirlər  ki,  həyatımızın  müəyyən 

sahələrində  fərd  ümumi  əxlaqi  tələblərdən  nə  qədər  tez  imtina 

edib öz şəxsi marağına uyğun hərəkət etsə daha tez uğur qazana 

bilər.  Bu  siyasət  (Makiavelli),  iqtisadiyyat  (A.Smit),  mənəvi 

həyat (F.Nitsşe) sahələridir. C.S.Mill eqoizmin zəruriliyini sübut 

etməyə çalışaraq göstərirdi ki, insan öz xoşbəxtliyini arzu edir, 

deməli onun öz xoşbəxtliyi arzu ediləndir. Sonra, insan yalnız öz 

xoşbəxtliyini arzu edir, deməli, onun öz'xoşbəxtliyi yeganə arzu 

ediləndir. 

Beləliklə,  mütəxəssislər  eqoizmi  əsaslandıran  dörd  fəlsəfi 

nəzəriyyənin  olduğunu  göstərirlər:  1)  eqoizm  nəzəriyyəsinin 

birinci növü insan təbiətinin empirik təsvirinə əsaslanır; 

2)

 



ikinci  nəzəriyyə  sözçülüyə  əsaslanır,  «arzu  etmək»,  «xoşa 

gəlmək», «istəmək» kimi sözlər vasitəsilə nəticə çıxarılır; 

3)

 

üçüncü nəzəriyyəyə görə mənfəətpərəstliyin yalnız motivləri 



ağlabatan  olur;  4)  dördüncü  nəzəriyyə  təsdiq  edir  ki,  mən- 

fəətpərəstlik yaxşı, təmənnasızlıq pis keyfiyyətdir. 



Utilitarizm  və  antiutilitarizm.  Utilitarist  (lat.  «utilitas»-fay- 

da) filosoflar arasında İeremiya Bentam (1748-1832) və 

C.

 

S.Mill (1806-1873) daha çox tanınırlar. 



Utilitarist  filosoflar  xüsusi  əxlaqi  prinsiplərin  zəruriliyini 

qəbul  etmirlər.  Məsələn,  «yalan  danışma»,  «ədaləti  sev»  və 

yaxud  «öz  vədini  yerinə  yetir»  kimi  prinsiplər  onların  fikrincə 

yaşamağa  mane  olur.  Utilitaristlər  hesab  edirlər  ki,  daha  çox 

insanın  daha  çox  xoşbəxt  olmasına  gətirib  çıxaran  fəaliyyət 

həmişə doğru olur. Buna daha çox xoşbəxt olmaq prinsipi deyilir. 

Dünyada  yeganə  mütləq  və  daxilən  qiymətli  şey  xoşbəxtlik  və 

zövq almaqdır. Yerdə qalan bütün qiymətli şeylər o vaxt dəyərli 

olur ki, xoşbəxtlik gətirsin. 

İeremiya Bentam rifahı zövq ilə eyniləşdirirdi. O, hesab edirdi 

ki, elə alternativ seçmək lazımdır ki, zövq əzabdan maksimum 

dərəcədə üstün olsun. C.S.Mill xoşbəxtliyi zövqdən daha geniş, 

əhatəli və dayanıqlı rifah hesab edirdi. «Utilitarizm 

468 



«daha  çox  rifah»  anlayışını  «kəmiyyət  baxımından  müəyyən 

etməyə cəhd göstərəndə ciddi çətinliklərlə qarşılaşır. Əgər rifah 

xoşbəxtliklə  eyniləşdirilsə,  onu  necə  ölçmək  olar?  İqtisadçı 

utilitaristlər  maksimum  zövqdən  və  yaxud  üstünlükdən 

danışırlar.  Lakin  zövqün  müxtəlif  növlərini  ekvivalent  və 

bir-birini  qarşılıqlı  əvəzləyə  biləcəyini  mümkün  hesab  etmək 

olar- mı?...»^’ 

Utilitarizm hətta məqsədi təsvir edəndə də vasitə və məqsəd 

arasında dəqiq fərq qoymur. Hər bir əməli işə «daha çox insana 

daha çox xoşbəxtlik» prinsipinə uyğun olaraq qiymət verilir. 

Utilitarizmi  tənqid  edən  C.Mur  diqqəti  bu  təlim  üçün 

xarakterik  olan  metodoloji  üsula  yönəldir:  «xeyin>in  meyarı 

kimi  daha  çox  sayda  insan  üçün  daha  çox  xoşbəxtlik,  və 

«xoşbəxtlik  nədir?»,  «əxlaqi  davranış  nədir?»,  «xeyirxahlıq 

nədir?» və başqa suallara məhz həmin mövqedən cavab verilir. 

Mur  «Əxlaq  fəlsəfəsinin  təbiəti»  əsərində  göstərir  ki,  hər  bir 

əxlaqi davranış və xeyirxahlıq növü nəticədə heç də əvvəlkinə 

nisbətən daha çox adam, hətta bir adam üçün mütləq xoşbəxtlik 

gətirmir. Çox vaxt belə olur ki, əxlaq prinsiplərinə əməl etmək 

və  xeyirxah  həyat  tərzi  xoşbəxtlik  ilə  mükafatlandırılmır,  və 

yaxud əksinə, xoşbəxtlik əxlaqi davranışlara görə əldə edilmir, 

yəni əxlaq və xoşbəxtlik heç də üst-üstə düşmür. Ona görə də 

Mur həm də utilitarizmi «naturalist səhv» üçün ittiham edir və 

onun  fayda  ilə  xoşbəxtliyi  birləşdirmək  cəhdini  yanlış  hesab 

edir.  Lakin  o,  etiraf  edir  ki,  bir  sıra  başqa  nəzəriyyələr  ilə 

müqayisədə utilitarizm daha məqbul təlimdir. 

Utilitarizmə zidd olan nəzəriyyələrdə motivin, vəzifənin və 

prinsipin  əhəmiyyəti  xüsusi  qeyd  edilir.  Belə  nəzəriyyələr 

adətən vəzifə (borc) nəzəriyyələri adlandırılır. 

Antiutilitarist  filosofların  ən  məşhuru  şübhəsiz  ki,  Kant 

olmuşdur. Onun fikrincə xoşbəxtlik və zövq axtarmaq mənasız 

işdir, çünki belə iş adətən uğursuz nəticələnir. Kant deyirdi ki, 

xoşbəxtlik öz-özlüyündə dəyərli bir şey deyil. Əgər onun dəyəri 

olsaydı  biz  cəmiyyətdə  görkəmli  yer  tutan  və  özünü  xoşbəxt 

hesab edən alçaqlara rast gəlməzdik. Pis adamların xoş- 



И.Барбур. Этика в век технологии. М., 2001. с.43. 

469 


bəxt  olması  və  yüksək  rifaha  çatması  insanların  əksəriyyətini 

məyus  edir.  Kantın  fikrincə  dünyada  yeganə  mütləq  dəyər  - 

xeyirxah iradədir. Xeyirxah iradə - qətiyyətlə düzgün davranmaq 

arzusudur.  Vicdanlı  adamlar  lazımı  davranışı  əsas  tutur  və 

müəyyən  prinsiplərə  əməl  edirlər.  Kanta  görə  bu  prinsiplər 

ağlabatandır  və  bütün  ağıllı  məxluqlar  onlara  əməl  etməlidir. 

Doğrudur, onlara həmişə əməl olunmur. 

Kantın tələbləri belədir: həmişə düzgün olmaq; həmişə təmiz 

olmaq; yalan vədlər verməmək; alicənab və arzuedilən olmaq; öz 

istedadını  boş  yerə  sərf  etməmək;  canini  və  cəzaya  layiq 

başqalannı  cəzalandırmağa  hazır  olmaq;  heyvanlara  qarşı 

mərhəmətli olmaq; intihar etməmək. 

Kant hesab edirdi ki, ağıllı varlığa aydın olmalıdır ki, əxlaq 

qaydalannda istisna olmamalıdır. 

Göründüyü  kimi  Kant  utilitarizmə  qarşı  çox  kəskin  çıxış 

edirdi. İndiki dövrdə də bu məsələdə onun tərəfdarları çoxdur. 



Hedoniznt (yun. «hedone» - zövq). Yunan filosofu Epiku- run 

əxlaq  fəlsəfəsi  əsasən  sadə,  təvazökar,  lakin  zövqlə  yaşamağı 

tövsiyyə  edir.  Epikur  zövqü  faydalı  nemət  hesab  edir  və  eyni 

zamanda  göstərirdi  ki,  zövqə  ifrat  dərəcədə  can  atmağın 

arxasınca əzab gəlir. 

Hedonizmə görə  yalnız zövq almaq xeyir hesab  edilməlidir. 

Zövq  yeganə  şeydir  ki,  biz  ona  can  atmalıyıq;  o  yeganə 

məqsəddir, öz-özlüyündə xeyirdir. 

Hedonizm  -  eqoizm  və  utilitarizm  formasında  çıxış  edir. 

«Hedonizm forması kimi eqoizm təsdiq edir ki, bizim hər birimiz 

daha  çox  xoşbəxtliyə  nail  olmaq  və  son  məqsədimizə  çatmaq 

üçün  çalışmalıyıq.  Doğrudur,  bu  təlim  bəzən  belə  məqsədə 

çatmağın ən yaxşı üsulu kimi başqalarının zövq almasını təmin 

etməyi qəbul edir; məsələn, belə hərəkət etməklə biz insanların 

rəğbətindən,  azadlıqdan,  özünə  hörmətdən  yaranan  zövqü 

özümüz üçün də təmin edə bilərik».^* 

Fəlsəfi  təlim  kimi  hedonizmin  iki  növü  var:  \)psixoloji 

hedonizm təsdiq edir ki, həqiqətdə insanlar öz həyatında yalnız 

zövqə doğru can atırlar, əzabdan qaçmağa çalışırlar; 2) etik 



' Дж.Мур. Природа моральной философии. M., «Республика», 1999, c.116. 

470 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə