Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə157/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   153   154   155   156   157   158   159   160   ...   164

forması sayırdı. O, göstərirdi ki, insan varlığında olan dini im- 

puls  infantil  (uşaqlıq  dövründən  qalan)  istək  və  fantaziyanın 

ifadəsidir.  Bu  vəziyyət  bizim  özümüzün  heçliyini  və 

ölməyimizin  zəruriliyini  başa  düşmək  istəməməyimizdən  irəli 

gəlir. 

Göstərmək lazımdır ki, dindən imtina ediləndə müasir insana 



ciddi mənəvi zərbə dəyir. Belə halda insan dünyada özünü tənha 

hiss  edir,  mənəvi  dayağı  əsasən  itirir.  İdealist  fəlsəfə  bu 

emosional-mənəvi  boşluğu  doldurmağa,  dinə  xas  olan  sabit 

psixoloji tarazlığı bərpa etməyə çalışır. 

Əgər  din  insan  ağlının  müvəqqəti  yanılması  olsaydı,  onda 

ictimai-kütləvi şüurun strukturunda min illərlə mərkəzi yer tuta 

bilməzdi,  elm  və  fəlsəfə  varlığın  əsas  məsələlərinin  həll 

edilməsinə  dair  öz  təkliflərini  irəli  sürən  kimi  yox  olardı.  Din 

mədəni  təkamülün  təsadüfi  qolu  deyil,  insanların  xarici 

gerçəkliyi və özünü dərk etməsini tarixi, sosial, mənəvi-psixoloji 

cəhətdən şərtləndirən vasitədir. Böyük rus yazıçısı L.N.Tols- toy 

demişdir: «Din həyatın mənası haqqında suala cavab verir». 

Dinin  müdafiəçiləri  təsdiq  edirlər  ki,  əsl  din  Allaha  inam, 

Allah  tərəfindən  yaradılan  hər  bir  insan  ruhunun  inama  olan 

tələbatıdır. Din bütün cəmiyyətlər və mədəniyyətlər üçün zəruri 

elementdir. Elm reallığın həmişə tam olmayan obrazını verir və 

onu axıra qədər izah edə bilmir. Ona görə də ruhun sonsuzluğa 

və bütövlüyə can atmasını təmin etmək üçün insan dinə müraciət 

edir. 

Dini  etiqad  dedikdə  hər  şeydən  əvvəl  təbii,  səmimi  inam 



nəzərdə tutulur. Dini etiqad dindarın ilahi reallıq, dünya və özü 

haqqında  bilgisidir.  Bu  bilik  dini  praktikanı  və  ümumiyyətlə 

dindarın  gündəlik  fəaliyyətinin  əsasında  durur.  Dini  etiqadın 

mərkəzində Allaha inam dayanır. 

Bütün  müqəddəs  kitablarda  göstərilir  ki,  Allah  əbədi  və 

əzəlidir,  O  həm  məkandan,  həm  də  zamandan  kənardadır. 

İdealist  mövqedə  duran  fılosoflann  əksəriyyəti  bu  fikirlə  tam 

razıdırlar. Müasir filosoflar arasında da buna inananlar çoxdur. 

Məsələn,  Fordhem  universitetinin  professoru  Brayan  Leftou 

deyir ki, Allah zaman və məkanda ola bilməz, «...zamanda ol- 



474 


maq -  nədənsə əvvəl  və  yaxud sonra mövcud olmaq və  yaxud 

meydana  gəlmək  deməkdir».  «Allah  sadəcə  olaraq  dünyanı 

zamandan və məkandan kənarda yaradır. Kainatın yaradılması 

üçün  heç  bir  «nə  vaxt»  mövcud  deyil,  elə  zaman  yoxdur  ki, 

həmin  anda  Allah  yaratma  aktını  həyata  keçirir.  Kainatın 

mövcudluq  zamanı  ilə  onun  varlığının  Allah  tərəfindən 

yaradıldığı zaman arasında heç bir əlaqə yoxdur...»."*^ 

Təbiətüstü  qüvvənin  mövcudluğunun  məntiqi  yolla  sübutu 

olmadığı üçün dini şüurun atributu kimi inam aktı çıxış edir (əl- 

Qəzali). Dini inam sadəlövhlük deyil. İnam yalnız dinə deyil, bir 

çox şüur formalarına da aiddir. Məsələn, müəyyən ideala inam. 

Dini inamın isə mərkəzi obyekti - Allah ideyasıdır. 

Mütləq  Varlıq  olan  Allah  rasional  vasitələrlə  dərk  edilə 

bilməz.  Dünyanı  öz-özünə  kifayət  edən  bir  şey  kimi  anlayan 

insan ağılın imkanlarına inanır. Dünya haqqında dini təsəvvür 

isə  tamam  başqadır.  İnsan  zəkası  özünü  Mütləq  Varlığın 

mövcudluğuna  tabe  etməkdən  başqa  heç  nəyə  qadir  deyil. 

Mütləqin nə olduğu isə onun işi deyil. Dünya insanın ona necə 

münasibət bəsləməsinə görə deyil, burada Allah iradəsinin necə 

həyata keçməsinə görə məna kəsb edir. 

Görkəmli  müsəlman  sufi-mütəfəkkirləri  (əl-Qəzali,  əl-Ərə- 

bi.  Cəlaləddin  Rumi  və  b.) sübut edirlər ki,  yalnız bir Mütləq 

Varlıq  var.  O  tək  və  şəriksizdir,  əbədi  və  məkansızdır.  Bütün 

Kainatı  - canlı və cansız təbiəti, tək-tək əşyaları, cəmiyyəti, o 

cümlədən insanı şərti olaraq varlıq adlandırsaq da onlar fanidir, 

keçicidir, əvvəli və axırı var. Deməli, tək Varlıq və yoxluq var. 

Mövlana Cəlaləddin Rumiyə görə bütün ruhlar bir ruhda, yəni 

Allahda birləşir və əsl varlığa çevrilir. «Ey ruhumuzun ruhu, biz 

kimik  ki,  sənin  yanında  varlıq  deyib  ortaya  çıxaq»."*^  Bizə 

nəhəng  və  sonsuz  görünən  Kainat  da  Allahla  müqayisədə  heç 

nədir. «Dünya sənin nəzərində böyük və nəhayətsiz görünsə də 

bil ki, qüdrəti-İlahiyyə qarşısında bir zərrə də deyil».'*'* 



•*- Великие мыслители о великих вопросах. М.. «Гранд». 2000. с.372. 

Mevlana. Mesnevi. 1 (601). 

Yenə orada, 1 (524). 

475 


Allahın varlığını məntiqi yolla nə sübut, nə də inkar etmək 

mümkün  deyil.  Lakin  buna  baxmayaraq  Onun  varlığını  sübut 

etmək  cəhdləri  çox  olmuşdur.  Belə  cəhdlər  (dəlillər)  ənənəvi 

olaraq üç qrupa bölünür. 



Teoloji  dəlil  Allahın  varlığını  Kainatın  yüksək  dərəcədə 

təşkil  olunması  və  məqsədəuyğunluğunu  nümayiş  etdirmək 

yolu  ilə  sübut  etməyə  çalışır  və  əsaslandırır  ki,  belə 

məqsədəuyğunluq 

yalnız 

ağıllı, 


qüdrətli 

Yaradıcının 

məqsədəuyğun fəaliyyəti nəticəsində mümkün ola bilər. 

Kosmoloji dəlil belə bir faktdan çıxış edir ki, dünyada şeylər 

meydana gəlir və məhv olur, ona görə də hərəkətin ilk səbəbi və 

mövcudatın  dəyişməyən  başlanğıc  səbəbi  olmalıdır;  bu 

səbəbdən daha yüksək səbəb ola bilməz, o nə yaranır, nə də yox 

olur - 

0 əbədidir. 

Ontoloji  dəlil  sonsuz  varlığın  sadə  ideyasına  əsaslanır  və 

təsdiq  edir  ki,  bu  ideyanın  məntiqi  təhlili  əsasında  biz  nəticə 

çıxara  bilərik  ki,  bu  ideyaya  uyğun  gələn  nə  isə  özü  sonsuz 

varlıqdır,  yəni  Allah  zəruri  olaraq  mövcud  olmalıdır.  Orta 

əsrlərdə Avropada meydana gəlmiş ontoloji dəlil, fəlsəfədə çox 

ciddi mübahisələrin predmeti olmuşdur. 

XIX əsrin axırlarında F.Nitsşe göstərirdi ki, xristianların həm 

Allahın  oğlu,  həm  də  Allah  hesab  etdikləri  İsa  peyğəmbər 

çarmıxa  çəkilərkən  «İncil»də  deyildiyi  kimi  dirilməyib,  elə 

oradaca ölüb. Odur ki, xristian dini artıq bizim həyatın məqsəd 

və mənasını müəyyən etmir. Nitsşe deyirdi ki, «Allah öldüyü» 

üçün biz Onun müdafiəsindən, faktiki olaraq hər hansı ümumi 

qəbul  edilmiş  əxlaqi  standartdan  məhrum  olduq.  Allahsız 

dünyadakı  həyat  -  özümüzün  xüsusi  dəyərlərimizi  yaratmaq, 

Nitsşenin  «tənha  mövcudluq»  adlandırdığı  vəziyyətə 

uyğunlaşmaq, bizim həyatın məqsədsiz olduğunu və heç bir Ali 

Varlığın bizim taleyimizi izləmədiyini başa düşmək deməkdir. 

F.Dostoyevski  demişdir:  «Əgər  Allah  yoxdursa,  onda  hər 

şeyə icazə verilir». Ateist J.P.Sartr isə dindar Dostoyevskinin bu 

fikrini  tamamilə  qəbul  edir  və  deyir:  «Bu  ekzistensializmin 

başlanğıc  nöqtəsidir.  Doğrudan  da,  Allah  yoxdursa  hər  şey 

etmək olar, ona görə də insan təkbaşına buraxılıb, onun nə daxi 



476 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə