Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə158/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   154   155   156   157   158   159   160   161   ...   164

lində,  nə  də  xaricində  arxalanacağı  dayaq  yoxdun>.'‘^  O, 

göstərir ki, elə bir ümumi əxlaq yoxdur ki, çətin mənəvi seçim 

vaxtı necə hərəkət etmək yolunu göstərsin. 

Göstərmək lazımdır ki, Allahı inkar edənlərin sayı getdikcə 

azalsa da, belələri hələ də var. Onların arasında bəzən görkəmli 

filosoflar da olur. 



5.2.

 

Fideizm, deizm, teizm, panteizm 

Fideizmə  (lat.  «fides»  -  inam)  görə  bizim  dini  biliyimiz 

rasional və yaxud təbii informasiyaya əsaslana bilməz, o yalnız 

və  yalnız  inam  üzərində  qurulur.  Dini  bilik  insanın  rasional 

imkanlarından xaricdə mövcuddur. Deməli, insan Allahı yalnız 

inam vasitəsilə qəbul etməlidir. Başqa sözlə dini bilik gizli, sirli 

vəhyə (Allahın göndərdiyi kəlama) əsaslanır. 



Deizm (lat. «deus»  - Allah) təliminə görə ilahi qüvvə fiziki 

aləmdən  ayrı  mövcud  olmaqla,  həmin  aləmi  yaradır,  onu 

hərəkətə gətirir, lakin sonradan Kainatda baş verən hadisələrə 

bilavasitə təsir göstərmir. 



Teizm (yun. «theos» - Allah) təsdiq edir ki, ilahi qüvvə bu və 

ya başqa şəkildə bilavasitə və yaxud şəxsən insanlar ilə bağlıdır. 

Teizm  politeist  (çoxallahlılıq)  və  monoteist  (təkallah-  lılıq) 

şəklində özünü göstərir. 



Panteizmə^^ görə Allah ayrıca bir varlıq deyil, bütün möv- 

cudatın  təbii  nizamının  məcmuudur.  Allah  ya  bütövlükdə 

Kainatdır, ya da Kosmosu  yaşadan, ona həyat verən enerjidir. 

Allah hər yerdədir və hər şeydir. Spinoza sübut etməyə çalışırdı 

ki, Allah və təbiət - eyni substansiyadır. 

Filosofların panteizmə münasibəti müxtəlif olmuşdur. İndiki 

dövrdə də panteizmin həm tərəfdarları, həm də tənqidçiləri var. 

Bizə elə gəlir ki, onun əleyhinə olanların sayı daha çoxdur. Bir 

neçə misal göstərək. 

Müasir  Kanada  filosofu  Hyüqo  Meynell  panteizmi 

bütövlükdə  qəbul  etsə  də,  onu  özünəməxsus  qaydada  izah 

etməyə 


Ж.П.Сартр. Экзистенциализм - что гуманизм. В кн.: Сумерки богов. М.. 1989, с.327. 

Panteizm (yun. «pan» - hər şey, «theos» - Allah) Allah ilə təbiəti eyniləşdirən fəlsəfi təlimdir. 

477 


çalışır:  «Düşünürəm  ki,  teizm  panteizmə  ilk  baxışda 

göründüyündən daha yaxındır. Tomas Akvinatın bu fikri mənim 

həmişə  xoşuma  gəlib:  «Allah  təbiətin  və  iradənin  hər  bir 

əməlində iştirak edir. Allah bütün mövcudatın fəal başlanğıcı və 

hərəkətverici  qüvvəsidİD>.  Bəs  onda  panteizmin  pis  cəhəti 

nədir?  Allahın  praktiki  olaraq  insan  günahından  başqa  bütün 

hadisələrin hərəkətverici qüvvəsi  olması  - bir məsələ, Allahın 

bu  hadisələrlə  eyniləşdirilməsi  -  başqa  məsələdir.  Mənə 

Spinozanın  «natura  naturans»  (yaradan  təbiət)  və  «natura 

naturata»  (yaradılan  təbiət)  arasında  fərq  qoyması  xoş  gəlir. 

Allah  «natura  naturans»  kimi  təbiətdə  fəaliyyət  göstərən  fəal 

prinsipdir».'*’ 

Daha  çox  filosof  Allahı  Yaradıcı  kimi  Kosmos  ilə 

eyniləşdirməyi qətiyyətlə rədd edirlər. Biz də onların mövqeyini 

daha  doğru  hesab  etdiyimiz  üçün  bir  neçə  misal  gətirmək 

istəyirik. Məsələn, alman filosofu Cozef Seyfert yazır: «Allahın 

mövcudluğu nəticəsinə gələrkən, biz eyni zamanda panteizmin 

mümkünsüzlüyünü anlayırıq. Zəruri olaraq mövcud olan Allah 

Onun  iradəsi  olmadan  mövcudluğu  mümkün  olmadığını 

bildiyimiz  dünya  ilə  eyni  ola  bilməz.  Əsl  atributları  İlahi 

xeyirxahlıq,  müdriklik  və  ədalət  olan  mütləq  yetkin  Varlıq 

mükəmməl olmayan sonlu, məhdud keyfiyyətləri olan varlıq ilə 

eyniləşdirilə bilməz».’** 

Bilavasitə  dinin  fəlsəfəsi  ilə  məşğul  olan  alimlər  də  pante- 

izm  ilə  razılaşmır.  Məsələn,  Olvin  Plantinqo  deyir:  «Mən 

panteizmə  qətiyyən  inanmıram,  çünki  mənim  fikrimcə 

panteizmin  mahiyyətini  təşkil  edən  ideyaya  görə  Allah 

Şəxsiyyət deyil, iradəsi və məqsədi olan, bu dünyanı yaradan və 

mənim  üçün  də  yer  tapılan,  öz  niyyəti  olan  şüurlu  Mahiyyət 

deyil. Allah elə Şəxsiyyətdir ki, mən eşidilmək ümidi ilə Ona 

müraciət  edə  bilərəm.  Panteizm  bunu  inkar  edir.  Mən  hətta 

Allahı  ətraf  mühit  ilə  eyniləşdirən  fikri  axıra  qədər  başa  düşə 

bilmirəm.  Məgər  Şəxsiyyət  Kainat  ilə  eyni  ola  bilərmi? 

Bilmirəm,  bu  necə  mümkün  ola  bilər?  Bu  mənim  üçün 

mənasızdır.  Rasional  mövqedə  dayanaraq  belə  fikri  başa 

düşmək çətindir. Kimsə 



Великие мыслители о ве.тиких вопросах, с.340-341. Yenə 

orada, s.342. 

478 


nin təbiətini və funksiyalarım başa düşməkdir, həmçinin Allahın 

varlığını fəlsəfi cəhətdən əsaslandırmaq, onun təbiəti, dünyaya 

və insana münasibəti haqqında fikirləşməkdir. 

Dinin fəlsəfəsi sözün dar mənasında Allah və din haqqında 

konkret, müstəqil, ciddi fəlsəfi düşüncədir, fılosofluğun xüsusi 

növüdür. 

Din - mifologiyaya nisbətən fəlsəfəyə daha  yaxındır. Lakin 

fərq  də  çoxdur.  Din  -  mənəvi,  fəlsəfə  isə  daha  çox  nəzəri 

şüurdur.  Din  -  müddəalarını  sübut  etməyi,  məntiqi  cəhətdən 

əsaslandırmağı  tələb  etmir,  o  inamın  həqiqiliyini  ağılın 

həqiqiliyindən üstün tutur. Təsəvvüf (sufi) mütəfəkkirlər də bu 

fikirdə  idilər.  Ümumiyyətlə  fəlsəfə  ilə  dinin  qarşılıqlı 

münasibəti fəlsəfə tarixində heç vaxt birmənalı olmamışdır. 

Hegelə  görə  fəlsəfə  və  din  eyni  dərəcədə  insanın  Mütləqi 

dərk etməsinə xidmət edir. Lakin din təsəvvür və obrazlardan, 

fəlsəfə isə məntiqi anlayışlardan istifadə edir. 

Dinin  fəlsəfəsi  həmişə  ya  fəlsəfi  dinşünaslıq,  ya  da  fəlsəfi 

ilahiyyatçılıq  (teologiya)  kimi,  yəni  ya  dini  etiqadların  indi 

mövcud olan sisteminin fəlsəfi təhlili, ya da ilk növbədə Allah 

haqqında fəlsəfi təlim formasında çıxış edir. 

ninin fakftfasi Ö7ünün fəlsəfi-teoloii formasında fəlsəfə ilə 

dinin  bir  yerdə  qovuşmasıdır.  Allah  haqqında  fəlsəfi  təlim 

yaratmaq - fəlsəfi ilahiyyatçılığın ən əsas funksiyasıdır. 

Din ilə fəlsəfə arasındakı qarşılıqlı münasibət tarixən dəyiş- 

gən və müxtəlif olmuşdur. Əgər fəlsəfədə materialist xətt ardıcıl 

olaraq özünü dini dünyagörüşə qarşı qoyursa, idealist fəlsəfənin 

müxtəlif  cərəyanları  dəfələrlə  ilahiyyat  (teologiya)  ilə 

birləşmişdir. Fəlsəfə həmişə insan zəkasının gərgin işləməsidir, 

nəzəri  şüurdur.  Dinin  fəlsəfəsi  -  dinin  nəzəri  cəhətdən 

əsaslandırılmasıdır. 

Din ilə elm arasında əlaqə haqqında da müxtəlif, çox hallarda 

ziddiyyətli  fikirlər  var.  Materialistlər  din  ilə  elmi  bir-  birinə 

qarşı qoyur, onların düşmən olduğunu deyirlər. İla- hiyyatçılar 

həmişə dini elmdən yüksək tuturlar. Bir çoxları isə din və elmin 

bir-birinə  zidd  olmadığını,  hətta  yardımçı  olduqlarını  deyirlər. 

Bəziləri isə onların müstəqil sahələr olduğunu 



481 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə