Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə159/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   156   157   158   159   160   161   162   163   164

göstərir  və  bir  həqiqətə  -  Allahın  varlığına  doğru  apardığını 

təsdiq edirlər. Məsələn, İbn Rüşdün «ikili həqiqət» təlimi buna 

misaldır. 

Britaniya  antropoloqu,  müasir  funksionalizmin  yaradıcısı 

Bronislav  Malinovski  yazır:  «Elm,  magiya  və  din  əşyalara, 

müvafiq  fikri  proseslərə,  sosial  təşkilatlara  və  praqmatik 

funksiyalara  münasibətə  görə  fərqlənirlər.  Onların  hər  birinin 

başqalarından  aydın  şəkildə  fərqlənən  forması  var.  Elm- 

texnologiyada  ifadə  olunur,  müşahidəyə  əsaslanır,  nəzəri 

cəhətdən qısaca şərh edilmiş qaydaların, daha son mərhələdə isə 

bilik sisteminin tərkibində olur. Magiya - mərasim, hərəkət, söz 

və  cadunun  birləşməsi  kimi  çıxış  edir.  O  insana  müşahidə  və 

təcrübə  vasitəsilə  deyil,  mifoloji  təsəvvürlərə  əsaslanan 

möcüzələrdə açılır. Din - kütləvi və yaxud xüsusi təntənə, dua, 

qurbanvermə və dini ayin formasını qazanır».^' 

Böyük elmi  nailiyyətlərin, məsələn, Nyütonun  qanunlarının, 

Eynşteynin nisbilik nəzəriyyəsinin və başqa kəşflərin qaynağını 

müqəddəs  dini  kitablarda  axtarmaq  bizcə  düzgün  deyil.  Belə 

münasibət  dinin  rolunu  kiçiltməkdir.  Din  -  insanı  fani,  keçici 

maddi  dünya  üçün  deyil  əbədiyyət  üçün  hazırlayır,  onun 

mənəviyyatını  saflaşdınr,  Allaha  yaxınlaşdırır.  Elmin  isə  öz 

vəzifələri  var  -  real  gerçəkliyi  öyrənmək.  Bununla  əlaqədar 

Harvard  (ABŞ)  universitetinin  professoru  Oyen  Qinqric  haqlı 

olaraq deyir: «Mən Bibliyanı heç də elmi soraq kitabçası hesab 

etmirəm və bu məsələdə Bibliya göyün necə qurulduğunu deyil, 

insanın oraya necə getməyini öyrədir, - fikrini irəli sürən Qalileyi 

qızğın müdafiə edirəm. Ona görə də mən Bibliyanı dərs vəsaitinə 

oxşar bir şey etmək istəyənlərlə mübahisə etməyə hazıram».®^ 



Б.Малиновский. Научная теория культуры. M.. ОГИ. 2(Ю0. 

с.182-183. Великие .мыслители о велики.х вопроса.\. с.258. 

482 


6.

 

Mədəniyyətin fəlsəfəsi 

6.1.

 

Mədəniyyətin fəlsəfi anlayışı 

'Mədəniyyətin 

fəlsəfəsi 

ümumiyyətlə 

mədəniyyətin 

mahiyyətini və mənasını başa düşməyi ifadə edir. 

Orta əsrlərdə  «kult» (pərəstiş) sözü  «kultura» (mədəniyyət) 

sözündən daha çox işlədilirdi; çünki «kult» sözü insanın Allaha 

məhəbbətində  özünün  yaradıcı  potensialını  açmaq  üçün  onun 

qabiliyyətini ifadə edirdi.^ 

İntibah  dövründə  mədəniyyət  haqqında  antik  təsəvvürlər 

yenidən  üzə  çıxır.  Belə  təsəvvür  hər  şeydən  əvvəl  harmonik, 

yüksək inkişafa can atan insanda fəal yaradıcı başlanğıcı ifadə 

edirdi.  V  Sözün  müasir  mənasında  «mədəniyyət»  sözü  XVIII 

əsrdən başlayaraq işlənir.. Tamamilə müstəqil anlayış kimi bu 

sözə  ilk  dəfə  alman  hüquqşünası  və  tarixçisi  S.Pufendorfun 

(1632-1694)  əsərlərində  rast  gəlmək  olar.,  «Mədəniyyətin 

fəlsəfəsi»  termini  isə  XIX  əsrdə  alman  romantiki  V.Müller 

tərəfindən  elmə  gətirilmişdir.  Mədəniyyətin  klassik  anlamı 

tarixin fəlsəfəsinə əsaslanırdı. 



,Eduard  Taylor  (1832-1917)  mədəniyyətə  cəmiyyət  üzvü 

kimi  insana  xas  olan  bilik,  incəsənət,  əxlaq,  hüquq,  adət  və 

başqa  xüsusiyyətlərin  məcmuu  kimi  tərif  verirdi  <  O,  insan 

nəslinə  ümumi  təkamül  qanununun  fəaliyyəti  nəticəsində  öz 

yek-  cinsliyini  saxlayan  bütöv  birlik  kimi  baxırdı.  E.Taylor 

mədəniyyət  problemini  antropoloji  təmələ  çıxardı  və  insanı 

mədəniyyət subyektinə çevirdi. Mədəniyyət antropoloji anlayış 

kimi  irəli  sürüldü,  «homo  faber»in  müxtəlif  əməllərinin 

məcmuu hesab edildi. 

Z.Freyd  mədəniyyətin  genezisini  (mənşəyini)  insanın 

heyvani  təbiəti,  başqa  sözlə  insanın  vəhşiyə  oxşar  təbiəti  ilə 

əlaqələndirir.  Bu  halda  mədəniyyətin  özü  insanın  heyvani 

instik-  tini  cilovlamaq  vasitəsi  kimi  çıxış  edir/  Z.Freyd 

yazmışdır:  «İnsan  mədəniyyəti  deyəndə  mən  insan  həyatını 

heyvani şəraitdən yüksəyə qaldıran və onu heyvan həyatından 

fərqləndirən hər şeyi nəzərdə tuturam; mən həm də mədəniyyət 

ilə sivili- 

483 



zasiya  arasındakı  fərqə  məhəl  qoymuram;  həmin  insan 

mədəniyyəti,  məlumdur  ki,  müşahidəçiyə  özünü  iki  tərəfdən 

göstərir. Bir tərəfdən o insanlara təbiət qüvvələrini mənimsəmək 

və  öz  tələbatını  ödəmək  üçün  ondan  maddi  nemətlər  almaq 

imkanı  verən  bütün  qazanılan  bilik  və  qabiliyyəti  əhatə  edir; 

başqa  tərəfdən,  mədəniyyətə  insanların  öz  aralarındakı 

münasibəti  nizamlamaq,  xüsusən  əldə  edilən  maddi  nemətləri 

bölmək üçün zəruri olan bütün idarə qurumlan daxildir».*^ 

Lakin  hətta  Freydin  şagirdlərinin  bəziləri  tərəfindən  bu 

konsepsiya şübhə altına alınır. Məsələn, E.Fromm tamamilə əks 

konsepsiya  irəli  sürür:  məhz  tarix,  mədəniyyət  insanda  hansısa 

dağıdıcı potensiyanı üzə çıxarır. 

^  Gündəlik  həyatda  biz  «mədəniyyət»  deyəndə  ilk  növbədə 

incəsənət,  ədəbiyyat,  musiqi,  rəssamlıq  və  s.  sahələri  nəzərdə 

tuturuq.  «Sosiologiyada  mədəniyyət  anlayışı  yalnız  yaradıcılıq 

fəaliyyətinin  bu  növlərini  deyil,  daha  çox  sahəni  əhatə  edir. 

Mədəniyyət  cəmiyyət  üzvlərinin  bütün  həyat  tərzinə  aiddir  - 

geyinmək  manerası,  nigah  mərasimi  və  ailə  həyatı,  əmək 

fəaliyyəti,  dini  mərasimlər  və  boş  vaxtın  keçirilməsi  buraya 

daxildir.  Buraya  həm  də  insanların  yaratdıqlan  və  onlar  üçün 

dəyər hesab edilən predmetlər daxildir: yay və ox, kotan, fabrik, 

maşın, kompüter, kitab, mənzil»;^“* 

I  Mədəniyyət,  unikal  və  nisbətən  bütöv  fenomen  kimi  indiki 

dövrdə həm də böyük müxtəlifliyə malikdir. Ona görə də başqa 

elə bir söz tapmaq çətindir ki, onun mədəniyyət qədər çoxlu məna 

çalarları olsun. ı 

İnsanın  yaratdığı şeylər əvvəlcə fikirdə meydana gəlir, sonra 

isə işarə və əşyaya çevrilir. Mədəniyyətdə nə isə konkret bir şey 

var və ona görə də nə qədər yaradan subyekt varsa, o qədər də 

mədəniyyət  var.  ‘«Mədəniyyət  insan  varlığının  dərinliyini  və 

ölçüsüzlüyünü ifadə edir. İnsan nə qədər tükənməz və müxtəlif 

simalıdırsa, 

mədəniyyət 

də 


qədər 


çoxcəhətli, 

çoxaspektlidİD>.^<^ 



З.Фрейд. Будущее одной иллюзии. В кн.: Тотем и табу. М., «Олимп». 1997, с.350. 

Э.Гидденс. Социология. М., «Эдиторнал УРСС», 1999, с.44. 

П.С.Г'урсвич. Культурология. М., «Знание», 1996. с. 10. 

484 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə