Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə160/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   156   157   158   159   160   161   162   163   164

'Amerikalı sosioloq P.A.Sorokin (1889-1968) hesab edirdi ki, 

üç tip mədəniyyətin olması mümkündür: 1) mədəniyyətin «hiss 

edilən» tipi. Burada gerçəklik bilavasitə qavranılır; 

2)

 



«ideasional» tip rasional təfəkkür ilə xarakterizə olunur; 

3)

 



«idealist» tipdə intuitiv idrak hökmranlıq edir. P.A.Sorokinə 

görə mədəniyyətin bir tipindən başqasına keçməsi ilə əlaqədar 

sosial  münasibətlər  köklü  surətdə  dəyişir.  Mədəniyyətin 

müxtəlif  tiplərinin  bir  araya  sığışmaması  tarixdə  həmişə 

müharibələrə,  böhranlara,  fəlakətlərə  və  başqa  kataklizmlərə 

səbəb olmuşdur.®** / 

Amerikalı  antropoloq  və  kulturoloq  L.A.Uayt  (1900-1975) 

mədəniyyətə  müxtəlif  münasibətlərdən  bəhs  edərək  yazırdı: 

«Bəziləri  üçün  mədəniyyət  -  öyrədilən  tərbiyədir.  Başqaları 

üçün  tərbiyə  deyil,  onun  abstraksiyasıdır.  Bəzi  antropoloqlar 

üçün daş baltalar və saxsı qablar mədəniyyətdir, başqalan üçün 

heç  bir  maddi  şey  mədəniyyət  deyil.  Bəziləri  hesab  edir  ki, 

mədəniyyət yalnız insanlann şüurunda mövcuddur, başqalan isə 

hesab  edir  ki,  xarici  aləmin  yalnız  hiss  olunan  predmet  və 

hadisələri  mədəniyyətdir.  Bəzi  antropoloqlar  mədəniyyəti 

ideyalann  məcmusu  kimi  təsəvvür  edirlər,  lakin  bir-biri  ilə 

mübahisə edirlər ki, bu ideyalar harada yaşayır: bəzilərinə görə 

öyrənilən insanların şüurunda, başqalarına görə etnoloqlarm öz 

şüurunda».®’ 

,  Başqa  amerikalı  alim  S.P.Myordok  (1897-1985) 

mədəniyyətin yaranması səbəblərindən və onun mahiyyətindən 

bəhs  edərək  yazırdı:  1.  «Mədəniyyət  öyrətmə  yolu  ilə  verilir. 

Mədəniyyət instinktiv deyil, anadangəlmə deyil və bioloji yolla 

keçmir».  2.  «Mədəniyyət  tərbiyə  yolu  ilə  aşılanır».  3. 



«Mədəniyyət  sosialdır».  4.  «Mədəniyyət  ideasiondur. 

Mədəniyyəti təşkil edən qrup adətləri... ideal normalar kimi onu 

əhəmiyyətli  dərəcədə  konseptuallaşdırıb...».  5.  «Mədəniyyət 

məmnuniyyət  hissini  təmin  edir».  6.  «Mədəniyyət  adaptivdir 

(uyğunlaşandır).  Mədəni  dəyişikliklər  və  dəyişmə  prosesinin 

özü,  aydındır  ki,  üzvi  aləmdəki  təkamül  qədər  adaptivdir».  7. 

«Mədə- 

^

 Bax: П.А.Сорокин. Человек. Цивилизация. Общество. М.. 1992. 

Антология исследований культуры. T.I, СПб. «Университетская книга». 1997. с. 17. 

485 



niyyət inteqrativdir. Adaptasiya prosesinin məhsullarından biri 

kimi həmin mədəniyyətin elementləri uzlaşdırılmış və inteqra- 

tiv bütöv yaratmaq meylinə malikdir».^® 

Maraqlı  hesab  etdiyimiz  üçün  burada  amerikalı  alimlərin 

fikirlərindən bir qədər çox istifadə edirik. K.Hirts (1926) yazır: 

«İnsanın  özünün  toxuduğu  mənalar  toruna  düşmüş  heyvan 

sayan Maks Veberin nöqteyi-nəzəri ilə razılaşaraq hesab edirəm 

ki,  həmin  tor  -  mədəniyyətdir.  Onu  qanunlan  aşkar  etməklə 

məşğul olan eksperimental elm deyil, məna axtarmaqla məşğul 

olan interpretativ (şərh edən) elm təhlil etməlidİD>.^’ 

»  C.Feyblman  yazır:  «Hesab  edirik  ki,  mədəniyyətin  beş 

müstəqil  tipini  ayırmaq  və  ümumi  şəkildə  əlavə  ikisini  də 

göstərmək  olar.  Bu  tipləri  bir  şərti  olaraq  ibtidaiyə  qədər, 

ibtidai,  hərbi,  dini,  sivil,  elmi  və  elmdən  sonrakı  tiplər 

adlandırırıq»/®  ^Mədəniyyət  haqqında  olduqca  çox  fikirlərin 

olmasını  nəzərə  alaraq  mədəniyyətin  fəlsəfi  baxımdan 

öyrənilməsi tarixində onun əsas modellərini xeyli şərti olsa da 

aşağıdakı kimi müəyyənləşdirmək olar: 1. «Naturalist model» 

mədəniyyəti  onun  maddi-ənənəvi  təzahürlərinə  müncər  edir, 

mədəniyyətdə insanın davamını görür (Volter, Russo, Holbax). 

2.  Mədəniyyətin  «klassik  modelhmdə  insan  mədəniyyətin 

subyekti  olmaqla  özünün  mənəvi  imkanlarını  inkişaf  etdirən 

ağıllı  dinamik  varlıq  kimi  mədəniyyətin  yaradıcısı  kimi  çıxış 

edir (Kant, Hegel və b.). Mədəniyyətin bu modelinin əsasında 

humanizm,  rasionalizm  və  tarixilik  prinsipi  dayanır;  3. 

«Qeyri-klassik  (modernist)  model»  insanın  gündəlik  həyatına 

istiqamətlənib.  4.  Mədəniyyətin  «postmodernist  modeli» 

mədəni  reallığın  yenidən  canlanmasını  inkar  edir  və  belə  bir 

fikri  əsaslandırmağa  çalışır  ki,  dünya  elə  bil  insanın  ona  təsir 

etməsinə  müqavimət  göstərir;  5.  Mədəniyyətin  «aksioloji 

(dəyər)  modeli»  insan  varlığının  dəyərlər  aləmi  adlandıra 

biləcəyimiz sahəsini xüsusi  olaraq  ayırır. Onun əsas problemi 

dəyərlərin təbiətini, onların qaynağını və ümumi əhəmiyyətini 

başa düşməkdir; 6. «Fəal 



” Ycno orada, s.49-55. 

Yenə orada, s.l73. 

Yenə orada, s.203. 

486 


münasibət» 

vəziyyətində 

mədəniyyət 

insanın 


həyat 

fəaliyyətinin spesifik üsulu kimi çıxış edir; 7. Semiotik (işarələr) 

baxımdan  mədəniyyət  özünün  mahiyyət  xarakteristikası  kimi 

qeyd  edilir,  yəni  təcrübənin  bioloji  vəziyyətdən  kənarda  olan 

işarə  mexanizmi  ilə  ötürülməsi  kimi  baxılır;  8.  Strukturalist 

baxımdan  mədəniyyət  şəxsi  faktor  nəzərə  alınmadan  insan 

fəaliyyətini nizamlayan dəyər münasibətlərinin daşıyıcıları olan 

sosial  elementlərin,  «mədəni  «nümunələr»in  məcmusu  kimi 

başa düşülür (kəbin, ailə, adət, mətnlər, simvollar və s.); 

9.

 



Sosioloji  baxımdan  mədəniyyət  sosial  təsisat  kimi  şərh 

edilir; yəni təbiətdən fərqli olan sabit, dayanıqlı tam kimi başa 

düşülür;  10.  Humanitar  baxımda  əsas  diqqət  mədəniyyətin 

mənəvi-əxlaqi  subyekti  kimi  insanın  daha  da  kamilləşməsi 

istiqamətinə yönəldilir.^ 

Bir sıra Qərb alimləri təsdiq edirlər ki, standart və dəyərlər 

müxtəlif mədəniyyətlərdə spesifik xarakter daşıyır. Ona görə də 

insan  haqlarını  yalnız  bir  mədəniyyətin  əxlaqi  kodeksinə 

əsaslanaraq  müəyyənləşdirmək  və  onları  bütün  bəşəriyyətə 

tətbiq  etmək  cəhdi  lüzumsuzdur.  Bu  məsələdə  azadlıq  və 

ədalətin ümumdünya standartlarına əsaslanmaq lazımdır. 

İndiki  dövrdə  mədəniyyət  kommunikasiya  texnologiyası 

sayəsində  geomədəniyyətə  (geokulturaya)  çevrilir  və 

dövlətlərin  strateji  siyasətində  getdikcə  daha  çox  rol  oynayır. 

Bir çox alimlərin fikrincə bu meqakultura milli mədəniyyətlərin 

təkcə  qovuşması  xəttində  deyil,  həm  də  onların  içərisində 

formalaşır. 

İctimai  və  fərdi  həyatın  hansı  sferasını  və  ya  hadisəsini 

götürsək,  biz  hər  yerdə  ilk  növbədə  mövcud  cəmiyyətin, 

həmçinin müəyyən fərdin inkişaf səviyyəsindən asılı olan insan 

fəaliyyətinin  müxtəlif  variantlarını  müşahidə  edirik.  Məsələn, 

əmək sahəsində bu özünü əmək mədəniyyətində göstərir. 

Həyata  daxil  olarkən  insanlar  həmin  həyatın  mövcud 

şəraitinə  yiyələnmək  məcburiyyətindədir.  Həmin  şəraitə 

yiyələnmək dərəcəsi insanın mədəniyyətini müəyyən edir: dili 

mənimsəmə dərəcəsi - dil mədəniyyətini, əxlaqı mənimsəmək - 

əxlaq mədəniyyətini xarakterizə edir və s. Mənəvi fəaliyyət 

487 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə