Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə161/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   156   157   158   159   160   161   162   163   164

sferasında «mədəniyyət» anlayışı da xüsusi məzmuna malikdir və 

yalnız  yaradıcılığın  xarakterini  deyil,  həm  də  bu  yaradıcılığın 

nəticələrini qavramağın xarakterini müəyyən edir. 

Əmək  mədəniyyəti,  davranış  mədəniyyəti,  təfəkkür  və  nitq 

mədəniyyəti,  hissetmə  və  qavrama  mədəniyyətindən  danışmaq 

olar. Bütün bu hallarda söhbət insanlar, onların inkişaf səviyyəsi 

haqqında  gedir.  Ona  görə  də  yalnız  insan  vasitəsilə  onları 

mədəniyyət  ünsürləri  kimi,  əşyalaşmış  mədəniyyət  kimi  qəbul 

etmək  olar.  Bilavasitə  mədəniyyət  isə  -  yalnız  insanın 

xarakteristikası  kimi,  onun  mənəvi,  əxlaqi,  peşə  inkişafının 

dərəcəsi və sintetik xarakteristikası kimi çıxış edir. Elə buna görə 

də 


«mədəniyyət» 

kateqoriyasının 

praktiki 

fəlsəfənin 

kateqoriyalar  sisteminə  daxil  edilməsinin  mümkünlüyü  və 

zəruriliyi müəyyən edilir. 

Bir  sıra  heyvanlar  mədəniyyətə  oxşar  nə  isə  yarada  bilirlər. 

Məsələn, anlar gözəl memarlıq tikilisi - şanı yaradırlar, hörümçək 

şikarını  tutmaq  üçün  gözəl  tor  toxuyur,  qarışqalar  özləri  üçün 

böyük yuva tikirlər və s. Deməli onlar təbiətdə hazır olmayan şey 

yaradırlar. Lakin həmin canlı varlıqların fəaliyyəti təbii instinkt 

ilə  proqramlaşdırılır  və  bundan  kənarda  onlar  heç  nə  yarada 

bilməzlər. Onlar, insan kimi azad yaradıcılıq fəaliyyətinə malik 

deyillər. 

Deməli,  maddi  və  mənəvi  dəyərlərin  məcmusu,  həmçinin 

yaradılma  üsulları,  onlardan  insan  üçün  istifadə  etməyi 

bacarmaq, onları nəsildən-nəslə ötürmək qabiliyyəti mədəniyyət 

deməkdir (lat. «cultura» - becərmə, emal etmə). 

■ Dəyər mədəniyyət hadisəsidir və öz mahiyyətinə görə həm 

sosial, həm də fərdidir, o maddi və mənəvi dünya obyektlərinin 

ümumi cəhətdən müəyyənləşdirilməsi, onların insan və cəmiyyət 

üçün  müsbət  və  mənfi  tərəflərinin  üzə  çıxarılmasıdır.' 

Öz-özlüyündə əşyaların, hadisələrin insanlara aidiyyəti yoxdursa, 

onlar  dəyər  anlayışına  daxil  olmurlar.  Dəyər  anlayışı  - 

«əhəmiyyət», «fayda» və ya «ziyan» anlayışı ilə əlaqədədir. 

Bir-birinə  qarşı  qoymadan  maddi  və  mənəvi  mədəniyyətləri 

ayırmaq  olar.  Maddi  mədəniyyətdə  onu  formalaşdıran  mənəvi 

başlanğıc var, çünki burada insanın ideyasının, biliyinin. 



488 


məqsədinin  ifadəsi  olduğu  üçün  onu  mədəniyyət  adlandmrlar. 

Mənəvi mədəniyyət məhsulları da çox vaxt maddi forma kəsb 

edirlər. Başqa sözlə, mədəniyyət ünsürü cismanidirsə - o maddi 

mədəniyyət,  əgər  o  ideyalar,  obrazlar,  nəzəriyyələr  və  b. 

formada mövcud olursa  -  o halda o mənəvi mədəniyyət hesab 

edilir., 

Cəmiyyətdə  insanlar  tərəfindən  yaradılan  maddi  sərvətlər 

mədəniyyətin  mövcudluğunun  yalnız  xarici  formasıdır.  Onun 

əsl məzmunu isə insanın özünün inkişafındadır. 

Maddi  mədəniyyət  insanın  praktiki  cəhətdən  təbiəti 

mənimsəmək  səviyyəsinin  göstəricisidir.  Mənəvi  mədəniyyətə 

isə  elm  və  onun  nailiyyətlərinin  istehsala  və  məişətə  tətbiq 

edilməsi  dərəcəsi,  təhsilin  səviyyəsi  və  keyfiyyəti,  maarifin 

vəziyyəti,  tibbi  xidmət,  incəsənət,  əxlaq  normaları,  insanların 

davranışı,  onların  tələbat  və  maraqlarının  inkişaf  səviyyəsi 

daxildir. 

Mədəniyyətin  sabit  tərəfi  mədəni  ənənələrdir.  Mədəni 

ənənələrin diapazonu nə qədər zəngin və genişdirsə, bütövlükdə 

bəşəriyyətin mənəvi həyatı da o qədər zəngindir. 

6.2.

 

Sivilizasiya 

Sivilizasiya anlayışı, «Sivilizasiya» termini şəhər sakini olan 

vətəndaşa aid edilən latınca  «sivilis» sözündən  yaranıb.  Lakin 

bu  sözün  mənası  tədricən  genişlənir,  onun  etimologiyası  və 

başlanğıcda işlədilən mənası sonralar başqa məzmun qazanır. 

«Sivilizasiya»  anlayışını  «vətəndaş»,  «dövlət»,  «cəmiyyət» 

mənasında  qəbul  edən  İbn  Xaldun  göstərirdi  ki,  konkret  bir 

dövlət,  siyasi  quruluş  meydana  gəlir,  inkişaf  edir  və  nəticədə 

tənəzzülə uğrayır. Sonra yeni dövlət və yeni sivilizasiya yaranır. 

Belə  dövri  proses  daim  baş  verir.  İbn  Xaldun  sivil  həyatın 

dağılmasının  bir  sıra  əsas  səbəblərini  aşağıdakı  qaydada 

göstərmişdir: 1) qarşılıqlı əlaqə və həmrəylik münasibətlərinin 

zəifləməsi,  cəmiyyətin  bütövlüyünün  pozulması;  2)  dinin 

zəifləməsi 

nəticəsində 

insanlar 

arasındakı 

normal 


münasibətlərin  pozulması;  3)  hakimiyyətin  xalqdan  uzaqlaşıb 

özgələşməsi, 



489 


ona görə də idarəçiliyə xaricdən məmurların dəvət edilməsi

4)

 



özbaşınalığın,  zalımlığın  və  qorxu  hissinin  güclənməsinin 

təzahürü kimi tiraniyanın yaranması; 5) hakimiyyət tərəfindən 

ədalət  prinsipinin  pozulması  və  bunun  nəticəsində  sosial 

təbəqələşmənin  baş  verməsi;  6)  zinət  və  israfçılığa  meyl  və 

şəhər mədəniyyətinin pozulması.’ 

Elmi  ədəbiyyatda  sivilizasiya  anlayışı  müxtəlif  mənalarda 

işlədilir. Bu anlayış həm mədəniyyətin sinonimi, həm də nə isə 

onun  əksi  kimi  izah  edilir.  Eyni  zamanda  çox  hallarda 

sivilizasiya anlayışı konkret cəmiyyəti xarakterizə etmək üçün 

işlədilir. Məsələn, Qədim Misir, Bizans, ərəb, türk,  İran və b. 

sivilizasiyalarda olduğu kimi. Bu barədə bir qədər aşağıda bəhs 

ediləcək. 

(«Sivilizasiya»  anlayışı  termin  kimi  XVIII  əsrdə 

«mədəniyyət»  anlayışı  ilə  sıx  əlaqədə  meydana  gəlmişdir. 

Fransız  maarifçiləri  ağıla  və  ədalətə  əsaslanan  cəmiyyəti  sivil 

hesab  edirdilər.  XIX  əsrdə  bu  söz  daha  çox  Qərbi  Avropa 

xalqlarının yüksək mədəniyyətini ifadə etmək, hətta kapitalizmi 

xarakterizə etmək üçün işlədilirdi.. 

I  Mədəniyyət  və  sivilizasiyanın  müxtəlif  anlayışları  əvvəlcə 

Almaniyada yaranmışdı. Kant sivilizasiya deyəndə - cəmiyyət 

və şəxsiyyət həyatının xarici tərəfini, mədəniyyət deyəndə isə 

-

 



onların  mənəvi  mahiyyətini  və  yaxud  mənəvi  potensialını 

nəzərdə  tuturdu.  Alman  fəlsəfəsi  sonralar  da  bu  fərqi  xüsusi 

göstərirdi.  İngiltərədə  isə  bu  iki  termin  eyni  mənada 

işlədilmişdi.  Sonralar  da  -  XIX  və  XX  əsrlərdə  ingilis  dilli 

əsərlərdə mədəniyyət və sivilizasiya çox hallarda sinonim kimi 

verilirdi.» 

Görkəmli türk alimi Ziya Gökalp (1876-1924) mədəniyyəti 

-

 



regional,  milli  hadisə,  sivilizasiyanı  isə  -  beynəlmiləl, 

ümumbəşəri  hadisə  hesab  edirdi.  Deməli,  sivilizasiya 

mədəniyyətə nisbətən daha geniş məvhumdur, o özünün bütün 

təzahürlərində beynəlmi ləldir. 

I Sivilizasiya -  yüksək sosial-siyasi, iqtisadi, mədəni inkişafa 

çatmaq  vasitələrini,  mədəniyyəti  mənimsəmiş  və  mədəniləş- 

miş mühitdə yaşamağı və fəaliyyət göstərməyi bacaran insanı 

490 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə