Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə162/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   156   157   158   159   160   161   162   163   164

özündə birləşdirir. Sivilizasiya mədəniyyətin özünün mürəkkəb 

varlığını xarakterizə edir. ' 

Sivilizasiyanı maddi mədəniyyətin sinonimi hesab edənlər isə 

göstərirlər  ki,  sivilizasiya  təbiət  qüvvələrini  mənimsəməyin 

kifayət  qədər  yüksək  pilləsi  kimi  özündə  texniki  tərəqqinin 

güclü enerjisini daşıyır və maddi nemətlər bolluğunu yaratmağa 

kömək edir. 

,  Mədəniyyət  və  sivilizasiyanın  bir-birinə  zidd  olması 

haqqında  fikirlər  də  var.  Belə  fikrin  ilk  təmsilçilərindən  biri 

alman sosioloqu Ferdinand Tonnis (1855-1936) olmuşdu. Onun 

fikrinə görə, industrial cəmiyyət ailə-tayfa əlaqələrinə, mənəvi 

yaxınlığa,  qarşılıqlı  qayğıya  əsaslanan  insanlann  ənənəvi 

münasibətlərini  dağıdır,  onları  fayda  prinsipinə  əsaslanan 

utilitar münasibətlərlə əvəz edir., 

Buna oxşar mövqelərdən biri də O.Şpenqlerin görüşüdür. O, 

mədəniyyəti  üzvi,  yaradıcı  mənəvi  hadisə  hesab  edərək,  onu 

utilitar, texnoloji, maddi hadisə olan sivilizasiyaya qarşı qoyur. 

H.

 



Markuze də mədəniyyəti sivilizasiyaya qarşı qoyurdu. 

j Deyilənlərdən nəticə çıxararaq sivilizasiya haqqında fikirləri 

aşağıdakı kimi ümumiləşdirmək olar. ^ 

1 1. Sivilizasiya - insanın heyvani vəziyyətdən və vəhşilikdən 

həyatın insani formasına yüksəlmək yolundakı tərəqqisini təmin 

edən  nailiyyətdir.  Sivilizasiyanın  nailiyyətləri  -  maşınların 

ixtirası,  elektrik  enerjisindən  istifadə  edilməsi,  yeni  daha 

məhsuldar  heyvan  və  bitki  növlərinin  yetişdirilməsi  və  s. 

vasitəsi  ilə  təbiətin  texnoloji  cəhətdən  mənimsənilməsi  ilə 

əlaqədar  olduğu  kimi,  sosial  münasibətlərin  tənzimlənməsini 

təkmilləşdirmək (əlifbanın, pulun, bazarın və s. yaranması) ilə 

də əlaqədardır. ^ 

^2. «Sivilizasiya» termini ilə bütün dəyişikliklərə və təsirlərə 

baxmayaraq böyük tarixi zaman kəsiyində özünəməxsusluğunu 

və unikallığını saxlayan insan və ölkələrin nə isə sabit birliyini 

də  göstərirlər.  Başqa  sözlə,  bu  birlik  -  cəmiyyətin  müəyyən 

mədəni-tarixi  tipi  və  yaxud  hansısa  superetnosdur.  Məsələn, 

Yaponiya və ya Rusiya, və yaxud ölkə və regionla- 

491 



nn bütöv qrupları, məsələn, Avropa ölkələri və ya ərəb dünyası, 

türk dünyası və s. / 

,  3.  Bəşəriyyət  tarixində  «tradisyon»  və  «texnogen»  tipli  si- 

vilizasiyalan  ayırmaq  olar.  «Texnogen  sivilizasiya»  termini 

inkişafın  elə  xüsusi  tipidir  ki,  onun  əsasını  istehsal  və 

idarəetmənin texnologiyasındakı fərq təşkil edir. Bu termin erkən 

kapitalizmin  təşəkkül  tapdığı  dövrdə  yaranmış  və  yarandığı 

bölgənin  adı  ilə  «Qərb  sivilizasiyası»  adlanır.  «Texnogen 

siviliza- siya»dan tarixən daha əvvəl sivilizasiyanın erkən tipi  - 

ənənəvi  cəmiyyət  mövcud  olmuşdur.  Qədim  Hindistan  və  Çin, 

Qədim  Misir  və  b.  -  ənənəvi  cəmiyyətin  əyani  nümunəsidir. 

Ənənəvi  cəmiyyət  nümunələri  indi  də  mövcuddur.  Sənaye 

inkişafı yoluna təzəcə çıxmış bəzi ölkələr də bu qəbildəndir. ^ 

Texnogen  sivilizasiyanı  inkişafın  ən  yeni  tipi  hesab  edən 

alimlərin  fikrincə,  bu  sivilizasiyanın  meydana  gəlməsi  ilə 

əlaqədar mədəniyyətlərin qarşılıqlı təsiri kəskin şəkildə güclənib. 

Yeni  texnologiyanı,  elmi,  təhsil  sistemini  mənimsəmək  ilə 

əlaqədə  olan  modernləşmə  prosesi  tradisyon  mədəniyyətlərin 

təməl  dəyərlərinin  transformasiyasını  yaratdı.  Buradan  belə  bir 

nəticə  çıxarılır:  «Bu  prosesdə  tradisyon  mədəniyyətlərin  çoxu 

dağıldı,  müvafiq  cəmiyyətlər  texnogen  inkişaf  yoluna  keçdi. 

Lakin  yalnız  itirmə  deyil,  müvəffəqiyyət  də  olmuşdu».‘‘ 

Tradisyon mədəniyyətlərin texnogen sivilizasiyaya əks təsiri isə, 

onların fikrincə, əhəmiyyətsiz dərəcədə olmuşdur. 

I  4.  Bəzi  hallarda,  yuxarıda  deyildiyi  kimi,  mədəniyyət  və 

sivilizasiya  anlayışları  sinonim  kimi  nəzərdən  keçirilir,  yüksək 

tərbiyəli  və  təhsilli  adamların  birliyi  hesab  edilir.  Bu  insanlar 

arasındakı  münasibətlər  mülki  qanunlar  və  əxlaqi  qaydalar  ilə 

tənzimlənir,  tamamilə  əmlak  vəziyyətindən  və  əmlak 

bölgüsündən asılıdır. 

Bir  çox  alimlər  dini  -  mədəniyyətin  və  sivilizasiyanın  əsası 

hesab edirlər. Məsələn, A.Toynbi göstərir ki, indiki dövrdə beş 

sivilizasiya  mövcuddur:  Qərb,  Şərq-pravoslav,  islam,  hind  və 

Uzaq Şərq sivilizasiyaları, 

N

 

Bax: Жури. «Вопросы философии», № 8, 1999. c.70. 



492 


5.

 

Mədəniyyət  -  mənəvi  fenomen,  fəlsəfi,  əxlaqi,  hüquqi, 



dini və bədii idealların, həmçinin normativ dəyər və qaydaların 

məcmuu kimi müəyyənləşdirilir; sivilizasiya isə - mədəniyyətin 

maddiləşdirilməsi,  əşyavi-texniki  və  sosial-siyasi  təşkilatların 

məcmuudur.  Məqsəd  insanlara  öz  ictimai  həyatlarını 

sosial-iqtisadi  cəhətdən  layiqincə  təşkil  etməyə  yardım 

göstərmək,  nisbətən  yüksək  maddi  həyat  şəraitini  təmin 

etməkdir. 

O.Şpenqler «Avropanın qürubu» kitabında göstərdi ki. Qərbi 

Avropa mədəniyyətinin çiçəklənməsi sona çatdı və sivilizasiya 

fazasına  daxil  oldu,  elə  buna  görə  də  nə  mənəviyyat,  nə  də 

incəsənət sahəsində bu mədəniyyət artıq heç bir orijinal şey verə 

bilməz.  Yenilik  işığından,  yüksək  bədii  və  metafizik 

məhsuldarlıqdan  məhrum  olan  təmiz  ekspansionist  fəaliyyət 

əsri başladı. Tənəzzül dövrü özünün gəlişini belə göstərir. 

Şpenqlerə  görə,  sivilizasiya  mədəniyyətin  süqutu  və 

deqradasiyasıdır. 

Burada 

insanın 


mənəvi 

fəaliyyəti 

əşyavi-texniki formalar tərəfindən cansızlaşdınlır və əzilir. 

6.

 



Sivilizasiya bəşəriyyətin inkişafında tarixi mərhələ hesab 

edilir.  F.Engels  yazırdı:  «Sivilizasiya  ictimai  inkişafın  elə 

mərhələsidir  ki,  burada  əmək  bölgüsü,  ayrı-ayrı  insanlar 

arasında bundan doğan  mübadilə və bu iki prosesi  birləşdirən 

əmtəə istehsalı tam yüksəlişə çatır və bütün əvvəlki cəmiyyətdə 

çevriliş edir».**^ 

Böyük  zaman  kəsiyində  sivilizasiyaya 

aid  olan 

metodologiyalar  çərçivəsində  «tarixi  və  qeyri-tarixi  xalq» 

konsepsiyası,  Hegelin  əxlaqın  inkişafının  üç  mərhələsi  (ailə, 

vətəndaş cəmiyyəti və dövlət), Kantm təkamülün üç mərhələsi 

(teoloji,  metafizik,  pozitiv)  fikri,  Marksın  ictimai-iqtisadi 

formasiyalar təlimi və s. nəzəriyyələr meydana gəlmişdirt 

A,Toynbinin  (1889-1975)  lokal  sivilizasiyalar  nəzəriyyəsi 

Sivilizasiya  Toynbi  tərəfindən  üç  nəslə  bölünür.  Birinci  nəsil 

sadə, kiçik, yazısı olmayan mədəniyyətlərdir. Onların sayı çox, 

yaşları isə azdır. Onlar birtərəfli ixtisaslaşmaları ilə fərqlənirlər 

və  konkret  coğrafi  məkandakı  həyata  uyğunlaşırlar.  Onlarda 

dövlətçilik, təhsil, dini təşkilatlar, elm və incəsənət 

K.MapKC H 

3nrejibc. Coımııeıına. T.21. c.173

-174. 

493 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə