Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə164/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   156   157   158   159   160   161   162   163   164

«Beşincisi,  yerli  mədəni  özəlliklər  və  fərqlər  iqtisadi  və 

siyasi sahələrə nisbətən dəyişmələrə daha az məruz qalırlar, elə 

buna görə də onların kompromisə gəlmələri daha çətin 

O

1



UD

>. 


«Altıncısı,  müasir  dünyada  iqtisadi-regionalizm  güclənir. 

Regional  blokların  əhəmiyyəti  gələcəkdə  də  artacaqdiD).^^^  ' 

Son  nəticədə  Hantinqton  Qərb  ilə  yerdə  qalan  bütün  dünyanı 

qarşı-qarşıya  qoyur,  barışmaz  ziddiyyətlərin  daha  da 

kəskinləşəcəyini 

proqnozlaşdırır. 

O, 

deyir: 


«Lakin 

fərdiyyətçilik,  liberalizm,  konstitusiyaçılıq,  insan  haqları, 

bərabərlik,  azadlıq,  qanunun  aliliyi,  demokratiya,  azad  bazar, 

kilsənin  dövlətdən  ayrılması  kimi  Qərb  ideyaları  başqa 

mədəniyyətlərdə  demək  olar  ki,  heç  bir  əks-səda  yaratmır. 

Qərbin mədəni  imperializminin  əksinə olaraq, özünün orijinal 

böyük  mədəniyyətlərinin  keçici,  müvəqqəti  olmadığını  xüsusi 

vurğulayan  təməlçi  hərəkətlər  güclənir.  Gələcəkdə  dünya 

siyasətinin  əsası,  görünür  ki.  Qərb  ilə  yerdə  qalan  dünya 

arasındakı münaqişə olacaqdın).^’ Qərb sivilizasiyasını unikal, 

lakin universal hesab etməyən Hantinqton göstərir ki, elə buna 

görə  də  bu  sivilizasiya  dünyanın  yerdə  qalan  hissəsi  üçün 

yaramır. 

Biz hesab edirik ki, sivilizasiyaları belə kəskin şəkildə bir- 

birinə  qarşı  qoymaq  olmaz,  indiki  qloballaşma  dövründə 

müxtəlif  sivilizasiyaların  qarşılıqlı  əlaqəsi  və  dialoqu  zəruri 

tarixi prosesdir. 

 * * 



Mədəniyyət  hadisələrinin  öyrənilməsi  ilə  çoxlu  konkret 

elmlər  məşğuldur:  arxeologiya,  antropologiya,  etnoqrafiya, 

tarix, sosiologiya. Buraya həmçinin incəsənəti, əxlaqı, dini və s. 

öyrənən elmlər də daxildir. Konkret elmlərin hər biri öz tədqiqat 

predmeti  daxilində  mədəniyyət  haqqında  müəyyən  təsəvvür 

yaradır. 

Mədəniyyət fəlsəfəni özünün xüsusi, empirik təzahürlərində 

deyil,  ümumiyyətlə  insan  həyatının  fenomeni  kimi  maraq- 

landınr. Məhz fəlsəfə hər cür xırda cəhətlərdən fıkrən uzaqla- 

' Yenə orada, s.2l6. 

' Yenə orada, s.217. 

497 



şaraq  mədəniyyətin  nə  olduğu  sualını  qoya  bilər,  insanın  və 

cəmiyyətin  inkişafında  onun  rolunu  müəyyənləşdirə  bilər. 

Dünyagörüşü  əhəmiyyəti  kəsb  edən  ümumi  problemlər 

mədəniyyətin fəlsəfi analizinin predmeti ola bilər. 

6.3.

 

Estetik şüur 



Müxtəlif mədəniyyət növləri (iqtisadi, ekoloji, siyasi, elmi, 

dini və s.) var ki, insanın çeşidli fəaliyyət formasını əks etdirir. 

Lakin  mədəniyyət  aləmində  əxlaqi-etik  və  estetik  cəhətlər 

xüsusi yer tutur. 

Estetik  şüur  insanın  və  bütövlükdə  cəmiyyətin  mənəvi 

həyatının müxtəlif təzahürlərini əks etdirir. «...Heç bir sahədə... 

estetik hissə malik olmadan mənəvi inkişaf ola bilməz».*^* 

Çox  cəhətdən  uyğun  olan,  lakin  eyni  olmayan  iki  əsas 

anlayışı  bir-birindən  ayırmaq  lazımdır  -  ümumiyyətlə  estetik 

şüur və şüurun ali təzahürü olan incəsənət.  Estetik  şüur insan 

fəallığının  bütün  hadisələrində  -  elmi  təfəkkür  və  yaxud  hissi 

müşahidə, istehsal fəaliyyəti və yaxud məişətdə özünü göstərir. 

Estetik  təfəkkür  özünün  xüsusi  elmini  -  estetikanı  yaradır. 

İncəsənət  isə  dünyanın  mənəvi  cəhətdən  mənimsənilməsinin 

xüsusi növüdür. İnsan incəsənətdə sərbəst olaraq öz dünyasını 

yaradır,  orada  insan  özünün  subyektiv  məzmununu  ümumi 

əhəmiyyəti olan bütöv varlığa çevirir. 

Estetikanın  kateqoriyaları  aşağıdakılardır:  gözəllik  və 

eybəcərlik; ucalıq və qəhrəmanlıq; faciəlik və məzhəkəlik. 

Estetik  kateqoriyalardan  başqa  estetik  şüur  sisteminə 

aşağıdakı  elementlər  daxildir:  estetik  hiss  (həyəcanlanmaq, 

başqasının dərdinə şərik olmaq, həzz almaq qabiliyyəti); estetik 

zövq  (gözəlliyin  müxtəlif  təzahür  formaları  haqqında 

mühakimə  yürütmək  qabiliyyəti);  estetik  qiymət  bədii 

qavrayışın elə xüsusi növüdür ki, qavranılan şeyə müsbət və ya 

mənfi münasibəti əks etdirən geniş mühakimə formasında ifadə 

edilir. 

Fəlsəfə tarixində incəsənətin mənfi rol oynadığını göstərən 

mütəfəkkirlər də olmuşdur. Məsələn, Platon təsdiq edirdi ki. 

Гегель, Работы разных лет. T.l, M.. 1970, c.212. 

498 



incəsənət yanılmadır, o ziyan gətirir, ona görə də özünün təsvir 

etdiyi ideal cəmiyyətdə incəsənətə yer vermir. Onun incəsənət 

əleyhinə  çıxışı  iki  müxtəlif,  lakin  qarşılıqlı  əlaqədə  olan 

problem əsasında qurulur: əvvəla, incəsənət bizə bilik verirmi, 

yoxsa  bizi  reallığın  mahiyyətindən  uzaqlaşdırır?;  ikincisi, 

incəsənət harmonik daxili mənəvi vəziyyət yaratmaq işində bizə 

kömək  edirmi,  yoxsa  o  bizim  emosiyaları  tam  çılpaqlıqla  üzə 

çıxarır və insanın ağılla hərəkət etməsinə mane olur? Platon hər 

iki  halda  incəsənəti  pisləyirdi.  O,  göstərirdi  ki,  incəsənət  bizi 

reallığa  aparmaq  əvəzinə  ondan  uzaqlaşdınr,  bizim  mənəvi 

harmoniyamızı  saxlamaq  və  təkmilləşdirmək  əvəzinə  onu 

dağıdır. 

Aristotel  «Poetika»  əsərində  incəsəti  Platonun  tənqidindən 

müdafiə edirdi. O, göstərirdi ki, şairlərin faciəsi bizim qəzəb və 

mərhəmət duyğumuzu qüvvətləndirir və ruhumuzu təmizləyir. 

İncəsənət  milli  olur,  fəqət,  eyni  zamanda  ölməz  sənət 

əsərlərinin  böyüklüyü  ondadır  ki,  onlarda  ümumbəşəri,  keçici 

olmayan əlamətlər var. 

incəsənətin  predmeti  insanın  dünyaya  münasibəti  olduğu 

kimi,  insanın  özü  də  bütün  cəhətləri  -  psixoloji,  sosioloji,  əx- 

laqi tərəfləri və hətta məişəti ilə birlikdə onun predmeti ola bilir. 

Özünün mövcudluq üsuluna görə incəsənət növləri üç qrupa 

bölünür: 1. Məkana görə müəyyənləşən plastik, statik növlər: a) 

tətbiqi: arxitektura, dekorativ sənət; b) təsviri sənət: boyakarlıq, 

qrafika, heykəltəraşlıq; 2. Zamana görə müəyyənləşən dinamik 

sənətlər:  ədəbiyyat,  musiqi;  3.  Məkan  və  zamana  görə 

müəyyənləşən  sintetik  sənətlər:  xoreoqrafıya,  teatr,  kino,  sirk, 

estrada. 

İncəsənətin spesifik xassələrinə aşağıdakılar aiddir: 1) xüsusi 

dil.  İncəsənətin  xüsusi  dili  -  onu  «obrazlardakı  təfəkkür» 

adlandıran  Hegeldən  başlayaraq  -  ümumiləşdirilmiş  elmi 

kateqoriyalardan fərqli olaraq, daha çox bədii obraz, metafora, 

simvol  (rəmz),  mif  və  başqa  bədii  üsullarla  təsvir  edilir;  2) 

spesifik ümumiləşdirmə üsulu: yalnız fərddən (təkdən) keçən 



499 


ümumiləşmə;  3)  elmdə  qəbul  edilməyən  bədii  uydurmadan 

istifadə  ən  təsirli  estetik  üsullardan  biridir;  4)  ifadənin  şəxsi 

üsulu.  İncəsənətdə  başqa  sahələrdən  daha  çox  müəllifin  şəxsi 

mövqeyi  zəruridir,  bunsuz  incəsənət  daxili  sinirlərini  itirir  və 

oxucunu,  dinləyicini,  tamaşaçını  duyğulandırmır;  5)  formanın 

əhəmiyyətinin artması. Belə ki, formasız incəsənət ola bilməz, 

elm  isə  praktiki  olaraq  formaya  biganədir;  6)  elmi 

ümumiləşmədən  gizli  olan  insan  şüurunun  qatlanndan  istifadə 

etmək. 

Elmi anlayışdan fərqli olaraq bədii obraz ümumini təkdə üzə 



çıxarır.  Fərdiliyi  göstərməklə  sənətkar  onda  tipik,  yəni  təsvir 

olunan sosial və yaxud təbii hadisələr vasitəsi ilə ona xas olan 

əlamətləri  aşkar  edir.  Kiçik,  fərdi,  konkret  hissələr  nə  qədər 

parlaq,  dəqiq  qeyd  edilərsə,  obraz  o  qədər  də  özünün 

ümumiləşmiş geniş əksini tapır. 

İncəsənət  xəyali  dünya  düzəltmək  sahəsində  yaradıcı 

fəaliyyətlə  əlaqədə  olan,  real  həyatı  obraz  və  simvollarda 

yenidən  yaradan  mədəniyyət  formasıdır.  Yaratma  aktı  bədii 

yaradıcılığın  sinonimi  kimi  çıxış  edir,  ona  görə  də  incəsənət 

özünün  daxili  təbiətinə  görə  dünyanı  dərk  etmək  imkanı 

yaradır.  İncəsənət  insanın  yaradıcılıq  imkanlarının  ifadəsidir, 

belə ki, incəsənət imkan sferasını tədqiq edir, gerçəkliyi təqlid 

və izah edir. İncəsənət əsərləri insana gələcəyə baxmaq imkanı 

verir. 


İncəsənət və fəlsəfə qarşılıqlı asılı olan, lakin müxtəlif olan 

sahələrdir. Fəlsəfə - məntiqi anlayışlara, sistemliliyə, incəsənət 

isə - prinsipcə obrazlı-simvolik formalara istiqamətlənir. Lakin 

bu  o  demək  deyil  ki,  incəsənətdə  fılosofluq  etmək  olmaz, 

fəlsəfə isə yalnız quru, əqli sxemlərdən istifadə etməlidir. 

6.4.


 

Modernizm. Postmodernizm 

XX  əsrin  ictimai-siyasi,  iqtisadi,  mədəni,  elmi-texniki 

sahələrində baş verən köklü keyfiyyət dəyişiklikləri incəsənətə 

böyük təsir göstərmişdir. Qarmaqarışıqlıq ideyası, yəni varlığın 

irrasional,  dərkedilməz,  absurd  olması  anlayışı  və  insanın 

dünya  ilə  əlaqəsinin  pozulması  Modemizmin  əsas  ideyaların- 

dandır. Bütün mədəniyyət xadimlərinin yaradıcılığı keçmişdə 



500 


qaldı,  varlığı  tam  əhatə  edən  əsərlər  artıq  yoxdur.  Bədii 

əsərlərin  mövzusu,  modemistlərə  görə,  elmi  tədqiqatın  və 

fəlsəfi  əsərlərin  mövzusu  kimi  dar,  natamam,  tək,  təsadüfi, 

xarici,  empirik  məlumatlar  ilə  məhdudlaşır.  İncəsənətin  və 

fəlsəfənin xarakterlərinin oxşarlığını qeyd edərkən, onlann eyni 

zamanda  bir-birindən  kəskin  fərqləndiklərini  də  nəzərə  almaq 

lazımdır. Modemistlər göstərirlər ki, əgər incəsənət əsəri hətta 

dar,  natamam,  məhdud  sahədə  gerçəkliyi  əks  etdirərkən  öz 

simasını saxlaya bilirsə, fəlsəfi təlim dünyanı bütövlükdə dərk 

etmək  və  onun  hər  bir  hissəciyini  bütöv  ilə  əlaqələndirmək 

qabiliyyətini  itirərkən  öz  simasını  da  itirir,  öz  mahiyyətindən 

imtina  edir,  mənəvi  fəaliyyətin  hansısa  başqa  formasına 

çevrilir. 

1966-cı  ildə  Parisdə  tarixçi  və  filosof  Mişel  Fuko  (1926- 

1984) «Sözlər və əşyalar» adlı kitabını çap etdirir və bununla da 

postmodernizmin  başlanğıcını  qoyur.  J.~F.Liotarın  (1924- 

1998)  «Postmodernin  vəziyyəti»  kitabı  isə  postmodernizmin 

geniş yayılmasına səbəb oldu. 

XX əsrin axırlarından başlanan dövr Qərbdə postmodernizm 

adlanır.  Mədəniyyət  çox  sürətlə  dəyişən  mühitin  tələblərinə 

cavab verməlidir. R.İnqlhard (ABŞ) yazır: «Mədəniyyət adətən 

ləng  dəyişir,  lakin  o  son  nəticədə,  dəyişən  mühitin  çağmşma 

cavab verir. Sosial-iqtisadi sahədə baş verən dəyişikliklər fərdin 

həyat  təcrübəsinə  təsir  edərək  bu  yolla  fərdi  səviyyədə 

əqidələrin,  mövqelərin  və  dəyərlərin  yenidən  formalaşmasına 

kömək  edir.  Mədəniyyətlər  birdən-birə  dəyişmir.  Yetkinliyə 

çatarkən  insanlar  adətən  necə  olmasından  asılı  olmayaraq 

dünyaya əvvəldən qazanılmış münasibəti saxlayırlar. Beləliklə, 

mühitdə  baş  verən  əhəmiyyətli  dəyişikliklər  adətən  daha  çox 

şəxsi təşəkkül illərində yaranan yeni şəraitdə yaşayan nəsillərə 

təsir edir».**’ 

Postmodernizm  hər  şeydən  əvvəl  mədəni-intellektual 

fenomenlərə  aiddir.  Birinci  fenomen  «fundamentalizm»dən, 

yəni biliyin müşahidə edilən faktlar əsasında yarandığını təsdiq 

edən elm fəlsəfəsindən imtina etməklə bağlıdır. İkinci feno- 

Sitat götürülüb; «Постмодерн: меняющиеся ценности и изменяющиеся общество». - Вах: 

Жури. «Полис», № 4, 1997. 

501 



men  bütün  bilik,  zövq  və  mülahizələrin  parçalanması  ilə, 

deməli,  ilk  növbədə  universal  deyil,  lokal  sahələrə  maraq  ilə 

əlaqədardır.  Üçüncü  fenomen  kitabın  teleekran  tərəfindən 

sıxış- dırılması, sözdən obraza, məntiqdən tamaşaya keçmək ilə 

əlaqədardır. 

Postmodernizm  tədqiqatçılarının  çoxu  hesab  edir  ki,  bu 

cərəyan əvvəlcə bədii mədəniyyət (ədəbiyyat, arxitektura və b.) 

sahəsində  meydana  gəlmiş  və  sonradan  başqa  sahələrə  də 

keçmişdir (fəlsəfə, siyasət, din, elm). 

Öz zamanında modernist incəsənətin yaradıcılarını cəlb edən 

transsendental  ideallardan  imtina  etmək,  mədəniyyətin 

demokratikləşdirilməsi  və  ali  dəyərlərin  aşağı  salınması 

haqqında  postmodernist  ideyalar  bədii  yaradıcılıqda  yeni 

gedişlərin  axtarılmasına,  adresantların  unifıkasiyasma  təkan 

verdi.  Postmodernizmin  yaradıcılarından  biri  hesab  edilən 

M.Haydegge-  rin  fikrincə,  ali  dəyərlərin  aşağı  düşməsi  - 

dağıtmağa doğru yönəldilmiş hər hansı kor ehtirasdan, mənasız 

yeniləşdirmə hərisliyindən baş vermişdir. Bu vəziyyət dünyanı 

keçid, aralıq məhəlləsi olmaq rolundan xilas etmək zərurətindən 

doğmuşdur.  Mədəniyyətdən  imtina  etməyin  dərəcəsi  müxtəlif 

modernist nəzəriyyəçilər tərəfindən müxtəlif cür başa düşülür: 

modernist  dəyərlərin  qətiyyətlə  inkar  edilməsindən  onlann 

müxtəlif yollarla yenidən nəzərdən keçirilməsinə qədər. 

Qeyd  etmək  lazımdır  ki,  postmodernizm  ilk  növbədə 

modernist 

dəyərləri 

rədd 

edir, 


keçmişin 

klassik 


mədəniyyətindən  söhbət  gedəndə  isə  onu  yenidən  nəzərdən 

keçirməyə, çox cəhətləri qəbul etməyə, artıq işlənib hazırlanmış 

formaları tətbiq etməyə meyl göstərir. 

Postmodernist  dünyagörüşünə  xas  olan  bir  sıra  pozitiv 

cəhətlərin olduğunu göstərmək lazımdır. Postmodernizm təkcə 

on əsrlərlə mövcud olmuş mədəniyyətin tükənməsi probleminin 

daşıyıcısı  deyil,  həm  də  sonra  nə  baş  verə  biləcək  məsələləri 

axtarmaq, gələcək mədəniyyətin yeni mənasını və prinsiplərini 

müəyyənləşdirmək  problemləri  ilə  də  məşğul  olur. 

Postmodernist  situasiya  özünün  və  başqalarının  mədəni 

dəyərlərini  görmək  və  onlara  malik  olmağın  yeni  təcrübəsini 

irəli 


502 


sürür,  müxtəlif  mədəniyyətlərin  inteqrasiyasını  stimullaşdırır, 

dünyaya  bir  bütöv  baxışın  yaradılmasına  kömək  edir,  ümumi 

bəşər mədəniyyətinin formalaşmasına imkan yaradır. 

Postmodemistlər  Qərbi  ittiham  etmir,  modemizm  ilə  tradi- 

sionalizmi  bir-birinə  qarşı  qoymur  və  universal  ümumbəşəri 

dəyərlərin mövcudluğunu təkidlə sübut etməyə çalışırlar. 

İki növ postmodernizm olduğu göstərilir: konstruktiv və de- 

konstruktiv  postmodernizm.  Konstruktiv  postmodernizm 

analitik fəlsəfənin irəli sürdüyü dil oyunları konsepsiyası ilə sıx 

varislik  əlaqəsindədir.  Dekonstruktiv  postmodernizm  fransız 

poststrukturalizminin varisidir. 

Fəlsəfi postmodernizm hermenevtikadan başlamış Frankfurt 

məktəbinin  tənqidi  nəzəriyyəsi  və  analitik  fəlsəfəyə  qədər  bir 

sıra  fəlsəfi  cərəyanlardan  kənarda  mövcud  ola  bilməz. 

Postmodernizmin  əlaqədə  olduğu  tərəfdaşları  var:  romantizm 

və 


klassisizmdən 

başlayaraq 

kubofuturizm 

və 


postimpressionizmə  qədər.  Beləliklə,  fəlsəfi  postmodernizm 

həm  ədəbiyyat  və  incəsənət,  həm  də  elm  və  texnika  ilə  sıx 

əlaqədədir.  Lakin  buna  baxmayaraq,  fəlsəfədən  olan 

postmodernizm ilə estetik mədəniyyətdən olan postmodernizm 

bir-birindən fərqlənir. 

Postmodernizmin indiki vəziyyətini bir çox müəlliflər  neo- 



modernizm  adlandırırlar.  Sovet  İttifaqı  və  Şərqi  Avropa 

ölkələrində sosialist sisteminin dağılmasından sonra sosializmi 

qeyri-müəyyən  bir  struktur  əvəz  etdi.  Keçid  iqtisadiyyatı 

dövrünü  yaşayan  ölkələrdə  yuxarıdan  kapitalizm  quruculuğu 

başlayır,  belə  bir  qeyri-sabit  şərait  isə  dövlət  və  cəmiyyətdə 

sosial  gərginliyin  kəskin  şəkildə  artmasına  səbəb  oldu.  Neo- 

modemistlərə  görə  bütün  dünyanın  real  gələcəyi  Qərbdə 

formalaşmış  sosial-siyasi,  iqtisadi,  mədəni  dəyərlərin  tətbiqi 

sayəsində  mümkündür.  «Soyuq  müharibə»ni  əvəz  edən 

qloballaşma dünyada yeni iqtisadi sistemin yaranmasına aparır. 

Belə  hesab  edirik  ki,  iqtisadi  qloballaşmadan  sonra  siyasi 

qloballaşma  baş  verəcək.  İqtisadi  və  siyasi  qloballaşma  isə 

mənəvi-  mədəni  dəyərlərin  də  ciddi  təsirə  məruz  qalmasına 

səbəb olacaq. 



503 


 

Yusif Rüstəmov 



Fəlsəfənin əsasları 

Redaktor: Texniki 

redaktor: Bədii 

redaktor: Səhifələyici; 

Korrektor: Kompüterdə 

yığanlar: 

X.F.TURABOVA Rauf 

KƏRİMOV Elnur 

ƏHMƏDOV Fəxri 

VƏLİYEV Suğra 

OSMANOVA 

M.V.Əliyeva, A.V.Əliyeva 

Yığılmağa verilmişdir: 04.03.2007. 

Çapa imzalanmışdır: 29.03.2007. 

Nəşrin ölçüsü: 60x84 1/16. Ofset çapı. 

Fiziki çap vərəqi: 31,4. Sifariş: 62. Sayı: 1000 ədəd. 

Müqavilə qiyməti ilə. 

N U R L A R  

NƏŞRİYYAT-POLİQRAFİYA 

Bakı-Az1122. H.Zərdabi pr.-78. Tel: 4977021,4971362. 

Faks: 4971295. E-mail: 



office@nurprint.com

 

Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə