Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə19/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   15   16   17   18   19   20   21   22   ...   164

obyekt  mürəkkəb,  çoxpilləli  struktura,  öz  təşkilatına  malikdir. 

Obyekt  özündə  müxtəlif  qəbildən  olan  mahiyyətləri,  üzdə 

özlərini  müxtəlif  şəkildə  göstərən  dayaz  və  yaxud  daha  dərin 

mahiyyətləri  birləşdirir.  Mahiyyətin  nisbiliyi  nəinki  yalnız 

obyektin  mürəkkəb  strukturu,  onun  xassə  və  əlaqələrinin 

tükənməzliyi ilə, həm də onun fasiləsiz dəyişməsi ilə şərtlənir. 

Bu  dəyişmə  isə  obyektin  iki  əsas  tərəfinin  -  təzahür  və 

mahiyyətin  qarşılıqlı  münasibətlərinin  dəyişməsinə  gətirib 

çıxanr. 

Bütün böyük filosoflar bu və ya digər dərəcədə mahiyyət və 

təzahür  kateqoriyaları  haqqında  yazmışlar.  Məsələn,  Aristotel 

ən  yüksək  hesab  etdiyi  on  kateqoriya  sırasında  mahiyyət 

kateqoriyasını  xüsusi  qeyd  edirdi.  Onun  dediyinə  görə  qalan 

doqquz kateqoriya öz dəyərini məhz mahiyyət kateqoriyasından 

alır.  Aristotel  duyğularla  qavranan  mahiyyəti  mücərrəd  fikri 

mahiyyətdən  fərqləndirirdi.  Duyğularla  qavranan  mahiyyəti  o, 

real  mövcud  olmaq  və  yaxud  individium  (fərd)  ad-  landınr 

(«birinci mahiyyət»), fikri mahiyyəti isə növ və cins adlandırır 

və  məntiq  kimi  tədqiq  edirdi  («ikinci  mahiyyət»).  «İkinci 

mahiyyət»  «birinci  mahiyyət»ə  münasibətdə  keyfiyyəti 

quraşdırır,  yəni  mahiyyətin  bəzi  müəyyənliyini  göstərir. 

«Birinci mahiyyət» Aristotelə görə varlığın ilk əsası və bu varlıq 

haqqında  fikirdir.  Beləliklə,  Aristotelin  fikrincə,  mahiyyət 

əhəmiyyətinə  görə  daha  tutumlu  məvhum  olaraq  keyfiyyəti 

hissə, tərəf, bütövün təsviri kimi özünə daxil edir. 

Hegel özünün «Məntiq» əsərini «varlığın həqiqəti mahiyyət- 

dİD> 

sözləri ilə başlayır. Mahiyyət öz inkişafında bir çox başqa 



kateqoriyalan  yaradır:  forma və məzmun,  imkan və gerçəklik, 

təsadüf və zərurət və b. 



4.9.

 

Məzmun və forma 



Şeyin  məzmunu  onun  bütün  elementlərinin  cəmi,  qarşılıqlı 

təsiri  və  dəyişməsidir.  Şeyin  məzmununa  yalnız  onun 

elementlərinin bir-biri ilə qarşılıqlı təsiri,  yəni daxili  qarşılıqlı 

təsiri deyil, həm də şeyin xarici qarşılıqlı təsiri, yəni onun başqa 

obyektlərlə  qarşılıqlı  əlaqəsi  də  daxildir.  Məsələn,  atomun 

məzmununa  onun  nüvəsi,  elektronlar,  onlann  arasındakı 

qarşılıqlı təsir, həm də 

55 



atomun  real  mövcud  olan  xarici  qarşılıqlı  əlaqəsi  daxildir. 

İncəsənət  əsərinin  məzmunu  onun  ideyası  və  mövzusunun 

vəhdətdə götürülmüş cəmidir. 

Şeyin forması onun elementləri arasında mövcud olan sabit 

əlaqələrin  təşkil  olunmasıdır.  Məsələn,  incəsənət  əsərinin 

forması hər şeydən əvvəl onun kompozisiyası, süjeti və dilidir. 

Hər  bir  sistemin  həm  məzmunu,  həm  də  forması  var. 

Dialektik təlimə görə heç vaxt, heç bir şəraitdə və heç bir yerdə 

formasız  məzmun  və  məzmunsuz  forma  olmur.  Üzvi  əlaqədə 

olan  məzmun  və  forma  şeyin  əks  tərəflərini  təşkil  edir. 

Məzmunun  müəyyənedici  tendensiyası  (meyli)  dəyişgənlik, 

formanınkı isə sabitlikdir. Forma çərçivəsində sanki məzmunun 

fəallığı, çevikliyi  özünü  göstərir.  Bununla  yanaşı formanın da 

fəallığını xüsusi qeyd etmək lazımdır, çünki forma öz tərəfindən 

məzmunun inkişafına böyük təsir göstərir. 

Strukturu,  elementlərin  daxili  əlaqəsini  məzmundan  xaric 

etsək  məzmun  parçalana  bilər.  Məsələn,  su  yalnız  o  zaman 

məzmun (eyni zamanda forma) qazanır ki, hidrogen və oksigen 

müəyyən şəkildə qarşılıqlı əlaqədə olur, struktur cəhətdən təşkil 

edilir.  Bu  isə  o  deməkdir  ki,  daxili  qarşılıqlı  əlaqə,  struktur 

məzmunun  zəruri  momentidir,  bunsuz  məzmun  mövcud  ola 

bilməz. 

Platonun  sistemində  forma  ümumi  anlayış,  ideyadır  (yun. 

«eydos»  -  görünüş  obraz).  Sərbəst,  əşyalar  dünyasından  asılı 

olmayaraq  mövcud  olan  ideyalar  əbədi  və  dəyişməz 

mahiyyətlərin  xüsusi  dünyasını  təşkil  edirlər.  Aristotelə  görə 

forma  hər  şeyin  varlığının  əsasıdır,  yəni  materiyasız 

mahiyyətdir.  Forma  həm  də  materiyanın  səbəbidir,  yalnız 

formanın  sayəsində  materiya  müəyyənlik  qazanır.  Aristotel 

nəticə  çıxarır  ki,  Allah  bütün  formaların  formasıdır. 

Materiyanın dəyişməsi fəallığın ideal daşıyıcısı olan forma ilə 

müəyyənləşir. Hegel isə forma və məzmunu eyniləşdirir. 

Bir çox hallarda forma dedikdə eyni məzmunun hissəsi, növü 

başa düşülür (məsələn, hərəkətin formaları, şüurun formaları və 

s.). Başqa halda isə forma məzmunun mövcudluq vasitəsi, onun 

ifadəsi hesab edilir. 

56 



Platon,  Aristotel,  Hegel  göründüyü  kimi  formanı  maddi 

olmayan  başlanğıc  kimi  başa  düşür,  onun  müəyyənedici  fəal 

rolunu qeyd edir və mahiyyət, qanun ilə eyniləşdirirdilər. 

Kant  isə  «forma»  dedikdə ilk növbədə təfəkkürün formala- 

nnı,  daha  dəqiq  desək,  onun  strukturunu  başa  düşür,  çünki 

söhbət  təfəkkürün  daxili  qanunauyğunluqlarından  gedir. 

Kateqoriyanın  özü  isə  fikrin  təmiz  subyektiv,  aprior  mənşəyi 

olan forması (strukturu) kimi çıxış edir. 



4.10.

 

Səbəb və nəticə. Determinizm 

Səbəb-nəticə əlaqələri universal əlaqənin bir növüdür. Səbəb 

(lat. causa) deyəndə elə hadisə başa düşülür ki, onun fəaliyyəti 

başqa  bir  hadisəni  meydana  gətirir,  dəyişdirir  və  öz  arxasınca 

aparır;  yaranan  yeni  hadisə  isə  nəticədir.  Səbəb  və  nəticə 

arasındakı  əlaqəni  səbəbiyyət  və  yaxud  səbəb-nəticə  əlaqəsi 

adlandınrlar.  Əgər  müə)^ən  qarşılıqlı  təsir  varsa,  belə  halda 

uyğun dəyişikliyin olması labüddür. Məsələn, hidrogen oksigen 

ilə qarşılıqlı təsirdə olarkən uyğun şərait varsa su yaranır. 

Əgər gercəklikdəki şeylər arasında əlaqə nəzərdən keçirilirsə, 

başqasını izah edən bir hadisə onun səbəbi və yaxud, əgər idrak 

prosesində  ideyaların  əlaqəsi  nəzərdə  tutulursa  onun  əsası 

adlana  bilər.  Bu  tamamilə  mücərrəd  tərif  olduğu  üçün  burada 

heç bir problem yaranmır. Səbəb və nəticə, əsas ilə əsaslandın- 

lan  arasındakı  əlaqəni  hansı  qaydalar  ilə  müəyyənləşdirmək 

məsələsi  meydana  çıxanda  ciddi  problemlər  yaranır.  Bu 

əlaqənin  müxtəlif  mümkün  formalarından  müxtəlif  səbəbiyyət 

kon- sepsiyalan ortaya çıxır. 

Çox az hallarda nəticə bir səbəbdən asılı olur, çox hallarda 

natamam  determinizm  heç  vaxt  olduğu  kimi  yenidən  təkrar 

olunmayan xüsusi situasiyada müntəzəm olaraq baş verir. Eyni 

nəticə müxtəlif səbəblərin təsiri sayəsində yarana bilər. Nəticə 

üçün zəruri olan səbəblər əsas səbəblərdir, çünki onlarsız nəticə 

ola bilməz. 

Fəlsəfə  tarixində  səbəbiyyət  haqqında  müxtəlif  fikirlər 

olmuşdur. Onlardan bir neçəsini göstərək. 

İngilis  filosofu  Devid  Yum  (1711-1776)  yazırdı  ki,  təsir 

səbəbdən  köklü  surətdə  fərqlənir  və  ondan  sonra  gəlir;  buna 

görə də heç vaxt səbəbdə tapıla bilməz. Hegel isə tamamilə əks 



57 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə