Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə20/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   16   17   18   19   20   21   22   23   ...   164

mövqedə dururdu. O, deyəndə ki,  «səbəb və nəticə eynidİD>, 

ona əsaslanırdı ki, təsirdə səbəbdə olmayan şeydən başqa heç nə 

yoxdur və əksinə, səbəbdə təsirdə olmayan şeydən başqa heç nə 

yoxdur. 


Alman 

filosofu 



F,Nitsşe 

(1844-1900) 

səbəbin 

mövcudluğunu  ümumiyyətlə  inkar  edirdi.  Onun  fikrincə 

mifoloji  başlanğıc  əvvəldən  irrasionaldır  (ağlasığmazdır)  və 

düşüncə vasitəsilə əldə edilən ahəngdarlığa ziddir. 

Avstriya fiziki və filosofu M.Şlik (1882-1936) hesab edirdi 

ki,  səbəbiyyət  ontoloji  (varlıq)  kateqoriyası  deyil,  məntiqi 

kateqoriyadır. İngilis filosoflı B.Rassel (1872-1970) deyirdi ki, 

əşyalara  aid  edilən  səbəbiyyət  asılılığı  kerçəklikdə  şeylərin 

özündə mövcud deyil, bu keçmişin qalığıdır. 

Filosoflar arasında artıq xeyli vaxtdır belə bir fikir yaranıb ki, 

bir  tərəfdən  səbəb  ilə  nəticə,  başqa  tərəfdən  təməl  (əsas)  ilə 

nəticə  arasında  fərq  var.  Səbəb  və  nəticə  anlayışı  faktual  və 

empirik, təməl və nəticə isə konseptual və məntiqi hesab edilir. 

Marksist  fəlsəfəyə  görə  maddi  birləşmələrin  meydana 

gəlməsi  və inkişafının səbəbi  onlann öz daxilindədir və onlan 

təşkil  edən  elementlərin  qarşılıqlı  təsiri  nəticəsində  yaranır. 

Səbəb bir cismin başqa cismə birtərəfli təsiridir. Yalnız o hadisə 

(proses)  başqa  hadisənin  səbəbi  adlanır  ki,  birinci  ikincini 

doğursun. 

Bir çox filosoflar, xüsusən materialistlər hesab edirlər ki, hər 

bir obyekt (əşya, xassə, münasibət) başqa obyektlərlə determinə 

olunurlar,  yəni  şərtlənirlər.  Ona  görə  də  ayn  obyektin  səbəbi 

üçün onun çoxsaylı əlaqələrindən zəruri olaraq təcrid olunmaq 

və elə əlaqəni seçmək lazımdır ki, onun bir tərəfi (səbəb) zəruri 

olaraq başqa tərəfini doğurur (nəticə və yaxud təsir). 

Səbəb potensial olaraq nəticədən əvvəl gəlir, lakin az və ya 

çox sürən elə mərhələ olur ki, səbəb və nəticə bir yerdə mövcud 

olur və qarşılıqlı təsir göstərir. Fəqət, qarşılıqlı təsir göstərən iki 

tərəfin 

hansının 

səbəb, 

hansının 



nəticə 

olduğunu 

müəyyənləşdirmək həmişə mümkün olmur. 

Nəticənin meydana gəlməsi müəyyən hadisəni onun səbəbi 

edir. Nəticə başlanğıc nöqtəsi olur və idrak buradan başlayaraq 

səbəbi  müəyyənləşdirməyə  doğru  hərəkət  edir.  Məsələn, 

xəstəliyin əlamətləri ilə onun səbəbi, elementar hissəciklərin izi 

ilə 


58 


 

onlann yaranma səbəbləri müəyyən edilir. Təzahür mahiyyət ilə 

şərtləndiyi kimi, nəticə də öz səbəbi ilə şərtlənir. 

Səbəb-nəticə  əlaqəsinin  tədqiqi  səbəbin  daim  təsir 

göstərdiyini  aşkarlayır.  Əgər  səbəb  varsa,  deməli  müəyyən 

nəticə  də  var.  Belə  dinamiklik,  istisnalann  olmaması  idrakı 

zərurət  kateqoriyasına  gətirib  çıxarır;  zərurət  isə  əvvəlcə 

səbəb-nəticə əlaqəsinin ayrılmaz xassəsi kimi başa düşülür. 

Səbəb və nəticənin təhlili göstərir ki, onlar arasındakı əlaqə 

zəruri  və  yaxud  təsadüfi  xarakter  daşıya  bilər.  Səbəb-nəticə 

münasibətlərinin  zəruriliyini  qəbul  edən  təlimə  determinizm 

deyilir. 

Bir çox determinizm növləri var. Təcrübi-empirik və yaxud 

mexaniki determinizm fizika, kimya, biologiya və başqa təbiət 

elmləri tərəfindən öyrənilir. Empirik determinizmə görə bütün 

əşya və hadisələrin yaranma səbəbi var; səbəb hissi təcrübədən 

kənarda mövcud ola bilməz və təbiətin özündə olur; fövqəltəbii 

qüvvə yoxdur; imkan, təsadüf, möcüzə, müstəqil iradə (volya) 

inkar edilir; ilk səbəb və mütləq başlanğıc qəbul edilmir; səbəb- 

nəticə  əlaqəsinin  obyektiv  zərurəti  etiraf  edilir.  Texnoloji 



determinizm insanlann sərbəst fəaliyyətini inkar edir və təsdiq 

edir  ki,  insanın  bütün  fəaliyyəti  məlum  daxili  səbəblərlə 

nizamlanır. Heç bir müstəqil və azad başlanğıc yoxdur. 

Bununla  yanaşı  elmdə  sosial,  tarixi,  coğrafi,  bioloji 

determinizmin də olduğu göstərilir. 

Təbiət  və  cəmiyyətdə  səbəbiyyətin  olmadığını  göstərən 

təlimə indeterminizm deyilir. Bu təlimə görə səbəb müəyyəne- 

dici şərt deyil, hadisələrin özündən əvvəl gələn hadisələr ilə heç 

bir əlaqəsi yoxdur. 

İslam fəlsəfəsində əl-Qəzalinin səbəb və nəticə arasında heç 

bir zəruri əlaqə olmadığı. Yaradanın tək olduğu haqqında fikri 

müasir indeterminizmə uyğun gəlir. 



Volyuntarizm  adlanan  təlimə  görə  insan  iradəsi  (volya) 

həyatın apancı qüvvəsidir və başqa səbəb axtarmaq mənasızdır. 

İnsanın  hər  bir  hərəkətinin  zəruri  olduğunu,  öncədən 

müəyyən edildiyini qəbul edən təlimə fatalizm deyilir. Fatalizm 

daha çox əqidə, determinizm isə elm və təcrübə ilə bağlıdır. 

59 



 

4.11.

 

Zərurət, təsadüf və qaçılmazlıq 

Səbəb və nəticə arasındakı münasibət iki formada çıxış edə 

bilər:  zəruri  və  təsadüfi.  Zərurət  mövcud  şəraitdə  mütləq  baş 

verəcək  şeyə  deyilir.  Təsadüfi  belə  xarakterizə  etmək  olar: 

təsadüf o şeydir ki, gerçəklikdə baş verə də bilər, verməyə də 

bilər.  Zərurətin  ali  təzahür  formasına  qaçılmazlıq  (labüdlük) 

deyilir. 

D.Yum  göstərirdi  ki,  oxşar  hadisələrin  daim  birləşməsini 

müşahidə  edən  adamlar,  onlann  gələcəkdə  də  birləşməsini 

gözləməyə  məcburdurlar.  Zərurət  ideyası  elə  həmin  gözləmə 

məcburiyyəti  deməkdir.  Oxşar  hadisələrin  oxşar  səbəblərdən 

sonra  gələcəklərini  gözləyərək  biz  fikirləşməyə  başlayınq  ki, 

səbəb müəyyən hadisəni baş verməyə məcbur edir. Lakin Yum 

soruşur  ki,  burada  zərurət  haqqında  danışa  bilərikmi?  Yox, 

danışa bilmərik, çünki biz yalnız bir şeyin başqa şeydən sonra 

gəldiyini görürük. Biz gözləyə bilmərik, zərurəti nə görə, nə də 

ümumiyyətlə hiss edə bilərik. 

Ənənəvi  olaraq  belə  hesab  edilirdi  ki,  bütün  zəruri  olan 

şeylər  varlığın,  əşyanın,  onlann  daxili  səbəbləri  ilə  bağlıdır. 

Zərurət  predmet  və  hadisələrin  daxili  tərəfinin  bir  aspektini 

ifadə edir; təsadüf isə, əksinə, müxtəlif varlıq növlərinin xarici 

xassə və əlamətlərini ifadə edir. 

Lakin  müasir  tədqiqatçıların  çoxu  müəyyən  ediblər  ki, 

zərurət  yalnız  daxili  deyil,  həm  də  xarici  əlaqələr  üçün  də 

xarakterikdir,  təsadüf  yalnız  xarici  deyil,  həm  də  daxili 

səbəblərlə  şərtlənir.  Ona  görə  ki,  xarici  -  yalnız  kənardan 

gətirilən  şey  deyil.  Xarici  -  tədqiq  edilən  daxilin  üzdə  olan 

tərəfidir. 

Əgər  hər  şey  səbəblə  şərtlənirsə  və  səbəb-nəticə  əlaqəsi 

zəruri xarakter daşıyırsa, buradan belə nəticə çıxarmaq olar ki, 

təsadüf  üçün  ümumiyyətlə  yer  qalmır.  Mexaniki  determinizm 

məhz  belə  hesab  edir  və  zərurəti  səbəbiyyət  ilə  eyniləşdirir. 

Mexaniki  determinizmin  tərəfdarlan  təsadüfi  səbəbi  məlum 

olmayan  hadisə  hesab  edirlər.  Əgər  səbəb  dərk  edilirsə,  o 

zərurətə çevrilir. Beləliklə, təsadüf təmiz subyektiv kateqoriya 

olur;  zərurət  mütləq  mənada  başa  düşülür  və  bütün  baş 

verənlərin  öncədən  müəyyən  edilməsi  ideyası  -  fatalizm  ilə 

ifadə edilir. 



60 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə