Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə22/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   18   19   20   21   22   23   24   25   ...   164

4.14.

 

Keyfiyyət, xassə, kəmiyyət, 

ölçü anlayışları 

Əşyaların, 

sistemlərin, 

hadisələrin, 

proseslərin, 

münasibətlərin  bütövlük  baxımından  xarakteristikası,  onlann 

özünəməxsusluğu,  bir-birindən  fərqi  -  fəlsəfi  kateqoriya  olan 

keyfiyyət  ilə  ifadə  olunur.  Keyfiyyət  bu  və  ya  digər  obyektin 

varlığı  ilə  eyniyyət  təşkil  edən  elə  müəyyənlikdir  ki,  onun 

itirilməsi obyektin əvvəlkindən köklü surətdə fərqli olan nə isə 

yeni bir şeyə çevrilməsinə gətirib çıxarır. 

«Keyfiyyət»  öz  fəlsəfi  məzmununa  görə  ən  mücərrəd 

kateqoriyalardan  biridir.  Keyfiyyətin  itməsi  keyfiyyət 

müəyyənliyi  kimi  əşyanın  özünün  yox  olmasıdır.  Hegel 

demişdir:  «Xey-  fiyyət  ümumiyyətlə  varlıq  ilə  eyni  olan 

bilavasitə müəyyənlikdir. Bir şey öz keyfiyyəti sayəsində məhz 

həmin  şeydir,  öz  keyfi)^ətini  itirəndən  sonra  artıq  həmin  şey 

olmuD)."*’  Bu  kateqoriya  hələ  antik  fəlsəfədə  formalaşsa  da 

Hegel tərəfindən kateqoriyalar sistemində müstəqil yer tutması 

üçün nəzəri cəhətdən əsaslandınidı. 

«Keyfiyyət» termini bir çox hallarda özünün əsas kateqorial 

mənasında  deyil,  «əlamət»,  «xassə»,  «cəhət»,  «tərəf»  kimi 

göstərilir.  Belə  münasibətə  vaxtı  ilə  Aristotel  də  diqqət 

yetirmişdir. 

Xassələrin cəmi kimi başa düşülən keyfiyyət əşyanın vəhdəti, 

bütövlüyü  kimi  təqdim  edilir,  onun  nisbi  sabitliyi,  özü  ilə 

eyniyyət  təşkil  etdiyi  göstərilir.  Deməli,  «keyfiyyət»  anlayışı 



«xassə»  anlayışı  ilə  qırılmaz  surətdə  bağlıdır.  Tək  keyfiyyət 

münasibətinə  «xassə» deyilir. Xassə predmetin elə tərəfidir ki, 

onun  başqa  predmetlər  ilə  fərqini  və  yaxud  oxşarlığını 

şərtləndirir və bu tərəf həmin predmetin başqaları ilə qarşılıqlı 

təsirində təzahür edir. Məsələn, elastiklik, rəng, elektrik keçirmə 

qabiliyyəti və s. Predmetlərin ayrı-ayrı xassələrinin öyrənilməsi 

onların  əsas  keyfiyyətini  dərk  etmək  yolunda  irəliyə  bir 

addımdır.  Əşyaların  nə  olduqlarını,  necə  təzahür  etdiklərini 

göstərən xassələrin cəminə «keyfiyyət» deyilir. Deməli, pred- 

47 


Гегель. Энциклопедия философских наук. T.I, M., 1974, c.228. 

64 


metin keyfiyyəti xassələrin cəmi kimi çıxış edə bilər. Lakin bəzi 

hallarda keyfiyyət bir xassəyə də müncər edilə bilər, məsələn, 

texniki almazlar üçün möhkəmlik. 

Bütün  predmetlər  həmçinin  kəmiyyət  müəyyənliyinə 

malikdirlər:  böyüklük,  say,  həcm  və  s.  Predmetlərin  yekcins 

olması (uyğunluq, oxşarlıq) kəmiyyətin fərqləndirici əlamətidir. 

Bir- birinə uyğun olmayan predmetlər arasındakı fərq keyfiyyət, 

eyni  predmetlər  arasındakı  fərq  -  kəmiyyət  xarakteri  daşıyır. 

Keyfiyyətdən  fərqli  olaraq  kəmiyyət  predmetin  varlığı  ilə  o 

qədər də sıx bağlı deyil. 

«Kəmiyyət»  kateqoriyasına  mükəmməl  tərifi  ilk  dəfə 

Aristotel vermişdir. O, yazırdı: «Hər bir kəmiyyət sayıla bilirsə 

çoxluqdur, ölçülürsə miqdardiD).'** Bu tərifin mahiyyəti odur 

ki,  «kəmiyyət»  bütövün  tərkib  hissələrinin  say  çoxluğu  hesab 

edilir.  Say  çoxluğu  isə  imkan  çərçivəsində  (potensiyada) 

hissələrə 

bölünənə 

deyilir. 

Bu 

tərifdə 


«kəmiyyət» 

kateqoriyasının  bütün  əsas  xüsusiyyətləri  praktiki  olaraq  əks 

olunur.  İndiyə  qədər  öz  əhəmiyyətini  saxlayan  bu  tərifə  görə 

birincisi, kəmiyyət hissələrin cəmidir; ikincisi, kəmiyyət çoxluq 

kimi çıxış edir; üçüncüsü, kəmiyyət göstərilən xüsusiyyətlərin 

nəticəsi kimi sayılır, yəni mücərrəd riyazi məzmun kəsb edir. 

Hegel kəmiyyətin bu göstərilən xüsusiyyətlərini saxlayır və 

həm də tamamlayır. Birincisi, kəmiyyət sadəcə olaraq çoxluq, 

böyüklük,  say  kimi  çıxış  edir,  o  hər  şeydən  öncə  dəyişən 

çoxluqdur;  ikincisi,  Hegel  fəlsəfəsində  kəmiyyət  və  keyfiyyət 

qarşılıqlı əlaqədədirlər. 

Çox  hadisələri  (məsələn,  sosial-siyasi  münasibətlərdə  baş 

verən  prosesləri)  həmişə  riyazi  kəmiyyətlər  ilə  ifadə  etmək 

mümkün  deyil.  Fəlsəfi  kateqoriya  kimi  «kəmiyyət»  riyazi 

anlayışlara deyil, fəlsəfənin kateqorial aparatına əsaslanmalıdır. 

Keyfiyyət və kəmiyyət öz aralarında qınimaz şəkildə bağlıdır 

və  elə  buna  görə  də  birlikdə  ölçü  yaradırlar.  Hegel  ölçünü 

keyfiyyət  və  kəmiyyətin  vəhdəti  hesab  edirdi.  Ölçü  elə 

kəmiyyət  sərhəddidir  ki,  verilən  keyfiyyət  onun  daxilində 

mövcud 


48 

ApHCTOTCJib . CoHHHCHHfl. 





4

-x  


T T

.,

 



T.I. 

C

.



164



65 




ola bilər. Məsələn, maye halında suyun ölçüsü normal atmosfer 

təzyiqi  şəraitində  0°C-dən  100°C  qədər  olur.  0°C-dən  aşağı 

temperaturda  su  buza  çevrilir,  100°C  temperaturda  su 

buxarlanır.  Hər  bir  metal  yalnız  müəyyən  temperatura  qədər 

bərk  vəziyyətdə  qalır.  Məlumdur  ki,  müxtəlif  elementlərin 

atomlan  bir-  birindən  yalnız  onunla  fərqlənirlər  ki,  onlann 

atomlannda müxtəlif miqdarda praton  var. Nüvədə pratonlann 

sayını  dəyişmək  kifayətdir  ki,  bir  element  başqa  elementə 

çevrilsin. 

Ölçünü müəyyənləşdirmək üçün gerçəkliyin riyazi üsullarla 

təsvirinə müraciət etmək tələb olunur. Hegel deyirdi: “Təbiətin 

riyaziyyatı... öz mahiyyətinə görə ölçü haqqında elm olmalıdır. 

Onun  fikrincə  bu  kateqoriya  ölçmə  prosesi,  real  əşyalar 

arasındakı münasibətləri qurmaq ilə əlaqədardır. Əşya isə yalnız 



0 vaxt ölçülə bilər ki, o müəyyən qaydalara, qanunauyğunluğa 

tabe  edilir.  Əgər  bu  münasibətin  iki  tərəfi  müxtəlif  key- 

fıyyətlidirsə, onda ölçünün sonrakı inkişaf mərhələsində yeni və 

daha  konkret  ölçü  növləri  yaranır.  Məsələn,  məkan  və  zaman 

kimi keyfiyyətlərin qarşılıqlı münasibətindən yeni ölçü - sürət 

meydana  gəlir;  kütlə  və  həcmdən  sıxlıq  yaranır.  Axırıncını 

Hegel əşyanın özünə münasibətdə xarici olan ölçüdən - sürətdən 

fərqli olaraq real ölçü adlandırmışdı. 



4.15.

 

Əkslik, ziddiyyət, vəhdət, mübarizə, 

eynilik, fərq anlayışları, harmoniya 

Əkslik  predmetin  bir-birinə  qarşı  duran,  mübarizə  aparan 

tərəflərinə,  elementlərinə,  tendensiyalarına  deyilir.  Əksliklər 

eyni zamanda müəyyən mərhələdə vəhdətdə olurlar. 

Əl-Fərabi  hələ  X  əsrdə  əksliklər  haqqında  demişdi:  “Ağın 

olması  qaranın  yoxluğu  deyil.  Özü-özlüyündə  hər  bir  əkslik 

onun  əks  tərəfinin  yoxluğu  demək  deyildir.  Lakin  hər  bir 

əkslikdə  başqa  tərəfin  yoxluğunun  əsası  qoyulub,  çünki  cisim 

bir əkslikdən başqasına keçir“.^® 



Гегель. Наука логики. T.l, M., 1970, c.436. 

Ал-Фараби. Естественно-научные трактаты, c.402-403. 

66 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə