Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə24/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   20   21   22   23   24   25   26   27   ...   164

yerinə  yetirən  -  yaxşı  adamdır.  Həyat  -  vəzifə  və  məsuliyyət 

deməkdir. 

Brahman mütləq həqiqət və təmiz şüur olduğu üçün şüurdan 

törəyir. Brahmançılıq isə Brahmana qovuşmaq təcrübəsidir. Bu 

təlimə görə insan özünümüşahidə prosesində özünü dərk edir, o 

həm də bütöv Kainatı başa düşür. İdrak və varlıq eynidir, eyni 

mütləqin  ayrılmaz  aspektidir.  Həqiqəti  dərk  etmək  -  həqiqətə 

çevrilmək  deməkdir;  belə  ki,  şəxsiyyətin  mahiyyəti  ilahiliyin 

özünü  dərk  etməsidir.  Beləliklə,  özünüdərk,  xüsusən  intuitiv 

özünüdərk insanı getdikcə daha çox Mütləqə birləşdirir. 

Brahman  yalnız  mütləq  qüvvə  və  intellekt  deyil,  həm  də 

mükəmməl  səadət  və  hər  bir  rifahın  mahiyyətidir.  İnsanın 

qurtuluşu  və  yaxud  xilası  ilahi  olmayan  nə  varsa  hamısını 

aradan qaldırmaq yolu ilə mütləq səadətə qovuşmaqdır. 

Sonralar  Brahmanlar  əsasında  yaranan  mətnlərdən  ən  çox 

yayılanı upanişaddır. Bu söz sanskritcə İnədən ibarətdir: «upa» 

önsözü  -  yanında,  yaxınlığında,  «ni»  -  aşağıda,  «şad»  kökü  - 

oturan, yəni öz müəlliminin ayaqlarının yanında oturan şagird 

deməkdir. 

Upanişad  təliminə  görə  vəzifə  (borc)  ən  yüksək 

təkmilləşməyə  çatmaq  üçün  vasitədir.  Özünü  ali  mərhəmət 

dərəcəsinə çatdırmaq - bütün sahələrdə əsl insan kimi yaşamaq 

deməkdir.  Bu  ideala  o  vaxt  nail  olmaq  olar  ki,  insan  fərdi 

məhdudluğunu  aradan  götürsün  və  özünü  ümumi  ilə  tam 

halında eyniləşdirsin. Xilas olmaq - ruhun boy atması yoludur. 

Ölməzliyin  ən  ali  təzahürü  -  Allahla  birləşməkdir.  Tərəqqi 

Allahla birləşmək üçün tükənməz cəhddir. 

Upanişadlar Vedlərin mərasimçiliyi əleyhinə çıxış edirdilər. 

Onların  fikrincə,  mərasim  tamamilə  əks  nəticələrə  gətirib  çı- 

xanr,  insanı  mövcudat  axanna  salır  və  bu  yolla  onu  maddi 

dünyanın toruna salır. Upanişadlar başqa xilas yolu göstərirlər: 

xarici dünya istiqamətinə səyahət. Ved ənənəsi Kainatın həyati 

qüvvəsindən  ilham  alır,  upanişad  ənənəsi  isə  insana  yönəlib, 

insan şüuruna və özünümüşahidə vaxtı baş verənlərin hamısına 

münasibətdə gərgin diqqətə üstünlük verir. 

70 



Qədim hind fəlsəfəsinin xarakter xüsusiyyətlərindən biri də 

odur  ki,  bu  fəlsəfə  müəyyən  sistemlər  və  yaxud  məktəblər 

çərçivəsində inkişaf edirdi. Qədim hind məktəblərinə cay- nizm, 

buddizm, çarvak-lokayatlar, hinduizm aiddir. 

Əsası Vardxamana (b.e.ə. VI əsr) tərəfindən qoyulmuş cay~ 

nizm  əsasən  etik  təlimdir,  bu  təlim  insan  ruhunu  ehtirasların 

tabeçiliyindən azad etmək yollarını göstərir. Belə etika bir çox 

hind  sistemləri  üçün  ənənəvi  hal  olmuşdur.  Ruhun  asılılığını 

doğuran  əsas  səbəb,  onun  çox  böyük  ehtirasla  bir  şeyə  həvəs 

göstərməsidir.  Ehtirasın  səbəbi  isə  həyatı  başa  düşməkdir. 

Ruhun  materiyadan  tamamilə  ayniması  -  asketizm  -  maddi 

nemətlərdən imtina etmək yolu ilə mümkündür. 

Caynizmə görə əxlaq insanı yaxşılığa doğru dəyişmək, yeni 



karma (sanskr. - hərəkət, vəzifə, borc) yaranmasına mane olmaq 

üçün  zəruridir.  Karma  -  törədilən  əməllərə,  fikirlərə,  cəhdlərə 

görə ümumi cəza qanunudur. Bu, ruhun bir canlının bədənindən 

başqasının  bədəninə  keçməsi  və  canlının  gələcək  taleyi  üçün 

lazımdır. Karma - gələcəyə ümid, keçmişə tabe olmaq deməkdir. 

Caynizm öyrədir ki, xeyirxahlıq beş keyfiyyətdən ibarətdir: 

1) ziyankar olmamaq və yaxud aximsa (sanskr. - bütün canlılara 

hörmət etmək); 2) şəfqətli olmaq, yalan danışmamaq; 3) təmiz, 

doğru  olmaq,  məsələn,  oğurluq  etməmək;  4)  şöhrətə  can 

atmamaq; 5) bütün dünyəvi maraqlardan imtina etmək. 

Ruh  cayn  fəlsəfəsində  bütün  canlıları  ifadə  edən  əsas 

anlayışdır.  Hətta  daş  və  torpaqda  da  yaşayan  sonsuz  dərəcədə 

çoxlu  ruh  mövcuddur.  Ruh  -  hiss  üzvləri  və  yaşayış  yerinin 

mövcudluğundan  asılı  olaraq  təsnif  edilir.  Ruhu  xarakterizə 

edən  əsas  əlamət  -  şüurdur.  Bundan  başqa  ruh  fəal,  iradəli 

başlanğıc  kimi  təsvir  edilir;  öz  fəaliyyəti  sayəsində  karma  ilə 

əlaqəyə  girir,  karma  isə  ruhun  təbii  qabiliyyətinin  meydana 

çıxmasına və onun reallaşmasına mane olur. 

Substansiya cayn metafizikasının əsas anlayışıdır. Caynizm 

altı substansiyanın olduğunu göstərir: ruh, materiya, hərəkət və 

sükunət şəraiti, məkan və zaman. 

71 



Məşhur  cayn  mütəfəkkiri  Kundakundanın  bəzi  fikirlərini 

misal  göstərək:  «Bilən,  hiss  üzvlərindən  kənara  çıxan  gözün 

formanı  gördüyü  kimi,  bilik  obyektinə  daxil  olmadan  və  ona 

nüfuz etmədən bütün dünyanı bilir və görür»; «qiymətli yaqut 

daşı südün içərisində olarkən onu öz işığı ilə dəyişdirdiyi kimi 

bilik də obyektlərdə olur»; «əgər bu obyektlər bilikdə mövcud 

olmasa,  onda  bilik  hər  yerdə  olmur.  Ancaq  obyektlər  bilikdə 

olduğu kimi bilik də hər yerdə var»; «elə bilik hisslərlə qavra- 

na bilməyən adlanır ki, ölçüsü dəyişən ölçüsü olmayanı, maddi 

qeyri-maddini,  meydana  gəlməyən  yox  olanı  başa  düşür»; 

«hisslərdən yüksək bilik - obyektlərdə maddi olmayanlara, hissi 

bilik  isə  -  maddi  olana  nisbətdə  mövcuddur.  Onların  ən 

yaxşısını xoşbəxtlik kimi tanımaq lazımdiD>; «toxunmaqla hiss 

etmək, dad, qoxu, rəng və səs duyğulan - maddidir. Hiss üzvləri 

onları eyni vaxtda qavramır».' 

B.e.ə. VI-V əsrlərdə üç dünyəvi dindən biri olan dini təlim - 



buddizm  meydana  gəlir.  Buddizm  aşağıdakı  əsas  müddəalan 

irəli sürür: 1) həyat işgəncələrlə doludur; 2) iztirablann səbəbləri 

mövcuddur; 3) bu işgəncələrdən azad olmaq və onun qarşısını 

almaq  imkanı  var.  Elə  insanın  anadan  olması  öz  arxasınca 

zəncirvari olaraq işgəncələr gətirir. Buddist aqillər öyrədirlər ki, 

idrakın məqsədi insanı əzab-əziyyətdən azad etməkdir. Buddist 

əxlaqın  əsasında  belə  bir  inam  dayanır  ki,  işgəncələrdən 

ölümdən sonrakı dünyada deyil, indiki həyatda azad olmaq olar. 

İşgəncələrdən  bu  yolla  azad  olmaq  buddistlərdə  «nirvana» 

adlanır.  Bu  sözün  hərfi  mənası  sanskritcə  «sönmək», 

«dayanma» deməkdir. Nirvana dedikdə buddistlər soyuqqanlı, 

sakit olmaq vəziyyətini, ağrı və əziyyət gətirən hər şeydən azad 

olmağı,  xarici  aləmdən,  hətta  fikir  dünyasından  da  tamamilə 

təcrid  olunmağı  nəzərdə  tuturlar.  Nirvana  vəziyyəti  ruhu 

əritmək yox, onun sonu olmayan daimi səadətə qovuşmasıdır; 

bu  ruhun  yaşamaqdan  deyil,  bədəndən  xilas  olmasıdır.  Belə 

vəziyyət  ölümdən  sonra  yenidən  doğulmağı  mümkünsüz  edir. 

Brahmanların təliminə görə nirvana fərdi ruhun Mütləqə 



^ Bax: Журн. «Вопросы философии», № 9, 2000, с. 135-137. 

72 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə