Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə25/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   21   22   23   24   25   26   27   28   ...   164

(Brahmana) qovuşması deməkdir. Buddist fəlsəfədə isə nirvana 

deyəndə  ilahinin  elə  dərkedilməz  vəziyyəti  başa  düşülür  ki, 

burada fərdin mövcudluğunu şərtləndirən bütün varlıq faktorları 

tamamilə aradan götürülür. 

Buddizmin  banisi  Siddxartxa  Qautama  (b.e.ə.  təxm.  623- 

544)  olmuşdur.  Budda  adı  ona  sonradan  verilib.  «Budda» 

sanskritcə açıq, aydın, ali həqiqətə çatan deməkdir. • 

Buddanın  ölümündən  sonra  onun  təlimində  iki  istiqamət 

yaranmışdı:  1.  Xinayana  (kiçik  nəqliyyat,  kiçik  gəmi)  qədim 

buddist təlimini ifadə edir. Burada əsasən fərdin taleyi və onun 

nəfsdən azad olmaq yollarından bəhs edilir. 2. Maxayanada isə 

(böyük  nəqliyyat,  böyük  gəmi)  fərdin  taleyindən  deyil,  bütün 

bəşəriyyətin rifahı haqqında danışılır. 

Yeni buddizm empirik dünyanın reallığını qeyd-şərtsiz inkar 

etmir, 

0 yalnız göstərir ki, empirik reallıq — son reallıq deyil. 

Deməli,  yeni  buddizmə  görə  iki  reallıq  mövcuddur:  biri  üzdə 

görünən,  biri  də  dərinlikdəki  görünməyən  reallıq.  Birinci  — 

reallığın  xəyali  aspekti,  ikinci  isə  —  son,  mütləq  mənada 

reallıqdır.  Belə  iki  reallıq  və  yaxud  «iki  həqiqət»  yeni 

buddizmin aparıcı ideyasıdır. 

Buddanın  öz  dediklərindən  bir  neçə  misal  gətirək.  Onun 

fikrincə asketizm (tərkdünyalılıq) - xoşbəxtliyə aparan yoldur. 

«İnsan  o  vaxt  əsl  mənada  azad  olur  ki,  onun  ruhunu  xarici 

aləmə, təbiətə bağlayan bütün zəncirləri, buxovlan atır; əgər o, 

bu bağlardan xilas olursa, onda özünü azad hiss edir».^ 

Budda  öyrədirdi  ki,  əgər  insan  pis  əməllərinə  görə 

təəssüflənirsə, yaxşı adam ola bilər. O, deyirdi: «Əgər insan öz 

əməllərinə görə peşman olursa, o, başa düşür ki, pis iş görüb; 

əgər insan başa düşür ki, xeyirxah iş görüb və buna görə peşman 

olmağa ehtiyac yoxdur, onda o, sevinc və məmnunluqla anlayır 

ki, onun işi başqalarına xeyir gətirəcək».^ 

Hindistanda  ən  qədim  materialist  fəlsəfi  cərəyan  lokayata 

(çarvak) təlimi olmuşdur. Belə hesab edilir ki, bu cərəyanın 

" Будда. Минск, «Современное слово», 1998, с. 19. ^ 

Yenə orada, s.73. 

73 



əsası  b.e.ə.  I  minilliyin  ortalannda  müdrik  aqil  Brixaspati 

tərəfindən qoyulmuşdur.  Lokayata maddi dünyadan başqa hər 

hansı başqa aləmin mövcudluğunu inkar edir. 

Yeni  eranın  əvvəllərindən  başlayaraq  Hindistanda  yaşayan 

müxtəlif  etnik  qrupların  mədəniyyətlərinin  uzun  tarixi 

təkamüldən sonra tədricən birləşməsi hinduizmin yaranmasına 

gətirib  çıxartdı.  Bu  dini  təlim  daha  çox  vedizm,  xüsusən 

brahma-  nizm  ideyalarının  bilavasitə  təsiri  nəticəsində 

yaranmışdı. 

Hinduizmin  fəlsəfi  cəhətdən əsaslandırılması  aşağıda  adları 

çəkilən  altı  sistemdə  baş  verir,  bu  sistemlərin  də  hər  birində 

xeyli məktəblər var. 



Sankxya.  Əsası  Kapila  tərəfindən  hələ  b.e.ə.  qoyulmuş  bu 

sistem  b.e.  təxminən  III  əsrində  artıq  müstəqil  bir  təlim  kimi 

fəaliyyət  göstərməyə  başlayır.  Bu  təlimə  görə  «dünyanın  əsa- 

sı»nı  nə  isə  şüurlu  olmayan  bir  şey  təşkil  edir.  Sankxya 

öyrədirdi ki, dünyanın ilk səbəbi olan maddi başlanğıc - prakrit 

(materiya, təbiət) mövcuddur. 



Yoq(L  B.e.  II  əsrində  Patancali  tərəfindən  yaradılan  Yoqa 

fəlsəfəsi  əsas  diqqəti  psixoloji  və  fizioloji  kateqoriyaların 

tədqiqinə  və  praktiki  psixoloji  təhsilə  yönəldir.  Sözün  geniş 

mənasında  «yoqa»  termini  meditasion  praktikanı  göstərmək 

üçün istifadə edilir.'* 

Bütövlükdə yoqa sisteminin əsas elementi psixoloji cəhətdən 

istiqamətləndirilmiş məşqlərdir. 

Vayşeşika.  Bu  məktəbin  banisi  «Vayşeşika  sutra»  əsərinin 

müəllifi Kanada (b.e. I əsri) olmuşdur. Bu təlimin əsas 

müddəaları odur ki, dünyada daimi dəyişiklik baş verir, əbədi 

və dövrü olaraq yaranma və yoxolma prosesi davam edir. Lakin 

bu  daimi  prosesdə  bir  sabit  element  də  var  -  anu  (atom). 

Vayşeşiklərin  fikrincə  atomlar  heç  kim  tərəfindən  yaradılmır, 

onlar əbədi və məhvedilməzdir. 

Nyaya.  Qotama  tərəfindən  əsası  qoyulmuş  bu  sistemdə 

fəlsəfi məsələlərin məntiqin yardımı ilə tədqiq edilməsi diqqət 



Meditasiya (lat. «meditation» sözünün kökü «meditoD> fikirləşirəm, düşünürəm deməkdir) - 

insan psixikasını əsaslı şəkildə bir yerə cəmləməyə yönəlmiş əqli fəaliyyətə deyilir. 

74 


mərkəzində dayanır. Bu təlimə görə idrakın qaynağı hiss etmək 

və analogiya vasitəsilə nəticə çıxarmaqdır. 



Mimansa.  Caymini  tərəfindən  yaradılan  bu  təlimə  görə 

işgəncədən  xilas  olmağın  yeganə  yolu  ardıcıl  olaraq  Vedlərin 

tələblərini yerinə  yetirməkdir. Mimansa təsdiq edir ki, idrakın 

gücü ilə şeylərin mahiyyətini düzgün anlamaq olar. 



Vedanta  dünyanın  maddi  qüvvələrin  qarşılıqlı  təsiri 

nəticəsində  yaranması fikrini inkar edir, Brahmanı  qəbul  edir, 

onu  dünyanın  mütləq  mahiyyəti  kimi  başa  düşür;  hiss  üzvləri 

vasitəsilə  qavranılan  maddi  dünya  hadisələrini  illüziyanın 

(quna) məhsulu hesab edir. 

2.

 

Qədim Çində fəlsəfi fikir 

Qədim  Çində  fəlsəfi  fikirlərin  formalaşması  b.e.ə.  VI-V 

əsrlərə təsadüf edir. 

Konfusiçilik  əxlaqi-siyasi  təlim  olaraq  qədim  Çinin  fikir 

tarixində  əhəmiyyətli  yer  tutur.  Bu  təlimin  yaradıcısı  böyük 

mütəfəkkir  Äb«/«s/  (b.e.ə.  təxm.  551-479)  olmuşdur.  O, 

ümumiyyətlə  Çin  mədəniyyətinin  inkişafına  çox  böyük  təkan 

vermişdir.  Konfusi  ənənəvi  görüşlərə  söykənərək  belə  hesab 

edirdi  ki,  göy  (səma)  ali  ilahi  varlıq  kimi  öz  iradəsini  insana 

qəbul etdirir. Onun fəlsəfəsinin mərkəzində tərbiyə problemləri 

dururdu.  O,  deyirdi  ki,  «Bütün  insanlar  öz  təbiətlərinə  görə 

bir-birinə yaxındırlar, lakin onlar tərbiyə gedişində aynlırlar». 

Konflısiçiliyə  görə  cəmiyyət  «etika  qanunlan»  ilə  idarə 

olunmalıdır,  yəni  davranış  normaları  və  qaydalanna,  əxlaqi 

əqidələrə, əxlaqi nümunə qüvvəsinə əsaslanmalıdır. 

Bununla  belə,  bu  təlimin  çıxış  nöqtəsini  «göyün  (səmanın) 

buyuruğu»  (əmr,  yəni  tale)  konsepsiyasını  hesab  etmək  olar. 

Göy təbiətin bir hissəsi olsa da - ali mənəvi qüvvədir, təbiət və 

insanı müəyyənləşdirir. 

Konfusiçilik  ilə  din  arasında  funksional  əlaqənin 

mövcudluğu  onun  buddizm  və  daosizm  ilə  dinc  yanaşı 

yaşamasını mümkün etmişdi. 



75 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə