Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə26/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   22   23   24   25   26   27   28   29   ...   164

Konfusinin fikrincə xeyirxahlığı ancaq səmimi qəlbdən edən 

adam  uğur  qazana  bilər.  «Nə  vaxt  ki,  həqiqət,  xeyirxahlıq, 

ədalət  prinsiplərini  öyrənən  insan  bütün  bunları  başdansovdu 

deyil,  səmimi  öyrənməyə  meyl  göstərir,  onda  həmin  adam 

böyüklüyə,  müdrikliyə  çata  bilər.  Belə  adam  imperiyanı 

başqalarından  yaxşı  idarə  etməyə  qadirdin).  ®  Çünki 

«xeyirxahlıq  təbliğ  edən  hökmdar  dan  ulduzuna  bənzəyir, 

bürcdə  başqa  ulduzlar  arasında  özünə  layiq  yer  tutun>.^ 

Konfiısinin  aşağıdakı  sözləri  bizim  zaman  üçün  də  çox 

aktualdır:  «Qulluqda  olmayan  vaxt  dövlət  işlərinə  qarışmaq 

mənasızdır».’ 

Daosiznt  b.e.ə.  I  minilliyin  ikinci  yarısında  meydana 

gəlmişdir.  Qədim  Çinin  dini-fəlsəfi  məktəblərindən  biri  olan 

Daosizmin başlanğıc ideyası dao (yol) haqqında təlimdir. Dao - 

bütün  Kainatın  yaranması,  inkişafı  və  məhv  olması  haqqında 

əzəli,  daimi  və  ümumi  qanundur.  Buradan  belə  bir  nəticə 

çıxarılır ki, insanın bütün davranışı mikrokosmosda insan daosu 

(təbiəti)  ilə,  makrokosmosda  isə  bütün  Kainatın  daosu  ilə 

uzlaşmalıdır. Daoya zidd olan bütün hərəkətlər boş yerə qüvvə 

itirmək deməkdir. 

Daosizm əfsanəvi mütəfəkkir Lao-Tszının ideyalan əsasında 

yaranmışdır.  Onun  fəlsəfəsinə  görə  dao  ümumi  vəhdət 

deməkdir, onun nə adı, nə də forması var; eşidilmir, görünmür, 

dərk  edilmir,  müəyyənləşdirilmir,  lakin  mükəmməldir.  Dao 

həm sükunətdədir, həm də daim hərəkət edir. O özü dəyişməsə 

də, bütün dəyişikliklərin səbəbidir. Dao - daim vahid, dəyişməz, 

keçici  olmayan,  həmişə  mövcud  olandır;  o  hər  şeyin  kökü, 

bütün  şeylərin  anasıdır.  «İnsan  yerdən,  yer  göydən 

(kosmosdan), göy daodan, dao isə özündən asılıdiD). 



Adlar məktəbi. Bu təlimin təmsilçiləri göstərirdilər ki, tarixi 

dəyişikliklər ilə əlaqədar məlum  olmuşdur ki,  şeylərin özü ilə 

adları  arasında  uyğunsuzluq  var.  Odur  ki,  gerçəkliyin  dil 

vasitəsilə ifadə edilməsi problemini həll etməyə yönəlmiş yeni 

fikir cərəyanı meydana gəlir. Adlar məktəbi - şeylərin müna- 

* *


 

Конфуций. Минск. «Современное слово», 1998, с.376. 

* Yeno orada, s.24. 

^ Yenə orada, s.67. 

76 


sibətlərini  və  bu  münasibətlərin  özlərinin  ifadə  olunmasını, 

sonra isə şeylər haqqında mühakimə ilə onların adları arasında 

uyğunluğu tədqiq edirdi. 

Moiztn  məktəbi  öz  yaradıcısı  olan  filosof  Mo  Dinin  (b.e.ə. 

479-400) adını daşıyır. Bu təlimdə əsas diqqət hər şeydən əvvəl 

sosial  etika  problemlərinə  yönəldilirdi.  Moistlərin  təlimi 

Konfusiçilik təliminin tam əksi olaraq, həyatın bütün mənasını 

ümumi  məhəbbət  (tszyan  ay)  və  müvəffəqiyyətdə,  uğur 

qazanmaqda, qarşılıqlı faydaya nail olmaqda görürdü. 



Tszou  Yan  və  beş  ünsür.  Beş  ünsür  -  su,  od,  ağac,  metal, 

torpaq  -  Tszou  Yanın  fəlsəfi  görüşlərinin  əsas  mövzusudur. 

Ünsürlər qüvvə ilə müəyyənləşən xarakterlərinə görə bir-birini 

əvəz  edirlər,  qüvvənin  yardımı  ilə  bir-birini  əvəz  edirlər, 

qüvvənin köməkliyi ilə bir-birinin müqavimətini aradan qaldı- 

nrlar. 


Legizm təliminin nümayəndələri sosial-siyasi problemlər ilə 

məşğul  idilər.  Legizmin  banisi  Şen  Buxay  (b.e.ə.  400-337) 

yazırdı:  «Ağıllı  adam  qanun  yaradır,  axmaq  -  qanunla 

məhdudlaşır.  Qabiliyyətli  adam  qaydaları  dəyişir,  qabiliyyəti 

olmayan isə qaydalara bağlanın).* 

Eklektiklərin  təliminin  xarakterik  xüsusiyyəti  müxtəlif 

məktəblərə  məxsus  görüşləri  bir  sistemdə  birləşdirməyə  səy 

göstərmək olmuşdur. Quan-Tszi və Lyuy Buvey (b.e.ə. III əsr) 

bu təlimin əsas nümayəndələri idi. 



3.

 

Qədim Yaponiyada fəlsəfi fikir. 

Sintoizm. 

Qədim Yaponiyada fəlsəfi fikrin meydana gəlməsi əsas dini 

təlim  olan  sintoizm  ilə  (yaponca  «sintoizm»  -  allahların  yolu, 

təlimi) sıx bağlıdır. 

Sintoizm  tamamilə  yapon  xalqına  xas  olan  bir  dindir, 

konfusiçilik  və  buddizm  ilə  yanaşı  mövcuddur.  Bu  üç  din 

birləşərək  yapon  mədəniyyətini,  əxlaqını,  həyat  və  ölümə 

münasibətini  müəyyənləşdirir.  Sintoizmdə  «kami»  adlanan 

çoxlu allahlara 

**

 



** Bax: История философии в кратком изложении. М., 1991, с.58. 

77 


inanmaq mərkəzi yer tutur. Kami ilahi və yaxud mənəvi varlığı 

ifadə  edir.  Buraya  -  milləti  və  bəzi  ailələri,  xüsusən  imperator 

ailəsini  qoruyan  ruhlar,  həmçinin  sivilizasiyanın  yaranmasında 

xüsusi xidməti olan milli qəhrəmanların və alimlərin ruhu; təbiət 

hadisələri və obyektlərində ifadə olunan ruhlar - yağış, şimşək, 

günəş,  dağlar,  çaylar,  ağaclar  daxildir.  Kamilər  arasında  başçı 

Yaponiyanın  ilahi  himayəçisi  olan  Günəş  Allahı  -  Amaterasu 

hesab edilir. Kamilər çoxsifətli olsalar da dünyanın rifahı üçün 

birgə fəaliyyət göstərirlər. Ona görə də bəzi müəlliflər onları bir 

Allah kimi təsvir edirlər. İudaizm, xristianlıq və islamdan fərqli 

olaraq  sintoizmdə  insan,  təbiət  və  Allah  arasında  ciddi  fərq 

yoxdur; insan kamilərdən və öz sələflərindən gələn ruh sayəsində 

həyat  qazanır  və  axırda  özü  də  kami  olur.  Kamilərə  müxtəlif 

formalarda  sitayiş  etmək  olar,  lakin  ayinlər  adətən  mənzərəli 

yerdə tikilən məbədlərdə icra edilir. Dua edilən vaxt kamilər ilə 

birləşmək olar, bu anda insan aydın və işıqlı şüur qazanır. 

Sintoizm  etikası  harmoniya  ifadə  edən  «va»  (yuvarlaq)  və 

səmimiyyəti  göstərən  «makota»  ideyalarına  əsaslanır.  Rifah 

(xeyir)  isə  təmiz  ürəklə,  xoş  niyyət  və  əməkdaşlıq  üzərində 

qurulur. Kinli, hirsli olmaq insanı qara qəlbli, eqoist və nifrətli 

edir.  Sintoizmə  görə  belə  insanlar  həmişə  cəmiyyətin 

pozulmasına,  əhali  arasında  nifaq  başlamasına  səbəb  olurlar. 

Beləliklə,  bu  etika  göstərişlər  toplusu  ilə  məhdudlaşmır, 

cəmiyyətdə 

daxili, 

mənəvi 


səmimiyyətin, 

harmonik 

münasibətlərin yaranmasına xidmət etməyə çalışır. 

4.

 

Qədim Misirdə və Mesopotamiyada 

fəlsəfədən öncəki fikir 

Qədim Misirdə və Mesopotamiyada fəlsəfi fikrin yaranması 

bir  tərəfdən  ilk  addımını  atan  dünya  haqqında  elmlər  - 

astronomiya, kosmologiya, riyaziyyat, o biri tərəfdən mifologiya 

ilə  sıx  əlaqədə  olmuşdur.  Fəlsəfə  hələ  şüurun  xüsusi  forması 

kimi  müəyyənləşməmişdi.  Ümumiyyətlə,  babilistanlılann 

dünyagörüşü  Qədim  Şərqin  başqa  xalqlarınm  çoxunda  olduğu 

kimi,  təbiəti  anlamağın  ilk  cəhdi  olan  mifologiyadan  aynlmaz 

idi. 

78 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə