Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə27/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   23   24   25   26   27   28   29   30   ...   164

Qədim  Misir  mədəniyyətinin  meydana  gəlməsi  dünyanın  ən 

qədim  mədəniyyətlərindən  biri  kimi  orada  quldarlıq 

cəmiyyətinin  yarandığı  dövrə  -  b.e.ə.  IV  minilliyin  axırlanna 

təsadüf edir. 

Qədim  Misir  düşüncəsinin  inkişafında  dindən  başlayıb 

miflərin fəlsəfi izahına doğru gedən yolu açıq müşahidə etmək 

olar. Zaman keçdikcə miflərə dini deyil, əvvəllər onların malik 

olmadıqlan fəlsəfi məna gətirilir. 

Qədim  Misir  mifologiyasında  hökmdarın  üzərinə  düşən 

vəzifələr  o  qədər  mürəkkəb  və  çətin  idi  ki,  bir  adam  onlann 

öhdəsindən  gələ  bilməzdi.  Aləmi  dərk  etmək  qabiliyyəti,  ali 

hakimiyyət, kütlələri xalq halında birləşdirmək, onları müdafiə 

etmək, lazım olanda cəzalandırmaq hökmdarın əsas atributlan 

idi. Misir allahları insana çox bənzəyirdilər, insanlara xas olan 

bəzi  zəif cəhətlər onlarda da vardı. Hökmdar vəzifələrinin bir 

qismini öz nümayəndələrinə tapşırırdı. Misirlilər inanırdılar ki, 

yerdəki hökmdar Ali allah hesab edilən Renin oğludur. Deməli 

hökmdar fövqəltəbii bir varlıq hesab edilirdi. 

B.e.ə.  III  əsrdən  başlayaraq  Qədim  Misirdə  (İsgəndəriyyə 

məktəbində)  elm  yüksək  dərəcədə  inkişaf  etməyə  başladı 

(Evklid, Arximed, Erasistrat və b.). 

Mesopotamiyanın  ərazisində  ilk  şəhər-dövlətlər,  əlifba  və 

elm  yaranmışdı.  Burada  da  miflər  idrakın  o  dövrdəki 

səviyyəsinin universal izahı idi. Kosmosun, dünya qaydalannm 

və  dünyanı  idarə  edən  ilahi  qanunlann  yaranması  haqqındakı 

məsələlər ilə yanaşı mesopotamiyalılann təfəkküründə, sonralar 

)nınan  fəlsəfəsində  olduğu  kimi,  insan  həyatının  mənası, 

həmçinin etik normalann dərk edilməsi məsələləri də meydana 

çıxır. 

Misirlilərin və babilistanlıların mədəniyyəti qədim dünyada, 



0  cümlədən  Yunanıstan  və  Romada  elmi  və  ictimai  fikrin 

inkişafına çox böyük təsir göstərmişdi. 



5.

 

Qədim Azərbaycanda və İranda fəlsəfi fikir. 

Zərdüştlük. 

Dualist  din  (dini  fəlsəfə)  olan  Zərdüştlük  b.e.ə.  VII-VI 

əsrlərdə  Qədim  Azərbaycan  və  İran  ərazisində  meydana 

gəlmişdir.  Bu  dinin  yaradıcısı  Zərdüşt  (yun.  Zoroästr, 

Zaratuştra) ol- 

79 



muşdur. O, bu dinin müqəddəs kitabı olan «Avesta»nın ən qədim 

hissəsinin müəllifidir. «Avesta» («Qanun») üç kitabdan ibarətdir: 

Vendidad, Yasna və Vispered. Əvvəlki iki kitabda toplanmış dini 

mərasimləri əks etdirən mətnlər - yaştlar «Aves- ta»nın ən qədim 

hissələri  hesab  olunur.  Onlar  irili-xırdalı  müxtəlif  vaxtlarda 

yaranmış  iyirmi  bir  himndən  ibarətdir.  Yas-  nanın  əsas 

məzmununu  Zərdüştün  lirikası  -  qatlar  təşkil  edir.  Vispered 

Yasnanın ayn-ayrı hissələrinə əlavədir. 

Zərdüştlüyün əsas ideyası  - dünya qaydalannm xeyir və şər, 

işıq və zülmət, həyat və ölüm arasında gedən mübarizədən asılı 

olması  fikridir.  Kainatın  müsbət  başlanğıcının  təcəssümü  - 

Hörmüz (Ahura-Məzdə), mənfi başlanğıcının isə - Əh- rimandır 

(Ahura-Manyu).  Onlann  hər  ikisi  «Sonsuz  vaxt»ın  -  allah 

Ervanın  oğullarıdır.  Onlann  banşması  mümkünsüzdür.  Zərdüşt 

deyirdi:  «Mən  varlığın  başlanğıcında  olan  iki  Ruh  haqqında 

demək istəyirəm ki, onlardan biri - İşıqlı (Ahura- Məzdə) kinli 

yamana (Ahura-Manyu) dedi: «Bizim nə fikrimiz, nə təlimimiz, 

nə  iradəmiz,  nə  əqidəmiz,  nə  sözümüz,  nə  işimiz,  nə  bizim 

inamımız, nə bizim qəlbimiz uyğun gəlmin>.® 

«Avesta»da deyilir ki, şər daimi deyil, həm mənəvi, həm də 

dini pərəstiş baxımından ondan təmizlənmək yolu ilə şəri aradan 

götürmək  mümkündür.  Bu  təmizlənmədə  əsas  rolu  oda  sitayiş 

etmək tutur. Od insanı saflaşdırır. Zərdüşt Hörmüz tərəfdarlarına 

öləndən  sonra  o  dünyada  gözəl  güzaran,  Əhrima-  nın 

davamçılarına  isə  məşəqqətli  ağır  vəziyyət  vəd  edir.  Zər- 

düştlükdəki  cismani  ölümdən  sonra  həyat,  dünyanın  axın, 

öləndən sonra mükafat, son məhkəmə, ölülərin dirilməsi, bakirə 

qızın  gələcəyin  xilaskannı  doğması  ideyalan  sonralar  meydana 

gələn dinlərə də keçmişdir. 

«Avesta»da  Hörmüz  yeganə  Yaradıcı  hesab  edilir,  Ahura  - 

Qədim  Assuriya  allahlarından  birinin  adı  idi.  Zərdüşt  bu  ada 

«məzdə» sözünü əlavə etmişdi. Bu söz «bilən böyük Yaradıcı» 

deməkdir.  «Avesta»da  Hörmüzün  (Ahura-Məzdənin)  20  adı 

göstərilir: 1. Soruşulan, sual edilən (tam, bol); 2. Arzu edilən; 



AeecTa. 

(



pyccKHX 

nepeeoflax), 

CFI6, 1998, c.143.

 

80 


3.

 

Qüdrətli; 4. Həqiqət; 5. Bütün yaxşı, xoş olanlar; 6. Ağıl; 



7.

 

Ağıllı; 8. Təlim; 9.Alim; lO.Müqəddəs; 11. Müqəddəslik; 



12.

 

Ahura;  13. Ən  güclü; 14.  Kinsiz;  15. Qalib;  16. Hər şeyi 

hesablayan;  17.  Hər  şeyi  görən;  18.  Sağaldan,  şəfa  verən;  19. 

Yaradan; 20. Məzdə. 

Zərdüşt  öyrədirdi  ki,  şər  -  əbədi  deyil.  Yuxarıda  deyildiyi 

kimi,  şərdən  təmizlənmə  işində  od  əsas  rol  oynayır.  «Aves- 

ta»dakı Günəş himnində deyilir: 

Biz Günəşə 

Ölməz işığa dua edirik.. 

Xeyirli fikir, xeyirli söz, xeyirli iş Zərdüşt əxlaqının üç əsas 

dayağıdır.  Zərdüştlük  dualanmn  birində  deyilir:  «Həqiqət  ən 

xeyirli işdir...». Hörmüz himnində deyilir: 

Xeyirli fikri, ey Zərdüşt 

Mən yaratmışam Ən yaxşı 

Həqiqəti Mən yaratmışam. 

Bu arzu olunan Hakimiyyəti Mən 

yaratmışam. 

Müqəddəs Möminliyi ^ 

Mən yaratmışam. 

Həm Bütövlüyü, Həm Ölümsüzlüyü 

O dünyada dindarlar üçün Mükafat 

kimi Mən yaratmışam." 

10 

Авеста. Избранные гимны. Душанбе, 1990, с.50. 

" Yenə orada, s.l8. 

81 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə