Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə28/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   24   25   26   27   28   29   30   31   ...   164

II. Antik fəlsəfə 

1.

 



Antik fəlsəfənin meydana gəlməsi 

Antik fəlsəfə və yaxud qədim yunan və romalıların fəlsəfəsi 

b.e.ə. VI əsrdə Yunanıstanda meydana gəlmiş və b.e. VI əsrinə 

qədər  davam  etmişdir.  Ənənəvi  olaraq  yunan  fəlsəfəsinin 

inkişafı bütöv bir dövr kimi yaranma (b.e.ə. VI əsr), çiçəklənmə 

və yetkinlik, başqa sözlə klassik mərhələdən (b.e.ə. V-IV əsrlər) 

keçərək tənəzzülə doğru uzun bir yol keçmişdir. Sönmə vaxtı və 

yaxud ellinizm fəlsəfəsi Roma imperiyasında b.e.ə. III-I əsrləri, 

tənəzzül isə b.e. I-VI əsrlərini əhatə edir. 

Cəmiyyət,  əxlaq,  qanun  haqqında  fikirlər  «yeddi  müdrik- 

lər»in  (b.e.ə.  VII-VI  əsrlər)  dünyagörüşündə  əsas  yer  tuturdu. 

Onların  ayrı-ayrı  müdrik  kəlamları  xalq  arasında  geniş 

yayılmışdır. Bir neçə misal göstərək. 

1.

 



Kleobul:  «Ölçü  hər  şeydən  yaxşıdır»;  «güc  ilə  heç  nə 

etmə» «həm cismani, həm də ruhən sağlam ol» və s. 

2.

 

Solon:  «Artıq  heç  nə»;  «tabe  olmağı  öyrənsən  idarə 



etməyi  də öyrənə bilərsən»;  «öz vətəndaşlarına ən xoş şeyləri 

deyil, ən faydalı şeyləri məsləhət gör» və s. 

3.

 

Xilon:  «Özünü  tanı»;  «yol  gedərkən  tələsmə»;  «qanuna 



tabe ol» və s. 

4.

 



Fales:  «Qibtə  yazıqlıqdan  yaxşıdır»;  «hakimiyyətdə 

olarkən özünü də idarə et» və s. 

5.

 

Pittak:  «Yaxınlannda  səni  hiddətləndirənləri  özündə 



etmə» və s. 

6.

 



Biant: «İnsanların əksəriyyəti naqisdir»; «işi tələsmədən 

başla,  başlayanda  isə  sona  çatdın>,  «daha  çox  dinlə»;  «sözü 

yerində de» və s. 

7.

 



Periandr:  «Demokratiya  tiraniyadan  yaxşıdır»;  «vədi 

yerinə  yetir,  onu  pozmaq  alçaqlıqdır»;  «uğursuzluğunu  gizlə, 

düşmənini sevindirmə» və s. 

Antik  fəlsəfənin  əsas  problemlərinin  məzmununu  mütləq 

(absolyut) sayılan hissi-maddi Kosmos  və onu məqsədəuyğun 

idarə edən kosmik ruh və ağıl təşkil edir. 



82 


ilk yunan filosofları əvvəlcə Misirdə və qismən Babilistanda 

müəyyən təlim keçib Yaxın Şərqin elmi fikrinin nailiyyətlərini 

öyrənirdilər.  Lakin  qabiliyyətli  şagirdlər  tezliklə  öz 

müəllimlərini ötüb keçdilər. 

Yunan fəlsəfəsi xüsusi fəlsəfi tədqiqatlar sahəsi kimi deyil, 

təbii-elmi  biliklərlə, siyasi  anlayışlann ünsürləri ilə, ilkin  şərti 

mifologiya olan incəsənət ilə sıx əlaqədə olan bilik sahəsi kimi 

meydana  gəldi.  Yalnız  b.e.ə.  III  əsrdən  başlayaraq  bir  çox 

elmlər aynlaraq xüsusi bilik sahəsinə çevrildilər. 

Antik fəlsəfənin tənəzzül dövrü onunla xarakterizə olunur ki, 

hissi-maddi  Kosmos  obyekt  kimi  deyil,  iradəsi  və  hissiyyatı 

olan,  özü-özünü  dərk  edən  və  tarixin  yaradıcısı  ola  biləcək 

subyekt kimi öyrənilir. 

Qədim Yunan fəlsəfəsini ümumiyyətlə Qərb mədəniyyətinin 

başlanğıcı  və  əsası  hesab  edənlər  çoxdur.  XX  əsrin  məşhur 

ingilis  filosofu  B.Rassel  yazmışdır:  «Qərb  sivilizasiyasının 

intellektual əsasında yaxşı nə varsa hamısı düşünən Yunanıstan 

ənənələrinə  gedib  ç ı x ı r ». O ,   bir  qədər  ifrata  vararaq  deyir: 

«Bütün Qərb fəlsəfəsi yunan fəlsəfəsidİD>.‘^ 

2.

 



Milet məktəbinin filosofları 

İlk  materialist  təlimlər  b.e.ə.  VII-VI  əsrlərin  qovşağında 

Kiçik  Asiyadakı  yunan  şəhəri  Miletdə  meydana  gəlmişdir. 

B.e.ə. VII  əsrin axırlarından VI əsrin sonuna qədər burada üç 

böyük  mütəfəkkir  yaşayıb  yaratmışdır:  Fales,  Anaksimandr, 

Anaksi-  men.  Onlar  Qədim  Yunanıstanda  ilk  dəfə  olaraq 

astronomiya, riyaziyyat, fizika və biologiya anlayışlannı inkişaf 

etdirmiş, ilk elmi cihazlan quraşdırmışlar. 

İlk Milet filosofu, Milet məktəbinin yaradıcısı Fales (b.e.ə. 

təxm.  625-547)  əməli  fəaliyyəti  təbiətin  dərindən  öyrənilməsi 

ilə  əlaqələndirirdi.  O,  ilk  başlanğıc  (substansiya)  anlayışına 

qədər  yüksəldi,  əks  halda  o,  filosof  ola  bilməzdi.  Fales  hesab 

edirdi  ki,  bütün  mövcudat  hansısa  rütubətli  ilk  maddədən  və 

yaxud sudan əmələ gəlmişdir. 



Б.Рассел. Мудрость Запада. M., «Республика», 1998, с. 187. 

Yenə orada, s.26. 

83 


Fales  kimi  Anaksimandr  (b.e.ə.  təxm.  610-547)  da  yerin 

quruluşu,  coğrafiya,  fizika,  həyatın  və  insanın  yaranması 

problemləri  ilə  maraqlanırdı.  İlk  maddə  (yaxud  apeyron) 

Anaksi- mandra görə qeyri-müəyyən, hüdudsuz bir varlıq kimi 

maddələrin bütün növlərini özündə birləşdirir. «Apeyron» sözü 

yunanca  ölçüsüz,  hüdudsuz,  sonsuz  mənasını  daşıyır.  Əbədi 

apeyron - əbədi hərəkətdir. 

Anaksimen  Miletli  (b.e.ə.  585^25)  dünya  haqqında  yeni 

təsəvvürləri inkişaf etdirmişdir. O, hesab edirdi ki, ilk maddə nə 

Falesin «su»yu,^nə də Anaksimandrm «hüdudsuz»u ola bilməz. 

İlk  maddə  kimi  Anaksimen  havanı  göstərir.  Hava  mütəfəkkir 

üçün  yalnız  ilkin  ünsür  deyil,  həm  də  həyatın  və  psixi 

hadisələrin qaynağıdır. Ruhun özü də «havanın nəfəsidir», yəni 

ruh çəkisiz havadır. 

3.

 



Pifaqor və pifaqorçuluq 

Hissi obrazlar vasitəsilə əldə edilən bilikdən, anlayışlardan 

istifadə  e‘dən  intellektual  biliyə  keçidin  əsas  mərhələlərindən 

biri  yunanlar  üçün  pifaqorçuluq  təlimi  olmuşdur.  Bu  təlimin 

yaradıcısı b.e.ə. VI əsrin ikinci yarısında yaşamış qədim yunan 

filosofu Pifaqor idi. O, hesab edirdi ki, ədəd (say) bütün möv- 

cudatın başlanğıcıdır. O, hesab sırasında ilk dörd rəqəmi (bir, 

iki, üç, dörd) əsas hesab etmişdir, on rəqəmi isə idealdır. Pifaqor 

ədədlərin qarşılıqlı münasibətini də tədqiq etmişdir. 

Pifaqor  ilk  dəfə  əsaslandırmışdır  ki,  düzbucaqlı  üçbucaqda 

hipotenuzun  kvadratı  katetlərin  kvadratlannın  cəminə 

bərabərdir (Pifaqor teoremi). 

Pifaqora  görə  din  və  əxlaq  -  cəmiyyəti  nizamlamağın  əsas 

atributlarıdır. 

Pifaqor göstərirdi, ki, bədən öləndən sonra ruh onu tərk edir

başqa bədənə keçir və yenidən Yerə qayıdır. O, deyirdi ki, ruh 

ilk olaraq hədsiz dərəcədə xoşbəxt ölkədə - Ali ruhda yaşayır, 

sonra zindana, yəni insanın bədəninə keçir və Yerə enir. Ruhun 

bu  dünyadakı  davranışı  onun  bədən  öləndən  sonrakı  taleyini 

müəyyənləşdirir. 



84 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə