Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə29/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   25   26   27   28   29   30   31   32   ...   164

4. Eleylilərin təlimi 

Yunan  fəlsəfəsinin  Sokrataqədərki  dövrdə  inkişafının  əsas 

mərkəzlərindən  biri  Böyük  Yunanıstan  adlanan  bölgənin  qərb 

hissəsi - Cənubi İtaliyadakı Eley şəhəri idi. Eley məktəbinin əsas 

nümayəndələri  -  eley  məktəbinin  yaradıcısı  Parmenid  (b.e.ə. 

təxm.  540-470),  Ksenofan  (b.e.ə.  təxm.  570-478)  və  Zenon 

(b.e.ə. təxm. 490-430) olmuşlar. 

Miletlilər  kimi  Ksenofan  da  dünyanın  maddiliyi  ideyasını 

qəbul edir, lakin onlardan fərqli olaraq dünyanın həmişə eyni, 

dəyişməz olduğunu göstərir. O, vahid substansiyanın olduğunu 

göstərir, bütövlükdə dünyanı Allah hesab edirdi. 

Parmenidə  görə  varlığı  hiss  üzvləri  vasitəsilə  deyil,  yalnız 

ağıl ilə dərk etmək olar. Onun dediyinə görə, yalnız dəyişgən, 

müvəqqəti,  keçici  olanlar  hissi  qavrayışla  qəbul  edilir, 

dəyişməyən,  əbədi  olanlar  isə  yalnız  təfəkkür  vasitəsilə  dərk 

edilə bilər. 

Zenon  «aporiya»  adlanan  üç  paradoksal  müddəa  irəli 

sürmüşdür  (yun.  «aporia»  -  «çətinlik»,  «çıxılmaz  vəziyyət» 

deməkdir). Onların köməkliyi ilə filosof sübut etməyə çalışırdı 

ki,  hərəkətin  mövcudluğu  qəbul  edilərsə,  bir  sıra  həlledilməz 

ziddiyyətlər meydana çıxar. 

Hegel  deyirdi  ki,  fəlsəfə  eleylilərdən  başlayır,  çünki  məhz 

onlar ideya səviyyəsində ilk başlanğıcı müəyyənləşdiriblər. 

5.

 



Empedokl və Anaksaqorun fəlsəfəsi 



Empedokl  (b.e.ə.  təxm.  490-430)  bir  ilk  materiya  əvəzinə, 

bütün  varlığın  kökü  olan  dörd  başlanğıc  prinsip  irəli  sürürdü. 

Onun  dörd  ünsür  (torpaq,  su,  hava,  od)  nəzəriyyəsi  sonralar 

yunan fəlsəfəsində daha da inkişaf etdirilmişdi. 

Empedokl göstərirdi ki, iki hərəkətverici qüvvə var ki, onlar 

göstərilən  dörd  ünsürün  yerlərini  dəyişdirmək  yolu  ilə  xarici 

aləmdə bütün müxtəlifliyin meydana gəlməsinə səbəb olur. Bu 

qüvvə  -  məhəbbət  və  düşmənçilikdir.  Empedoklun  fikrincə 

Kosmosda  inkişaf  prosesi  bu  dörd  mərhələdən  keçir,  bəzən 

məhəbbət, bəzən də düşmənçilik üstün gəlir. 



85 


Eleylilərdən fərqli olaraq Empedokl hissi idrakın müəyyən- 

edici rol oynadığını göstərirdi. 

Yunan  fəlsəfəsində  plüralizm  (lat.  «pluralis»  —  bir  çox 

mahiyyətin  olduğunu  göstərən)  ideyasını  ilk  dəfə  Anaksaqor 

(b.e.ə.  təxm.  500-428)  irəli  sürmüşdür.  O,  hesab  edirdi  ki, 

dünyanın maddi əsasını təşkil edən şeylərin toxumu ətalətli və 

başlanğıcda  hərəkətsizdir.  Onları  hərəkətə  gətirən  səbəbi  və 

eyni  zamanda bütün  şeylərin səbəbini Anaksaqor  «nus» (ağıl) 

adlandınrdı. 

Anaksaqorun maddi dünya haqqmda görüşləri sonralar Lev- 

kipp  və  Demokritin  atomizm  nəzəriyyəsinin  yaranması  üçün 

zəmin hazırladı. 

6.

 

Heraklitin fəlsəfəsi 



Heraklitin  (b.e.ə.  530-470)  dünya  haqqında  təliminin 

başlanğıc nöqtəsini bütün mövcudatın keçici, dəyişgən xarakter 

daşıması haqqında təsəvvürlər təşkil edir. 

Heraklit  öz  təlimində  ona  istinad  edirdi  ki,  hər  şey  mütləq 

olaraq  dəyişgəndir.  O,  göstərirdi  ki,  «hər  şey  axın>  («panta 

rei»). Heraklit  dünyanı  axar çaya oxşadır və deyirdi ki,  «eyni 

çaya həm daxil oluruq, həm də daxil olmuruq». 

Heraklitin  təlimində  elmlərin  əsası  hesab  edilən  loqos 

anlayışı böyük yer tutur. Hərfi mənada «loqos» «söz» deməkdir. 

Lakin  hər  söz  yox,  ağıllı  söz  Loqosdur.  Bu  qayda  və  ölçü 

prinsipidir.  Loqos  ilə  yüklənən  od  həm  ağıllıdır,  həm  də  ilahi 

mahiyyət daşıyır. 

7.

 

Demokritin fəlsəfəsi 



Qədim  yunan  atomizminin  banisi  Levkippdir  (b.e.ə.  500- 

440). Onun ən məşhur davamçısı böyük filosof Demokrit (b.e.ə. 

təxm. 460-370) olmuşdur. 

Atomistlərin  əsas  müddəası  atomlann  (varlıq)  və  boşluğun 

(qeyri varlıq) mövcud olması fikrinə əsaslanır. Varlıq boşluğun 

antipodudur. 



86 


Atomlar (hərfi olaraq «bölünməyən») cismin tamamilə sıx, 

heç  nə  keçirməyən,  içərisində  heç  bir  boşluğu  olmayan, 

ölçüsünə görə hissiyyat ilə qavranmayan, müstəqil, bölünməyən 

hissəciyidir. Atom - xarici forma, nizam, tutduğu yerdən başqa 

həm  də  boşluqda  çevik  olmaq  xüsusiyyətinə  malikdir. 

Demokritin  atomları  tamamilə  sonsuzdur,  hər  hansı  hissetmə 

qabiliyyətindən, rəngdən, qoxudan, səsdən və s. məhrumdur. 

8.

 



Sofistlər 

Sofıstlər  b.e.ə.  V  əsrin  ikinci  yarısında  Yunanıstanda 

yaşamışlar. Ritorika - gözəl danışmaq ustalığı bütün sənətlərin 

şahı  hesab  edilirdi.  Ona  görə  də  «fikirləşmək,  iş  görmək» 

sənətini öyrədən müəllimlər - sofistlər yaranmışdır. 

«Sofistes»  (yun.  «sophistes»)  sözü  çox  bilən,  usta,  müdrik 

mənasını  verir.  Sofistlər  mübahisə  vaxtı  rəqibə  qalib  gəlmək 

sənətini  öyrədirdilər.  Söz  həmişə  onların  diqqət  mərkəzində 

olurdu.  Deməli  sofistlər  söz  haqqında  elm  yaratmışlar.  Onlar 

hesab edirdilər ki, dünya dərkedilməzdir. 

Sofistlərə görə xeyir və şərin obyektiv meyarı yoxdur, kimə 

nə  əlverişlidirsə  elə  o  da  yaxşıdır.  Ona  görə  də  sonralar  «so- 

fıst» sözü yalnız bir mənada işlədilirdi - qondarma əqli nəticələr 

quraşdıran və belə yalan dəlillərlə fayda axtaran adam. 

9.

 

Sokratın fəlsəfəsi 



Fəlsəfənin inkişafına böyük təsir göstərən filosoflardan biri 

də Sokratdır (b.e.ə. təxm. 470-399). 

Afina  quldarlıq  demokratiyasına  qarşı  çıxış  etdiyinə  görə 

Sokratı  həbs  edirlər.  O,  öz  şagirdlərinə  deyirdi  ki,  ölümdən 

qorxmur, çünki özünün fəlsəfi görüşləri və bütün həyat tərzi ilə 

buna hazırdır. Sokrat şagirdlərinin yanında qüvvətli bitki zəhəri 

içərək ölür. Onlardan biri  olan Platonun dediyinə görə Sokrat 

üçün bədənin ölməsi ruhun sağalması deməkdir. 

Sokrat  öz  təlimini,  meydana  çıxan  məsələləri  mübahisə  və 

yaxud söhbət formasında şərh edirdi. 



87 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə