Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə30/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   26   27   28   29   30   31   32   33   ...   164

Sokrat  hesab  edirdi  ki,  insan  yalnız  ona  tabe  olan  şeylər 

haqqında biliyə malikdir. Nə təbiət,  nə Kainat ona tabe deyil, 

onun tabeçiliyində  yalnız bir şey var - ruh. Ona görə də insan 

yalnız  öz  ruhu  haqqında  həqiqi  biliyə  malik  ola  bilər.  İdrakın 

əsas məqsədi özünü dərk etməkdir: «Özünü dərk et!». 

Aristotelin  sözlərinə  görə  Sokrat  ilk  dəfə  olaraq  induktiv 

sübutlardan  istifadə  etmiş  və  anlayışlann  ümumi  tərifini 

vermişdir.  Bu  da  məntiq  elminin  formalaşması  üçün  böyük 

xidmətdir.  Mübahisələr  vaxtı  Sokrat  həm  dünyanın,  həm  də 

insanın  məqsədə  və  ağıla  uyğun  yarandığını  sübut  etməyə 

çalışırdı.  O,  insanı,  onun  mahiyyətini,  ruhundakı  daxili 

ziddiyyətləri öz fəlsəfəsinin mərkəzinə gətirməklə bu fəlsəfənin 

inkişafında  yeni  dönüş  yaratmışdır.  Bunun  sayəsində  idrak, 

«mən  bilirəm  ki,  heç  nə  bilmirəm»  kimi  fəlsəfi  şübhədən 

özünüdərk vasitəsilə həqiqətin yaranmasına keçir. 

Sokrat  özünün  əxlaq  fəlsəfəsində  xeyirxahlığı  bilik  ilə 

eyniləşdirirdi.  Onun  etikasında  insanın  saf  və  azad  iradəsi 

həmişə  müsbət  əxlaqi  davranışların  mənbəyi  kimi  çıxış 

etmişdir. 

10. Platonun fəlsəfəsi 

B.e.ə.  təxminən  387-ci  ildə  Sokratm  şagirdi  Platon  (b.e.ə. 

427-347) Afinada Akademiya adlanan məktəb yaradır. 

Platonun fəlsəfi təlimi çox geniş bilik sahəsini əhatə edirdi: 

varlıq,  dünya  və  onun  yaranması,  ruh  və  idrak,  cəmiyyət  və 

dövlət, tərbiyə və incəsənət və s. 

Platonun  təliminə  görə  hiss  üzvləri  vasitəsilə  qəbul  edilən 

şeylər  dünyası  həqiqi  mövcud  olan  dünya  deyil.  Çünki  hissi 

əşyalar fasiləsiz olaraq yaranır və məhv olur, dəyişir və hərəkət 

edir,  onların  içərisində  daimi  möhkəm  və  həqiqi  olan  heç  nə 

yoxdur.  Hissi  əşyaların  əsl  mahiyyəti,  onlann  yaranma  səbəbi 

ağıl  ilə  başa  düşülən  və  hiss  üzvlərinin  qavraya  bilməyəcəyi 

qeyri-cismani  formalardır.  Bu  səbəblər  və  yaxud  formaları 

Platon görünüş, bəzi hallarda ideya adlandırırdı. Qeyri-varlıq - 

materiyadır, varlıq isə - qeyri-cismani görünüşdür. Cismin ömrü 

- müvəqqəti, onun haqqında ideya isə - əbədidir. İnsan- 

88 



lar kölgələr dünyasında, xəyali və qeyri real dünyada  yaşayır; 

başqa həqiqi dünya var ki, insanlar çalışmalıdırlar ki, onu ağılın 

gözləri ilə görə bilsinlər. 

Platon  bir  filosof  kimi  qarşısına  adi  insan  üçün  mümkün 

olmayan bir vəzifə qoyurdu: doğulan, yaşayan və ölən nə varsa 

hamısını müşahidə etmədən daimi  mövcud olanı  ağılla tədqiq 

etmək səviyyəsinə yüksəltmək. İdrak prosesində ağıla həlledici 

yer  verdiyinə  görə  Amerika  fılosoflı  U.Ceyms  Platonu  ar- 

xirasionalist adlandırırdı. 

Platona görə bilik nəyi isə yada salmaqdır. Ruh bir bədənə 

daxil  olana  qədər  göylərdə  olmuş  və  indi  də  özünün  dərin 

yaddaşında  nə  vaxt  isə  seyr  etdiklərini  saxlayır.  O,  demişdi: 

«Beləliklə,  ruh  göydə,  yerdə,  dənizdə  nə  varsa  hamısını  öz 

xüsusi hərəkətlərinin köməyi ilə idarə edir: istəyi, rəyi, qayğısı, 

məsləhəti,  doğru  və  yalan  mülahizələri,  sevinc  və  iztirabı, 

cəsarət  və  qorxusu,  məhəbbət  və  nifrəti  ilə.  Ruh  həm  də  bu 

göstərilənlərə  doğma  olan  ilkin  hərəkətlərin  köməyi  ilə  idarə 

edir;  bu  hərəkətlər  öz  növbəsində  cisimlərin  ikinci  hərəkətini 

meydana  gətirir  və  hər  şeyi  artmağa  ya  da  məhv  olmağa, 

birləşməyə ya da parçalanmağa və bütün bunları müşayiət edən 

istilik  və  soyuqluğa,  ağırlıq  və  yüngüllüyə,  zalımlıq  və 

mülayimliyə, ağ və qara rəngə, turş və şirinə doğru apanr. Bütün 

bunlardan istifadə edən ruh həm də əbədi ilahi ağılı qəbul edir, 

hər şeyi himayə edir, həqiqətə və səadətə apanr. Ağılsızlıq ilə 

qarşılaşıb onunla birləşəndən sonra ruh hər şeyi əks istiqamətə 

apariD>.'^  Beləliklə,  Platona  görə  ruhun  ağılla  əlaqəsi 

pozulanda hər şey əvvəlki müsbət vəziyyətini itirir. 

Platonun  fəlsəfəsində  dövlətlə  eyniləşdirilən  cəmiyyət  və 

insan iki simmetrik və bir-birini qarşılıqlı tamamlayan sistemlər 

kimi  nəzərdən  keçirilir.  İnsanda  onun  üç  əsas  hissəsi  (bədən, 

ruh,  ağıl)  fərqləndiyi  kimi,  cəmiyyət  də  işçilərə,  döyüşçülərə 

(gözətçilərə) və idarəçilərə (filosoflara) ayrılır. Platon deyirdi: 

«Biz yaxşı təşkil edilmiş dövləti iztirab və sağlamlığı 

'■* Платон. Государство. Законы. Политик. M.. «Мысль», 1998. с.644. 

89 



onun hissələrinin durumundan asılı olan bədənə bənzədirik».'® 

Dövlət, onun fikrincə, müxtəlif insan qruplannm həyata keçirdiyi 

funksiyaların  təbii  bölgüsü  nəticəsində  meydana  gəlir.  Bəziləri 

əmtəə  istehsalı  və  bölgüsü  ilə,  başqaları  dövləti  qorumaqla, 

üçüncüləri isə yalnız idarəçilik ilə məşğul olurlar. 

Platon  özünün  sosial  utopiya  sistemini  yaratmışdı.  Dövlət 

quruluşunun  yeni  modelini  o,  «Dövlət»  əsərində  qurmuşdu. 

Dövlət  ona  görə  yaranır  ki,  cəmiyyəti  -  insanlar  arasındakı 

münasibəti  tənzimləsin.  İdarəçilik  ehtiyacı  isə  hökmranlıq 

sənətini  bilən,  yəni  ədalət  və xeyirxahlıq idealım  dərk  edən və 

onları həyata keçirməyi bacaranların, yəni filosofların vacibliyini 

irəli sürür. Onun ideal dövlətində xüsusi mülkiyyət və ailə yalnız 

aşağı  zümrələrdə  olur.  Filosof  sonralar  yazdığı  «Qanunlan> 

əsərində nisbətən real layihə hazırlayır. O, hesab edirdi ki, siyasi 

quruluş aristokratik respublika olmalıdır. 

Dövləti  filosofun  idarə  etməsini  zəruri  hesab  edən  Platonun 

fikrincə  filosof  ilə  kütlə  arasında  barışmaz  ziddiyyət  var. 

«...Kütləyə  filosof  olmaq  nəsib  olmur»  və  «...kim  fəlsəfə  ilə 

məşğuldursa onun məzəmmətini qazanın). 

Xüsusi  qeyd  etmək  lazımdır  ki,  fəlsəfə  tarixinin  bütün 

dövrlərində  Platon  daha  çox  təsir  göstərən  filosofların  önündə 

gedir. Amerika filosofu A.N. Uaythed göstərir ki, bütün Avropa 

fəlsəfəsi Platona bəzi qeydlər əlavə etməklə məhdudlaşır. Alman 

filosofu  M.Haydegger  bu  fikri  daha  qəti  şəkildə  ifadə  edərək 

göstərir  ki,  «Bütün  Qərb  fəlsəfəsi  neoplatonizmdir».  Platon 

fəlsəfəsi haqqında belə fikirlər çoxdur. 



11. Aristotelin fəlsəfəsi 

Fəlsəfənin inkişafında Platonun şagirdi Aristotelin də böyük 

rolu  olmuşdur.  Dahi  filosof  Aristotelin  (b.e.ə.  384-322)  maraq 

dairəsi  çox  geniş  olmuşdur:  məntiq,  psixologiya,  idrak 

nəzəriyyəsi,  varlıq  haqqında  təlim,  kosmologiya,  fizika, 

zoologiya, siyasət, etika, pedaqogika, estetika, ritorika və s. 



Платон. Сочинения. В 3-х тт., Т.З, Ч.1, М., 1971, с.263. 

Платон. Государство. Законы. Политик, с.247. 

90 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə